Məhkəmə qərarları › İş №2(102)-863/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-863/2019

19.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-863/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Cəbrayıl Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli qətnaməsi ilə (hakim T.Hüseynova, iş № 2(072)-xx/16) İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi ümumi istifadədə olan yola və otlaq sahəsinə aid ərazidən çıxarılması, həmin yolda və otlaq sahəsində qanunsuz çəkdiyi hasarın və tikdiyi tikintinin sökülüb yolun və otlaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov-sədrlik edən və məruzəçi, İ.Əsədov və Q.Kərimov, iş № 2(xx)-xx/17) İddiaçı apellyasiya şikayəti təmin olunaraq Cəbrayıl Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli qətnaməsiləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraqiddia təmin edilmiş, Cavabdeh zəbt etdiyi Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə yerləşən ümumi istifadədə olan mübahisəli yoldan və mübahisəli otlaq sahəsinə aid ərazidən çıxarılması, həmin yolda və otlaq sahə sində qanunsuz çəkdiyi hasar və tikintinin sökülərək ümumi istifadədə olan yolun və otlaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması qət edilmişdir. Cavabdeh H.X2 Məhkəməsi Mülki Kollegiyasının xx xx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərardadı ilə (hakimlər Z.Zeynalov-sədrlik edən və məruzəçi, İ.Əsədov və Q.Kərimov, iş № 2(xx)-xx/17) Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, ötürülmüş prossessual müddətin bərpasında n imtina edilmişdir. Cavabdeh xx xx 2018-ci il tarixdə yenidən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadı ilə (hakimlər Z.Zeynalovsədrlik edən və məruzəçi, Q.Kərimov və İ.Əsədov, iş № 2(xx)-xx/18)Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh zəbt etdiyi Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə yerləşən ümumi istifadədə olan yoldan və otla q sahəsinə aid ərazidən çıxarılması, həmin yolda və otlaq sahəsində qanunsuz çəkdiyi hasarın və tikintinin sökülüb yolun və otlaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili M.Süleymanov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələ lər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini qaytararkən aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılmalıdır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən Bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Həmin Məcəllənin 408.4-cü maddəsinə əsasən kassas iya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. İş materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xx 2018ci il tarixli, 2(xx)-xx/2017 №-li qərardadı ilə həmin Məhkəmənin xx xx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməmiş, ötürülmüş prossesual müddətin bərbasından imtina edilmiş, Cavabdeh kassasiya şikayəti qaytarılmışdır. Apellyasiya instansiyası məhkəmə hesab etmişdir ki, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmadığından, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən kassasiya şikayəti qaytarılmalıdır. Məhkəmə kollegi yası qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli 2(xx)-xx saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar