Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-863/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: delikdən irəli gələn öhdəliklər, tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5098/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçını n kassasiya şikayətinə 24 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixində Cavabdeh2 MMC-yə “aşağı göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi, üst göz qapağının məhdudluğu, “yumru göz” simptomu” şikayətləri ilə müraciət edən İddiaçı klinikanın plastik cərrahı – digər Cavabdeh1 tərəfindən “göz qapaqlarının estetik əməliyyatlarından sonrakı sonuncu vəziyyət” diaqnozu qoyulmaqla “hər iki gözün lateral dəri qapağının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, anamnezində “Bir neçə dəfə müxtəlif həkimlərdə göz qapağı əməliyyatları olub, əməliyyat sonrası fəsadların aradan qaldırılması məqsədilə klinikaya müraciət e tmişdir” qeydi aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən sağlamlığına dəymiş zərərə görə 30.000 (otuz min) manat miqdarında pulun müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Ələkbər qızı xx.xx.1941-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur, şərəf ordeni ilə təltif olunmuş, 1992-ci ildən müstəqil Azərbaycan dövlətinin ilk xalq artistidir. Əvvəllər tanımadığı Cavabdeh1 ilə kanalların birində veriliş əsnasında tanış olmuşd ur. O, özünü peşəkar, plastik cərrah həkim kimi təqdim edərək, “İnternational Klinikası”nda çalışdığını bildirmiş və peşəsi barəsində geniş təbliğat aparmışdır. Verilişdə gözlərinin plastik cərrahiyyə əməliyyatlarına ehtiyacının olmasına onu inandırıb əməliyyat etməyi təklif etmiş və zəhməti üçün qarşılıq olaraq ödəyəcəyi məbləğdən könüllü imtina etmişdir. Göründüyü kimi, əməliyyat onun iş karyerasına böyük təkan olacağına, daha geniş auditoriyada tanınmasına, reklam və özünü təbliğ etmə hədəfi ilə reallaşdı. 2021-ci ildə Bakı şəhəri, B.Səfəroğlu, 183 ünvanında yerləşən Cavabdeh2 klinikasında cavabdeh (sonradan bilindi ki, ixtisasca cərrah olmayan əsl peşəsi fizioloq olan Cavabdeh1) tərəfindən iddiaçının hər iki göz nahiyəsində plastik cərrahiyyə əməliyyatı aparılmışdır. Uğursuz işin nətic əsi də göz qabağındadır. Nəticədə göz qapaqları ptoz (göz qapağının sallanması, deformasiyası, gözləri tez yorulur və iltihablanır) olmuşdur, göz nahiyəsi eybəcərləşdirilmiş və kiprikləri tökülmüşdür. Belə ki, şəkillərdən aydın göründüyü kimi, göz ətrafları əyilmiş, gərək olmayan halda kənarları tikilmiş, onunla da gözləri kiçilmiş, forması dəyişilmiş, gözləri birbirindən fərqli məsafələrdə və formalarda (asimmetriya) olmuş və eybəcərləşmişdir. Elədiyi uğursuzluğa etiraza isə yenidən əməliyyata ehtiyacının olmasını etiraf edib, onun özü tərəfindən təkrar əməliyyat edilməsini təklif etmişdir. Üzündə, gözətraflarında və gözündə yaranmış, cavabeh Cavabdeh1 tərəfindən edilən qüsurların təkrar aradan qaldırılması üçün xarici ölkədə reallaşdırıla biləcək əməliyyat üçün böyük məbləğdə - 30.000 ma nat miqdarında pul lazımdır. Aktiv fəliyyətdə olan sənətkar kimi gündəlik həyatında tamaşaçı qarşısına çıxarkən, iddiaçı yaranmış qüsurlara görə hər yerdə, xüsusən də efirlərdə fiziki və mənəvi stress keçirir. Gözünün eybəcərliyinin görünməməsi üçün qara eynəkdə, ya da hər dəfə professional qrimm ustasına müraciət etməli olur. Bununla da, özünü peşəkar cərrah kimi təqdim edən, Cavabdeh1 və digər Cavabdeh2 MMC tərəfindən iddiaçının sağlamlığına zərər vurulmuşdur.
4. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 Çərkəz oğlu iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsində Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 6. “X6 Medilux” tərəfindən verilmiş xx.xx.2023-cü və xx.xx.2023-cü il tar ixli arayışa əsasən İddiaçı həqiqətən də, başqa tibb mərkəzində keçirdiyi iki əməliyyatdan sonra, sol alt göz qapağının tamamilə çevrilməsindən, bu fonda göz yaşının qeyri-adekvat axması, göz quruluğu, ağrıların olmaması və estetik baxımdan narahatlığından, sağ alt göz qapağının yalnız bayır bucağında açılma və sallanma şikayətləri ilə xx.xx.2009-cu il tarixində "xxxx" QSC klinikasında həkim-cərraha müraciət etmişdir. Həkim tərəfindən xəstəyə “İkincili blefaroplastika əməliyyatından sonrakı sol alt göz qapağının 3-cü dərəcəli, sağ alt qapağının 1-ci dərəcəli ektropionu” diaqnozu qoyulmuşdur. Xəstəyə həmin tarixdə “Sol ektropionun dəri qrefti ilə bərpası, sağ tərəfli miokantopeksiya” əməliyyatı icra olunmuşdur. Ümumi vəziyyətin yaxşı olduğu nəzərə alınaraq, xəstə xx.xx.2009-cu il tarixində cərrah və yaşadığı rayon poliklinikasında həkim nəzarəti şərti ilə evə yazılmışdır. İddiaçı həmin əməliyyatdan sonrakı nəticəsi qənaətbəxş olmuş, 13 il müddətində sağ tərəflə yanaşı, sol alt gözün çevrilməsi tamamilə bərpa olunmuş və ona qədər (3 il müddətində) daşıdığı rəngli eynəkdən və şikayətlərindən azad olmuşdur. Əməliyyatdan əvvəlki (2009) fotolar məhkəməyə göndərilmişdir, əməliyyatdan sonrakı foto və video görüntüləri, çəkdirdiyi kliplər, TV verilişləri, sosial şəbəkələrdə kifayət qədər var. Bu 13 il ərzində gözlə bağlı heç bir müraciəti olmamış və tanıdığı insanlardan həmin klinikaya bu tip əməliyyatlarla bağlı bir neçə pasient də göndərmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı klinikaya yenidən 2022-ci ildə “X2” klinikasında alt göz qapaqlarının və göz küncünün bayır kənarının d əri qırışlarını aradan qaldırmaq üçün keçirdiyi əməliyyatdan sonrakı şikayətləri ilə yenidən müraciət etmişdir. 2009-cu ildəki problem sol alt göz qapağını əhatə etdiyi halda, indiki (2023) görüntüdə (tam əksi) sağ alt göz qapağının daha çox açıq qaldığı izlənilir. Əməliyyata məxsus lateral (kənara) uzanan çapıq izləri müşahidə edilir. 2022-ci ildə keçirdiyi əməliyyatdan sonra qısa zaman fotolarında problem daha çox görünür. Zamana bağlı son halını qiymətləndirərək, “Təkrari alt blefaroplastikadan sonrakı vəziyyət, sağ alt göz qapağının İİ dərəcəli ektropionu, sol tərəfin skleral şousu” diaqnozu təsdiqlənir. Bu, cərrahi əməliyyatla bərpa oluna biləcək haldır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 verdiyi xx.xx.2023-cü il tarixli rəyinə əsasən, 1941-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Cavabdeh1 adına verilmiş AH 040407 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, onun plastik cərrahiyyə əməliyyatını icra etmək səlahiyyəti vardır. 2.3.4.7.8. “X2 1” Klinikasında iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “Keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “Hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçının mütəxəssis müayinəsi zamanı ona aparılmış g öz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatlardan sonra mediala doğru daralmışdır. Bununla əlaqədar onun təkrar əməliyyata ehtiyacı vardır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, iddiaçının hər iki göz qapaqlarında təkrar cərrahiyyə əməliyyatları aparıldığından hansı əməliyyatın düzgün icra edilməməsi barədə dəqiq fikir söylənilməsi mümkün olmadı.
5. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil.
6. İddiaçıta aparılacaq cərrahiyyə əməliyyatının Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl tibb mü əssisələrində həyata keçirilməsi mümkündür. 8. “TƏBİB” X5 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan (Bakı şəhəri, Nəsimi rayonu) üzrə xidmət göstərən 3 nömrəli şəhər poliklinikasına müraciəti qeydə alınmamışdır. Eyni zamanda, İddiaçı xx.xx.2021-ci il tarixində “Sinovac” doza 1 və xx.xx.2021-ci il tarixində “Sinovac” doza 2 Bakı şəhəri Binəqədi rayonu 35 nömrəli şəhər poliklinikasında “COVİD19” virus infeksiyası əleyhinə peyvənd vurulmuşdur.
9. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı müraciəti əsasında prokurorluqda toplanmış material üzrə təyin olunmuş komisyon məhkəmə-tibbi ekspertizasının rəylərinin surətləri birinci instansiya məhkəməsinə göndərilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2023-cü il tarixli rəyinə əsasən iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.4.5. “X2 1” Klinikasında iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçının mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumas ının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. Qeyd olunanları nəzərə alaraq, onun üzərində aparılmış cərrahiyyə əməliyyatı qüsurlu icra edilmişdir və bu da onun səhhətinin ağırlaşmasına səbəb olmuşdur. Bununla əlaqədar onun təkrar əməliyyata ehtiyacı vardır. Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq göstərişi pozulmuşdur və buna məsul şəxs plastik cərrah Cavabdeh1dır. 2.3. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. 19.2. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3” X5 xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1941-ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1. “X2-1” iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. 2.3.4.5.6. İddiaçının mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmç inin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, iddiaçının hər iki göz qapağında təkrar cərrahiyyə əməliyyatları aparıldığından, hansı əməliyyatın düzgün icra edilməməsi barədə fikir söylənilməsi mümkün olmadı. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2023-cü il tarixli rəyinə əsasən, iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.2. “X2-1” Klinikasında iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “ke çirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçının mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, iddiaçının hər iki göz qapağında təkrar cərrahiyyə əməliyyatları aparıldığından, hansı əməliyyatın düzgün icra edilməməsi barədə fikir söylənilməsi mümkün olmadı.
3. İddiaçının adına tərtib edilmiş tibbi sənəd lərdə iki qaş arasına və göz üstünə botoks olunması barədə qeydiyyat yoxdur və onun mütəxəssis müayinəsi zamanı qeyd olunan nahiyələrdə hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir.
4. Eybəcərləşmə məhkəmə-tibbi məfhumu deyildir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. 10. “X6 Medilux” tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı "xxxx" QSC klinikasına daxil olması ilə bağlı heç bir qeydiyyat aşkarlanmamışdır. 11. "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixli qərardadın onlar tərəfindən icrasının mümkün olmaması qeyd edilmişdir. 12. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx.xx.2024-cü il tarixli rəyinə əsasən, iddiaçının adına t ərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin AH 040407 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən plastik cərrahiyyə üzrə Azərbaycan Respublikasının ərazisində praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Cavabdeh1 plastik cərrahiyyə əməliyyatlarını icra etmək səlahiyyətindədir. 2.7. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə “X2”ə aşağı göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi, üst göz qapağının m əhdudluğu və “yumru göz” simptomu şikayətləri ilə tibb müəssisəsinə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra iddiaçıya “Keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq “Hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat protokolunda əməliyyatın texniki icrası düzgün qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, iddiaçıya 2022-ci ildə yenidən göz ətrafı nahiyələrində təkrar cərrahiyyə əməliyyatının aparılması qeyd edilmişdir. Hazırda göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Pasiyentin yaşını, dəri turqorluğunu, dəri elastikliyini, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq, hazırda texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verməsi haqqında fikir söylənilməsi mümkün deyil.
3. İddiaçıda qeyd olunan dəyişikliklər tibbi manipulyasiya ilə əlaqədar olduğundan sağlamlığa zərərvurmanın dərəcəsinin təyinində nəzərə alınmır. 4.8.9. İddiaçının xx.xx.2021-ci il tarixdə keçirdiyi cərrahiyyə əməliyyatının texniki gedişi (əməliyyatın icra texnikası) düzgün olmuş, lakin təkrar əməliyyatın aparılmasını və pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq, hazırda qeyd olunan dəyişiklikləri əməliyyatın qüsuru ilə əlaqələndirmək mümkün deyil. Eybəcərləşmə məhkəmə-tibbi məfhumu deyildir.
5. İddiaçının üzərində hazırda təkrar plastik və estetik cərr ahiyyə əməliyyatı keçirilə bilər, lakin əməliyyatın nəticəsi barədə əvvəlcədən proqnoz verilməsi mümkün deyildir. Həmin əməliyyat üçün vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil.
6. İddiaçının üzərində gələcəkdə icra oluna biləcək cərrahiyyə əməliyyatının ölkə daxili və ya ölkə xaricində olmasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
13. İddiaçı 2009-cu ildən əvvəlki dövrlərdə cərrahiyyə əməliyyatları keçirməsi haqqında hər hansı tibbi sənəd mövcud deyil. İddiaçı xx.xx.2021-ci il tarixdə “X2”ə müraciət etmiş və Cavabdeh1 obyektiv müayinəsi zamanı onda hər iki gözdə əvvəllər keçirilmiş əməliyyatların çapıq izləri, alt və üst göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi - retraksiya sı, göz qapaqlarının anatomik qurluşunun pozlulması və “yumru göz” simptomunun olduğu müəyyən edilmişdir. Həmin tarixdə rekonstruktiv cərrahi əməliyyatı icra edilmişdir. Daha sonra 2022-ci il tarixdə təkrar əməliyyat aparılmış və hal-hazırda onda göz qapaqlarında cərrahi əməliyyatlarından sonra çapıq toxumalarının, alt göz qapaqlarında dəri effektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir.
14. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 iyun 2024-cü il tarixli, e-2(006)-78/2024 nömrəli qətnaməsi ilə (hakim G.Abidova) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 plastik cərrahiyyə əməliyyatını icra etməyə səlahiyyətinin olmamasını mübahisələndirsə də, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, onun bu dəlili formal şifahi mülahizədən ibarət olmuşdur. Halbuki, cavabdehin plastik cərrah ixtisasına yiyələnməsi, iddiaçını əməliyyat etdiyi klinikada əmək müqaviləsi üzrə məhz həmin vəzifədə işləməsi, bir sözlə, mübahisələndirilən əməliyyatı icra etməyə səlahiyyətinin olması məhkəmə araşdırmasına təqdim edilmiş mötəbər sübutlarla (sertifikasiya şəhadətnaməsi, əmək müqaviləsi, bildiriş, ekspert rəyi və s.) öz təsdiqini tapmışdır. İddiaçı tərəf əməliyyatın qüsurlu icra edildiyini, müvafiq tibbi göstərişlərin yerinə yetirilmədiyini iddia etsə də, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyləri ilə əməliyyatın düzgün icra olunması, qüsurlu olmaması müəyyən edilmiş, bu səbəbdən iddiaçının bu dəlilinin də heç b ir mötəbər sübutla öz təsdiqini tapmaması müəyyən edilmişdir. İddiaçının şikayəti əsasında prokurorluqda aparılan araşdırma zamanı təyin edilmiş ilkin ekspertizanın rəyində iddiaçının səhhətində yaranmış problemin səbəbinin Cavabdeh1 olması qeyd edilsə də, həmin araşdırma zamanı sonradan təyin edilmiş daha iki ekspertizanın nəticəsində, həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların nəticəsində cavabdehin əməliyyatı düzgün icra etməsi və iddiaçının sağlamlığında olan qüsurların cavabdeh tərəfindən edilmiş əməliyyatla birbaşa əlaqəli olmaması müəyyən edilmişdir. Prokurorluqda aparılan araşdırma üzrə təyin edilmiş ilkin ekspertiza tədqiqatı zamanı iddiaçının 2009-cu ildə də göz əməliyyatı keçirməsi barədə məlumat müvafiq ekspertlərə verilmədiyindən (sonrakı rəylərdə “X6 Medilux” tərəfindən verilmiş arayışlara istinad edilsə də, ilkin rəydə belə bir məlumat qeyd edilməmişdir), həmin ekspert rəyinin sonrakı rəylərlə ziddiyyət təşkil etməsinin səbəbi aydın olur və məhkəmənin qənaətinə görə, bu səbəbdən həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfin “iddiaçının yenidən əməliyyata ehtiyacının olması, bu əməliyyatın icra edilməsi üçün 30.000 manat məbləğində pulun tələb olunması və əməliyyatın xaricdə həyata keçiriləcəyi” dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçının göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın müəyyən edilməsi səbəbindən onun daha bir əməliyyata ehtiyacının olması işdə olan ekspert rəyləri ilə də təsdiqlənsə də, bu ehtiyacın məh z həkim Cavabdeh1 tərəfindən edilmiş əməliyyata görə meydana gəlməsi sübut olunmur. Belə ki, məhkəməyə təqdim edilmiş müvafiq ekspert rəyində “pasiyentin yaşını, dəri turqorluğunu, dəri elastikliyini, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq, hazırda texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verməsi haqqında fikir söylənilməsi mümkün deyil”; “İddiaçı xx.xx.2021-ci il tarixdə keçirdiyi əməliyyatın təkrar əməliyyat olmasını və pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq, hazırda qeyd olunan dəyişiklikləri əməliyyatın qüsuru ilə əlaqələndirmək mümkün deyil” nəticəsinə gəlinmişdir. Deməli, iddiaçıda qüsurlar olması və bu səbəbdən onun təkrar əməliyyata ehtiyacının olması faktı mübahisəsiz olsa da, bu faktın cavabdeh həkim tərəfindən edilmiş əmə liyyatla səbəbli əlaqəsi və həkimin hər hansı təqsirli hərəkəti (hərəkətsizliyi) müəyyən edilmir. İddiaçının ehtiyacı olduğu əməliyyatın ölkə daxilində həm dövlət, həm də özəl tibb müəssisələrində həyata keçirilməsinin mümkünlüyü də müvafiq ekspert rəyi ilə təsdiqlənir. Məhkəmə tərəfindən iddiaçı tərəfə təkrar əməliyyat üçün tələb edilən vəsaitin məbləğinə dair sübutların təqdim edilməsinin təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən bu məbləğin nəyə əsasən cavabdehlərdən tələb edilməsinə dair heç bir sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəylərində isə təkrar əməliyyat üçün nə qədər vəsaitin tələb olunmasının müəyyən edilməsinin həmin komissiyanın səlahiyyətinə aid olmadığı qeyd edilmişdir. İddia tələbinin əsasını təş kil edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərində olsa da, göründüyü kimi, o, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizlikləri), həmçinin, iddiaçının sağlamlığına dəymiş zərərlə onların hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyindən, habelə tələb edilən məbləğə dair sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, hazırki işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı məlum olmuşdur.
16. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, tələb əsassız olduğundan və iddiaçının dəlilləri sübuta yetmədiyindən, iddia təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21. 1, 1096, 1096, 1097, 1099, 1112-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 76, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
20. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5098/2023 nömrəli mülki iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq müəyyən etmişdir ki, iddiaçı tərəf Cavabdeh1 plastik cərrahiyyə əməliyyatını icra etməyə səlahiyyətinin olmamasını mübahisələndirsə də, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, onun bu dəlili formal şifahi mülahizədən ibarət olmuşdur. Bunun əksinə, cavabdehin plastik cərrah ixtisasına yiyələnməsi, iddiaçını əməliyyat etdiyi klinikada əm ək müqaviləsi üzrə məhz həmin vəzifədə işləməsi, mübahisələndirilən əməliyyatı icra etməyə səlahiyyətinin olması məhkəmə araşdırmasına təqdim edilmiş mötəbər sübutlarla (sertifikasiya şəhadətnaməsi, əmək müqaviləsi, bildiriş, ekspert rəyi və s.) öz təsdiqini tapmışdır.
22. İddiaçı tərəf əməliyyatın qüsurlu icra edildiyini, müvafiq tibbi göstərişlərin yerinə yetirilmədiyini iddia etsə də, bu dəlillərini də sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizalar nəticəsində verilmiş ekspert rəyləri ilə əməliyyatın düzgün icra olunması, qüsurlu olmaması müəyyən edilmiş, bu səbəbdən iddiaçının bu dəlilinin də heç bir mötəbər sübutla öz təsdiqini tapmaması müəyyən edilmişdir.
23. İddiaçının şikayəti əsasında prokurorluqda aparılan araşdırma zamanı təyin edilmiş ilkin e kspertizanın rəyində iddiaçının səhhətində yaranmış problemin səbəbinin Cavabdeh1 olması qeyd edilsə də, həmin araşdırma zamanı sonradan təyin edilmiş daha iki ekspertizanın nəticəsində, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların nəticəsində cavabdehin əməliyyatı düzgün icra etməsi və iddiaçının sağlamlığında olan qüsurların cavabdeh tərəfindən edilmiş əməliyyatla birbaşa əlaqəli olmaması müəyyən edilmişdir. Prokurorluqda aparılan araşdırma üzrə təyin edilmiş ilkin ekspertiza tədqiqatı zamanı iddiaçının 2009-cu ildə də göz əməliyyatı keçirməsi barədə məlumat müvafiq ekspertlərə verilmədiyindən (sonrakı rəylərdə “X6 Medilux” tərəfindən verilmiş arayışlara istinad edilsə də, ilkin rəydə belə bir məlumat qeyd edilməmişdir), həmin ekspert rəyinin sonrakı rəylərlə ziddiyyət təşki l etməsinin səbəbi aydın olur və məhkəmənin qənaətinə görə, bu səbəbdən həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz.
24. İddiaçının göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın müəyyən edilməsi səbəbindən onun daha bir əməliyyata ehtiyacının olması işdə olan ekspert rəyləri ilə də təsdiqlənmişdir. Lakin bu ehtiyacın məhz həkim Cavabdeh1 tərəfindən edilmiş əməliyyata görə meydana gəlməsi sübut olunmamışdır. Belə ki, iş üzrə verilmiş ekspert rəyində iddiaçının yaşı, dəri turqorluğu, dəri elastikliyi, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalması nəzərə alınaraq, hazırda texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verməsi haqqında fikir söylənilməsinin mümkün olmadığı müəyyən edilmiş, iddiaçının xx.xx.2021-ci il tarixdə keçirdiyi əməliyyatın təkrar əməliyyat olmasını və fərdi xüsusiyyətləri nəzərə alınaraq, hazırda qeyd olunan dəyişikliklərin əməliyyatın qüsuru ilə əlaqələndirilməsinin mümkün olmadığı nəticəsinə gəlinmişdir.
25. Göründüyü kimi, iddiaçıda müəyyən qüsurların olması və bu səbəbdən onun təkrar əməliyyata ehtiyacının olması faktı mübahisəsiz olsa da, bu faktın cavabdeh tərəfindən edilmiş əməliyyatla səbəbli əlaqəsi və həkimin hər hansı təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmir. Bundan başqa, iddiaçının ehtiyacı olduğu əməliyyatın ölkə daxilində həm dövlət, həm də özəl tibb müəssisələrində həyata keçirilməsinin mümkünlüyü də müvafiq ekspert rəyi ilə təsdiqlənmişdir. İddiaçı tərəfindən təkrar əməliyyat üçün tələb edilən vəs aitin məbləği və bu məbləğin cavabdehlərdən tələb edilməsinin əsaslarına dair sübutlar təqdim edilməmişdir. Ekspert rəyləri ilə təkrar əməliyyat üçün nə qədər vəsaitin tələb olunmasının müəyyən edilməsinin həmin komissiyanın səlahiyyətinə aid olmadığı qeyd edilmişdir. Beləliklə, cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizlikləri), həmçinin, iddiaçının sağlamlığına dəymiş zərərlə onların hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyindən, habelə tələb edilən məbləğə dair sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, hazırki işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını müəyyən etmiş birinci instaniya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tələb əsassız olduğundan və iddiaçının dəlilləri sübuta yetmədiyindən, iddia təmin edi lməməlidir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci və MPM-in 14.2, 77.