Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-889/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-889/23 (Açar sözlər: pulun tutulması) 21.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi) Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4356/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh qohumdurlar. Onlar arasında borc münasibətləri mövcud olmuşdur. Leyla Dilarəyə borc pul vermiş və həmin borcun geri qaytarılmaması ilə bağlı mübahisə yaranmışdır. Ona görə İddiaçı borcun qaytarılmaması əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3600 ABŞ dolları və 1330 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia dəyişdirilmişdir)
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, x alası qızına 2018-ci ilin oktyabr ayında 2500 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Daha sonra 2019-cu ilin fevral ayında 1100 ABŞ dolları və 1330 manat pulu borc kimi ona vermişdir. Cavabeh ona olan borcunu 2019-cu ilin may ayında qaytaracağına dair yazılı qəbz imzalasa da hal-hazıradək borcunu ödəməmişdir. Bu barədə tərəfindən polisə şikayət edilmiş, Xəzər RPİ-nin 1-ci PŞ-nın təhqiqatçısı Zaur Babayevin 17 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
4. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Ağayeva Leyla Şirxan qızı bildirmişdir ki, iddiaçı ilə qonşu olmaqla rəfiqədirlər. Mairə ilə o, Leylanın evində olarkən onun evinə bir qadın gəlmiş və Leyladan pul istəmişdir. Leyla 2500 ABŞ dolları sayaraq həm in qadına vermişdir. Sonradan bilmişlər ki, həmin qadın Leylanın xalası qızı olmuşdur.
5. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Kərimova Mairə Şiyab qızı bildirmişdir ki, iddiaçı ilə qonşu olmaqla rəfiqədirlər. 2019-cu ilin fevral ayında Leylanın evində olarkən onun evinə bir qadın gəlmiş və Leyladan pul istəmişdir. Leyla 2500 ABŞ dolları sayaraq həmin qadına vermişdir. Sonradan bilmişlər ki, həmin qadın Leylanın xalası qızı olmuşdur.
6. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, Leylanı 38 ildir ki tanıyır. Leyla ona bildirmişdir ki, xalası qızı Dilarəyə pul lazım olduğundan ona 1500 ABŞ dolları pul versin. O, da vermişdir. O, öz pulunu geri istəyəndə isə Leyla bildirmişdir ki, Dilarə hələ pulu qaytarmamışdır.
7. Məhkəmə iclasında şahid qismində ifadə ver miş X4 bildirmişdir ki, o, Dilarənin əridir. Dilarə iddiaçıdan 700 manat pul almış, 700 ABŞ dolları qaytarmışdır. Sonra 1000 manat almış 2000 manat qaytarmışdır. Həmin pullar faizə verilmiş və qaytarılmışdır. Hazırda Dilarənin iddiaçıya heç bir borcu qalmamışdır.
8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, Dilarənin gəlinidir. Yeni ailə qurduğu vaxtlarda ailədə maddi çətinliklər olduğundan Dilarə Leyladan 700 ABŞ dolları pul almış, faizi ilə birlikdə qaytarmışdır. Daha sonra 1000 manat almış, 2000 manat qaytarmışdır.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-60/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 2500 ABŞ dolları ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası manatı ilə, 1330 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatın alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 10 manat isə iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan pul alınması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Lakin iddia tələbində qeyd edilən məbləğdə pulun tələb edilməsi ilə məhkəmə razılaşmır. İddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən dəvət edilməklə dindirilmiş şahid ifadələrində məhz onların yanında 2500 ABŞ dollarının sayılaraq iddiaçı tərəfindən hazırki iş üzrə cavabdehə verilməsi bildirilmişdir. Bu isə bilavasitə iddiaçı ilə cavabdeh arasında olan pulun alınıb verilməsi ilə bağlı məsələdə onların iştirakının olmasını və daha detallı ifadələrin verilməsini həmin ifadələrin sübut kimi qəbul edilməsini labüd edir. Eyni zamanda cavabdeh tərəfin təqdim etdiyi şahidlər də, ifadələrində birbaşa iştirakçı olmasalar da, cavabdehin iddiaçıdan 700 və 1000 manat məbləğində pulun alındığını və həmin məbləğlərin qaytarılmasını bildirmişlər. Belə olan halda həmin hissədə də, pulların alınması öz təsdiqini tapdığı kimi, qaytarılması hər hansı mötəbər sübutla öz təsdiqini tapmır.
11. Məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia qismən təmin edilməli, 2500 ABŞ dolları və 1330 manat Cavabdeh alınaraq iddiaçı qaytarılmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329.2, 385.1, 442, 739.1 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. İddiaçı cavabdehə pul verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu olmamışdır. Onun təqdim etdiyi kağız parçası sübut kimi istifadə edilə bilməz.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8745/2021 nömr əli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
17. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 385.1, 442, 739.1, MPMin 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsasl andırmışdır ki, iş materiallarında olan qəbz ümumiyyətlə reallığı əks etdirmir və sübut qismində qəbul edilə bilməz. İddiaçının iddia ərizəsində və məhkəmə iclasları zamanı verdiyi ifadəsində qeyd etdikləri ilə şahid ifadələri arasında ziddiyyət var. Buna görə də, həmin sübut da etibarsız sayılmalıdır. Məhkəmələr həmin hallara düzgün qiymət verməmişdir. İddiaçı öz iddia tələbinə dair şübhələr yaratmayan sübutları məhkəməyə təqdim edə bilməmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1744/2022 nömrəli, 12 aprel 2022-cu il tarixli qərarı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında borc münasibətlərinin olması işin sübuta yetirilmiş halıdır. Belə ki, iş materiallarında olan (mülki iş, səhifə 10) Xəzər RPİ-nin 1-ci PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli qərarından və cavabdehin özünün məhkəmə iclasındakı etirafı ilə cavabdeh əvvəllər iddiaçıdan bir dəfə 700 manat, daha sonra 1000 manat aldığını, lakin artıqlamasıyla qaytardığını təsdiq etmişdir. Cavabdehin bunu etiraf etməsi iddiaçını həmin halı sübutetmə vəzifəsindən azad edir. MPM-ə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, hazırki iş üzrə iddiaçı tələb etdiyi məbləğdə pulu cavabdehə verdiyini, cavabdeh isə müvafiq məbləğdə pulu iddiaçıya qaytardığını sübut etməli idi. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi məhkəmə iclasına şahidlər dəvət etmişlər. Məhkəmə iclasında iddia tələbinə dair təsdiqedici ifadə vermiş şəxslərdən 2- si iddiaçının qonşusu, eyni zamanda rəfiqəsi, digəri isə 38 illik tanışı olmuşdur. Aşağı instansiya məhkəmələri iddiaçı və şahidlər arasındakı şəxsi münasibətləri qiymətləndirmədən, şahid ifadələrinin mötəbərli sübut olması qənaətinə gəlmişlər. Şahid ifadələri sübutun bir növüdür və borc münasibətlərinə dair işlərdə ondan istifadə oluması istisna deyil. Lakin, müəyyən kateqoriya tələblər üzrə mötəbər sübutlar o sübutlar hesab olunur ki, onlar faktın mövcudluğunu etibarlı surətdə təsdiq etmiş olsun. Hazırkı işdə iddiaçıların yaxın rəfiq ələrinin deməsinə görə cavabdehdən pul məbləği tutulmuşdur. Məhkəmə bir halda şahidlərin ifadələrini etibarlı hesab etmiş, digər halda isə (cavabdehin şahidləri) onların mötəbərliliyinə qiymət verməmiş, hansı əsaslarla bir tərəfin şahidlərinin ifadəsinin doğru, digər tərəfin şahidlərinin ifadəsinin doğru olmamasına dair fikir bildirməmişdir. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Məsələn, tərəflər arasında borcun mövcudluğuna dair notariusda təsdiq olunan saziş olmadığı halda adətən məhkəmə təcrübəsində tərəflər ar asında borcun etirafına dair yazılı iltizam, borcun etiraf olunması, bir neçə şahidin iştirakı ilə tərtib olunmuş bir sənəd və.s daha etibarlı sübut hesab olunur. Hazırkı işdə iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsinə dair etibarlı sübutlar mövcud deyil. Məhkəmələr hazırkı mübahisəni həll etmək üçün hüquqi dəyərləndirməni cavabdehin etirafı üzərində qurmuş olsaydılar, daha obyektiv qərarın qəbul edilməsinə nail ola bilərdi. Belə ki, işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli qərardan görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl polis orqanlarına müraciət etmiş və onun şikayəti ilə bağlı araşdırma aparılmış, cavabdehin izahatı alınmışdır. Həmin qərardan görünür ki, cavabdeh iddiaçıdan əvvəlcə 700 manat, sonra isə 1000 ma nat aldığını etiraf etmiş, lakin bütün vəsaiti geri qaytardığını bildirmişdir. Pulun geri qaytarılması halını sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəməyə lazım gəlirdi ki, sübutetmə vəzifəsinin bölüşdürülməsi ilə bağlı məsələni həll etdikdən sonra tərəflərin həmin vəzifənin öhdəsindən hansı səviyyədə gəlmələrini nəzərə alaraq mübahisə üzrə yekun dəyərldəndirmə aparsın.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
23. Kollegiya qeyd etmişdir ki, apellyasiya məhkəməsində işə yenidən baxılarkən sübutetmə ilə bağlı yenidən dəyərləndirmə aparılmalı, mötəbər sübutlara istinad etməklə iddia tələbinin hansı həcmdə sübut olunduğu nəzərə alınmalı, bunun nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir.
24. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4356/2022 nömrəli, 09 avqust 2022ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (yəni, Cavabdeh 2500 ABŞ dolları ödəniş günü qüvvədə ola n manatla məzənnədə və 1330 manat pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində) ləğv olunmuş, iddia həmin hissədə qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 1700 (bir min yeddi yüz) manat pul vəsaiti tutulması qət edilmiş, iddia yoxlanılan qalan hissədə təmin olunmamış, qətnamə həmçinin məhkəmə xərcinin tutulması hissəsində (yəni, dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 10 manatın isə iddiaçının özünə aid edilməsi” hissədə) ləğv olunmuş, Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun qeyd etmişdir ki, iddiaçı ilkin olaraq cavabdehə məhz iddia ol unan məbləğlərdə borc verməsini mötəbər (əsaslı şübhə yeri qalmayan) sübutlarla təsdiq etməlidir.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
28. Kassasiya instansiyasının da qeyd etdiyi kimi, ifadə vermiş şəxslərdən 2-si iddiaçının qonşusu, eyni zamanda rəfiqəsi, digəri isə 38 illik tanışı olmuşdur. Belə olan halda şahidlərin məhz iddiaçının mövqeyindən çıxış etməsi anlaşılandır. Bununla yanaşı, şahid X1 ifadəsində məhz iddiaçının ona deməsindən cavabdehə pul verməsini bidiyini qeyd etmişdir.
29. Beləlik lə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ziddiyyətli şahid ifadələrini işin hallarına və tərəflərə münasibətdə obyektiv qiymətləndirməmiş, bununla da səhv nəticəyə gəlmişdir. İddiaçı həmçinin sübut kimi yazılı qəbz təqdim etmişdir. Lakin həmin qəbzdən tərəflər arasında iddia olunan borcun yaranması, mövcudluğu və s. zəruri hallarla bağlı aydın, anlaşılan formada hər hansı qeyd mövcud deyildir. İddiaçının nümayəndəsi orada göstərilən rəqəmlərin məhz cavabdeh tərəfindən götürülmüş və qaytarılmalı olan borcun məbləğini əks etdirməsini iddia etdiyi halda, cavabdeh bununla razılaşmamış, həmin rəqəmlərin qaytarılmış pul vəsaitləri olmasını bildirmişdir. Hər bir halda təqdim olunmuş qəbz aydın və anlaşılan formada tərtib olunmamaqla, orada qeyd edilmiş rəqəmlərin öz lüyündə nəyi ehtiva etməsi, hansı münasibətlərdən yaranması və s. hallar ziddiyyətli olmaqla, birmənalı qəbul edilmədiyindən iddianın təmin olunması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz.
