Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-882/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)- 882/22 (Açar sözlər: çəkilən xərclərin alınması) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı İddiaçı və Cavabdeh qarşı çəkilən xərcin alınıb verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)- 159/2021 nömrəli, 28 sentyar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlunun kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı öz vəsaiti ilə Cavabdeh razılığına əsasən cavabdehə məxsus torpaq sahəsində 2009-cu ildə 2 otaqlı fərdi yaşayış evi və əlavə tikililər inşa etmişdir.
2. İddiaçının üzərində tikdiyi ev və evin altındakı torpaq sahəsi mülkiyyət hüququ ilə 2014-cü ilə tarixdə cavabdehin adına qeydə alınıb.
3. Mübahisə tərəflər arasında qeyd edilən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə çəkilmiş xərcin qaytarılması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində inşa etdiyi tikililərə çəkilmiş 27259 (iyirmi yeddi min iki yüz əlli doqquz) manat pulun və məhkəmə məsrəfi olan 450 (dörd yüz əlli) manat vəkil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 1939-cu ildə Bulqan kəndində doğulmuşdur. 1963-cü ildə Ukrayna Respublikasına köçüb orada yaşamış, 2009-cu ildə doğulduğu Bulqan kəndinə qayıtmışdır. Bir qədər kənddə yaşayandan sonra iddiaçı Ukrayan Respublikasına qayıtmaq istəsə də qardaşının arvadı iddiaçıya qayıtmamağı, kənddə qalmasını təklif etmiş, burada ona şərait yaradacağının demişdir.
6. Elxan adlı qardaşı oğlu (cavabdehin qardaşı) iddiaçıya torpaq sahəsinin olmasını, qalıb orada ev tikib yaşamasını təklif etmişdir. Sonra isə həmin torpaq sahəsinin qardaşının digər oğlu, hazırki cavabdeh Elşən Vəıiyevə məx sus olması məlum olmuşdur. Elşənin razılığı ilə iddiaçı ünvan 2 ünvanında ev tikmişdir. İlk öncə 2 otaq, bir aynabənd, aynabəndin altında zirzəmi və hamam-tualet tikmişdir. Sonra evin qarşısında əl damı, toyuq damı, hovuz və bir neçə xırda məişət tikilisi inşa etmişdir.
7. İddiaçı dəfələrlə cavabdehə evi adına keçirtməsini desə də, cavabdeh qəbul etməmiş və demişdir ki, həmişəlik həyətdə qalacaqdır. İddiaçı da inanmışdır. Bir neçə ay bundan əvvəl Elşənin arvadı qaz borusunun yaxınlığında od yandırdığı üçün iddiaçı buna etirazını bildirmişdir. Bu səbəbdən cavabdeh iddiaçı ilə mübahisə etmiş və həyətdən çıxmasını bildirmişdir. Cavabdeh iddiaçıya həyətdən çıxmaq üçün 2020-ci ilin mart ayına kimi vaxt vermişdir. Halbuki iddiaçı10 ildir ki, həmin həyətdə ev tikib yaşamışdır.
8. İddiaçı hazırda ailə qurmuş və arvadı da orada yaşayır. Ukraynadan gələrkən özünün iki ədəd brilyant daşı və 4000 ABŞ dolları pulu ollmuşdur. Həmin brilyant daşlarının birini 4000 manata, birini də 5000 manata satmışdır.
9. Həmçinin Miqrasiya İdarəsində bağban işləyir, 240 manat əmək haqqı alır. Bundan əlavə məktəbdə mühafizəçi işləyir və 158 manat əmək haqqı alır. Bütün pulların topayıb özünə ev tikmişdir. 81 yaşı vardır. Cavabdehin həyətindən bir şərtlə çıxacaqdır ki, cavabdeh evin tikilməsinə çəkdiyi xərci hesablasın versin və həmin pulla iddiaçı özünə bir otaqlı ev alıb arvadı ilə yaşasın.
10. İddiaçının evin tikilməsinə nə qədər xərc çəkildiyini sübut edəcək şahidləri vardır. Həmin vaxt işləyən ustalar iddiaçının xərc çəkdiyini sübut edə bilərlər.
11. Ev tikilərkən qohumlar da iddiaçıya kömək etmişlə r. Qardaşı qızının əri himə tökmək üçün blok daşı vermişdir, qardaşı arvadı – Elşənin anası 1000 ədəd tuğla hədiyyə vermişdir, əlavə həyətdə olan kubik, köhnə yararsız qapı-pəncərələr ona verilmişdir ki, ev tikilsin. Bütün bunlar ona pay verilmişdir. Cavabdehin onun çəkdiyi xərcləri ödəmək imkanı vardır.
12. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün vəkilə 450 manat pul ödəmişdir.
13. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçının dedikləri və iddia ərizəsində yazdıqları həqiqəti əks etdirmir. İddiaçı onun əmisidir. 56 il Ukraynada yaşamışdır. Əmisi Naxçıvana gəldikdən bir neçə ay sonra atası rəhmətə getmişdir. Əmisi Naxçıvana gələnə qədər onun Vəli adlı əmisi olduğunu bilməmişdir; - iddiaçı burada yaşamaq istədiyi üçün qardaşı Elxan cavabdehi razı salmışdır ki, yaşlı adamdır, qoy özü üçün şərait qurub yaşasın. İddiaçının yaşadığı torpaq sahəsi cavabdehin adına olmuşdur. Cavabdeh həmin torpağı dayısı oğlu Heydər Abbasovun torpağı ilə dəyişmişdir. Torpaq sahələrini dəyişəndə sənədləri də qanuni yolla dəyişdirmiş və sənədləşdirmişdir; - iddiaçı həmin torpaq sahəsində ev tikəndə kolonlar cavabdeh tərəfindən basdırılmışdır. Evin bünövrəsi açılanda 4000 tuğlanı cavabdeh öz pulu ilə gətirtmişdir. Cavabdeh evi qaldırıb, damı şiferlə örtmüşdür. Əmisinin qalması üçün bir otağını hazırlayıb ona təhvil vermişdir. Qalan işlərini də cavabdeh iddiaçının özünün görəcəyini ona bildirmişdir. Hətta cavabdeh iddiaçıya istifadə üçün ev əşyaları – soyuducu, qaz plitəsi, televizor vermişdir. - sonra da iddiaçı ailə qurub evdə yaşadıqdan sonra özü hissə-hissə tikinti ap armışdır. Ancaq son vaxtlar adi bir söz-söhbətin üstündə iddiaçı cavabdehdən kənd icra nümayəndəsinə şikayət edir; - cavabdeh iddiaçının onun evində yaşamasını istəmir. Evin tikintisinin 60 faizini cavabdeh aparmışdır. Hətta fəhlə pullarını da cavabdeh vermişdir. Əgər iddiaçı razı olarsa ölənə qədər evdə yaşaya bilər. Lakin iddiaçı vəfat etdikdən sonra evə cavabdeh sahiblik edəcəkdir və arvadı həyətdən çıxacaqdır. Çünki torpaq cavabdehindir, iddiaçıya tikili aparmaq üçün icazə verməyibdir; - evin bünövrəsindən tutmuş dam örtüyünün vurulmasına qədər tikinti xərcini cavabdeh çəkmişdir. Bir otağın gəcini çəkdirib evdən çıxmışdır; - qalan əlavə nə vardırsa, iddiaçı özü tikibdir. Hətta iddiaçı evin bünövrəsini ensiz qazdırmaq istəmiş, cavabdeh özü kranı gətirdib geniş qazdırmışdır. Himə tökülən blok daşlarını iddiaçıya cavabdehin bacısının əri vermişdir. Cavabdeh biri 32 qəpikdən hesablanmaqla 4000 tuğla almış və evə 3600 tuğla istifadə olunmuşdur. Cavabdehin iddiaçıya çəkdiyi xərcə görə pul ödəmək fikri və imkanı yoxdur.
14. Birinci instansiya məhkəməsi 13 iyul 2020-ci il tarixli qəraradadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertiza qarşısında evin tikilməsinə nə qədər vəsaitin xərclənməsi barədə sual qoymuşdur.
15. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2020-ci il tarixli 121/2020 nömrəli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində və onun həyətyanı torpaq sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinə sərf edilən vəsaitin bu günkü bazar qiymətlərinə uyğun olaraq ümumilikdə təqribi dəyəri 21464.77 (iyirmi bir min dörd yüz altmış dörd manat yetmiş yeddi qəpik) manatdır.
16. Cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsi 13 oktyabr 2020-ci il tarixli qəraradadla təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
17. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli 10/3803 nömrəli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində və onun həyətyanı torpaq sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinə sərf edilən vəsaitin hazırki bazar qiymətlərinə uyğun olaraq ümumilikdə təqribi dəyəri 21664.77 (iyirmi bir min altı yüz altmış dörd manat yetmiş yeddi qəpik) manatdır.
18. İş üzrə hər iki tərəfdən şahidlər dindirilmişdir.
19. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-14/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə çəkilən xərcin dəyəri olan 21239.77 (iyirmi bir min iki yüz otuz doqquz manat yetmiş yeddi qəpik) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 13.04.2020-ci il tarixdə 36124 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.40 (iyirmi üç manat qırx qəpik) manat hissəsinin, vəkilə hüquqi yardım üçün 06 mart 2020-ci il tarixdə verilmiş 003728 nömrəli qəbzlə ödənilmiş 450 manat xidmət haqqının 350 manatının Cavabdeh alınaraq iddiaçıya qay tarılması, tələbin vəkil xərcinin digər hissəsinə münasibətdə rədd edilməsi, ekspertiza xərci olan 100 (bir yüz) manatın Cavabdeh alınması qət edilmişdir. (hakim Gülnar Səfərəliyeva)
20. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, tərəflərin izahatına və şahid ifadələrinə istinadən müəyyən etmişdir ki cavabdehin mülkiyyətində olan və dövlət qeydiyyatına alınan fərdi yaşayış evi İddiaçı tərəfindən və onun vəsaiti ilə tikilmişdir. Belə ki, cavabdeh iddiaçı tərəfindən evin iki otağının tikilməsini, gəcinin vurulmasını, dam örtüyünün vurulmasını mübahisələndirərək öz etirazının əsası kimi şahid ifadələri məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə dəvət edilərək dindirilən şahidlər X1 tikintidə nə usta, nə fəhlə olaraq işləmədiyini bildirməklə Cavabdeh həmin ev də hansı işləri gördüyünü konkret bilmədiyini göstərmişdir. Həmçinin iddiaçının tikilisinə kömək məqsədi ilə qələmə ağacı və köhnə qapı-pəncərə verdiyini, qarşılığında heç bir əvəz almadığını və tələb etmədiyini də göstərmişdir. X5 ifadəsində cavabdehin həyətinə tökdüyü 250 kubikdən istifadə edilməsinə icazə verdiyini bildirməklə, onun qarşılığında pul və ya kubik alınmasını istəmədiyini, Elşənə həmin kubikləri pulsuz verdiyini göstərmişdir. X11 ifadəsində bir otağın gəcinin vurulduğunu təsdiq etmiş, gördüyü işin haqqının İddiaçı onun qardaşına verdiyini bildirmişdir. X4 ifadəsində evin hörgü işinin aparılmasına Elşənlə danışaraq razılaşdığını və gördüyü işə görə Elşəndən 300 manat haqq aldığını bildirmiş, qalan gördüyü işlərə görə pulunu iddiaçıdan aldığını göstərmişdir. X2 ifadəsində ümu mi məzmunlu məsələləri bildirməklə eyni kənddə yaşadıqlarını, cavabdehin torpaq sahəsində iddiaçının ev tikdiyini göstərmişdir.
21. Birinci instansiya məhkəməsi şahid ifadələrini ümumiləşdirərək hesab edib ki, həmin ifadələrdən X3 ifadəsi və X6 ifadəsi cavabdehin bildirdiyi halları təsdiq edən sübut hesab edilməklə evin hörgüsü üçün əl haqqı olaraq ödənilmiş 300 manat və cavabdehə pulsuz şəkildə verilmiş 250 kubikin ekspert rəyi ilə qiymətləndirilmiş dəyəri iddiaçı tərəfindən evə çəkilən xərcin hesabından çıxılmalıdır. Qalan hissələrdə cavabdeh bildirdiyi halların təsdiqi üçün mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı izahatında evin himinə blok daşların qardaşı qızının əri tərəfindən ona hədiyyə verildiyini bildirmiş, cavabdeh isə izahatında həmin daşların bacısı ə ri tərəfindən ona hədiyyə edildiyini bildirmişdir.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh izahatında bildirdiyi həmin daşların bacısı əri tərəfindən ona hədiyyə edildiyi halın təsdiqi üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, mübahisəli fərdi yaşayış evinin iddiaçı tərəfindən və onun vəsaiti ilə inşa edilməsi iş üzrə toplanmış sübutlarla təsdiq edilmişdir.
23. Birinci instansiya məhkəməsi həmin evin tikilisinə kömək məqsədi ilə İddiaçı hədiyyə verilən hər hansı tikinti materialını (iddiaçının izahatına əsasən qardaşı qızının əri tərəfindən verilən blok daşları, qardaşı arvadı tərəfindən verilən 1000 ədəd tuğlanı, şahid ifadəsinə əsasən 7-8 qələmə ağacını, köhnə pəncərə və qapını) iddiaçının çəkdiyi xərcin sırasına daxil edilməsini qanuni və əsas lı hesab edir. Cavabdeh Vəli oğlu evin tikintisinə 4000 ədəd tuğla aldığını bildirsə də, həmin tuğlanın onun tərəfindən alınmasına dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir.
24. Birinci instansiya məhkəməsi təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyini sübut kimi qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyində qeyd edilən briket kubik daşın bir ədədinin qiyməti 0.50 (əlli qəpik) manat olaraq qeyd edildiyindən 250 ədəd kubik daşın qiyməti (250x0.50=125) manat və 300 (üç yüz) manat evin hörgüsünə çəkilən xərc ümumi çəkilmiş xərcdən çıxılmaqla qalan xərcin (21664.77-425=21239,77) Cavabdeh alınaraq İddiaçı verilməsini qanuni və əsaslıdır.
25. Birinci instansiya məhkəməsi məsrəfi ilə bağlı iddia üzrə belə nəticəyə gəlib ki, iddia qismən təmin edildiyindən, vəkilə hüquqi yardı m üçün 06 mart 2020-ci il tarixdə 003728 nömrəli qəbzlə ödənilmiş 450 (yeddi yüz əlli) manat xidmət haqqının 350 (üç yüz əlli) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalı, tələb vəkil xərcinin qalan hissəsinə münasibətdə rədd olunmalıdır
26. Birinci instansiya məhkəməsi Mülki Prossesual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddiaçıya 3000 manat pul verilməsi və bütün tikinti materiallarının sökülüb aparılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlillərinə uyğun əsaslandırlılıb. Əlavə olaraq göstərilib ki: - rəy düzgün deyil, iddiaçının gördüyü işlər 9010 manat təşkil edir. Lakin çox işlərdən xəbəri olmadığı üçün rəydə göstərilənləri yerində yoxlamaq lazımdır; - ekspert rəyində göstərilən işlərin çoxu olmamış (şiferin vurulması, zibilin nəqliyyatla daşınması, otaqların sement məhlulu ilə şkaturka olunması, fundamentə tuğla işlənməsi, hovuza qəlib vurulub beton tökülməsi, su-kanalizasiya işlərinin iki dəfə təkrarlanması, elektrik işinin iki dəfə təkrarlanması və sair), göstərilən qiymətlər şişirdilərək çox yüksək göstərilmiş, cavabdedhin çəkdiyi xərclər, tikiliyə verilmiş materiallar nəzərə alınmayaraq qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir; - iddiaçının həyətdə əlavə inşa etdiyi tikililərin heç bir dəyəri yoxdur, əksinə, həyəti korlayır. Onun tikdiklərindən heç kim istifadə etməz; - cavabdeh ailəsini ancaq dolandırır, onun iddiaçıya o qədər pulu verməyə maddi imkanı yoxdur; - məhkəmə bütün halları tam araşdırmadan, iş üçün əsas olan şahidləri dindirmədən, tikiliyə yerində baxış keçirmədən, düzgün olmayan ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir.
29. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)159/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan şəhər Məhkəməsinin 2(078)-14/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Əli Allahverdiyev (sədrlik edən və məruzəçi), Əhliman Xıdırov, Mehman Allahverdiyev)
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı öz vəsaiti ilə cavabdehin razılığına əs asən ona məxsus torpaq sahəsində 2009-cu ildə 2 otaqlı fərdi yaşayış evi və əlavə mətbəx, hamam, açıq eyvan, naves, yan damı, hamam, tualet, hasar, qaraj, səki, darvaza, mansard və zirzəmidən ibarət tikinti-təmir işlərini aparmış, həmin tikinti və təmir işləri 2010-cu ildə başa çatmaqla qeyd olunan vaxtdan cavabdehin razılığına əsasən həmin evdə yaşayır.
31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri (işlərə qoyulan qiymətlərin çox yuxarı göstərilməsi, heç olmayan işlərin yazılması, iddiaçının gördüyü işlərin 9010 manat etməsi, çox işlərdən xəbəri olmadığı üçün rəydə göstərilənləri yerində yoxlamağın lazım olması, ekspert rəyində göstərilən işlərin çoxunun olmamas) ilə bağlı qeyd edib ki, ekspert rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin daxilinə və onun ye rləşdiyi həyətyanı sahəyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ev ümumilikdə iki yaşayış otağından, bir dəhlizdən, mətbəx kimi istifadə edilən şüşəbənddən, ayrı-ayrılıqda yerləşən sanitariya qovşaqlarından (hamam və ayaqyolu) və kiçik zirzəmidən ibarətdir. Həmin tikililərin ümumilikdə təmir vəziyyətinə və orada görülmüş işlərə nəzər saldıqda fərdi yaşayış evinin iki yaşayış otaqlarının və dəhlizinin döşəmələri gəc məhlulu ilə hamarlanıb və üzəri boya ilə rənglənib, divarları sement və gəc məhlulu ilə suvanıb üzəri emulsiya ilə rənglənib, tavanına «alçıpan» təbəqələr vurulub, üzəri emulsiya ilə rənglənib, perimetr boyu «paduqa» tipli gips lepka ilə haşiyələnib və üzərində elektrik çıraqları quraşdırılmışdır. Hamamın və ayaqyolunun daxilində duş əl-üz yuyan, trap qurğusu, unitaz dəsti, su kranı və s. quraşdırılmışdır. Evin sanitariya qovşaqlarına (hamam və ayaqyolu) giriş-çıxış üçün nəzərdə tutulmuş dəhliz təyinatlı tikilinin döşəməsi metlaxdan olub, divarları sement məhlulu ilə suvanıb, üzərləri emulsiya ilə rənglənib, tavanına lambrin təbəqələr vurulmuşdur. Fərdi yaşayış evinin otaqlarının və dəhlizinin pəncərəli və qapıları taxta materialdan, eləcədə sanitariya qovşaqlarının (hamam və ayaqyolu) dəhlizində yerləşən qapısı plastik (PVC) materialdan, hamam və ayaqyolu qapıları dəmirdən, quraşdırılmışdır. Həmin fərdi yaşayış evi ümumilikdə su, kanalizasiya, «kombi» istilik sistemi, telefon və elektrik xətləri və s. ilə təchiz olunmuşdur. Həmin evin həyətyanı sahəsi üzrə baxış keçirilən zaman fərdi yaşayış evinin xaricdən dörd fasad hissəsi sement məhlulu ilə suvanıb, da mına isə bir enişli azbes şifer vurulmuşdur. Həyətyanı sahədə texniki pasportun surətində nəzərdə tutulan bir ədəd əl damı, bir ədəd birgə sanitariya qovşağı, (hamam və ayaqyolu) bir ədəd hovuz və quş damları vardır. Həmin tikililərə baxış keçirilən zaman tikililərin döşəməsi və tavanı beton, divarları sement məhlulu ilə suvanıb, üzərləri emulsiya ilə rənglənib, həyətə giriş-çıxış üçün dəmir qapı quraşdırılıb, eyni ilə evin bir tərəfdən hasarı azbes şiferlə digər tərəflərdən isə dəmir barmaqlıqlarla hasara alındığı