Məhkəmə qərarları › İş №2(102)-870/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-870/2020

05.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-870/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9370/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-26/2017) İddiaçı cavabdeh “xxxx” MMC-yə və X3 qarşı istehlakçı hüquqlar ınun pozulması nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh X1 xidmət haqqı kimi ödənilmiş 90 manatın, qaşların bərpası üçün çəkiləcək xərcə görə 5000 manatın, mənəvi zərərə görə 500 manatın - cəmi 5590 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə, yəni cavabdeh “xxxx” MMC-dən mənəvi zərərə görə 49500 manat tutulmasına dair hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamə ilə “xxxx” MMC-nin və X2 İddiaçı qarşı işgüzar nüfuza vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov, iş № 2(103)-86/2018) tərəflərin apellyasiya şikayətləri qi smən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilkin iddiaya münasibətdə ləğv edilərək həmin hissədə iddianın qismən təmin edilib “xxxx” MMC-dən maddi zərərin əvəzi kimi 6120 manat, mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 9.120 manat İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə, eləcə də cavabdeh X3 münasibətdə təmin edilməməsi, qarşılıqlı iddialara aid hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov, iş № 2(102)-2051/2019) “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi “xxxx” MMC-nin kassasiya şikayətinə münasibətdə, yəni ilk iddianın qismən təmin edilməsi və cavabdeh “xxxx” MMC-nin qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək mülki iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev, iş № 2(103)-9370/2019) Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə, yəni ilkin iddianın “xxxx” MMC-yə münasibətdə təmin olunmaması və “xxxx” MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı “xxxx ” MMC-yə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2015-ci il tarixdə MMC-yə məxsus “N” gözəllik salonuna müraciət edərək qaşlarının qəhvəyi rəngə boyanmasını xahiş etməsini, salonun işçisi N tərəfindən aparılmış rəngləmə əməliyyatından 5 ay müddət keçməsinə baxmayaraq qaşlarının nə istənilən rəngi almasını və nə də əvvəlki rənginə qayıtmamasını, əksinə, qaşının bir hissəsinin göy rəngə çalmasını, içərisində xətlərin əyri olduğundan görsənməsini, rəngləmə aparılan hissədə qaşının tüklərinin tökülməsini, rəngləmə əməliyyatı zamanı yol verilən səhvlər nəticəsində ona maddi və mənəvi zərər dəyməsini əsas göstərməklə xidmət haqqı kimi ödədiyi 90 manatın, hüquqi xidmətə görə ödədiyi 1000 manatın, qaşlarının bərpasına tələb olunan xərclərə görə 5000 manatın, mənəvi zər ərə görə 50.000 manatın “xxxx” MMC-dən və Ndən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh “xxxx” MMC qarşılıqlı iddia verərək İddiaçı iddia ərizəsində rəngləmə əməliyyatının sanitar epidemioloji tələblərin, prosedur təhlükəsizliyinin pozulması şəraitində aparılmasına və s. istinad etməklə onların işgüzar nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymasını əsas göstərməklə ondan mənəvi zərərin əvəzi kimi 100.000 manat alınaraq kimsəsiz uşaqlar və qocalar evinə verilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə digər cavabdeh X5 da qarşılıqlı iddia verərək İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbində onu və işlədiyi təşkilatın nüfuzuna xələl gətirən ifadələr işlətməklə ona mənəvi zərər vurmasını əsas göstərməklə sonuncudan onun xeyrinə mənəvi zərərə görə 6000 manatın, hüquqi yardıma görə ödədiyi haqqın əvəzi kimi 1000 manatın, cəmi 7000 manatın tutulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək iddia tələbinin sübuta yetirilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsinin əsassız olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin “xxxx” MMC-yə qarşı rədd olunmasına dair hissədə ləğv edilərək iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri yalnız ilkin iddia tələbinin “xxxx” MMC-yə münasibətdə rədd olunmasının qanunsuz olmasına yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi yalnız mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin “xxxx” MMC-yə münasibətdə rədd olunmasına dair hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı “xxxx” MMC-yə qarşı iddia tələbinin rədd olunmasını əsaslı hesab edərkən onun gözəllik salonuna 90 manat məbləğində xidmət haqqı ödəyərək həmin salonda qaşlarında permanent rəngləmə əməliyyatı etdirdiyinə dair məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim etməməsini, onun göstərdiklərini təsdiq edən şahidlər Nnın iddiaçının bacıs ı, Nnın isə MMC-nin keçmiş işçisi olmaqla karyerasının gözəllik salonunda baş tutmamasına görə onların ifadələrinin “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsinin mümkün olmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, məhkəmənin həmin nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi cavabdeh “xxxx” MMC-yə münasibətdə qismən təmin edilmiş, cavabdeh Nə münasibətdə isə iddia rədd edilmişdir. Badamxanım Yusifzadəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi iddianı rədd etsə də, hesab etmişdir ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə məxsus salonun xidmətlərindən istifad ə etmiş və salonun işçisi cavabdeh N tərəfindən onun qaşları ilə bağlı edilmiş əməliyyat uğursuz olmuşdur ki, bunun da nəticəsində bu müddət ərzində iddiaçının maddi və mənəvi məhrumiyyətlərə məruz qalması mübahisəsiz və açıq-aşkardır. N cavabdeh “xxxx” MMC-nin işçisi olması səbəbindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərər “xxxx” MMC-dən tutulmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya ziyan məhz B.Yusifzadənin təqsiri üzün dən dəymiş, lakin o, “xxxx” MMC-nin işçisi olduğu üçün ziyan MMC-dən tutulmalıdır. İddianın Nə münasibətdə rədd olunmasının əsasları isə onun iddiaçıya maddi və mənəvi zərər vuran hərəkətlərə yol verməməsi ilə bağlı olmamışdır. Ali Məhkəmənin qərarı ilə ləğv olunmuş hissədə işə yenidən baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsinə zidd olan nəticəyə, yəni Nin iddiaçıya xidmət göstərməməsi və ona ziyan vurmaması nəticəsinə gəlməklə MMC-yə qarşı yönəlmiş iddianı rədd etmişdir. Bununla da məhkəmə kollegiyası qətnamənin qanuni qüvvəyə minmiş hissəsi üzrə müəyyən olunmuş hallara zidd olan hallar müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş şahidlərin ifadələrini “əsaslı şübhələrdən kənar” sübut ki mi qəbul edilməsini qeyri-mümkün hesab edərkən Azərbaycan Respublikası MPM-nin 76, 88-ci maddələrinin tələblərini pozmuşdur. X7 iddiaçının bacısı olması, şahid Nın isə MMC-də əvvəllər işləməsi onların ifadələrinin sübut kimi qəbul edilməməsi üçün əsas verməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin şahidlərin ifadələri o zaman iddianın əsaslı olmasını təsdiq edən sübut kimi qəbul olunmaya bilərdi ki, onların həqiqətə uyğun olmaması daha mötəbər və inandırıcı sübutlarla təkzib edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin “xxxx” MMC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edilsin. Həmin hissəyə yenidən baxılm ası üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar