Məhkəmə qərarları › İş №2(102)-868/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-868/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-868/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş sığorta məbləğinin geriyə tələb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5402/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh2 xx.xx.2018-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zığ qəsəbəsi ilə hərəkət edərkən manevr etmə qaydalarını pozaraq “Hyundai İX 35” markalı **-FH-*** və “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin nəqliyyat vasitələrinin zədələnməsi ilə sahiblərnə maddi ziyan dəymişdir. Cavabdeh1 “Mecedes Benz 307” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. xx xxxx 2018-ci il tarixli, yol-nəliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsas ən, “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 200 manat məbləğində ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli, qüsur aktına əsasən, “Hyundai İX 35” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 4800 manat məbləğində ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli, ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti ASC tərfindən “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə 200 manat və “Hyundai İX 35” markalı **-FH-*** avtomobilin sahibi X1 4800 manat məbləğində sığorta pulu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddi a ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək “Hyundai İX 35” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə ümumilikdə 5000 manat sığorta ödənişi, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı,cəmi 5030,40 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsindən sonra məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnaməsiz və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilməmiş sığorta məbləği cavabdehlər Cavabdeh2 və avtomobilin mülkiyyətçisi Cavabdeh1 tutulmalıdır. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Xətai rayon DYPŞ-nin xx.xx.2018-ci il tarixli İnzibati Xəta haqqında Protokolunda öz əksini tapmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Səlimə Miriyeva) 2(010)-769/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 sığorta ödənişi məbləğinin əvəzi kimi 5000 manat məbləğində pul və məhkəmə üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti haqqı, cəmi 5030,40 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə, yəni digər Cavabdeh1 qarşı rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin digər Cavabdeh1 qarşı hissədə rədd edilməsi barədə gəldiy i nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hüquqazidd əməlin törədilməsində həmin cavabdehin də təqsirinin olmasını sübuta yetirə bilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sı ğorta ödənişi məbləğinin əvəzi kimi 5000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun, cəmi 5045,80 manat məbləğində pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasə qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Mercedes Benz” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və digər avtomobillərə zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə iş materiallarını qarşılıqlı şəkildə təhlil edərək qeyd etmişdir ki, Cavabdeh 1 mülkiyyətində olan “Mercedes Benz” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan Cavabdeh2 idarə etmiş və sonuncu tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Göründüyü kimi hadisə baş verən zaman avtomobil qanuni əsaslar olmadan Cavabdeh2 istifadəsində olmuş, cavabdeh Oruc Şükürov mülkiyyətçi kimi avtomobilinin qanuni əsaslar olmadan Cavabdeh2 sahibliyində və istifadəsində olmasında təqsirlidir. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti həm Cavabdeh2, həm də Cavabdeh1 daşıyır və iddiaçının subroqasiya hüququ hər iki şəxsə qarşı yaranmış olur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Ka ssasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, “Mercedes Benz” markalı **-TM*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixli etibarnamə ilə X3 verilmişdir. Həmin etibarnamə xx.xx.2018-ci il tarixinə kimi qüvvədə olmuşdur. Yol-nəqliyyat hadisəsi isə iddia tələbində göstərilən kimi xx.xx.2018-ci il tarixdə baş vermişdir. Əgər o, sürücülük hüququ olmayan şəxsə etibarnamə olmadan avtomobil vermiş olsaydı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsi ilə inzibati məsuliyyət müəyyən olunardı. Ümumiyyətlə o, Cavabdeh2 tanımamış və ona İdarə etməyə avtomobil verməmişdir. Məhkəmə bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksə k təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tələbin ona qarşı təmin edilən hissəsi mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izhatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hes ab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həddləri ilə bağlı tələbə əməl etməyərək prosessual pozuntuya yol vermişdir. Belə ki, işdən göründüyü kimi iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, Cavabdeh2 tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir. Qətnamədən şikayət verən iddiaçı tələbin digər Cavabdeh1 aid hissədə rədd edilməsini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin hi ssədə də iddia tələbini təmin etmiş, həmçinin qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin digər hissədə dəyişdirilmədən saxlanılmasını qeyd etmişdir. Qətnamənin digər hissəsi isə, yəni tələbin təmin edilən hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hissədə gəldiyini nəticəni Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad edə rək belə əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində olan nəqliyyat vasitəsini həmin avtomobili idarə etmək üçün etibarnamə olmadan Cavabdeh2 sahibliyinə və istifadəsinə vermiş, sonuncu tərəfindən yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə baş verən zaman avtomobil qanuni əsaslar olmadan Cavabdeh2 idarəçiliyində olmuşdur. Bu səbəbdən də yol-nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti həm Cavabdeh2, həm də Cavabdeh1 daşıyır və iddiaçının subroqasiya hüququ hər iki şəxsə qarşı yaranmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün normaya istinad etsə də, lakin həmin normanın tələblərini hazırki mübahisəyə düzgün tədbiq etməyərək maddi hüquq normasının tələblərini pozmuşdur. MPM-in 386-cı maddəsin görə, m addi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İstinad edilən normaya görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yi yələnmiş şəxsin üzərinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi yol-nəqliyyat hadisəsi törədən Cavabdeh2 avtomobili etibarnanə olmadan idarə etməsini qeyd edərək, belə olan halda avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 də məsuliyyət daşıdığını qeyd etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən avtomobilin Cavabdeh2 hansı əsaslarla olmasını, yol-nəqliyyat hadisəsi törədilən zaman iddiaçının mülkiyyətində olan avtomobilin digər şəxslərin etibarnaməli idarəçiliyinə verib-verməməsini araşdırmamış, işdə olan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılması zamanı iştirak etməyən Cavabdeh1 kassasiya şikayətində göstərmişdir ki, mülkiyyətində olan “Mercedes Benz” markalı avtomobili xx.xx.2017-ci il ta rixli etibarnamə ilə X3 vermişdir. Həmin etibarnamə xx.xx.2018-ci il tarixinə kimi qüvvədə olmuşdur. Yol-nəqliyyat hadisəsi isə iddia tələbində göstərilən kimi xx.xx.2018-ci il tarixdə baş vermişdir. Hadisə baş verən nəqliyyat vasitəsi Budaq Cəfərovun qanuni sahibliyində olmuşdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə ilk iddia tələbinin Cavabdeh1 aid hissədə hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxış ına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5402/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar