Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-87/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözləri: yaşayış sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 sentyabr 2024-cü il tarixli, 2(103)-4987/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhk əmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə faktiki olaraq, 2010-cu ilin dekabr ayında isə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Nərmin və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşlar;
3. Şəmkir Rayon Məhkəməsinin 2(076)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması, hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli cin ayət işinin başlanmasının rədd edilməsi haqqında qərarları ilə İddiaçı Cavabdeh qanunsuz hərəkətlərindən polis şöbəsinə şikayətlər etmiş, cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona, xx.xx.2010-cu il təvəllüdlü Nərmin və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa etdirdikləri fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına ist inad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2014-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1500 kv.m torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirmişlər. Evin tikintisi başa çatdıqdan sonra 2017-ci ilin oktyabr ayında həmin evə köçərək orada yaşamağa başlamışlar. Ev işıq, su və qaz təchizatı ilə təmin edilmişdir. Torpağa və evə dair əmlak vergilərini cavabdehin adından ödəmişlər. Hazırda da azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Cavabdehin özü də həmin evdə yaşayır. Qeyd etmişdir ki, cavabdeh onların evdə yaşamağına müxtəlif maneələr törədir. Belə ki, o, işdə olarkən, azyaşlı uşağı məktəbə gedərkən və s. bu kimi hallarda evdə olmadıqları müddət ərzində cavabdeh evin qapısını bağlayaraq onları evə buraxmır. Hər dəfə polis əməkdaşlarının köməkliyi ilə çətinliklə evə daxil olur. Bundan əlavə, cavabdeh kommunal ödəniş kartlarını götürərək vermir. Bununla bağlı da polis bölməsinə müraciət etdikdən sonra ödəniş kartlarını vermişdir. Həmçinin uşaqların dərslərinin hazırlanması üçün onların internetdən istifadə etmələri zəruridir. Cavabdeh buna da maneçilik edir. Belə ki, modem aparatı cavabdehin yaşadığı otaqda yerləşdiyindən, hər dəfə modemin cərəyan təminatını dayandırır, mübahisə etdikdən sonra yenidən bərpa edir. Bundan başqa, paltaryuyan maşından da istifadə etməyə imkan vermir. Ümumiyyətlə, cavabdeh onlara evdən istifadə etməyə bu və ya digər qaydada müxtəlif maneələr törədir. Evə dair mülkiyyət sənədlərinin olmaması onun azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə etməsini istista etmir. Hesab etmişdir ki, evin yerləşdiyi torpaq sahəsini və evin özünü birgə nikah dövründə əldə etdiyi üçün onun həmin evdən azyaşlı uşaqları ilə birlikdə maneəsiz istifadə etmək hüququ var. Cavabdeh ona azyaşlı uşaqları ilə birlikdə evdən istədiyi kimi istifadə etməyinə maneçilik yaradır. Cavabdeh mobil telefon vasitəsilə onun və övladlarının razılığı və icazəsi olmadan onların videogörüntülərini çəkib sonradan onlara göstərməklə onlarda psixoloji gərginlik yaradırlar. Ondan dəfələrlə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddi аçı iddiа tələbinin əsаsı kimi Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsini qеyd еtməkdə hаqlı оlmаmışdır. Çünki mübаhisəli fərdi yаşаyış еvinin iddiаçının və yа onun mülkiyyətində оlmаsı bаrədə iş mаtеriаllаrındа hər hаnsı bir sübut yохdur. Hаzırkı mübаhisəli yаşаyış еvi özbаşınа tikili оlduğundаn və оnа mülкiyyət hüququ qеydiyyаtа аlınmаdığındаn həmin nоrmаnın təsiri аltınа düşmür. Bеlə ki, iddiаçının mübаhisə еtdiyi fərdi yаşаyış еvi özbаşınа tikili оlmаqlа hər hаnsı bir hüquqi qеydiyyаtı yохdur, hаbеlə həmin еvin üzərində inşа еdildiyi tоrpаq sаhəsi kənd təsərrüfаtı təyinаtlı оlmаqlа fərdi yаşаyış еvlərinin tikilməsi üçün nəzərdə tutulmаmışdır. Bu bахımdаn hаzırkı mübаhisəli fərdi yаşаyış еvi özbаşınа tikili kimi qiymətləndirilməlidir. Qаnunvеriciliyin göstərilən mеyаr lаrınа görə hаzırkı mübаhisəli yаşаyış sаhəsi qаnunа uyğun şəkildə tikilib istismаrа təhvil vеrilmədiyi üçün mənzil fоndunа аid hеsаb еdilə bilməz. Bаşqа sözlə, mübаhisəli yаşаyış sаhəsi özbаşınа tikili оlduğu üçün hаzırki iş üzrə iddiаçı həmin sаhəyə dаir hеç hüquq, о cümlədən istifаdə hüququ əldə еtməmişdir. Еyni zаmаndа, оnu dа bildirmişdir ki, iddiаçıyа qаrşı hər hаnsı bir mаnеələrin yаrаdılmаsınа dаir iddiaçı tərəf hеç bir sübut təqdim еtməmiş, mаnеələrin nədən ibаrət оlduğunu bildirməmişdir. Əksinə, onun tərəfindən çəkilmiş, təqdim еdilmiş fоtо və vidео mаtеriаllаrdа iddiаçı tərəfindən mаnеələrin yаrаdılmаsı görünür. Göstərilənlərə əsasən nümayəndə və vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim-Həqiqət Mahmudova) 21 may 2 024-cü il tarixli, e-2(008)1948/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evi özbaşına tikili olmaqla, tərəflərin birgə ailə münasibətlərində olduğu dövrdə inşa edilmiş, tərəflər uzun müddət bərabər həmin evdə yaşamışlar. Məhkəmə araşdırması zamanı iddia predmeti olan həmin tikiliyə dair hal hazırda da cavabdehin adına heç bir hüquq müəyyənedici sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifad ə olunur. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evinə dair cavabdeh kimi iddiaçının da uşaqları ilə birlikdə eyni əsaslarla yaşayıb istifadə etmək hüququ yaranmışdır. Buna baxmayaraq, cavabdeh sözügedən evdən iddiaçının uşaqları ilə birlikdə istifadə etməsinə maneələr törədir. İddiaçı həmin maneələrin əsasən cavabdehin onlar evdə olmadıqları müddətdə evin qapısını bağlayaraq onları evə buraxmaması, kommunal ödəniş kartlarını götürərək verməməsi, evi internetlə təchiz edən modem aparatının cərəyan təminatını dayandırması halları ilə izah edir. Cavabdehin özünün məhkəməyə təqdim etdiyi videogörüntülərlə də cavabdehin onun ailə üzvlərini onların iradəsinə zidd olaraq görüntülərini çəkm əsi aşkardır. İddiaçı bu səbəblərdən dəfələrlə polis bölməsinə şikayətlər etmiş, lakin əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Evdən istifadəyə maneələr davam etdiyinə görə, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşama imkanına malik olduğundan, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və uşaqlarının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, hamının qanun qarşısında bərabərliyi prinsipi nin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi evin iddiaçının və ya cavabdehin mülkiyyətində olması barədə iş materiallarında hər h ansı bir sübut yoxdur. Odur ki, iddiaçının Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etməsi əsassızdır. Digər tərəfdən iddiaçının mübahisə etdiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı bir hüquqi qeydiyyatı yoxdur, habelə həmin evin üzərində inşa edildiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmamışdır. Bu baxımdan hazırki mübahisəli fərdi yaşayış evi özbaşına tikili kimi qiymətləndirilməlidir. Lakin məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iddia tələbinin həcmini nəzərə almamış, qanunsuz olaraq iddia tələbinin həcmindən kənara çıxmış və şübhəli əsaslara söykənərək qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğu üçün hazırki iş üzrə iddiaçı həmin sahəyə dair heç bir hüquq, o cümlədən istifadə hüququ əldə etməmişdir. Eyni zamanda iddiaçıya qarşı hər hansı bir maneələrin yaradılmasına dair sonuncu heç bir sübut təqdim etməmiş, maneələrin nədən ibarət olduğunu bildirməmişdir. Əksinə, tərəflərindən təqdim edilmiş foto və video materiallarda (cavabdeh tərəfindən çəkilmişdir) iddiaçı tərəfindən maneələrin yaradılması görünür (disklər təqdim olunmuşdur).
