Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-88/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, X1 və X2 oğlunun cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqaviləsinin etibarsız hesab edilməsi, əqdin bəyənilməsi, mübahisə predmeti olan daşınmaz əşyanın hüquqi vəziyyəti) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC-nin vəkili oğlunun iştirakı ilə, Şəki Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1033/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə оğlu, qızı, xx оğlu, X7, X4, X6 və X3 ümumi birgə mülkiyyətinə 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, bununla bağlı həmin şəxslərə JN-1009 KOD40113018 saylı Dövlət Aktı verilmişdir. 2. xx xxxxx 2008-ci il tаrixdə Cavabdeh2 həmin torpaq sahəsinin 1.18 ha hissəsinin «xxxx» MMCyə satılmasına dair alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. 3. оğlu, qızı, xx оğlu həmin müqavilədən xəbərsiz olduqlarını, müqaviləyə imza etmədiklərini bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiаçılаr оğlu, X qızı və xx оğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bаlаkən rаyоn Nоtаriаt Kоntоrundа tərtib edilmiş 06 аprel 2008-ci il tаrixli 4Ə-135 nömrəli аlqı-sаtqı müqаviləsinin etibаrsız hesаb edilməsi və аilələrinin pаyınа verilmiş 1.18 hа pаy tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişlər.
5. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, ailəyə məxsus torpaq sahəsi onlardan xəbərsiz satılmışdır. xx xxxxx 2008-ci il tarixli 4Ə-135 saylı torpaq alqı-satqı müqaviləs inə nə özü, nə də ailə üzvləri imza etməmişlər.
6. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
7. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxxx 2018-ci il tarixli, 18644 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 xx xxxxx 2008-ci il tarixli, 4ə-135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar” hissəsində “2” və “4” rəqəmlərinin qarşısındakı imzalar - X2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 xx xxxxx 2008-ci il tarixli, 4ə-135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “imzalar ” hissəsində “1" rəqəminin qarşısındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 xx xxxxx 2008-ci il tarixli, 4ə-135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqısatqı müqaviləsinin arxa tərəfində “İmzalar” hissəsində “6” rəqəminin qarşısındakı imza xxx qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
8. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) xx xxxxxxx 2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısına dair müqaviləyə İddiaçı1, X2 və X3 imza eməmişlər, əşyanın dəyəri kimi qeyd olunan 5.300 manat pulun verilməsinə dai r heç bir sübut təqdim olunmamışdır. Ona görə də iddia təmin edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İşdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs QSC hüquq və vəzifələrinə toxunan şəxs kimi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) xx xxxx 2020-ci il tarixli, 2(107)-1033/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən - İddiaçı1 və üçüncü şəxs xxx qızının mülkiyyət paylarına aid hissədə təmin edilməsi, “Torpağa mülkiyyət hüq uquna dair JN-1009 KOD40113018 nömrəli Dövlət Aktı ilə Balakən rayonu Talalar kəndi ərazisindən İddiaçı1 və ailə üzvlərinin (cəmi 7 nəfər) ümumi mülkiyyətinə verilmiş torpaq sahəsinin 1.18 ha hissəsinin özgəninkiləşdirilməsinə dair xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin qismən – İddiaçı1 və xxx qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində İddiaçı1 və xxx qızının mülkiyyət hüquqlarının bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat pul vəsaitinin yarısının (66 manat 50 qəpik) iddiaçılar X2 və X2 oğlundan, qalan yarısının (66 manat 50 qəpik) cavabdehlər “xxxx” MMC və Cavabdeh3 tu tularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilməsi qət edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 ümumi mülkiyyətdə olan 1.18 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsi bağlanarkən оğlu və xxx qızının mülkiyyət hüquqları pozulmuş, onların həmin torpaq sahəsindəki mülkiyyət payları (hərəsinin 1/7 hissə olmaqla) özlərinin iştirakı olmadan və iradələri nəzərə alınmadan satılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Maraqlı şəxs QSC kassasiya şikayəti verərək, qətnamənin “torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı1 və üçüncü şəxs xxx qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1,18 ha torpaq sahəsinin 2/7 hissəsi üzərində İddiaçı1 oğlunun və xxx qızının mülkiyyət hüquqlarının bərpa edilməsi” hissəsində ləğv, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı1 öz iradəsinə uyğun olaraq X2a torpağın alqı-satqı müqaviləsinin bağlanması üçün razılıq vermiş, həmin müqavilədən məlumatı olmuşdur. Bunu alqı-satqı müqaviləsinin onun onun ailə üzvləri tərəfindən də imzalanması faktı təsdiq edir. Yəni onun razılığı olmadan ailə üzvlərinin həmin müqaviləyə imza etməsi mümkün deyildi. İddiaçı1 və onun ailə üzvlərinin iradə ifadəsi məhz onların 10 il müddətind ə X2 tərəfindən onlara verilmiş 0,60 ha torpaq sahəsindən şəxsi məqsədləri üçün istifadə etməsində öz təsdiqini tapır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Maraqlı şəxs QSC-nin vəkili oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Mə cəlləsi:
18. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
20. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
21. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
22. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sə rəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
24. Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya i nstansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.
28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. Məhkəmə kollegiyası, qətnaməni kassatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının y oxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsinin “xxxx” MMC-yə satılmasına dair xx.xx.2008-ci il tarixli müqavilədə İddiaçı1, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X aid hissələrdəki imza onlar tərəfindən icra edilməmişdir (məhkəmə-xətşünasl ıq ekspertizasının xx.xx.2018-ci il tarixli rəyi, § 7).
33. Bu səbəbdən İddiaçı1 ümumi mülkiyyətçi kimi əşyaya sərəncam vermədiyinə istinad etməklə müqavilənin etibarsız sayılmasını və mülkiyyətin bərpasını tələb etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin halı nəzərə alaraq alqı-satqı müqaviləsinin İddiaçı1 və XXXtorpaq paylarına aid hissədə etibarsız sayılması və mübahisəli sahənin 2/7 (yeddidə iki) hissəsi üzərində onların mülkiyyət hüquqlarının bərpa edilməsi haqqında qətnamə qəbul etmişdir.
34. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun deyil.
35. Ona görə ki, sözügedən müqavilədə İddiaçı1 imzasının olmaması ilkin olaraq əqdin ona münasibətdə etibarsız olmasına dəlalət etsə də, mübahisənin dü zgün həlli üçün işin digər faktiki halları nəzərə alınmalıdır.
36. Belə ki, İddiaçı1 və ailə üzvlərinin sözügedən müqavilədən xəbərsiz olması inandırıcı görünmür. Çünki, həmin müqaviləyə onun arvadı XXXXXın imza atması ekspertiza rəyi ilə təsdiqlənmişdir. Belə olan halda, digər ailə üzvlərinin bu müqavəlini bilməmələri ağlabatan dəlillərlə izah olunmalıdır. Digər tərəfdən, sözügedən alqı-satqı 2008-ci ildə aparılmışdır, iddia tələbi isə 2018ci ildə irəli sürülmüşdür. Təsərrüfatla məşğul olan şəxsə və ailə üzvlərinə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 10 il ərzində başqasının sahibliyində olduğu halda, bu müddətdə ümumi mülkiyyətçilərin buna etiraz etməməsi və ya hansısa iddia qaldırmaması həmin sahənin satılmasına dair müqavilənin bəyənilməsinə işarə edən mühüm dəlillərdən bi ridir.
37. Kollegiya vurğulayır ki, qanunverici əqdin bəyənməsi institutunu nəzərdə tutmaqla təsbit etmişdir ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur (§ 20-22). O da diqqətdən qaçırılmamalıdır ki, bəyənmə məcburi forma şərtinə tabe deyil. Yəni şəxs əqdi bəyəndiyini istənilən formada (yazılı şəkildə, hansısa davranış sərgiləməklə və s.) ifadə edə bilər.
38. Odur ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasının ümumi mülkiyyətçilər tərəfindən bilinməsi və ya sonradan bəyənilməsi ilə bağlı hallar aydınlaşdırılmaqla, müqav ilənin etibarsızlığı tələbinə həm də bu institut baxımından hüquqi qiymət verilməlidir.
39. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi xx.xx.2008-ci il tarixli müqaviləni İddiaçı1 və X aid hissədə etibarsız hesab edib mübahisələndirilən 1,18 ha torpaq sahəsinin 2/7 hissəsi üzərində həmin şəxslərin mülkiyyət hüquqlarının bərpa olunmasını qət edərkən mübahisəli sahənin mövcud hüquqi vəziyyətini nəzərə almamışdır.
40. Maraqlı şəxs QSC apellyasiya şikayətində bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)-1179/2016 nömrəli qətnaməsi ilə “xxxx” MMC-dən Maraqlı şəxs QSC-nin xeyrinə tutulan kredit borcunun Balakən rayonu Talalar kəndində yerləşən, cəmi sahəsi 69.7592 ha torpaq sahəsinə (o cümlədən mübahisəli torpaq sahəsinə) yönəldilməsi və s. qət edilmiş, sahə hərrac vasitəsilə Agrarco MMC-nin mülkiyyətinə keçmiş və ona dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilmişdir (reyestr nömrəsi **********48).
41. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin reyetrdəki mövcud qeydiyyatı və onun hüquqi səbəbi etibarsız sayılmdan daşınmaz əşya üzərində iddiaçının mülkiyyət hüququnun bərpası qanunvericliyə uyğun sayıla bilməz.
42. Ona görə də, mübahisəli sahənin daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyətçisi və əşyanın hüquqi statusu müəyyən edilməli, mülkiyyətçi olan və digər maraqlı şəxslər işə cəlb edilməklə, iddia tələblərinə həmin şəxslərin də qanunla qorunan mənafeləri, o cümlədən daşınmaz əşyanı vicdanlı əldə etmə ilə bağlı qaydalar nəzərə alınmaqla bütövlükdə hüquqi qiymət verilməlidir.
43. Məhkəmə kol legiyası onu da bildirir ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən alqı-satqı müaviləsini xxx qızına aid hissədə də etibarsız sayaraq onun da mülkiyyət hüquqlarının bərpasını qət etsə də, A.İddiaçı1 (Nəbiyeva) iddia tələbi irəli sürməmişdir.
44. Halbuki, qanunvericiliyin tələbinə görə iddiaçı, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış şəxs hesab edilir. Hər hansı şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etdiyi halda məhkəmədə iş başlanılır (§ 23-24).
45. Beləliklə, yuxarıda göstərilən hallar iş üzrə maddi və prosessual hüquq normalarının səhv tətbiq edilməsinə və nəticə etibarilə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir.
46. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin q ətnaməsi xx xxxxx 2008-ci il tarixli, 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı1 və xxx qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində İddiaçı1 və xxx qızının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin hissədə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs QSC-nin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1033/2020 nömrəli iş üzrə xx xx xx 2020-ci il tarixli qətnaməsi xx xxxxx 2008-ci il tarixli, 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı1 və xxx qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində İddiaçı1 və xxx qızının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.