Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-878/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-878/2025 (Açar sözlər: ümumi birgə mülkiyyət hüququna xitam verilməsi, payın naturada ayrılması qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1396/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 2 may 2025-ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh qardaşdırlar, onlara valideynlərindən miras qalmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsinin 7/8 hissəsi İddiaçı və 1/8 hissəsi Cavabdeh mülkiyyətindədir (Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** reyestr nömrəli çıxarış).
2. Torpaq sahəsinin üzərində hazırda aptek kimi fəaliyyət göstərən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış tikili mövcuddur. İşin mübahisəsiz halıdır ki, həmin tikili torpaq vərəsəlik qaydasında tərəflərin mülkiyyətinə keçməzdən əvvəl onların valideynlərinin sağlığında inşa edilmişdir.
3. Qeyd edilən tikili xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən ayda 30 0 manata icarəyə vermişdir. Müqaviləni iddiaçının adından cavabdeh imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0644 ha torpaq sahəsinin onunla Cavabdeh arasında paylara uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsi 7/8 hissədə onun, 1/8 hissədə isə Cavabdeh paylı mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********47 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda sözügedən paylı torpaq sahəsindən cavabdeh istifadə edir. Aralarında mübahisə olduğu üçün həmin paylı torpaq sahəsini öz razılıqları əsasında bölüşdürə bilməmişlər. Yuxarıda qeyd etdiklərinə əsasən onun payına düşən torpaq sahəsini başqa qaydada ala bilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Məhkəmə iclasında cavabdehin iddiaya etirazında göstərilmişdir ki, torpaq sahəsinin daxilində yerləşən apteki cavabdeh öz vəsaiti ilə inşa etmişdir. Bu halı təsdiq edən şahidlər də var. Həmin aptekin ölçüsü 63,5 kv.metrdir. Amma ideal bölgü ilə cavabdehin əmlakdakı payı 80,5 kv.metrdir. Cavabdeh keçmiş zamanlarda apteki hamının razılığına əsasən sahənin cənub tərəfində inşa etmişdir və buna görə də hazırda bölgünün bu istiqamətdə aparılmasına etiraz etmirlər. Aptekin yerləşdiyi 63,5 kv.metr torpaq sahəsini cavabdehə verməklə naturada bölgü aparmaq mümkündür. Qalan hallarda iddianın təmin edilməsinə etiraz edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli,10/3439 saylı rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin boş olmadığını, torpaq sahəsinin daxilində qeyri-yaşayış tikilisinin olduğunu, həmin tikili üzrə payların müəyyən olunmadığını nəzərə alaraq, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsinin 7/8 hissə olmaqla İddiaçı və 1/8 hissə olmaqla Cavabdeh payına uyğun naturada bölünməsinin mümkün olmaması müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8548 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsin də göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsinin 1/8 və 7/8 paylarına uyğun naturada (real) bölgüsünün metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgünün hansı qaydada aparılması rəyə əlavə olunmuş, “AutoCad” programı vasitəsilə hazırlanmış sxemdə ətraflı göstərilmişdir.
9. Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərəflə rin paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsi İddiaçı 7/8 payına uyğun 563.5 kv.metrlik hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/210/8548 saylı rəyinə əlavə edilmiş “AutoCad” programı vasitəsilə hazırlanmış sxem nəzərə alınmaqla naturada ayrılması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 100 (50+50) manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Aparılmış ekspertiza tədqiqatları ilə müəyyən olunmuşdur ki, təqdim olunan torpaq sahəsi iki tərəfdən yol ilə, 2 tərəfdən isə qonşu sahələrlə əhatə olunur. Tədqiqat üzrə baxış zamanı əldə olunmuş məlumatlar, mülki iş materiallarında olan məlumatlar ilə müqayisəli tədqiq olunan zaman tərəflərin mülkiyyətinə verilmiş torpaq sahəsində 7,3 x 8,7 metr ölçüdə mişar daşından inşa olunmuş, faktiki aptek olaraq istifadə olunan qeyri-yaşayış tikilisinin inşa olunduğu müəyyən olunmuşdur. Mülki iş materiallarındakı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tədqiq olunan torpaq sahəsi üzrə 2/5 v ə 3/5 hissələrə uyğun düşən sahə aşağıdakı kimi müəyyən edilir: Ümumi sahə üzrə: 0.0644 ha (644 m2), 1/8 hissə üzrə: 80.5 m2 (644:8), 7/8 hissə üzrə: 563.5 m2 (644:8) x 7.
11. Məhkəmə tədqiq olunan həyətyanı torpaq sahəsinin 2 tərəfdən qonşu sahələrlə, 2 tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsinin konfiqurasiyasını, mülkiyyətçilərin paylarına uyğun sahənin mövcud olduğunu, torpaq sahəsində tikilinin yerləşmə vəziyyətini, aptek tikilisinin İddiaçı tərəfindən icarəyə verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli və mübahisəli torpaq sahəsi tərəflərin paylarına uyğun rəydəki sxemə mütənasib olaraq naturada ayrılmalıdır. Məhkəmə hesab edir ki, məlum ekspert rəyi hazırkı mübahisənin həll edilməsi üçün əsaslı sübutdur və əmlakın naturada ayrılması məhz həmin qaydada h əyata keçirilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.5, 220.1, 220.2, 220.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni əsassız, qanunsuz və ədalətsiz sayır. İş üzrə 3 ekspert rəyi vardır. Rəylərin ikisi torpaq sahəsinin naturada böl güsünün mümkün olmadığını bildirir. Sonuncu rəydən sonra tərəfindən məhkəməyə yenidən təkrar ekspertiza təyin edilməsi, barədə vəsatət versə də, məhkəmə vəsatətini təmin etməmiş, keçirilən 3 ekspertdən yalnız birinin rəyini əsas götürərək əsassız və qanunsuz olaraq iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Ümumiyyətlə cavabdehin payı düzgün bölünməmişdir. Cavabdehə qarşı qanun pozuntusu baş vermişdir. Ona görə də bu barədə hüquq mühafizə orqanlarına, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə isə məhkəmədə tərəfindən iddia qaldırılacaqdır. Qətnamə tamamilə qanunsuz və əsassız olduğundan, apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Torpaq sahəsinin daxilində yerləşən apteki cav abdeh öz vəsaiti ilə inşa etmişdir. Bu halı təsdiq edən şahidlər də var. Həmin aptekin ölçüsü 63,5 kv.metrdir. Amma ideal bölgü ilə cavabdehin əmlakı payı 80,5 kv.metrdir. Cavabdeh keçmiş zamanlarda apteki həmin razılığa əsasən sahənin cənub tərəfinə inşa etmiş və buna görə də hazırda bölgü bu istiqamətdə aparılmalıdır. Burada aptekin yerləşdiyi 63,5 kv.metr torpaq sahəsini cavabdehə verməklə yalnız naturada bölgü aparmaq mümkündür. Əks halda torpağın naturada bölgüsü mümkün deyildir. Bunu keçirilmiş 2 ekspert rəyi də sübut edir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1396/2024 nömrəli mülki iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellya siya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, qeyd etmişdir ki, iddiaçı ümumi birgə paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində torpaq sahəsində tikilinin olması səbəbi ilə naturada bölgünün mümkün olmadığı, xx.xx.2024-cü il tarixli ekspert rəyində isə həmin rəyə əlavə edilmiş bölgü sxeminə əsasən bölgünün mümkün olduğu müəyyən edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin maddi hüquqi əsasını isə Mülki Məcəllənin 220.2-ci maddəsi təşkil edir.
18. Cavabdehə düşən mübahisəli torpaq sahəsinin 1/8 hissəsi, ümumilikdə 80.5 kv.metr təşkil etdiyindən, sonuncunun tələb etdiyi aptekin yerləşdiyi hissənin ona verilməsi mümkünsüz olduğundan, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə gəlinən nəticəni məhkəmə kollegiyası daha əsaslı hesab edir. Həmçinin, cavabdehin bölgü zamanı iddiaçıya düşən torpaq sahəsi üzərində inşa edilmiş tikilinin (aptek) onun vəsaiti hesabına tikildiyini əsas gətirərək hazırkı bölgü ilə razılaşmadığı barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin tikilinin onun vəsaiti hesabına tikilməsini müəyyən edilməsi və həmin tikiliyə çəkilmiş xərcin ona ödənilməsinə dair müstəqil iddia qaldırmaq hüququ istisna deyil.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahi sə predmeti təşkil edən torpaq sahəsində ümumi paylı mülkiyyətçisi olan iddiaçının torpaq sahələrinin naturada ayrılması qənaətinə gəlmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 214.1, 214.2, 220.1, 220.2, 220.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1396/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya düşən torpaq sahəsi üzərində inşa edilmiş onun v əsaiti hesabına tikilmiş aptek uzun müddətdir ki, cavabdehin mülkiyyətindədir. Apellyasiya instansiya məhkəməsi qeyd olunan hissəyə birtərəfli və səthi yanaşmaqla cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. xx.xx.2023-cü il tarixli ekspert rəyində torpaq sahəsində tikilinin olması səbəbi ilə naturada bölgüsünün mümkün olmadığı,xx.xx.2024-cü il tarixli rəyində isə həmin rəyə əlavə edilmiş bölgü sxeminə əsasən bölgünün mümkün olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfdən ekspert rəyləri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün təkrar ekspertizanın keçirilməsi ilə bağlı verilmiş vəsatətlər apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməmiş işə baxan hakim nədənsə işə birtərəfli və səthi yanaşaraq iddiaçının maraqlarına uyğun verilmiş sonuncu eks pert rəyinə istinad etməklə əmlakın naturada bölgüsünün düzgün aparılması qənaətinə gəlmişdir. İşə baxan məhkəmə prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə cavabdehlərin iştirakları olmadan baxaraq, qətnamə qəbul etmişdir.
23. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.3, 14.1, 77, 88, 387-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
27. Ma ddə 29,İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
30. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnm ədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
31. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
32. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
33. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
34. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
35. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
36. Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulma sı ilə xitam verilir.
37. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yeni baxışa qaytarılmalıdır.
44. Hazırkı mübahisə paylı mülkiyyətçilər arasında əmlakın naturada-real bölgüsü ilə bağlıdır. Real bölgü zamanı hər bir mülkiyyətçi öz hissəsi üzərində fərdi mülkiyyətçiyə çevrildiyindən ümumi birgə mülkiyyət hüququ xitam olunur.
45. İşin hallarından görünür ki, İddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi barədə tələbi məhkəmələr tərəfindən təmin ed ilərək torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən sahənin üzərində yerləşən özbaşına tikili iddiaçının payına düşmüş torpaq sahəsində qalmışdır.
46. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar.
47. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi - § 29-30).
48. Özbaşına tikinti mülkiyyət hüququnun obyekti olmasa da üzərində inşa edildiyi torpaq sahəsinin tərkib hissəsi olmaqla onun maddi dəyərini artırır və Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən tikinti aparılm ış torpaq sahəsinin mülkiyyətçisi özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını tələb etmək hüququna malik olduğundan hazırkı halda hər iki paylı mülkiyyətçinin birgə mülkiyyətdə olan torpaq sahəsinin üzərindəki tikiliyə gələcəkdə mülkiyyət hüququ əldə etmək marağı və qanuni gözləntisi olduğu üçün torpağın naturada bölgüsü zamanı tikili ilə birgə torpaq sahəsi ayrılan mülkiyyətçi digər mülkiyyətçiyə MM-nin 221-ci maddəsinə əsasən pul əvəzi ödəməlidir.
49. Hazırkı halda mübahisələndirilən məhkəmə qətnaməsi ilə tərəflərin birgə paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölgüsü zamanı tikili digər tərəfə pul əvəzi ödənilmədən iddiaçıya ayrılmış torpaq sahəsində qaldığından MM-nin tələblərinə uyğun bölgü aparılmadığı və nəticədə cavabdehin mülkiyyət hüquqlarını n pozulduğu müəyyən edilir.
50. MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
51. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilməklə iş aşağıdakı göstərişlərlə təkrar apellyasiya baxışına qaytarılmalır: - işə yenidən baxılarkən məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin həm üzərindəki tikili ilə birlikdə, həm də tikili olmadan bazar dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməli; - ekspert rəyinə əsasən müəyyən edilmiş qiymətlər əsasında tərəflərin paylarının bazar dəyəri hər iki qiymətlə müəyyən edilməli və naturada bölgü zaman ı torpaq sahəsini üzərindəki tikili ilə birgə əldə edən tərəfə digər mülkiyyətçiyə payının tikili ilə birlikdə və tikili olmadan müəyyənləşdirilmiş dəyəri arasındakı fərqə görə MMnin 221-ci maddəsinin tələbinə uyğun olaraq pul əvəzi ödənilməsi təklif edilməlidir. - əgər tərəflərdən biri digərinə bərabər olmayan bölgüyə görə pul əvəzi ödənilməsinə razılıq verməzsə bölgü zamanı hər bir tərəfə düşən əmlak payındakı bərabərsizliyin aradan qaldırılması mümkün olmadığından mübahisə MM-nin 221-cı maddəsinin tələbləri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadındakı hüquqi mövqe nəzərə alınmaqla həll edilməlidir. Sözüg edən qərardadda qeyd edilmişdir ki, “əşyanın bölünməsi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
52. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikl əri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.”
53. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü tarixli, 2(105)-1396/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.