Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-882/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarlı hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X8 ibarət tərkibdə, İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli 2(105)-1858/2022 saylı qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəm əsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 22 iyul 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli alğı-satqı müqaviləsininə əsasən, cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 Xaçmaz rayonu Nabran kəndindəki 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini 22 iyul 2003-cü il tarixdə ********* manata (köhnə) İddiaçı satmışlar. 2. 25 iyul 2003-cü il tarixli, 4-185a reyestr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun 22 iyul 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Nabran kəndi, Kaspi küçəsində yerləşən 46 saylı fərdi yaşayış evi İddiaçı adın a dövlət qeydiyyatına alınmışdır. 3. 2003-cü ilin iyul ayında tərtib edilmiş 327 inventar nömrəli fərdi yaşayış evinə dair texniki pasportun surətinə görə İddiaçı adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 2 otaqdan, 78,3 kv metr ümumi sahədən ibarətdir, evin həyətyanı sahəsi sənəd üzrə 1700,0 kv metr, faktiki 1701,5 kv metrdir, torpaq sahəsinin 185,6 kv metr hissəsi tikililər altı, 435,9 kv metr həyət örtüyü olan torpaq, 1080,0 kv metr isə dekorativ bağçadan ibarətdir. 4. 01 avqust 2002-ci il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN120F seriyalı, KOD 30216018 nömrəli şəhadətnaməyə görə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ümumi (paylı) mülkiyy ətinə Xaçmaz rayonu Nabran kəndi ərazisindən 1616,2 kv meir həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsin onların adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin alğı-satqısına dair cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 (bundan sonra-cavabdehlər) ilə aralarında 22 iyul 2003-cü il tarixdə bağlanmış müqavilənin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 Xaçmaz rayonun Nabran kəndi ərazisində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evi ni və həmin evin 0,16 ha həyətyanı torpaq sahəsini 22 iyul 2003-cü il tarixli notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən ********* manata (köhnə manata) satın almışdır. Həmin müqaviləyə əsasən yaşayış evinə və evin həyət yanı torpaq sahəsinə 25 iyul 2003-cü il tarixli Qeydiyyat vəsiqəsi verilmiş və Texniki pasport işlənmişdir. 04 noyabr 2019-cu il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək evə dair reyestrdən çıxarış sənədi almaq istəyərkən məlum olmuşdur ki, satın aldığı əmlaklardan torpaq sahəsi alğı-satqı müqaviləsində alğı-satqı predmeti kimi göstərilməmiş və torpağa dair cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair alğı-satqıdan əvvəl işlənmiş şəhadətnamə mövcuddur. Bundan sonra o, cavabdehləri tapıb yen idən onlarla torpaq sahəsinə dair ayrıca alğı-satqı müqaviləsi bağlamağa cəhd etmişdir. Lakin cavabdehlər 2003-cü ildə evlərini ona satdıqdan sonra köçüb getdiklərindən onların harada yaşamalarını müəyyən edə bilməmişdir. Hal-hazırda da cavadehlərin harada yaşaması məlum deyildir. Cavabdehlər 2003-cü ildən yaşayış yerini dəyişmişlər və ərazidə onların harada yaşaması barədə dəqiq məlumat yoxdur. Yaranmış vəziyyətdə o, 2003-cü ildə satın aldığı torpaq sahəsini evin həyətyanı sahəsi kimi öz adına rəsmiləşdirə bilmir. Satın aldığı yaşayış evi və həyətyanı torpaq sahəsi 2003-cü ildən onun sahibliyində və istifadəsindədir. Həmin əmlaklara dair heç bir mübahisə yoxdur. O, müqavilə üzrə alıcı kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirmiş, yəni cavabdehlərə razılaşdıqları pul məbləğini verər ək satın aldığı əmlakları faktiki olaraq qəbul etmiş, cavabdehlər də evi və torpaq sahəsini ona təhvil vermiş, lakin torpağa mülkiyyət hüququna dair sənədə cavabdehlər tərəfindən notariat orqanına təqdim edilməklə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmədiklərinə və reyestr xidməti orqanı torpaq sahəsinin mülkiyyətdə olmamasına dair arayış verdiyinə görə müqavilədə torpaq sahəsinin alğı-satqısı öz əksini tapmamışdır. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcburiyyətində qalmışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, iş üzrə tərəfləri tanıyır, iddiaçı onun qohumudur. Həqiqətən iddiaçı cavabdehlərdən Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini 22 iyul 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına satın almışdır. Alğı-satqını notarial qaydada 22 iyul 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Bu proseslərdə bir qohum kimi bilavasitə o da yaxından iştirak etmişdir. Alğı-satqı müqaviləsini rəsmiləşdirdikdən sonra iddiaçı 25 iyul 2003-cü il tarixdə satın aldığı evə dair adına qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. 04 noyabr 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək evə dair reyestrdən çıxarış sənədi almaq istəyərkən məlum olmuşdur ki, satın aldığı əmlaklardan torpaq sahəsi alğı-satqı müqaviləsində alğı-satqı predmeti kimi göstərilməmiş və torpağa dair cavabdehlərin adına mü lkiyyət şəhadətnaməsi mövcuddur. Bundan sonra iddiaçı cavabdehlərin harada olmasını müəyyən edərək yenidən onlarla alğı-satqı müqaviləsi bağlamağa cəhd etmişdir. Cavabdehlər torpaq sahəsini iddiaçıya satdıqdan sonra yaşayış yerini dəyişmişlər və onların harada olması barədə məlumat yoxdur. Bu səbəbdən iddiaçı torpaq sahəsinin alğı-satqısını notarial qaydada adına rəsmiləşdirə bilməmişdir.
8. Şahid qismində dindirilmiş X3 göstərmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini satın aldığı dövrdə keçmiş Azərbaycan Respublikası Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində mühəndis işləmişdir. İddiaçı Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən evi və mübahisə predmeti olan torpaq sahəsini cavabdehlərdən satın alarkən sənədləşmə işini bilavasitə özü aparmışdır. Tərəf lər arasında olan razılığa əsasən, cavabdehlər 22 iyul 2003-cü il tarixdə özlərinə məxsus Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrini və yaşayış evlərini ********* köhnə Azərbaycan manatına iddiaçıya satmışlar. Lakin alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən müəyyən səbəblərdən torpaq sahəsi müqavilədə alğı-satqı predmeti kimi göstərilməmişdir. Bu hal ona da məlum olmamışdır. Yaxın vaxtlarda iddiaçı ona bu barədə dedikdən sonra məlumatı olmuşdur ki, müqavilədə torpaq sahəsi göstərilməmişdir. Cavabdehlər torpaq sahəsini iddiaçıya satdıqdan sonra yaşayış yerini dəyişmişlər və onların harada olması barədə məlumat yoxdur. Bu səbəbdən iddiaçı torpaq sahəsinin alğı-satqısını notarial qaydada adına rəsmiləşdirə bilməmişdir.
9. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) (X18) 20 oktyabr 2020-ci il tarixli, 2(067)-1943/2020 nömrəli qətnaməsinə əsasən, iddianın təmin edilməsi, JN-120F seriyalı, 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş, Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin alğı-satqısına dair iddiaçı ilə cavabdehlər arasında 22 iyul 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab olunması qət edilmişdir.
10. Birinci İnstansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 həyətyanı torpaq sahəsini yaşayış evi ilə birlikdə satın almaq barədə cavabdehlərlə razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Müqavilə notarial təsdiq lənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş verdiyindən, cavabdehlər müqavilənin notariat qaydasında təsdiqlənməsindən yayındıqlarından və tərəflər arasında baş tutmuş müqavilə özlüyündə qanuna zidd olmadığından həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən iddiaçının tələbi ilə etibarlı hesab edilə bilər.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 147, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia müddəti tətbiq edilməklə ləğv edilərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olmuşdur. İşə əlavə olunmuş Xaçmaz rayon 1 saylı Dövlət notariat kontorunda təsdiqlənmiş 22 iyul 2003-cü il tarixli 4-e393 reyestr nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən, onlar Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evi 22 iyul 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına iddiaçıya satmışlar. Onlar yalnız bir mərtəbəli, iki otaqlı yaşayış evini iddiaçıya satmışdır. Evin həyətyanı torpaq sahəsinin alıqsatqısı olmamışdır. Belə bir hal bu alğı-satqı müqaviləsində də öz əksini tapardı. Məhkəmə iddia tələbini təmin etməklə on ların mülkiyyət hüququnu pozmuşdur. Eyni zamanda, məhkəmə iddianın rədd olunması üçün iddia müddətinin tətbiqi məsələsini də müzakirə etməmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) (hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X12) 27 oktyabr 2020-ci il tarixli, 2(105)-1858/2022 nömrəli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(067)- 1943/2020 nömrəli qətnaməsi ləğv olunmaqla İddiaçı Gülbala oğlunun iddiası rədd edilmişdir.
15. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq e dilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflər arasında notarial qaydada təsdiqlənməklə bağlanmış 22 iyul 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli alğı-satqı müqaviləsində yalnız yaşayış evinin satılması göstərilmiş, həyətyanı torpaq sahəsinin alğı-satqının predmeti olması öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə cavabdehlərin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 29.3-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 88, 217.2, 217.4, 218.3, 372.6 və 372.7-ci maddələrinə, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovanın şikayə ti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli və “F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 19 noyabr 2004-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qərar, yaxud işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, notarial qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsi ilə xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında cavabdehlərə məxsus ünvan 2 ünvanında, 1700 kv metr torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 78,3 kv metr yaşayış evi ********* köhnə Azərbaycan manatına satın almışdır. 1700 kv metr torpaq sahəsində yerləşən ev iddiaçının mülkiyyətinə təhvil verildiyi və xx.xx.2003cü il tarixdə dövlət reyestrində qeydə alındığı an, həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ da iddiaçıya keçmişdir. Apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalaının tələbləri pozulmuşdur. Məhkəmə Nabran kəndində ümumi sahəsi 78,3 kv metr olan 2 otaqlı yaşayış evinin dəyərinin ******* ** köhnə Azərbaycan manatı olmasının mümkünsüzlüyünü, kənd yerində həyətyanı sahəsizi ev almamın mənasız olmasıı nəzərə almamış, həyətyanı torpaq sahəsinin yaşayış evinin zəruri istifadə sahəsi olması faktını dəyərləndirməmişdir. İddiaçı alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmiş, lakin cavabdehlər uzun müddət keçəndən sonra torpaq sahəsinə ayrıca alğı-satqı müqaviləsi bağlamaqdan əsassız olaraq imtina etmişlər.
19. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, apellyasiya məhkəməsi cavabdehlərin torpaq sahəsinə hüququ 27 dekabr 1998-ci il tarixdən yaranması, alğısatqının isə 1992-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən olmasını, qeydiyyat orqanının verdiyi arayışda da torpağın ayrıca mülkiyyət kimi göstərilməməsini diqqətdən qaçırmışdır. 1700 kv m etr torpaq sahəsi qanuni əsaslarla evin yerləşdiyi torpaq sahəsi kimi iddiaçıya satılmış, eləcə də evlə birlikdə iddiaçıya təhvil verilmişdir. Həmin sahə 2003-cü ildə iddiaçının adına tərtib edilmiş texniki pasportda evin yerləşdiyi və zəruri istifadəsində olan torpaq sahəsi kimi göstərilmiş, üç 3 tərəfdən qonşu torpaq sahələri ilə həmsərhəddir, yalnız evin giriş qapısindan içəri girməklə həmin torpaq sahəsinə daxil olmaq mümkündür. Alğı-satqıdan dərhal sonra savabdehlər evi və torpaq sahəsini ona təhvil vermiş, 19 il ərzində, yəni müqavilə bağlandığı dövrdən apellyasiya şikayəti təqdim olunanadək, mübahisə predmetinin obyekti olan torpaq sahəsinin onlara geri qaytarılması ilə bağlı nə iddiaçıya, nə hüquq mühafizə orqanına, nə məhkəməyə hər hansı bir şikayətlə müraciət etməmişlər. 19 il ər zində həmin torpağa dair vergi iddiaçı tərəfindən ödənilmişdir. Evin yerləşdiyi və zəruri istifadəsində olan torpaq sahəsinə cavabdehlər həmin dövrdən halhazıradək bir dəfə də olsun gəlməmiş və orada hər hansı bir abadlıq işləri aparmamış, ağaclara, bitkilərə qulluq göstərməmişlər. Bir sözlə, iddiaçı torpaq sahəsi üzərində yaranmış hüququnu dövlət reyestrində qeydə alınmasında yaranmış çətinliklə üzləşməsəydi və bu halın aradan qaldırılması üçün məhkəməyə müraciət etməsəydi cavabdehlərin iddiaçıya qarşı torpaq sahəsi ilə bağlı hər hansı bir pretenziyası olmayacaqdı. Odur ki, satılan evin yerləşdiyi 1700 kv metr torpaq sahəsi üzərində iddiaçının hüququ ilə bağlı tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar, tərəflərin qarşılıqlı m ünasibətlərində yaranmış praktika, işgüzar adətlər, eləcə də tərəflərin sonrakı hərəkətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, əsassız olaraq idida rədd edilmişdir.
20. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 125.7 və 125.2-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-cü, müqavilə bağlanan zaman qüvvədə olmuş 335.2-ci, Mülki Prosessual Məcəllənin 2.1, 9.3, 217.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29.3. Hər kəsin m ülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə
245. Əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. (24 iyun 2005-ci il tarixə kimi qüvvədə olmuş redaksiyada)
23. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
24. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
25. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
27. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
28. Maddə
647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.
32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
36. İddianın rədd edən apellyasiya məhkəməsinin qənaətinə görə tərəflər arasında notarial qaydada təsdiqlənməklə bağlanmış 22 iyul 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli alğı-satqı müqaviləsində yalnız yaşayış evinin satılması göstərilmiş, həyətyanı torpaq sahəsinin alğı-satqının predmeti olması müqavilədə öz əksini tapmamışdır. Torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarlı hesab olunması üçün qanunvericilikdə, habelə bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında nəzərdə tutulmuş əsaslar olmamış, torpaq sahəsinə dair yazılı müqavilə bağlanmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə cavabdehlərin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd edən apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına maddi hüquq normasını səhv tətbiq etmiş, habelə tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv baxmamışdır.
38. Belə ki, tərəflər arasında bağlanmış və Xaçmaz rayon 1 sayl ı Dövlət Notariat kontorunda təsdiqlənmiş 22 iyul 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh Şərifova X13 rayonu X1 və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22 iyul 2003-cü il tarixli 01/229 nömrəli arayışa və 06 mart 1992-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, ünvan 2 ünvanda, 1700 kv metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 78,3 kv metr olan iki otaqlı yaşayış evini ********* köhnə Azərbaycan manatına (indiki kursla 25000 manat) İddiaçı satmışdır. Tərəflər müqavilədən irəli gələn öhdəliklərə əməl etmiş, alıcı İddiaçı 12500000 manat pulu satıcı Cavabdeh1 ödəmiş, satıcı isə yaşayış evinin və torpaq sahəsini alıcıya təhvil vermişdir.
39. Xaçmaz RDTİ və MHQ idarəsi tərəfindən alıcı İddiaçı adına y aşayış evinə dair 25 iyul 2003-cü il tarixli, 4-185a reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmiş, evə dair 2003-cü ilin iyul ayında 327 nömrəli Texniki pasport işlənmişdir. Texniki pasportda da alıcı İddiaçı adına yaşayış evinin 1700 kv metr sənəd üzrə, 1701,5 kv metr faktiki həyətyanı torpaq sahəsinin olması göstərilmişdir.
40. Müqavilə bağlandığı vaxtdan yaşayış evi və torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Cavabbehlər həmin torpaq sahəsinin iddiaçıya satılmamasına dəlalət edən hər hansı hərəkət etməmişlər. İşdə olan etibarnamələrə görə onlar Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Xəzər kəndində qeydiyyatdadırlar.
41. Göstərilən hallardan və tərəflər arasında bağlanmış müqavilənin məzmunundan göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında baş tut muş alqı-satqı təkcə ümumi sahəsi 78,3 kv metr olan iki otaqlı yaşayış evi ilə bağlı deyil, 1700 kv metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və tikililərlə əlaqədar olmuş, satıcı evlə birlikdə torpaq sahəsini də alıcıya təhvil vermişdir. Həmin əmlaklar ayrılmaz vahid əmlakdır, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən kənarda yerləşməsi, yaxud həyətyanının olmaması mümkün deyildir.
42. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan zaman qüvvədə olmuş Mülki Məcəllənin 245-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin r azılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
43. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətləri Mülki Məcəllənin 245-ci maddəsinin tələbləri baxımından qiymətləndirməmiş, aqlı-satqının predmeti olan yaşayış evi və evin hətyətyanı torpaq sahəsinin ayrılmaz vahid əmlak olmasını, müqavilədən sonra hər iki əmlaka hüquqların alıcı Rafiq Abbasova keçməsini və satıcının hər iki əmlakı alıcıyə təhvil verməsini və hüquqlarını itirməsini nəzərə almamışdır.
44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edi r ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara alır: İddiaçı Gülbala oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(105)-1858/2022 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.