Məhkəmə qərarları › İş №2(102)-875/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-875/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-875/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşaqla ünsiyyət hüququnun təmin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun təmin olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4900/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü Murad və xx.xx.2019-cu il təvəllüdlü Suel adlı uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3039/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların cavabdehin (ana) yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçıdan (ata) hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

3. Uşaqların nənə-babaları ilə ünsiyyətinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2022 nömrəl i, 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının valideynləri X1 və X2 (nənə-baba) tərəflərin birgə nikahından doğulmuş uşaqlarla həftənin bazar günləri saat 10:00-dan 15:00-dək ünsiyyət hüququ təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

4. Hazırda valideynlər arasında atanın uşaqlarla ünsiyyət hüququnun təmin edilməsi barədə mübahisə vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları ilə ünsiyyət hüququnun bərpa edilərək həftənin şənbə və bazar günləri, bayram günləri və ad günündə də bir tam günü heç bir məhdudiyyət olmadan analarının iştirakı olmadan görüşünün təmin edilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, uşaqları ilə görüşmək üçün dəfələrlə müraciət etsə də, cavabdeh onların görüşünə mane olur, bunun üçün şərait yaratmır. Bu hal isə uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Belə ki, uşaqlar ataları ilə mütəmadi və sistemli görüşə bilmədiklərinə görə, normal mühitdə yaşamadıqları üçün narahat ola və xəstələnə bilərlər.

7. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul edərək bildirmişdir ki, uşaqların hər həftənin baza günü saat 11:00-12:00-dan saat 20:00-21:00dək, iddiaçının doğum günlərində 5-6 saat ərzində ataları ilə görüşməsinə etiraz etmir.

8. Məhkəmə tərəfindən alınmış Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumlu q və Himayəçilik Komissiyasının 18 iyun 2021-ci il tarixli, 644/d saylı rəyinə əsasən, Komissiya uşaqların psixoloji durumu və mənafeləri, eləcə də qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçının övladları ilə ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 14:00-dan bazar günü 14:00-dək, eləcə də iddiaçının ad günlərində saat 12:00-dan 17:00-dək, həmçinin iki gündən artıq qeyri-iş günü hesab edilən bayram günlərində bir gün ananın iştirakı olmadan müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1044/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia qismən təmin edilərək, valideynlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar iddiaçıya uşaqları ilə hər həftənin şənbə günü saat 12.00-dan saat 20.00-dək, iddiaçının ad günlərində saat 15.00-dan 18.00-dək analarının iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilmiş, iddia qalan hissədə rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi tərəflər arasında valideynlik hüquqlarının həyata keçirilməsinə dair razılıq olmadığından, iddiaçının azyaşlı uşaqları ilə ünsiyyət hüququnun hansı qaydada, harada və hansı müddətdə təmin edilməsi məsələləri üzrə ilk növbədə uşaqların mənafeyini, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimini, uşaqların hər iki valideyni ilə bərabər vaxt keçirmək hüququnu, cinsini, yaşını və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər hallarını, o cümlədən Qəyyumluq və Himayəçilik komissiyasının rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin e dilməli və iddiaçının uşaqları ilə hər həftənin şənbə günü saat 12:00-dan 20:00-dək, iddiaçının ad günlərində 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ təmin olunmalıdır.

11. Məhkəmə, həmçinin tərəflər arasında mövcud münasibətlərin gərginliyi nəticəsində iddiaçının uşaqları ilə ünsiyyətində cavabdehin iştirak etməsinin həmin görüşün səmərəsiz olması ilə nəticələnəcəyini, görüş zamanı tərəflərin mübahisə etmə ehtimalının yüksək olduğunu, habelə uşaqların ataları ilə sərbəst, digər şəxslərin iştirakı olmadan görüşməsinə maneə olan halların müəyyən olunmadığını nəzərə alaraq hesab etmişdir ki, görüşdə ananın iştirakı olmamalıdır.

12. Məhkəmə öz mövqeyini, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 9.1-ci Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50, 56.1, 58.1, 61-ci, “Uşaq hüquqları ha qqında” Qanunun 5, 17, 18-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli, 6/2011 saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir.

14. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsində göstərilən məqamları ümumiyyətlə araşdırmamışdır. Həmin xüsusiyyətlər Qəyyumluq və Himayəçilik Komissiy ası tərəfindən araşdırılmış və həmin araşdırmanın yekunu olaraq müvafiq rəy vermişdir. Lakin məhkəmə həmin rəylə qismən razılaşmış, rəydə göstərilən müddətləri qısaltmış və işin hallarına uyğun olmayan qətnamə qəbul etmiş, bayram günlərində iddiaçının övladları ilə ünsiyyətinə ümumiyyətlə münasibət bildirməmişdir.

15. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmuş hissələrində ləğv edilməsini, iddiaçının uşaqları ilə hər həftənin bazar günü saat 12:00-dan 21:00-dək ünsiyyətdə olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bu şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli araşdırmadan, heç bir əsaslandırma aparmadan ataya şənbə günü görüş verməklə həftənin 5 günü əmək fəaliyyəti ilə məşğ ul olan ana kimi onun uşaqlarının qayğısına qalmaq hüququndan məhrum etmişdir. Oğlu Murad həftənin 5 günü saat 09.00-dan 16.30dək məktəbdə olur, məktəbdən çıxıb evə gəlməsi bəzən saat 17.30-dək çəkir, digər uşağın isə 2 yaşı var. Həmçinin nəzərə alınmalıdır ki, nənə-babanın uşaqlarla ünsiyyətinə dair məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq babanənənin uşaqlarla hər həftənin bazar günləri saat 10.00-dan 15.00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Göründüyü kimi, işin faktiki hallarına baxdıqda aydın olur ki, faktiki olaraq öz övladları ilə ünsiyyətdə olmaq hüququndan məhrum olunmuşdur. Uşaqların hər həftənin bazar günləri saat 10.00-dan 15.00-dək baba-nənələri ilə, şənbə günü 12.00-dan 20.00-dək ataları ilə qalması səbəbindən ona uşaqların təlim-tərbiyəs i, sanitar-gigiyenik baxımı, məşğələləri və s. bağlı məşğul olmağa faktiki olaraq vaxt qalmır. Bununla da, təkcə onun övladları ilə ünsiyyətdə olmaq hüququ pozulmur, eyni zamanda uşaqların özləri də ana qayğısından, normal qulluqdan, normal baxımdan, ana ilə ünsiyyətdən məhrum olurlar. Hamıya yaxşı məlumdur ki, əksər xəstəxanalar, poliklinkalar, digər sağlamlıq və xidmət məkanları bazar günü işləmirlər. Eyni zamanda, onun həftənin şənbə günü uşaqları sağlamlıq, əyləncə mərkəzlərinə, intellektual dərnəklərə və s. aparmaq, onlara aid digər məsələləri həll etmək imkanı olur. İddiaçının guya adətən bazar günləri də işdə olması dəlili isə tamamilə əsassızdır. Belə ki, iddiaçının iş günlərindən artıq işdə olduğu vaxtlar (konkret bazar günləri) onun əmək haqqına əsaslı miqdarda əlavələr olmalıd ır. Əgər həqiqətən iddiaçı bazar günləri işə çağrılsaydı onun əmək haqqına əlavələr olunacaqdı və bu qanunvericiliyə müvafiq olaraq uşaqlara ödənilən alimentin məbləğində özünü mütləq göstərəcəkdi. Lakin indiyədək alimentdə heç bir artım olmayıb. Bazar günü işləməsi ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmiş, məhkəmə isə onun şifahi izahatına əsaslanaraq bu hala diqqət yetirməmişdir. Bundan başqa, iddiaçı elə iddia ərizəsinin özündə təkcə şənbə gününü deyil, həm də bazar günü görüş verilməsini tələb edir. İddiaçı bazar günləri işə gedirsə, uşaqlarla həm də bazar günləri görüş istəməsi anlaşılan deyil, məhkəmə isə bu ziddiyətli məqama diqqət yetirməmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə uşaqlarla görüşə maneə yaratmağını təsdiq edən heç bir sübut təqdim etməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4900/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ünsiyyət vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilərək, iddiaçının uşaqları ilə ünsiyyət hüququ hər həftənin bazar günü saat 15:00-dan 21:00-dək müəyyən edilmiş, qətnamə - bayram günlərində ünsiyyətin müəyyən edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, uzun müddətli bayramlar – Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan bayramların ikinci günü saat 12:00-dan 18:00-dək iddiaçının uşaqları ilə ünsiyyət hüququ müəyyən edilmiş, qətna mə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslnadırmışdır ki, birinci instansiya məhkəməsi uşaqlarla görüş müddətini müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, məhkəmənin uşaqlarla ünsiyyətdə olmaq üçün iddiaçıya müəyyən etdiyi vaxt, yəni hər həftənin şənbə günü saat 12.00-dan saat 20.00dək, azyaşlı uşaqların gündəlik müəyyən edilmiş rejim əsasında saxlanılmalarına, yəni düzgün və vaxtında qidalanmalarına, istirahətlərinə mane olmaqla mənafelərinə uyğun deyildir. Çünki uşaqlarla bağlı artıq qüvvədə olan məhkəmə qətnaməsi əsasında baba və nənəyə ünsiyyət hüququ verilmiş və ünsiyyət hüququ həftənin bazar günləri saat 10:00dan 15:00-dək müəyyən edilmişdir. Hazırda isə həftənin şə nbə günü iddiaçıya uşaqları ilə ünsiyyətdə olmaq hüququ verildiyi halda uşaqlar analarının yanında qaldığından daimi olaraq uşaqların ehtiyaclarına müəyyən qədər şənbə günü vaxtın ayrılması mümkündür, çünki cavabdeh həftənin beş günü işdə olur. Bir sözlə, iddiaçıya uşaqlarla həftənin şənbə günü də ünsiyyət hüququ verildiyi təqdirdə, bu, uşaqların, eləcə də cavabdehin mənafeləri baxımından ədalətli olmayacaqdır. Belə olan halda, iddiaçının uşaqları ilə ünsiyyət hüququnun hər həftənin bir gününün – bazar gününün müəyyən edilməsi və bu ünsiyyətin həmin günü saat 15:00-dan saat 21:00-dək həyata keçirilməsi həm uşağın, həm də tərəflərin mənafeyinə uyğundur.

19. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddia tələbini - bayram günlərinə münasibətdə rədd etsə də, Kollegiyanın qənaətinə görə, u şaqların tərbiyə olunmasında hər iki valideynin bərabər hüquq və vəzifəyə malik olmalarını, uşağın dərs, istirahət və asudə vaxtlarının valideynləri ilə keçirilməsində mənafelərinin düzgün təmin edilməsı baxımından uzun müddətli bayramlar – Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı, eləcə də Yeni ildə bayramların ikinci günü iddiaçının uşaqları ilə ünsiyyət olmaq hüququ müəyyən edilməlidir. Göstərilən bayramlar zamanı iddiaçının uşaqlarla ünsiyyətdə olma müddətinin məhz 12:00-dan 18:00-dək olması yuxarıda qeyd edildiyi kimi həm uşağın, həm də iddiaçı ilə cavabdehin mənafeyinə uyğundur. Bu baxımdan, iddiaçının uşaqlarla daha uzun müddət ünsiyyətdə olma barədə dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (v əkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsinin görüş gününü bazar gününə salması iddiaçını övladları ilə görüş hüququndan məhrum etmişdir. Belə ki, iddiaçı həftənin bazar günləri işlə əlaqədar Bakı şəhərində olmadığı üçün yalnız şənbə günləri övladları ilə görüşməsi mümkündür. Lakin məhkəmə tərəfindən göstərilən hallar araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

23. Maddə 49.2. H ər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

24. Maddə

50. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

25. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

26. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər.

27. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

28. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə

18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.

30. Maddə

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hü quq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6/2011 saylı qərarı

31. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin.

32. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, baxçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddianın rədd olunmuş hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə “uzunmüddətli bayramlar – Yeni il, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramlarının ikinci günü saat 12:00-dan 18:00-dək İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ünsiyyət hüququ müəyyən edilməsi” hissəsində dəyişdirilməli, uzunmüddətli bayramlar – Yeni il, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramlarının ikinci günü saat 10:00-dan 20:00-dək İddiaçı uşaqları xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə görüş vaxtı müəyyən edilməklə ünsiyyətdə olmaq hüququ verilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

44. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna mali kdir. (61.1.)

45. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. (61.3)

46. Qanunun göstərilən norması iddiaçıya uşağı ilə ünsiyyətdə olmaq hüququ verdiyindən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hüququn təmin edilməli olması barədə düzgün nəticəyə gəlmiş, lakin iddiaçının uzunmüddətli bayram günləri uşaqları ilə ünsiyyətdə olma vaxtını müəyyən edərkən iddiaçının maraqlarını və uşaqların mənafeyini kifayət qədər nəzərə almamışdır.

47. İşin hallarından müəyyən olunduğu kimi tərəflər arasında ailə münasibətləri pozul duğu vaxtdan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 analarının yanında qalmış, iddiaçının isə onlardan ayrı yaşamaqla uşaqları ilə ünsiyyətdə olmaq imkanı məhdudlaşmışdır.

48. Belə olan halda, işə baxan məhkəmə həmin halı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58.1-ci maddələrinin tələblərini nəzərə almaqla iddiaçının uşağı ilə ünsiyyət günlərini və vaxtını müəyyən etməli idi.

49. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

50. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.

51. İşdə olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 18 iyun 2021-ci il tarixli, 644/d saylı rəyinə əsasən, Komissiya uşaqların psixoloji durumu və mənafeləri, eləcə də qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçının övladları ilə ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 14:00-dan bazar günü 14:00-dək, eləcə də iddiaçının ad günlərində saat 12:00-dan 17:00-dək, həmçinin iki gündən artıq qeyri-iş günü hesab edilən bayram günlərində bir gün ananın iştirakı olmadan müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. 52. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6 №-li, 28 oktyabr 2011-ci il tarixli qərarına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.

53. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə hissəvi dəyişdirilməli və uzunmüddətli bayramlar – Yeni il, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramlarının ikinci günü saat 10:00-dan 20:00-dək İddiaçı uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə görüş vaxtı müəyyən edilməklə ünsiyyətdə olmaq hüququ verilməlidir.

54. Kollegiya hesab edir ki, iddiaçının uşağı ilə ünsiyyət hüququnun göstərilən qaydada təmin edi lməsi iddiaçının maraqlarına uyğun olduğu kimi cavabdehin və uşaqların mənafeyinə də zidd deyildir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4900/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi “uzunmüddətli bayramlar – Yeni il, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramlarının ikinci günü saat 12:00-dan 18:00-dək İddiaçı uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ünsiyyət hüququ müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Uzunmüddətli bayramlar – Yeni il, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramlarının ikinci günü saat 10:00-dan 20:00-dək İddiaçı uşaqları x x.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə görüş vaxtı müəyyən edilməklə ünsiyyətdə olmaq hüququ verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar