Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-866/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X2 və cavabdehin vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-4077/2019, hakim G.M.Abbasova) İddiaçı Cavabdeh İstafil oğluna qarşı iddia sı qismən təmin edilmiş, cavabdehdən 900 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11758/2019, hakimlər E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2019-cu il tarixdə XXX oğluna qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3811 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, gəldiyi nəticənin əsası kimi şahid ifadələrinə istinad etsə də, həmin şahidlərin cavabdehin qohumları olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan xx xxxxxxxx 2017-ci il tarixdə 1.000 manat məbləğində borc almış, həmin məbləğdən 100 manat qaytarmış, lakin qalan 900 manatı qaytarmamış, eyni zamanda onun etibarından sui-istifadə edərək borclu olduğu başqa şəxsə 2.911 manat məbləğində ödəməyi tapşırmış və həmin məbləği də qaytarmaqd an imtina etmişdir. Hazırda cavabdehin ona 3.811 manat məbləğində borcu var. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən 900 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, qətnamə apellyasiya məhkəməsi tərəfindən iddiaçının şikayəti əsasında iddianın təmin edilməyən hissəsində yoxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məc əllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərilən hüquqi mövqeyə görə iddiaçı pul tələbinin hüquqi əsası kimi cavabdehin borclu kimi onun xeyrinə tələb edilən pul tələbinin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun hüquqi əsasını göstərməlidir. Halb uki, iddiaçı tələb etdiyi 2.911 manat məbləği cavabdehə və ya onun xahişi ilə üçüncü şəxsə verdiyini sübut etməli olduğu halda, istinad etdiyi halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində X8 və X3 cavabdehin iddiaçıya borcunun olmasından məlumatı olan şəxslər kimi göstərilmişdir. Birinci instansiya məhkəməsində həmin şəxslər şahid qismində dindirilmiş və onlar cavabdehin iddiaçıya yalnız 1.000 manat məbləğində borcu olmasını bildirmişlər. Beləliklə, iddiaçının 2.811 manat məbləğində pulu cavabdehin xahişi ilə üçüncü şəxsə verməsi və cavabdehin buna görə həmin məbləğdə borcu olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hessab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-866/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-866/2020
06.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver