Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-861/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-861/2019 Bakı şəhəri 18 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Hənifəli Elman Tahir oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli 2(106)1851/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sa lyan rayon Məhkəməsinin (hakim M.Qasımov) 06.02.2018-ci il tarixli 2(057)20/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş yolun açılması və yol açıldıqdan sonra cavabdeh tərəfindən həmin yolda manelərin yaradılmaması” tələbinə dair iddiası təmin edilərək, Salyan rayonu, ******** kəndində Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış və ümumi istifadə üçün nəzərdə tutulmuş yolun açılması, həmin yolda cavabdeh tərəfindən qoyulmuş darvazanın və iddiaçının torpaq sahəsinin girişini bağlamış dəmir lövhələrdən ibarət çəpərin Cavabdeh tərəfindən və ya onun hesabına sökülməsi, Cavabdeh qarşısında həmin yolda manelərin yaradılmaması vəzifəsinin qoyulması, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertizaə xərci olan 60 manatın cavabdehə aid edilməsi və ondan tutularaq hesa ba köçürülməsi (Kapitalbankın 1 saylı Xətai Filialı, kod **********, VÖEN **************, Müxbir hesab Az********************, SWİFT:**********, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC, VÖEN: **********, Hesab AZ23AİİB********************), ekspertiza tədqiqatının dəyərinin cavabdehə aid edilməsi və ondan 100 manatın tutularaq aşağıdakı hesaba köçürülməsi (Büdcə təşkilatının kodu *******, büdcə səviyyəsinin kodu 3, ekspertiza VÖEN **********, Müxbir hesab ********************, SWİFT BİK **********, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, T.Heydərov, Z.Babayev) 29.08.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayət i təmin edilməyərək, iş üzrə Salyan rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli 2(057)-20/2018 nömrəli qətnaməsinin dəyişdirilməməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş yolun açılması və yol açıldıqdan sonra cavabdeh tərəfindən həmin yolda manelərin yaradılmaması” tələbinə dair iddia ərizəsi ilə 13.02.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qonşusu Cavabdeh ilə onun yaşadığı evlərin arasından keçən Saly an rayonunun Yolüstü kəndində yerləşən gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qonşusu Cavabdeh ilə onun yaşadığı evlərin arasında olan və Salyan rayonunun Yolüstü kəndində yerləşən gediş-gəliş yolunun açılması, yol açıldıqdan sonra cavabdeh tərəfindən həmin yolda maneələrin yaradılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, həmin yerdə əvvəlcədən iddiaçı tərəfindən giriş qapısı olmamışdır. Cavabdehin evinə orada yaxın ev yerləşmir və iddia qaldırılan zaman orada ev tikintisinə başlanılmışdır. Bu xüsusat məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. JN-****** *********** saylı dövlət aktında torpaq sahəsi 0.42 ha göstərilmiş və 16.03.2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışda isə 0.1050 ha torpaq sahəsi göstərilmişdir. X1, X6 və İddiaçı adına rəsmiləşdirilməsi qeyd olunur. İddiaçı isə təkcə İddiaçıdur. 0.42 ha ilə 0.1050 ha arasında olan fərq də məhkəmə tərəfindən araşdırılmamış, ortada qalan 0.315 ha torpaq sahəsinin kimim mülkiyyətində olması və həmin həyətyanı torpaq sahəsinin 0.42 ha hissəsinin hansı tərəfinə düşdüyü müəyyən edilməmişdir. Ekspert də məsələnin mahiyyəti ilə əlaqədar rəy verməmişdir. X5 mülkiyyətində ola-ola torpaq sahəsinin mülkiyyətçisi işə cəlb edilməmiş və qətnamədə bu məsələyə toxunulsa da, hüquqi qiymət verilməmişd ir. Məhkəmə İddiaçı həmin yolun açılmasını tələb edib etməməyə subyektiv hüququnun olduğu və zəbt edilibedilmədiyi, yaşadıqları evin gediş-gəliş yolunun haradan olması, cəmi 0.1050 ha torpaq sahəsinin gediş-gəliş yolu araşdırılmamış, yolun açılmasını tələb etmək üçün iddiaçı tərəfindən həyətin içində darvaza qoyulmaqla süni şəkildə yolun olduğunu göstərən vəziyyət yaradılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(106)-1851/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması bar ədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, üçüncü şəxs Salyan rayon Yolüstü kənd bələdiyyəsi səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Resp ublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.08.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Salyan rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, mübahisə olunan yol ümumi istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, Salyan rayonunun ******** kəndi ərazisində yerləşən İ ddiaçı ilə Cavabdeh həyətyanı torpaq sahələri arasında olan mübahisəli yol layihə üzrə başlanğıcında eni 6,46 metr, qurtacağında isə 9.0 metr olmalı olduğu halda, faktiki olaraq başlanğıcda eni 5.6 metr, qurtaracağında isə 6.7 metr olmaqla ölçülərdəki həmin fərqin Cavabdeh tərəfindən yaradılması, həmin yolun üzərində Cavabdeh tərəfindən darvazanın qoyulması və iddiaçının torpaq sahəsinin girişini dəmir lövhələrlə çəpərləməsi ekspertiza rəyi və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Torpağın mülkiyyət verilməsinə dair JN-******** saylı, kodu ********** olan Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Salyan Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1999-cu il tarixli, 08 saylı qərarı ilə Salyan rayonunun Yolüstü kəndində, 0,42 ha həyətyanı torpaq sahəsi İddiaçı və qeyrilərinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16.03.2017-ci il tarixli Çıxarışının surətindən görünür ki, Salyan rayonu, Yolüstü kəndində yerləşən fərdi yaşayış evi və 0,1050 ha torpaq sahəsi X2, müvafiq olaraq 0,1050 ha torpaq sahəsi X6 və İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayon İcra Hakimiyyəti Başçısı aparatının 29 mart 2017-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə baxış keçirərkən Cavabdeh yaşadığı evin yerləşdiyi torpaq sahəsinin Salyan Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1999-cu il tarixli 8 saylı qərarı ilə X5 və onun ailə üzvl ərinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyət verilməsinə dair JN-***** kod *********** saylı Şəhadətnamənin surətindən görünür ki, Salyan Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1999-cu il tarixli, 08 saylı qərarı ilə Salyan rayonunun Yolüstü kəndində, 0,16 ha həyətyanı torpaq sahəsi X5 və qeyrilərinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətənd aşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2017-ci il tarixli, 24148 saylı ekspert rəyindən görünür ki, Salyan rayonu, Yolüstü kəndinin ərazisində yerləşən İdd iaçı ilə Cavabdeh həyətyanı torpaq sahələri arasında olan mübahisəli yolun layihədə eninin başlanğıcının 6,46 metr, qurtacağında isə 9.0 metr olduğu müəyyən edilir. Naturada tədqiq olunan yolun başlanğıcda eninin 5.6 metr, qurtaracağında isə 6.7 metr təşkil etdiyi müəyyən edilir. Tədqiq olunan yolun layihədə göstərilən forma və ölçülərdən fərqləndiyi, həmin fərqin Cavabdeh tərəfindən yaradıldığı müəyyən edilir. Tədqiq olunan yolun üzərində Cavabdeh tərəfindən darvaza qoyulduğu müəyyən edilir. İddiaçının torpaq sahəsində ev inşa edildiyi, həmin evin yerləşdiyi əraziyə ən optimal variantda iddia olunan yolun məqsədə müvafiq olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudi yyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar y azılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Torpaq qanunvericiliyinin məhkəmə lər tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında 14 fevral 2003-cü il tarixli Plenumunun 6-cı maddəsində izah olunur ki, torpaq sahəsi üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərində n qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, formal xarakter daşıyır və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli 2(106)-1851/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-861/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-861/2019
18.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver