Məhkəmə qərarları › İş №2(102)-879/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-879/2020

10.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-879/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, 3-cü şəxs X2 vəkil Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Ş.Məhərrəmova) xx.xx.2018-ci il tarixl i, 2(001)****/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh1, 3-cü şəxslər xxxx MMC-yə və X3 qarşı “qiymətləndirmə rəyinin mübahisələndirilməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxx” MMC-nin “xxxx” MMC-nin torpaq sahəsinin Qiymətləndirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli rəyinin ləğv edilməsi, “xxxx” MMC-nin torpaq sahəsinin və torpaq sahəsində olan tikilinin bazar dəyəri 4.500.000(dörd milyon beş yüz min) manat qiymətləndirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə 3-cü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-****/2018 nömrəli qətnaməsini n ləğv olunması, yeni qətnamə çıxarılması, “xxxx” MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “xxxx” MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 918 700 (bir milyon doqquz yüz on səkkiz min) manat (torpaq sahəsi 1 587 200 manat, üzərindəki tikililər 331 500 manat) müəyyənləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödənilmiş olduğu dövlət rüsumunun əvəzi qismində 10,4(on manat 40 qəpik) “xxxx” MMC-dən alınaraq ona ödənilməsi, apelyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun apellyatora, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmə tədqiqatının dəyəri “xxxx” MMC-yə aid olması, apelyasiya baxışı zamanı keçiril miş ekspertizanın dəyəri qismində 500 (beş yüz) manatın “xxxx” MMC-dən tutularaq “X9” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh1nə, 3-cü şəxslər xxxx MMC-yə və X3 qarşı “qiymətləndirmə rəyinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təsisçi olduğu “xxxx” MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli rəyin ləğv edilməsi və həmin torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikililərin də qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tə rəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, torpaq sahəsinin real bazar qiyməti müəyyənləşdirilərkən ekspert rəyi ilə yanaşı həmin torpaq sahəsinin bazardakı tələb göründüyü əsl qiymət aralığı da araşdırılmalı, ekspert rəyi buna əsasən dəyərləndirilməli idi. Belə ki, qiymət müəyyənləşdirilməsinə dair ədalətli qərar qəbul edilməsi üçün artıq qəbul edilmiş üsul həmin torpaq sahəsinin yerləşdiyi ərazidə notariat qaydada həyata keçirilmiş alğı-satqı müqavilələrinin qiymətləri tədqiq edilməli idi. Bunun üçün isə Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu göndərilməsi və alınan cavabla ekspert rəyinin eyniləşdirilməsinin aparılması kifayət edirdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə “ekspertin rə yi məhkəmədə tədqiq olunur və digər sübutlarla qiymətləndirilir”. Lakin bizə naməlum olan səbəbə görə iş üzrə 2 ekspert rəyi mövcudikən 3-cü dəfə əmlakın qiymətləndirilməsi həyata keçirilmiş və eyni zamanda qətnamədə əsalandırılmayan səbəbə görə qərar qəbul edilərkən yalnız bu sonuncu rəy əsas alınmışdır.Bu da əslində məhkəmə tədqiqatının obyektivlikdən uzaq daha çox qeyri-prosessual xarakterli münasibətlərə görə qərar qəbul edilməsi şübhəsi yaratmışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin araşdırılması üçün işin apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə l azımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh1, 3-cü şəxs xxxx MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Məhərrəmov Əbdül Azər oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X2 vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası“İcra haqqında” Qanunun 51.1, 61.1-ci və 61.2-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 8-ci maddələrinə əsasəngəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 1918 700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz) manat qiymətini əmlakın real bazar qiymətinə daha uyğun hesab edir. Belə ki, iddiaçının mübahisələndirdiyi qiymətləndirici rəyini verən “xxxx” MMC qiymətləndirməni səthi aparmış, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri, xüsusil ə torpaq sahəsinin üzərində tikililərin olmasını nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmişdir; birinci instansiya məhkəməsindəki icraat zamanı rəy vermiş “xxxx” MMC isə həm ona həvalə olunmayan qiymətləndirməni həyata keçirmiş, həm də ərazidə təşəkkül tapmış qiymətləri araşdırmayaraq torpaq sahəsindəki tikililərin hüquqmüəyyənedici sənədlərinin olmadığını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəm əsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək İddiaçı 187000 manat pulun, eləcə də ödənilmiş 31 manat dövlət rüsumunun 24 %-nin, yəni 7,44 manatın tutularaq X3 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, habelə qarşılıqlı iddianın təmin edilərək İddiaçı ilə X4 arasında Bakı şəhəri, 38 saylı notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilməklə bağlanmış, reyestrdə 3M/-821 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayəti təmin edilmiş, sözügedən qətnamə ləğv olunmuş, X2 ilk iddia ərizəsi təmin edilərək İddiaçı xx xxxxxx 2013-cü il tar ixli borc müqaviləsi üzrə 785 000 manat borc pul, borc məbləğinin vaxtında qaytarılmaması nəticəsində bir il üçün illik 5 % həcmi təşkil edən 39 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, yəni cəmi 824281 manat X2 xeyrinə tutulmuş, İddiaçı qarşılıqlı iddia ərizəsi isə təmin edilməmişdir; sözügedən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-****/17 saylı, xx xxx 2017-ci il tarixli qərarına əsasən). İşin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-****/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən İddiaçı təsisçisi olduğu “xxxx” MMC-nin əmlakındakı 50 % payının, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şössesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə həbs qoyulması, tutmanın həmin torpaq sahəsinə borclunun 50 % payı həddində yönəldilməsi qərara alınmış, bundan sonra icra məmuru əmlakın qiymətləndirilməsi üçün “xxxx” MMC-yə sifariş məktubu göndərmiş, adı çəkilən MMC-nin xx xxxxxx 2018-ci il tarixli “əmlakın qiymətini müəyyən etmək üçün hesabat”ı ilə torpaq sahəsi (0,7936 ha) ******* manat, torpaq sahəsinin 50 %-i (0,3968 ha) isə 793 600 manat məbləğində qiymətləndirilmiş; hesabatın qeyd hissəsində “xxxx“ MMC-yə məxsus torpaq sahəsi üzərində avto-təmir sexlərinin inşa edildiyi və sifarişə uyğun olaraq sadəcə torpaq sahəsinin qiymətləndirildiyi xüsusi olaraq göstərilmişdir. İşin materiallarından görünür ki, əmlakın qiyməti il ə bağlı bir-birindən fərqlənən 3 (üç) qiymətləndirici rəyi mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu rəyləri işdəki digər sübutlarla birgə dəyərləndirilərək və mütənasib şəkildə uzlaşdırılaraq əmlakın ilkin satış qiyməti müəyyənləşdirilməli baxımından apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 1918 700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz) manat qiymətini əmlakın real bazar qiymətinə daha uyğun hesab edərkən “xxxx” MMC qiymətləndirməni səthi aparmasını, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmaması, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri, xüsusilə torpaq sahəsinin üzərində tikililərin olmasını nəzərə almaması, analoji əmlakların bazar dəyərini təhlil etməməsi, bənzər əmlakların müqayis əli təhlilini həyata keçirməməsi, həm də ərazidə təşəkkül tapmış qiymətləri araşdırmayaraq torpaq sahəsindəki tikililərin hüquqmüəyyənedici sənədlərinin olmadığını nəzərə almamasına istinad etsə də, özü tərəfindən də təyin edilmiş sonuncu rəydə də sadalanan halların da tam öz əksini tapmamasına diqqət yetirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən iş materiallarında olan “xxxx” MMC-nin digər şəxslərlə mübahisəsinə dair 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2(81) *****/4-364 saylı mülki iş üzrə təyin etdiyi xx xxxxxxx 2008-ci il tarixli 23/3 saylı ekspert rəyinin məzmununa diqqət yetirməmişdir. Qeyd edilən həmin rəydə MMC-nin mülkiyyətində olan torpaq sahəsinin, həmin sahədə yerləşən binanın qeyri-yaşayış sahəsi ilə birlikdə orta bazar dəyərinin ümumilikdə dəyərinin 9.850.000 manat (250.000 + 9.600.00) olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan mübahisəli tikililərə dair iş materiallarında layihə smeta sənədlərinin olmamasına, 3400 kv.m sahəsi olan və 51 tikilidən ibarət olan daşımaz əmlakın (torpaq sahəsi və üzərindəki tikililər) 1918 700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz) manat məbləğində qiymətləndirilməsi ağlabatan olmamaqla hazırki dövr üçün bazar qiymətlərinə də uyğun olmamasına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin də kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən aparılan qiymətləndirməni özünün təyin etdiyi qiymətləndirmə ilə müqayəisə edərkən həmin rəyi “xxxx” MMC-i tərəfindən aparılan qiymə tləndirmə ilə müqayisə etməyərək “xxxx” MMC-nin ona həvalə olunmayan qiymətləndirməni həyata keçirməməsinə istinad etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin öüzünün də qətnaməsində qeyd etdiyi kimi, “xxxx” MMC-nin direktoru X6 birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizədə MMCnin adındakı “2” rəqəminin texniki səhv olduğu və sözügedən rəyin “xxxx” MMC tərəfindən verilməsi kimi qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC-nin həyata keçirdiyi qiymətləndirmənin sözügedən rəyi vermiş həmin MMC-nin adındakı “2” rəqəminin texniki səhv olduğu təqdirdə onu sübut növü kimi qiymətləndirilməməsi üçün hüquqi əsas deyildir. Belə ki, işin hallarından görünür ki, qiymətləndirmə faktiki olaraq “xxxx” MMC tərəfindən həyata keçir ilmiş və onun verdiyi rəylə, “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmə, eləcə də apellyasiya instansiyası məhkəməsinin özünün təyin etdiyi qiymətləndirmə arasında müəyyən edilmiş qiymətlərdə kəskin fərqlər vardır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisas laşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. - 5, 6 və 8-ci maddələrinə əsasən məhkəmənin qərarının təmin edilməsi məqsədi ilə əmlak qiymətləndirilərkən qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən aparılır. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağlanan müqavilədir. Qiymətləndirici hesabatda qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi i lə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. - 7-ci maddəsinin İ bəndinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. - 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərinə əsasən əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iy un tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının: - 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarına əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təminatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. - 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi X1 üzrə Beynəlx alq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutlan prinsiplər əsasında işlənməlidir. - 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymələndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında t ədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildi yini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Normaların məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həll inə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, bununla da maddi və prosesssual hüquq normalarının tələblərini pozaraq iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etməmişdir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvaf iq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə o nu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edirki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsininləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlərtərəfləriniştirakıilə araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar