Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-865/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” X10, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər İbrahimov Səttar Kamal oğluna və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X3 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı, onun vəkili Məmmədova Yeganə Bayram qızının, müstəqil tələblə r irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3517/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhər Sovet İcraiyyə Komitəs inin Evlər Şöbəsinin bələdiyyələşdirilməmiş tikintilərin 176 nömrəli reyestr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evi Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X18 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930-cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmişdir. Onların hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Səttar İsrafil oğlu ilə X13 xx.xx.1927-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, onların birgə nikahdan xx.xx.1930-cu il təvəllüdlü İbrahimov Kamal Səttar oğlu adı bir uşağı doğulmuşdur. Səttar İsrafil oğlu xx.xx.1936-cı il tarixdə vəfat etmişdir. X13 xx.xx.1937-ci il tarixdə X14 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, həmin nikahdan onların xx.xx.1940 -cı il təvəllüdlü X15, xx.xx.1942-ci il təvəllüdlü X20, xx.xx.1944-cü il təvəllüdlü X23, xx.xx.1946-cı il təvəllüdlü X24, xx.xx.1949-cu il təvəllüdlü X16, xx.xx.1951-ci il təvəllüdlü X21 və xx.xx.1954-cü il təvəllüdlü X12 adlı yeddi uşaqları doğulmuşdur. X13 birinci nikahdan doğulmuş oğlu İbrahimov Kamal Səttar oğlu, əri X14 və ikinci nikahından doğulmuş 7 uşağı ilə birlikdə 10 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evində yaşamışdır. Daha sonra İbrahimov Kamal Səttar oğlu 1972-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonu 12-ci döngəsi 911 nömrəli evin 26 nömrəli mənzilinə köçmüş və öz ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. X13 xx.xx.1982-ci il tarixdə, əri X14 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X15 isə xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə İddiaçı hüquqi əhəmiyyətli faktlarının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, İddiaçı - Səttar İsrafil oğlu ilə qohumluq münaibətində olması və onun Səttar İsrafil oğlundan miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahəsinin qəbul edilməsi barədə faktı müəyyən edilmiş; İddiaçı - Səttar İsrafil oğlunun həyat yoldaşı Mədinə Aşum qızı və axı rıncının oğlu Qasımov Ağakərimin qanun üzrə vərəsəsi tanınmış, İddiaçı göstərilən ünvanda yerləşən qeyd edilmiş otaqlarda qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ tanınmış; Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahəsinə mülkiyyət hüququnun qeydiyyatını ərizəçi İddiaçı adına aparılması və ona qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2004-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Sonradan, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İbrahimov Səttar Kamal oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)3064/2003 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)7310/2018 nömrəli qərarı ilə qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanınmış İbrahimov Səttar Kamal oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-3076/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103 )-332/2019 nömrəli qərardadı ilə ərizəçi İddiaçı “hüquqi faktın müəyyən edilməsi, vərəsə kimi tanına və mirasın qəbul edilməsi faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)-3064/2003 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxs kimi tanınmış İbrahimov Səttar Kamal oğlunun verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)-3064/2003 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi İddiaçı izah edilmişdir ki, xüsusi icraat qaydasında verilmiş ərizənin baxılmamış saxlanılması, maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” X10, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər İbrahimov Səttar Kamal oğluna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum Səttar İsrafil oğlu ilə qohumluq münasibətində olması faktının müəyyən edilməsi; Bakı şəhər Sovet İcraiyyə Komitəsinin Evlər Şöbəsinin bələdiyyələşdirilməmiş tikintilərin 176 nömrəli reyestr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X18 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930-cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmiş - Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin xx.xx.1936-cı ildə v əfat etmiş X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsinin miras əmlak kimi onun qanun üzrə birinci növbə vərəsəsi olan - arvadı X13 tərəfindən xx.xx.1936-cı ildə qəbul edilməsi; X7 xx.xx.1982-ci ildə vəfat etməsindən sonra həmin miras əmlakın onun qanun üzrə birinci növbə vərəsəsi olan - oğlu X15 tərəfindən xx.xx.1982-ci qəbul edilməsi; X8 xx.xx.1995-ci ildə vəfat etməsindən sonra həmin miras əmlakın İddiaçı tərəfindən xx.xx.1995-ci ildə qəbul edilməsi barədə hüq uqi əhəmiyyətli faktlar müəyyən edilməsi; İddiaçı vərəsəlik hüququ əsasında Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsinə dair mülkiyyət hüququnun yenidən tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin Evlər Şöbəsinin bələdiyyələşdirilməmiş tikintilərin 176 nömrəli reyestr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. o lan 183 nömrəli fərdi yaşayış evi Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X18 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930-cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmişdir. Səttar İsrafil oğlu ilə X13 xx.xx.1927-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Əliheydər İsrafil oğlu 1928-ci, X271930-cu, Səttar İsrafil oğlu isə xx.xx.1936-cı il tarixdə vəfat etmişdir. Səttar İsrafil oğlunun vəfatından sonra miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evi arvadı X13 faktiki olaraq qəbul etmişdir. X13 xx.xx.1937-ci il tarixdə X14 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, həmin nikahdan onların xx.xx.1940-cı il təvəllüdlü X15, xx.xx.1942-ci il təvəllüdlü X20, xx.xx.1944-cü il təvəllüdlü X23, xx.xx.1946-cı il təvəll üdlü X24, xx.xx.1949-cu il təvəllüdlü X16, xx.xx.1951-ci il təvəllüdlü X21 və xx.xx.1954-cü il təvəllüdlü X12 adlı yeddi uşaqları doğulmuşdur. X13 birinci nikahdan doğulmuş oğlu İbrahimov Kamal Səttar oğlu, əri X14 və ikinci nikahından doğulmuş 7 uşağı ilə birlikdə 10 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsində yaşamaqda davam etmişdir. Daha sonra İbrahimov Kamal Səttar oğlu 1972ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonu 12-ci döngəsi 91 nömrəli evin 26 nömrəli mənzilinə köçmüş və öz ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. X13 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. X7 vəfatından sonra ondan miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evini əri X14, uşaqları X12 və X15 yaşamaqda davam etmiş və miras əmlakı birinci növbə vərəsələrindən yalnız əri X14, uşaqları X12 və X15 faktiki olaraq qəbul edərək idarə etmişlər. X7 qanun üzrə birinci növbə vərəsələri olan digər vərəsələri -xx.xx.1930-cu il təvəllüdlü İbrahimov Kamal Səttar oğlu, xx.xx.1942-ci il təvəllüdlü X20, xx.xx.1944-cü il təvəllüdlü X23, xx.xx.1946cı il təvəllüdlü X24, xx.xx.1949-cu il təvəllüdlü X16, xx.xx.1951-ci il təvəllüdlü X21 mərhum anaları X4 miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evini nə faktiki, nə də ki, notariat kontoruna ərizə verməklə qəbul etməmiş, mirası qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti buraxmışlar. Çünki, onlar faktiki o laraq miras evdə deyil, digər ünvanlarda özlərinə məxsus olan mənzillərdə yaşamışlar. X14 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Ə.Qasımovun vəfatından sonra Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evindən qalmış miras payını da X9 qanun üzrə birinci növbə vərəsələrindən yalnız - X12 və X15 faktiki olaraq qəbul etmiş və öz aralarında bölmüşlər. X15 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. X8 vəfatından sonra isə ondan qalmış miras Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evindən qalmış miras payını qanun üzrə birinci növbə vərəsələrindən yalnız doğma qızı olan İddiaçı həmin evdə yaşamaqla faktiki qəbul edilmişdir. Qasımov Ağakərimin digər birinci növbə üzrə vərəsələri ol anuşaqları - Əminə, İlqar və İlham atalarından miras qalmış payı qəbul etməkdən imtina etmişlər. X7 oğlu İbrahimov Kamal Səttar oğlu xx.xx.1990-cı il tarixdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonu 12-ci döngəsi 911 nömrəli evin 26 nömrəli mənzilində vəfat etmişdir. İbrahimov Kamal Səttar oğlu anasından qalan miras payını qəbul etmədiyinə görə, onun oğlu olan İbrahimov Səttar Kamal oğlu da nənəsi X4 qalan miras payı tələb edə bilməz. Məhkəmə müəyyən etmişdir k, hazırda mübahisəli fərdi yaşayış evi X12 və İddiaçı arasında faktiki olaraq bölünmüşdür. Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən sahələri 20.0 kv.m. və 25.0 kv.m olan 2 ya şayış otağında X12 öz ailəsi ilə; evin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsində İddiaçı öz ailəsi ilə yaşayırlar. İş üzrə qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, X19 və İbrahimov Səttar Kamal oğlu babaları X2 ölümündən sonra doğulduqlarına görə babalarının vərəsəsi ola bilməzlər. Onlar hətta babaların sağlığında mövcud olsaydı, yenə də vərəsə ola bilməzdilər. Çünki, onların ataları İbrahimov Kamal Səttar oğlu babaları X11 xx.xx.1936-cı il tarixdə vəfat etdiyi zaman sağ olduğuna görə, X19 və İbrahimov Səttar Kamal oğlunun mərhum X2 vərəsəsi olmaları istisna olunmuşdur. X19 və İbrahimov Səttar Kamal oğl u ataları İbrahimov Kamal Səttar oğlunun vərəsəsi olduğundan, sonuncu sağlığında həmin evi öz atasından (şikayətçinin babasından) qalmış miras kimi qəbul etdiyi halda, şikayətçi həmin evi atasından qalmış miras kimi qəbul edə bilərdi. Lakin şikayətçinin atasının həmin evi miras kimi qəbul etdiyi müəyyən olunmur. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin Evlər Şöbəsinin bələdiyyələşdirilməmiş tikintilərin 176 nömrəli reyestr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X18 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930- cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmiş - Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin xx.xx.1936-cı ildə v əfat etmiş X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsinin miras əmlak kimi onun qanun üzrə birinci növbə vərəsəsi olan - arvadı X13 tərəfindən xx.xx.1936-cı ildə qəbul edilməsi; X7 xx.xx.1982-ci ildə vəfat etməsindən sonra həmin miras əmlakın onun qanun üzrə birinci növbə vərəsəsi olan - oğlu X15 tərəfindən xx.xx.1982-ci qəbul edilməsi; X8 xx.xx.1995-ci ildə vəfat etməsindən sonra həmin miras əmlakın onun qanun üzrə birinci növbə vərəsəsi olan - qızı İddiaçı tərə findən xx.xx.1995-ci ildə qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktlar müəyyən edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə öz mövqeyini 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 487, 488, 499, 500, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528, 532, 552, Azərbaycan Respublikası Konstitusiyasının 29 və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən İbrahimov Səttar Kamal oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3 517/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Vahid Sadıqov) apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6441/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi apellyator İbrahimov Səttar Kamal oğlunun apellyasiya şikayəti üzrə müəyyən etmişdir ki, Səttar İbrahimovun babası X11 öldüyü zaman (1936-cı ildə) onun atası İbrahimov Kamal Səttar oğlu sağ olmuş, apellyatorun özü isə babasının ölümündən 21 il sonra (1957-ci ildə) doğulmuşdur. Apellyatorun babasının öldüyü zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin (xx.xx.1923-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin 3-cü sessiyasında qəbul edilmişdir) 4882-ci maddəsinin “qeyd” hissəsində göstərilmişdi ki, “Ancaq irs buraxan şəxs vəfat etdiyi vaxtda sağ olan şəxslər, həmçinin vəfat edən şəxsin sağlığında anasının bətnində olan və atası vəfat etdikdən sonra doğulan uşaqlar vərəsə ola bilərlər”. Apellyator, babasının ölümündən 21 il sonra doğulduğuna görə babasının vərəsəsi ola bilməz. Apellyator hətta babasının sağlığında mövcud olsaydı yenə də vərəsə ola bilməzdi. Çünki həmin Məcəllənin 4882-ci maddəsinin 2-ci hissəsində göstərilmişdi ki, irs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir. Apellyatorun babası öldüyü zaman onun atası sağ olmuşdur, ona görə vərəsə olması istisna olunur. Başqa sözlə, apellyator atasının vərəsəsidir və əgər onu n atası sağlığında evi öz atasından (apellyatorun babasından) qalmış miras kimi qəbul etmiş olsa idi, apellyator həmin evi atasından qalmış miras kimi qəbul edə bilərdi. Lakin apellyatorun atasının həmin evi miras kimi qəbul etdiyi müəyyən olunmur. Çünki işin müəyyən olunmuş hallarına əsasən, Səttar İbrahimov babasının ölümündən sonra atası 1972-ci ilə qədər ailəsi ilə birlikdə həmin evdə yaşamış, 1972-ci ildə atası ailəsi ilə birlikdə həmin evdən köçərək başqa ünvana getmiş, 1972-ci ildən sonra atası ölənə kimi ailəsi ilə birlikdə başqa ünvanda yaşamış və 1990-cı ildə atası başqa ünvanda ölmüşdür. Apellyator atasının 1972-ci ilə kimi həmin evdə yaşamasını mirasın atası tərəfindən qəbul edilməsi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, apellyatorun babası öldüyü zaman onun atasının 6 ya şı olmuşdur. Belə ki, apellyatorun atasının təvəllüdü 1930-cu il, babasının ölüm tarixi isə 1936-cı ildir. Həmin zaman qüvvədə olmuş Mülki Məcəllənin 500-cü maddəsinə görə mirasın qəbulu müddəti 6 ay müəyyən edilmişdi, apellyatorun atasının həmin 6 ayın daxilində, yəni 6 yaşı olarkən mirasla bağlı iradə ifadə etməsi (evi miras kimi qəbul etdiyini bildirməsi və ya evi miras kimi qəbul etməkdən imtina etdiyini bildirməsi) isə mümkün deyil. Bunu onun əvəzinə anası (qanuni nümayəndəsi) edə bilərdi. Apellyator sübut edə bilməmişdir ki, atasının 6 yaşı olarkən X13 (atasının anası) atasının qanuni nümayəndəsi kimi mirasla bağlı iradə ifadə edib. Halbuki o, atasının anası X7, atasının qanuni nümayəndəsi kimi 1936-cı ildə mirasla bağlı iradə ifadə etdiyini sübut etməli idi. Digər tərəfdən, apellyat or atasının 1972-ci ildə mübahisəsi gedən evi tərk edərək başqa evə köçdüyünü etiraf edir. Əgər onun atası evi miras kimi qəbul etmişdirsə, onun həmin evi tərk edərək yaşamaq üçün başqa evə köçməsi, 1972-ci ildən sonra ölənə kimi, yəni 1990-cı ilə kimi 18 il fasiləsiz olaraq başqa evdə yaşaması “evi miras kimi qəbul edən şəxsin” davranışına uyğun gəlmir. Bundan başqa, apellyatorun atası sağlığında həmin evə münasibətdə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etməmiş və ya evə dair hər hansı iddia irəli sürməmişdir. Hətta onun sağlığında öz qohumları ilə evə dair mübahisə etməsi, evin ona məxsus olduğunu bildirməsi, bununla bağlı hər hansı dövlət orqanına müraciət etməsi müəyyən olunmur. Bütün bunlar isə ona dəlalət edir ki, apellyatorun atası həmin evi miras kimi qəbul etməmiş, evi özünə məxsus olan ev hesab etməmişdir. Apellyator, atasının ölümündən sonra özünü atasının nümayəndəsi kimi apara, onun etmədiyi hərəkətləri onun əvəzinə edə, onun adından danışa bilməz. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı daha əvvəl xüsusi icraat qaydasında eyni tələblə məhkəməyə müraciət etmiş, onun ərizəsi əsasında yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmiş və artıq icra edilmişdir. Məhkəmə aktının qanuni qüvvəyə minməsindən və icra edilməsindən uzun müddət keçdikdən sonra isə ciddi əsaslar olmadan onun ləğvi, hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsas ən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmçinin ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov (keçmiş Sovet döngəsi) küçəsindəki 183 nömrəli evin 1-ci mərtəbəsində yerləşən sahələri 20.0 kv.m. və 25.0 kv.m olan 2 yaşayış otaqlarının X12 tərəfindən qəbul edilməsi faktları müəyyən edilmişdir. Hazırki iddia tələbi isə həmin mənzilin Cəmilə Mirəliyevaya aid olmayan yəni - evin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yer ləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahəsinə aiddir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-3517/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin № 2-2965 saylı, xx.xx.2003-cü il tarixli və № 2-3064 saylı, xx.xx.2003-cü il tarixli qətnamələri xx.xx.2004-cü il tarixdə İdarə tərəfindən icra edilmiş və evin 1-ci mərtəbəsində yerləşən 2 yaşayış otağı (45,0 kv.m) X5 adına, Bakı şəhəri, N.Nərimanov (keçmiş Sovet döngəsi) küçəsi 183 saylı evin 1-ci mərtəbəsindəki sahəsi 22,4 kv.m olan 1 yaşayış otağı, 2-ci mərtəbəsində olan, sahəsi 20,4 kv.m olan 1 yaşayış otağı 3,0 kv.m olan mətbəx ilə birlikdə İddiaçı adına qeydiyyata alınmışdır. Yasamal Rayon Məhkəməsinin № 2-2965 saylı, xx.xx.2003-cü il tarixli və № 2-3064 saylı, xx.xx.2003-cü il tarixli qətnamələrinin ləğv edilməsi barədə İdarəyə hər hansı məlumat daxil olmamışdır. Bakı şəhəri, N.Nərimanov (keçmiş Sovet döngəsi) küçəsində yerləşən 183 saylı fərdi yaşayış evi üzərinə Yasamal Rayon Məhkəməsinin 2(004)-1102/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə qadağa qoyulmuşdur. Həmçini n, müvafiq fərdi yaşayış evi söküntü ərazisində yerləşir. Lakin müvafiq fərdi yaşayış evinin hal-hazırda söküldüyünü müəyyən etmək üçün müvafiq ünvanda yoxlama-ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələrinin müvafiq qətnamələrində idarəyə məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyi qeyd olunsa da, lakin müvafiq mülki iş üzrə xx.xx.2019-cu il tarixli (birinci instansiya) və xx.xx.2020-ci il tarixli (apellyasiya instansiyası) məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş daxil olmamış və İdarənin etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş və nəticədə mülki prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan faktlar nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, müvafiq daşınmaz əmlakın hüquqi vəziyyəti barədə məhkəmə tərəfindən İdarəyə sorğu göndərilməmiş, müvafiq mülki işə dair qətnamə qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və müvafiq qətnamə düzgün əsaslandırılmamışdır. Belə ki, məhkəmə tərəfindən aidiyyəti hüquq normalarına istinad edilməmiş, istinad edilmiş hüquq normaları düzgün təfsir edilməmişdir. İşin düzgün və ədalətli araşdırılması üçün Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və X12 işə cəlb edilməmi., iş üzrə ekspertiza təyin edilməmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İbrahimov Səttar Kamal oğlu kassasiya şikayətinə dair yazılı izahat göndərərək, apellyasiya məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmadığını, araşdırmaya ehtiyacı olan faktların mövcud olduğunu, bununla əlaqədar sənədləri toplayıb Ali Məhkəməyə müraciət edəcəyini bildirmiş və işin hərtərəfli araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3517/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayə tin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və onun vəkili Məmmədova Yeganə Bayram qızı kassasiya şikayətinin dəlillərinə etirazını bildirərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3517/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İbrahimov Səttar Kamal oğlunun məhkəmə iclasının təxirə salınması barədə ərizəsində göstərilən əsaslar üzürlü hesab edilmədiyindən məhkəmə kollegiyası tərəfindən təmin edilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat v ermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini tələb etsə də, kassasiya şikayətinin dəlilləri işin mahiyyətinə dair deyil, qəbul edilmiş qətnamənin həmin İdarə tərəfindən icrası ilə bağlı məsələlərə aid olduğundan, apellyasiya məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəlilləri həddində mübahi sələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassatorun dəlilləri ilə bağlı qeyd edir ki, müvafiq fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsinin miras əmlak kimi iddiaçının adına qeydə alınması barədə Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi xx.xx.2004-cü il tarixdə qanuni qüvvəyə minmiş və kassatorun sələfi tərəfindən icra edilməklə, qeyd edilən daşınmaz əmlaka ərizəçinin mülkiyyət hüququ qeydə alınmışdır. Həmin qətnamə sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-332/2019 nömrəli qərardadı ilə baxılm amaış saxlanılsa da, qətnamənin icrasında dönüş edilməmişdir. Hal-hazırda iddiaçı eyni tələblə iddia icraatı qaydasında müraciət etmiş və onun həmin əmlakı miras kimi faktiki qəbul etməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd edilən qətnamə ilə 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun müvafiq fərdi yaşayış evinin söküntü ərazisində yerləşməsi, müvafiq fərdi yaşayış evinin hal-hazırda söküldüyünü müəyyən etmək üçün müvafiq ünvanda yoxlama-ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə iddiaçı tərəfindən şərait yaradılmaması, ekspertiza keçirilməməsi, müvafiq daşınmaz əmlakın hüquqi vəziyyəti barədə məhkəmə tərəfindən İdarəyə sorğu göndərilməməsi və Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və X6 işə cəlb edilməməsi barədə dəlilləri əsassızdır, çünki evin söküntü ərazisi olması, hazırda sökülməsi və s. məsələlər 1930-cu ildən xüsusi mülkiyyət kimi qeydə alınmış daşınmaz əmlakın vərəsələr tərəfindən qəbul edilibedilməməsinin müəyyən edilməsi üçün əhəmiyyətli hallar deyildir. Kassator qeydiyyat orqanı kimi evin hüquqi vəziyyəti ilə bağlı həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində ətraflı məlumat vermişdir və həmin qeyd edilənlərlə iş üzrə məhkəmələrin bu barədə müəyyən etdiyi faktlar arasında hər hansı uyğunsuzluq yoxdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov (keçmiş Sovet döngəsi) küçəsindəki 183 nömrəli evin 1-ci mərtəbəsində yerləşən sahələri 20.0 kv.m. və 25.0 kv.m olan 2 yaşayış otaqlarının X12 tərəfindən qəbul edilməsi faktları müəyyən edilmişdir. Hazırki iddia tələbi isə həmin mənzilin Cəmilə Mirəliyevaya aid olmayan yəni - evin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahəsinə aiddir. Kassator məhkəmələr tərəfindən müvafiq mülki işə dair qətnamə qəbul edilərkən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğunu, məhkəmə tərəfindən aidiyyəti hüquq normalarına istinad edilmədiyini, istinad edilmiş hüquq normaları düzgün təfsir edilmədiyini qeyd etsə də, bu pozuntuların nədən ibarət olduğunu, hans ı normaya istinad edilmədiyini və ya hansı normanın düzgün təfsir edilmədiyini şikayətində əsaslandırmamışdır. Müvafiq mülki iş üzrə xx.xx.2019-cu il tarixli (birinci instansiya) və xx.xx.2020-ci il tarixli (apellyasiya instansiyası) məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş daxil olmaması və İdarənin etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilləri də iş materialları ilə təkzib edilir. Belə ki, məhkəmə iclasları barədə İdarəyə müvafiq bildirişlər və SMS bildirişlər göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas vermədiyindən kassasiya şikayəti təmin edilməməli, qətnamə kassasiy a şikayətinin dəlilləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3517/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.