Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-882/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 11 » fevral 2019-cu il İş № 2(102)-882/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh oğlunun və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(017)-12/2018 saylı qətnaməsi ilə (sədrlik edən E.Quliyev) iddia təmin e dilərək Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 2,2551 ha torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən 60 manat məbləğində ekspertiza xərci Cavabdeh oğlundan alınaraq, Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071 VÖEN (bank) ********** Müxbir hesab AZ37NABZ ******************** SWİFT AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, AZ23AİİB ******************** nömrəli hesaba köçürülməsi, 100 manat məbləğində ekspertiza xərci Cavabdeh oğlundan alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİ FT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov - sədrlik edən və məruzəçi, Q.Kərimov və İ.Əsədov, İş № 2(106)-2257/2018) Cavabdeh tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməyərək Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(017)-12/2018 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehə qarşı torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək ş ikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qəti nəticəsini faktlara əsasən qəbul etməyərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Ağcabədi rayonu Xocavənd kəndi ərazisində 2,2551 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.Bu barədə onun adına çıxarış verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2017-ci il tarixli, 22576 nömrəli rəyindən görünür ki, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 6 saylı Ərazi idarəsi tərəfindən 04.07.2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 2,2551 ha torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir və həmin torpaq sahəsi Cavabdeh tərəfindən tutulduğu müəyyən olunmuşdur. Cavabdeh qanuna zidd hərəkətləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən onun razılığı olmadan istifadə edir və həmin torpaq sahəsindən iddiaçının sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki,birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə q əbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.Apelyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(017)-12/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinə əsasən ləğv edilməsi və iddianın rədd edilməsi üçün qanuni əsaslar müəyyən etməmişdir. Cavabdeh tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(017)-12/2018 saylı qətna məsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaların tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüq uqu-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətd ə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, torpaq sahəsinin iddiaçıların qanuni istifadəsində və sahibliyində olması iş materialları ilə təsdiq edilmişdir. İddiaçıların mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınsa da, cavabdehin həmin torpaq sahəsinə hər hansı hüquqlarının qeydiyyatı ilə bağlı heç bir sübut yoxdur. İddiaçıların hüqu qları pozulduğundan və onların əmlakından sərbəst istifadəsi məhdudlaşdırıldığından bu tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir. Məhkəmə kollegiyası hər iki məhkəmə instansiyasının iddia tələbinin təmin edilməsi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin q anunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hüquq normasının məzmunundan göründüyü kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsinin işin hallarını obyektiv və ədalətli şəkildə tədqiq etməməsinə dair dəlili ilə bağlı hesab edir ki, işə baxan məhkəmə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibəti və mülki işin materiallarına istinad edərək, eləcə də, maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ilə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün aradırılmasının son nəticədə düzgün olan qərarın qəbul edilməsinə gətirib çıxarması barədə gəldiyi nəticəsi əsaslıdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassı zdır. Apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-882/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-882/2019
11.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver