Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-876/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin X6 İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: suvarma arxının mühafizə zolağının boşaldılması və tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin X6 İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “suvarma arxlarının mühafizə zolaqlarının boşaldılması və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli 2(107)-111/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2008-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin TP3.Magistral kanalın texniki pasportlarına əsasən, 1963-cü ildə istismara verilmiş “Alpoud-arx” və 1975-ci ildə istismara verilmiş “Şəkər-arx” magistral suvarma kanalları X6 İdarəsinin balansındadır.
2. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 90.1 kv.m. olan fə rdi yaşayış evi tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X6 İdarəsi (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Qarabaqqal kəndində yerləşən X6 İdarəsinin balansında olan “Alpoud-arx” və “Şəkər-arx” suvarma kanallarının 10 metrlik mühafizə zolağındakı cavabdehlər tərəfindən zəbt olunmuş ərazinin və özbaşına tikilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırıb ki, cavabdehlər iddiaçının balansında olan “Alpoud-arx” və “Şəkər-arx” kanallarının mühafizə zolağını zəbt edib və həmin mühafizə zolağında tikililər inşa ediblər. Buna görə də həmin arxlara xidmət edilməsi və əhalinin su ilə təmin edilməsi çətinləşib. Qeyd edilən ərazi su fondu torpaqları olmaqla, dövlət mülkiyyətidir. İddiaçı və ya səlahiyyətli yuxarı orqanlar tərəfindən cavabdehlərə həmin ərazini zəbt etməyə və orada özbaşina tikililər aparmağa icazə verilməyib. Cavabdehlərin dövlət mülkiyyətini özbaşına zəbt etmələri qanunaziddir.
5. Cavabdeh2 iddianı qəbul etməyərək bildirib ki, iddiaçının balansında olan suvarma arxını zəbt etməyib. Belə ki, özünə məxsus torpaq sahəsini hasara alıb. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
6. Birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "x xxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunub ki, elektron məlumat bazasında mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumat olmadığına görə “Alpoud-arx” və “Şəkər-arx” kanallarının mühafizə zolağını müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir (rəyə mübahisəli ərazinin sxemi əlavə edilib).
7. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi məhkəmə tikinti-texniki ekspertizasının 29 oktyabr 2020-ci il tarixli, 10/466 nömrəli rəyində göstərilib ki, Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC tərəfindən verilmiş magistral kanalının texniki pasportuna əsasən, Göyçay ərazisində yerləşən Şəkər-arxının s u buraxma qabiliyyəti 0,8 kub.metr/san və “Alpout-arx”ının su buraxma qabiliyyəti 1,5 kub.metr/san təşkil etdiyini nəzərə alaraq, Göyçay rayonu, “Alpoud-arx” və “Şəkər-arx” suvarma arxlarının mühafizə zolaqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin” müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən 5,0 metr olduğu müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə olunmuş 1:1000 miqyasına uyğun sxemə əsasən, Cavabdeh2 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 65 metr olduğu və suvarma arxının eni 5 m olduğu nəzərə alınaraq, Cavabdeh2 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 325,0 kv.m. hissəsi istifadə olunur. X1 arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 108 metr olduğu və suvarma arxının eni 5 m olduğunu nəzərə alaraq, E.Fətəliyev tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 540 kv.m. hissəsi istifadə olunur. Cavabdeh2 və X3 istifadəsində olan torpaq sahələri hasara alındığını nəzərə alaraq, cavabdehlər tərəfindən suvarma arxlarının mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsinə maneələr yaradıldığı müəyyən olunmuşdur.
8. Göyçay Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(046)-30/2021 nömrəli, 07 iyun 2021- ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın qismən təmin edilməsi, iddiaçının balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 və 540 kv.m hissəsindən isə Cavabdeh1 çıxarılması, iddiaçının balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağında cavabdehlər tərəfindən inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin hər birindən 10 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 445.20 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mər kəzinin hesabına keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının balansında olan “Alpoud-arx” və “Şəkər-arx” suvarma kanallarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsi Cavabdeh2, 540 kv.m hissəsi isə Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Həmçinin cavabdehlər tərəfindən mühafizə zolağında yerləşən torpaq sahəsi hasara alınmışdır. İşin mübаhisəsiz hаllаrındаn göründüyü kimi, X6 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağı cаvаbdеhlərin mülkiyyətində dеyildir. Cavabdehlər tərəfindən hasara salınmış torpaq sahəsi "xxxx" ASC-nin sahibliyində оlаn tоrpаq sаhəsidir. Qаnunvеriciliyə görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mühafizə оlunаn tоrpаq sаhəsi üzərində hüquqlаr ı məhdudlаşdırılа bilməz. Digər mülkiyyətçilər kimi "xxxx" ASC-nin mülkiyyət hüququnа Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsı ilə təminаt vеrilmişdir və qаnunvеriciliyə əsаsən həmin hüquqlаr müdаfiə оlunur, qоrunur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29.3, 71.2-ci, Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin” müəyyən edilməsi Qaydalarının 12-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 155.1, 155.2, 157.2, 180-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 357 və 360-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 14 fevral 2003-cü il tarixli Plenumunun 6-cı maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli su arxının ətrafında yerl əşən və Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən olunmuş qaydada alaraq istifadə edir. Həmin torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin mühəndisləri tərəfindən torpaq sahəsinin döngə nöqtələri naturada tanıdılaraq, ona və ailə üzvlərinə təhvil verilmişdir. Bundan sonra o və ailə üzvləri mülkiyyətlərində və icarələrinə verilən torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkərək zəruri ehtiyaclarını ödəyirlər. İş üzrə "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəylə, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş rəy arasında uyğunsuzluq vardır. Belə ki, mütəxəssis tərəfindən tərtib edilmiş rəydə, elektron məlumat b azasında və mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumatların mövcud olmadığını, bu səbəbdən Alpoud və Şəkər suvarma arxlarının mühafizə zolağının və torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Lakin ekspert tərəfindən tərtib edilmiş rəydə elektron məlumat bazasına və mövcud olan xəritə materiallarına istinad olunmadan, yalnız mütəxəssis tərəfindən rəyə əlavə edilmiş 1:1000 miqyasa uyğun sxemə əsaslanaraq rəy tərtib edilmişdir. Əgər 1:1000 miqyasa uyğun sxemə əsasən mübahisəli su arxının mühafizə zolağını müəyyən etmək mümkün idisə, hansı səbəbdən mütəxəssis məhkəmə tərəfindən qoyulmuş suallara cavab verməmişdir? İşə baxan birinci instansiya məhkəməsi bu kimi ziddiyyətli hallara hüquqi qiymət vermədən, eləcə də, ekspert tərəfindən verilmiş rəydə olan uyğunsuzluğu aradan qaldırmadan iddia tələbinin təmin olunması barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ekspert rəyində mühafizə zolağı kimi qeyd edilən 325,0 kv.m torpaq sahəsi sənəd üzrə onun və ailə üzvlərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsinin hüdudları daxilindədir. Lakin ekspert tədqiqat apararkən bu halları, yəni onun və ailə üzvlərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsinin döngə nöqtələrini hüquq müəyyənedici sənədlər əsasında müəyyən etmədən rəy vermişdir. Bu halların müəyyən edilməməsi onun və ailə üzvlərinin mülkiyyət və istifadə hüquqlarının pozulması ilə nəticələnə bilər.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2(107)-111/2022 nömrəli qətnaməsi il ə (hakimlər-X7 (sədrlik edən və məruzəçi), X5 və X2) Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən “Şəkər-arx” suvarma arxının uzunluğu 11.1 km, su buraxma qabiliyyəti 0.8 kbm/san, “Alpoud-arx” suvarma arxının uzunluğu 21.4 km, su buraxma qabiliyyəti 1.5 kbm/san.-dir.
15. Cavabdeh2 "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2020-ci il tarixli 10/466 nömrəli rəyi arasında ziddiyyətlərin olduğunu bildirdiyinə görə bu halların araşdırılması üçün məhkəmə kollegiyasının 29 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edil mişdir. Lakin ekspertizanın keçirilməsi barədə vəsatət vermiş cavabdeh mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 95 manat pul vəsaitini ödəməkdən imtina etmişdir
16. Məhkəmə kollegiyası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/466 saylı rəyini MPM-nin 101.3-cü maddəsinə əsasən qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd edilən ekspert rəyini və Cavabdeh2 mütəxəssis rəyinin verilməsi üçün tələb olunan pul vəsaitini ödəməkdən imtina etdiyini, bununla yanaşı apellyasiya şikayətinin dəlillərini təsdiq edən digər sübut təqdim edə bilmədiyini n əzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apellyasiya şikayəti əsassızdır.
17. Cavabdeh2 iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması və suvarma arxının mühafizə zolağını zəbt etməməsinə dair hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 155.1, 155.2, 157.2, 157.4, 180, 238.1, 238.3, 239.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 372.1, 372.6, 372.7, 384.0.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 67.4, 68, 82, 84, 111-ci, Azərbaycan Respublikasının Su Məcəll əninin 103-cü maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarın 2.4-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(107)-111/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin araşdırılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassator şikayətini apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin (həmçinin birinci instansiya məhkəməsinin) özbaşına tikili və qanunsuz zəbt edilmiş torpaq sahəsi kimi hüquqi qiymət verdiyi daşınmaz əmlak obyektləri Cavabdeh2 xüsusi mülkiyyətindədir. Qanunvericiliyin tələblərinə görə isə xüsusi mülkiyyətdə olan torpaq sahələrinin su mühafizə zonalarının müəyyən edildiyi əraziyə düşməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə, başqa sözlə məhdudlaşdırılmasına səbəb olmur. Apellyasiya instansiyası məhkəməsi “zəbt edilmiş” və “qanunsuz tikili inşa edilmiş” torpaq sahəsinin mülkiyyət hüququ ilə kimə məxsus olmasını, əgər həmin torpaq sahəsi xüsusi mülkiyyətdədirsə, bu zaman hansı zəbtdən və qanunsuz tikilidən söhbət getdiyini aydınlaşdırmalı, iddianın digər şəxslərin (bələdiyyə və fiziki şəxslərin) mülkiyyət və istifadə (icarə) hüququna toxunub-toxunmadığını araşdırmalı, həmçinin ekspertiza rəyin dəki ziddiyyətlərin aradan qaldırılmasını təmin etməlidir.
21. Kassator şikayətini Azərbaycan Respublikasının Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.4, 152.1, 178.1, 180.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 26cı bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 88, 102.2, 387.2.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
23. M addə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.
26. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiy yələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.2. Özbaşına tikinti apa rmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Su Məcəlləsi
34. Maddə
1. Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... su təsərrüfatı obyekti — su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular;...
35. Maddə
3. Su obyektlərinin istifadəsi və mühafizəsi zamanı meydana çıxan torpaq, meşə, yerin təki, bitki və heyvanat aləmi, atmosfer havası, yeraltı suların kəşfiyyatına və mühafizəsinə dair münasibətlər, habelə əmlak və digər inzibati münasibətlər bu Məcəllə ilə y anaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
36. Maddə
6. Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir.
37. Maddə
10. Su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir:... su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;...
38. Maddə
103. Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar:... su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” 39. 2-ci bənd. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. 40. 3-cü bənd. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. 41. 4-cü bənd. Su mühafizə zonalarının ərazisində xüsusi rejimə əməl edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizə tə dbirləri kompleksinin tərkib hissəsidir. 42. 12-ci bənd. Magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 3 kbm/san-yə qədər olduqda - 5 m; 3-10 kbm/san olduqda - 10 m; 10-30 kbm olduqda - 25 m; 30-50 km/san olduqda - 60 m; 50 kbm/san-dən artıq olduqda - 100 m. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
43. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar:... başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ö lçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq;...
44. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
45. Maddə 111.1, 111.2, 111.3. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
55. Maddə 418.3. Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazır kı kassasiya şikayətində Cavabdeh2 qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verməmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 mübahisələndirdiyi hissədə yoxlamış və Cavabdeh2 şikayəti ilə mübahisələndirilən hissədə qüvvədə saxlamışdır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 kassasiya dəlilləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
59. Belə ki, iddi açı onun istifadəsində olan kanalın mühafizə zonasının Cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla hüquqlarının bərpa olunmasını tələb edir.
60. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
61. İddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi “Şəkər-arx” və “Alpoud-arx”ına aid magistral texniki pasportu təqdim etmişdir.
62. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə bu arxların mühaf izə zonasından və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.
63. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə olunmuşdur.
64. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/466 saylı məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə olunmuş 1:1000 miqyasına uyğun sxemə əsasən Cavabdeh2 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sa həsinin arx boyu uzunluğu 65 metr olduğunu və suvarma arxının eni 5 m olduğunu nəzərə alaraq, Cavabdeh2 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 325,0 kv.m hissəsi istifadə olunur.... Cavabdeh2 və X3 istifadəsində olan torpaq sahələri hasara alındığını nəzərə alaraq, cavabdehlər tərəfindən suvarma arxlarının mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsinə maneələr yaradıldığı müəyyən olunur.
65. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək və bu rəyə əsaslanaraq iddianı təmin etmişdir.
66. Lakin Cavabdeh2 ekspert rəyinə etiraz edir və bildirir ki, ekspert rəyində göstərilən ölçülərdə torpaq sahəsi onun tərəfindən tutulmamışdır, məhkəmə tərəfindən işin halları tam araşdırılmamış, prosessual hüququ normalarının tələbləri pozulmuş dur. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsaslı hesab edir.
67. Belə ki, cavabeh Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən də mübahisəli torpaq sahəsinin bütövlükdə ona aid olmasının mübahisələndirmişdi (1-ci cild səh. 123).
68. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən iki mütəxəssis rəyi verilmişdir. xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunub ki, cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək, çöl geodeziya ölçmə işləri aparılmışdır. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. “Alpoud-arx” və “Şəkər-arx” su kanallarının mühafizə zolaqlarının müəyyən edilməsi, həmin mühafizə zolaqlarının cavavdehlər tətəfindən zəbt edilib edilməməsi, suvarma arxının istifadəsinə maneələrin yaradılıb-yaradılmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir (1-ci cild, səh. 37). 69. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli mütəxəssis rəyində isə qeyd olunub ki, cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək, çöl geodeziya ölçmə işləri aparılmışdır. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatla rına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Elektron məlumat bazasında mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumat olmadığına görə Alpoud və Şəkər arxlarının mühafizə zolağını müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinin zəbt edilib edilmədiyini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir (1-ci cild, səh. 68). 70. "xxxx" MMC-nin hər iki mütəxəssis rəyinə mübahisəli torpaq sahəsinin mövcud vəziyyətinə dair sxemlər əlavə olunmuşdur.
71. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əlavə olunmuş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə istinad etmişdir (1-ci cild səh. 77).
72. Lakin həmin sxem müfəssəl tərtib olunmayıb. Həmin sxemdən fərqli olaraq, mütəxəssisin xx.xx.2020-ci il tarixli rəyinə əlavə edilmiş sxemdə mübahisəli torpaq sahəsi (ekspert rəyində Cavabdeh2 tərəfindən çəpərə alınmış sahə kimi qeyd olunan torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış üç fərqli sahə kimi əksini tapmışdır. Bu sahələrdən biri Cavabdeh2 mülkiyyətində olan, reyestrdə **********10 nömrə ilə qeydiyyata alınmış 0,12 ha torpaq sahəsidir (1-ci cild səh. 69, 2-ci cild səh. 52).
73. Cavabdeh2 torpaq sahəsindən şimal tərəfdə reyestrdə **********76 nömrə ilə qeydə alınmış, cənub tərəfdə isə reyestrdə **********46 nömrə ilə qeydiyyata alınmış torpaq sahələri yerləşir. Bu torpaq sahələrinin də qərb tərəfdən arxla sərhədi var. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin şərq tərəfdə eni 30 metr, qərb tərəfdə isə eni 30.4 metr təşkil edir (2-ci cild səh. 45, torpaq sahəsinin planı və ölçü sənədinin “əsas döngə nöqtələrinin koordinatları” bölməsi (2-ci cild 52 və 54-cü səhifələrinin arasına tikilmişdir)). Göründüyü kimi Cavabdeh2 torpaq sahəsinin arxla sərhədi kimi göstərilən qərb hissəsində uzunluğu 30.4 metr təşkil edə bilərdi. Lakin ekspert xx.xx.2020-ci il tarixli 10/466 saylı rəyində həmin hissədə sərhədin uzunluğunu 65 metr, zəbt olunan sahənin isə 325 kv.m olduğunu müəyyən etmişdir. Bu hal ona dəlalət edir ki, Cavabdeh2 torpaq sahəsi ilə yanaşı, su arxının reyestrdə **********76 və **********46 nömrə ilə qeydiyyata alınmış torpaq sahələrinin də sərhəd uzunluğu əsas götürülmüşdür.
74. Lakin məhkəmə reyestrdə **********76 və *** *******46 nömrə ilə qeydə alınmış torpaq sahələrinin Cavabdeh2 aidiyyətini araşdırmamış, həmin torpaq sahələrinə onun hüququnu müəyyən etməmiş, ümumiyyətlə bu hala diqqət yetirməmişdir.
75. Bundan başqa, mübahisəli ərazidən həm “Alpoud-arx”, həm də “Şəkər-arx” kanalının keçdiyi müəyyən olunur. Lakin Cavabdeh2 tərəfindən hansı kanalın mühafizə zonasını zəbt etməsi müəyyən olunmayıb.
76. Apelyasiya instansiyası məhkəməsi torpaq sahəsi üzərində hüquqların həmin hüquqları təsbit edən müvafiq sənədlərlə rəsmiləşdirilməli olduğunu vurğulamış, lakin qanunun bu tələbinə tərəflərdən kimə münasibətdə istinad etdiyini bildirməmişdir. Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri təqdim etmişdi və bildirmişdi ki, «ekspert tədqiqat apararkən bu halları, yəni onun v ə ailə üzvlərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsinin döngə nöqtələrini hüquq müəyyənedici sənədlər əsasında müəyyən etmədən rəy vermişdir».
77. Cavabdehin bu dəlili, su kanalları ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında olan məsafənin müəyyən olunmasını tələb edirdi. Apellyasiya instansiyası məhkəməsi bu məqsədlə xx.xx.2022-ci il tarixli qərardadla ekspertiza təyin etmiş, ekspertizanın keçirilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə etmişdir.
78. Lakin ekspertiza Cavabdeh2 tərəfindən ekspertiza xərcinin ödənilməməsi səbəbindən baş tutmamış, bununla da iş üzrə düzgün nəticəyə gəlmək üçün həlledici hal – Cav abdeh2 mülkiyyətində olan torpaq sahəsi ilə kanalın mühafizə zonasının üst-üstə düşməsi müəyyən olunmamışdır.
79. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “... Cavabdeh2 mütəxəssis rəyinin verilməsi üçün tələb olunan pul vəsaitini ödəməkdən imtina etdiyini, bununla yanaşı apellyasiya şikayətinin dəlillərini təsdiq edən digər sübut təqdim edə bilmədiyini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apellyasiya şikayəti əsassızdır”.
80. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertizanın keçirilməsi üçün vəsaitin ödənilmədiyi halda məhkəmə mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Çünki MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predm etlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
81. Göründüyü tərəfin ekspertiza keçirilməsində iştirak etməkdən imtina etməsi, hər bir halda ekspertiza təyin edilən faktın, onun hüquqi nəticələrinin təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilməsi kimi hüquqi nəticə törətmir. Bu halda məhkəmə işin digər hallarına əsasən, ekspertiza təyin edilən faktın hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, eksp ertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
82. Bundan başqa, MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş prinsipə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
83. Bu baxımdan məhkəmə, MPM-nin 97.5-ci maddəsinin tətbiqi üçün tərəfə ekspertiza xərcinin ödənilməsini təklif etməklə yanaşı, həmin xərcin ödənilmədiyi halda MPM-nin 97.5-ci maddəsində müəyyən olunan hüquqi nəticələrini də, yəni, onun üçün hansı əhəmiyy ət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilməsini izah etməlidir. Lakin iş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdehə bu nəticələr izah olunmamışdır (2-ci cild, səh. 120).
84. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin araşdırması, MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi tələblərinə cavab vermir.
85. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, z iddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
86. Bu baxımdan məhkəmənin əsaslandığı ekspert rəyi, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən mövcud faktiki vəziyyət barədə düzgün, əsaslandırılmış, aydın və tam təsəvvür yaratmalıdır.
87. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). 88. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
89. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından dü zgün qiymət verməlidir.
90. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli 2(107)-111/2022 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.