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xumar Mərdanova – sədrlik edən və məruzəçi, Elnur Həsənov və Məmməd Məmmədov) 2 sentyabr 2024-cü il tarixli, 2(103)-4987/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmi şdir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və tərəflərindən yaşayış sahəsi kimi istifadə olunur. Lakin qaldırılmış iddiadan görünür ki, cavabdeh sözügedən evdən iddiaçının uşaqları ilə birlikdə istifadə etməsinə maneələr törədir. Apellyasiya şikayətində isə cavabdeh belə bir maneənin törədilməməsini bildirsə də, məhz onun özünün məhkəməyə təqdim etdiyi videogörüntülərlə də ailə üzvlərini onların iradəsinə zidd olaraq görüntülərini çəkməsi müəyyən edilmişdir ki, bu da sözügedən evdən iddiaçının uşaqları ilə birlikdə istifadə etməsinə maneələr törədilməsinin bariz nümunəsidir. Eyni zamanda iddiaçı göstərilən səbəblərdən dəfələrlə polis bölməsinə şikayətlər etmiş, lakin əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir.
15. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və onun hansı statusda olmasından asılı olmayaraq iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunması faktı mübahisəsizdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli evdə normal şərtlər daxilində bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və uşaqlarının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
16. M əhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahədə maneəsiz yaşamasının qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalıdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, fərdi yaşayış evinin tərəflərin birgə ailə münasibətlərinə olduğu dövrdə inşa edilməsi və həmin evdə tərəflərin uzun müddət bəbarər yaşamaları faktı cavabdeh tərəfindən mübahisələndirilməmiş və bu hal işin faktiki halları ilə müəyyən edilmişdir. Belə olan halda isə iddiaçının və azyaşlı uşaqları istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və azyaşlı uşaqlarının həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu hüquq isə mənzilə mülkiyyət hüquqlarının olmaması əsası ilə rədd edilə bilməz, çünki yuxarıda gö stərildiyi kimi fərdi yaşayış evinin tərəflərin birgə ailə münasibətlərinə olduğu dövrdə inşa edilmiş və həmin evdə tərəflər uzun müddət bəbarər yaşamışlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin heç bir əsassı yoxdur. Qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış sahəsi özbaşına tikilidir və iddiaçının həmin yaşayış sahəsinə dair iddia tələbi irəli sürmək hüququ yoxdur. Cavabdeh tərəfindən iddiaçı sözügedən yaşayış sahəsindən istifadə üçün heç bir maneə törədilməməkdədir. İddiaçı öz iddia tələbini heç bir mötəbər sübutla əsas lanıdıra bilməmişdir.
20. Həmçinin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi mübahisəli mənzilin həqiqətən tərəflərin birgə nikah dövründə əldə edilməsini araşdırmamış və aydınlaşdırmamışdır. Məhkəmə ilk öncə sözügedən mübahisəli yaşayış sahəsinin tərəflərin birgə vəsaiti hesabına əldə edildiyini, onların birgə mülkiyyəti olduğunu işin mübahisəsiz halı olub-olmamasını müəyyən etməli idi. Lakin heç bir instansiya məhkəməsi bu hala qiymət verməmiş, işin faktiki hallarını tam araşdırmamış və şübhəli əsaslara söykənərək qanunsuz qətnamə qəbul etmişdir.
21. Kassasiya şikayəti Mülki Məcəlləsinin 16-cı, Mülki Prosessual Məcəllənin 9.1,14.1, 88, 217.1-cı maddələrinə, Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçının vəkili Nümayəndə tərəfindən kassasiya şikayətinə qarşı verilmiş yazılı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 sentyabr 2024-cü il tarixli, 2(103)-4987/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sa yılır.
24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
25. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün nətic əyə gəlinmişdir, qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə müvafiq hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh törətdiyi hərəkətlər iddiaçının yaşayayış sahəsinə sərbəst sahiblik və ondan istifadə etməsinə maneçilik törədir.
36. Cavabdeh yaşayış sahəsinin özbaşına tikili olması səbəbindən həmin əşyaya münasibətdə tələbin irəli sürülə bilməyəcəyini bildirsə də, məhkəmə tərkibi mövqeyi əsaslı saymır. Ona görə ki, mülki qanunvericiliklə sahiblik vəziyyəti özbaşına müdaxilələrdən müdafiə olunur. Bu qayda dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əşyalara da aiddir.
37. Qanuna əsasən, sahibin iradəsi olmadan sahibliyi pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər (§ 23 -25).
38. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmaqla və onların dəlillərinə qiymət verilməklə yekunda düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(103)-4987/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.