müşahidə olunmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmin rəylə razılaşmayan tərəf bunu əsaslandırmalı və rəydə göstərilənlərin düzgün olmamasını sübut etməlidir. Həmçinin Cavabdeh apellyasiya şikayətində fərdi yaşayış evində və onun həyətyanı sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyərinin şişirdilərək çox yüksək göstərilməsi ilə əlaqədar ekspertizanın rəyi ilə razılaşmadığını qeyd etsə də, həmin ekspert rəyinin düzgün olmamasını təsdiq edən heç bir sübuta istinad etməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiyası məhkəməsi fərdi yaşayış evində və onun həyətyanı sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmədə tədqiq оlunmuş ekspertin rəy ini digər sübutlarla birgə qiymətləndirməklə gəldiyi nəticəni məhkəmənin qətnaməsində düzgün əsaslandırmışdır. Fərdi yaşayış evində və onun həyətyanı sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyərinin müəyyən оlunması ilə əlaqədar yuхarıda sadalanan ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar mövcud deyil.
34. Hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.4-cü maddəsi ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh oğlu (Vəkil2) kassas iya şikayəti verib, qətnamənin ləğv edilib, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırılmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyinə gəldikdə, qeyd edilməlidir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü özlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsini qətnaməsindən iddianın təmin edilən hissəsində apellyasiya şikayətini cavabdeh verib, apellyasiya baxışının predmeti də həmin hissə olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apelyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəm iyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
45. İddia tələbi iddiaçının cavabdehə məxsus torpaqda tikdiyi evə sərf etdiyi vəsaitin cavabdehdən tutulması barədədir.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə də İddiaçı öz vəsaiti ilə cavabdehin razılığına əsasən ona məxsus torpaq sahəsində 2009-cu ildə 2 otaqlı fərdi yaşayış evi və əlavə mətbəx, hamam, açıq eyvan, naves, yan damı, hamam, tualet, hasar, qaraj, səki, darvaza, mansard və zirzəmidən ibarət tikinti-təmir işlərini aparmış, həmin tikinti və təmir işləri 2010-cu ildə başa çatmaqla qeyd olunan vaxtdan cavabdehin razılığına əsasən həmin evdə yaşayır.
47. İddiaçının cavabdehə məxsus torpaqda tikdiyi evə sərf etdiyi vəsaitin miqdarı ekspert rəyləri ilə müəyyən edilmiş, eləcə də cavabdehin özünün çəkdiyi vəsait də həmin xərclərdən çı xılmışdır.
48. Göründüyü kimi, işin müəyyən edilmiş halları Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən iddianın qismən təmin edilməsinə əsas verdiyi üçün gəlinən nəticə düzgün olmuşdur.
49. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir. Çünki işin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normasının dispozitiv şərtləri ilə üst-üstə düşür.
50. Həmçinin apellyasiya məhkəməsi ekspert rəyini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun əsaslandırıb. (hazırki qərarın 31-34-cü bəndləri)
51. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın v ə ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102- ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-159/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.