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 26-cı, Mülki Məcəllənin 21, 1096-cı, MPM-in 8, 9, 14.2, 77.1, 80, 88, 101.7, və 102-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, ekspert rəylərindən görünmüşdür ki, məhz həkimin günahı ucbatı ndan onun gözündə qüsurlar yaranmış, yenidən cərrahiyyə əməliyyatına ehtiyac vardır. Bu sübutlar ola-ola məhkəmə bu dəlilə fikir verməmişdir. Yəni zərərin vurulması məhkəmə qətnaməsi ilə eksert rəyləri ilə tam sübuta yetirilmişdir. Bütün ekspert rəyləri də qüvvədədir. İş materiallarına tərəfindən bir ekspert rəyi təqdim edilmişdir ki, həmin rəy Nəsimi rayon Prokurorluğunda iş araşdırılarkən verilmişdir. Həmin rəydə günahkar həkimin məhz Cavabdeh1 olıması açıq – aşkar qeyd edilmişdir. Həmin rəy də qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi işi birtərəfli araşdırmış, iddiaçının söylədiyi dəlilləri nəzərə almamışdır. Məhkəmə qarşısında vəkili vəsatət vermiş, ekspertlərin hamısının dindirilməsini xahiş etmişdir. Məhkəmə həmin vəsatəti təmin etmiş, lakin sonradan həkimlərin gəlməməsini əsas gətirmiş, məhkəmə iclasını təxirə salmış, həkimlərin iştirakını yenidən təmin etmək əvəzinə, keçən məhkəmə iclasında özünün qəbul etdiyi qərarın əlehinə olaraq vəsatəti rədd etmişdir. Qeyd etmək istəyir ki, yaraların köhnəlmə dərəcəsinə görə qüsurun hansı vaxtı yaranmasının ekspertlər guya müəyyən edə bilmirlər. Onlar iddiaçıda qüsurun olmasını təsdiqləyir, lakin hansı həkim tərəfindən olunmasını bilmirlər. Bundan sonra vəkili tərəfindən təqdim edilmiş digər sənədlərə istinad edilməsi, fotoşəkillər, “youtube” kanalında çəkilişlərə istinad edilməsini, ekspertlərə həmin materialların göndərilməsini və təkrar ekspertiza təyin etməklə, məhz qüsurun hansı vaxtı yaranmasını müəyyən etmək üçün Müdafiə Nazirliyinin və ya Səhiyyə Nazirliyindən başqa digər ekspertlər qrupuna göndərilməsi barədə v əsatəti olmuşdur. Lakin hakim bu vəsatəti də rədd etmişdir. Bununla da müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməməmiş, iş üçün əhəmiyyət kəsb edən halları müəyyən edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh1 nümyəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz verərək, göstərmişdir ki, iddiaçı cərahiyyə əməliyyatına pul ödəməmiş, əməliyyat sonrası müalicə və sair xərcləri olmamış, iddiaçı gözqndə və göz ətrafında olan qüsurlarla bağlı müraciət etmiş, Cavabdeh1 riskli olduğundan həmin əməliyyatı icra etməmişdi, yəni yerli keyitmə ilə sadə bir əməliyyatla gözün bayır bucağı ətrafındakı dəri nahiyəsində olan çapıq toxuma ləğv edilmişdir. İddiaçı 30.000 manat maddi ziyan tələb etsə də, bu barədə hər hans ı sübut təqdim etməmiş, iddiaçıya dəyən real maddi zərər müəyyən edilmədiyindən zərərin əvəzini tələb etmək hüququ da yarnmış, Cavabdeh1 cavabdehin əməliyyat olunması üçün ona yardım kimi 5000 manat pul da vermişdir. Qeyd edilənlərə əsasən, cavabdeh kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Madda 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hü quq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
37. Maddə 1099.2 Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlə rin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
38. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri ilə oxşar olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən ətraflı qiymət verilmiş, iş üzrə gəlinən nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyan məhkəməsi həmin dəlillərə verilmiş hüquqi qiymətlə razılaşır və əlavə qiymətləndirilməyə zərurət görmür.
52. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillə rinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tut araq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(103)-5098/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.