30. Kollegiya həmçinin hesab etmişdir ki, iddia yoxlanılan qalan hissələrdə təmin oluna bilməz. Çünki, iddiaçı qalan hissələrdə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə cavabdeh iddiaçıdan 2018-ci ilin oktyabr ayından 2019-cu ilin fevral ayınadək olan dövrdə 2500, 1000, 100 ABŞ dolları olmaqla, ümumilikdə 3.600 ABŞ dolları və 130, 200, 1000 manat olmaqla, ümumilikdə 1330 manat pul almışdır. Cavabdeh həmin borcunu 2019-cu ilin may ayında qaytaracağına dair yazılı qəbz imzalamışdı. İş materiallarında olan həmin yazılı qəbz iddiaçıdan cavabdehin 3.600 ABŞ dolları və 1330 manat məbləğində borc almasına və həmin borcu may ayında qaytaracağına dair sadə yazılı formada bağladıqları borc müqaviləsidir. Əvvəlki məhkəmə iclaslarında və cavabdeh tərəfindən verilmiş prosessual şikayətlərdə cavabdehin nümayəndəsi həmin yazılı qəbzin cavabdeh tərəfindən imzalanmadığını, yazılmadığını bildirirdi. Lakin, cavabdeh özü 2-ci apellyasiya icraatında həmin yazılı qəbzdə olan, ortadan çəkilmiş xətdən sağ tərəfdə olan “2500d, 130, 100dol, 200, 1000d” rəqəmlərin, rəqəml ərin altında olan imzanın, “Cavabdeh may ayı bu məbləği verəcəmsözlərinin onun tərəfindən yazıldığını etiraf etdi. Xətdən sol tərəfdə olan yazıların isə iddiaçı tərəfindən yazıldığını bildirdi. Sol tərəfdə isə “1000 m” rəqəmi yazılıb. Qəbzdə ümumilikdə 3600 ABŞ dolları və 1330 manat pul məbləği əks olunur, cavabdeh öz xətti ilə yazaraq həmin məbləği may ayında verəcəyini bildirmişdir. Beləliklə, cavabdehin iddiaçıdan aldığı məbləğin 3.600 ABŞ dolları və 1330 manat olması təsdiq olunur, cavabdeh həmin məbləği də qaytarmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərini pozaraq borc məbləğinin qaytarılmasını tam həcmdə təmin etməmişdir. İddia tələbləri tam sübuta yetirilmişdir. İddia tələbinə iddiaçının şahidlərinin izahatları, işdə olan yazılı qeydlə, Xəzər RPİ-nin 1-ci PB-nin təhqiqatçısının qərarı ilə, hətta cavabdehin və şahidlərinin izahatları ilə müqayisəli şəkildə hərtərəfli, tam təhlil edilməli, onlara düzgün hüquqi qiymət verilməlidir. İddianın 1330 manat hissəsi də sübuta yetirilmişdir. Həmin pulların qaytarılmasını cavabdeh bildirsə də bu halı təsdiq edən sənəd cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə sübutlara qiymət verərkən MPM-nin 77.1-ci maddəsinin tələblərini pozmuşdur. Kollegiya Ali Məhkəmənin mövqeyinə düzgün yanaşmamış, Ali Məhkəmə iddiaçının şahidlərinin ifadələrini şübhə altına almamışdır, Ali Məhkəmə nə üçün cavabdehin də şahdlərinin ifadəsinin mötəbərliyinə qiymət verilmədiyini, hansı əsasla bir tərəfin şahidlərinin ifadələrinin doğru, digər tərəfin şahidlərinin ifadələrinin doğru olamamasına dair fikir bildirilmədiyi qeyd olunur. İkinci apellyasiya icaatı zamanı sübutlar iş materiallarında olsa da məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verə bilməmiş, bu dəfə isə əks mövqe nümayiş etdirdi, cavabdeh tərəfin ifadələrinin doğru olması, iddiaçı tərəfin ifadələrinin doğru olmaması nəticəsinə gəlmiş, bu nəticəni isə bir fikir ilə - iddiaçının şahidlərinin onun rəfiqəsi, qonşusu və tanışı olması ilə əsaslandırmış, məhkəmə yanlış nəticəyə gəlmiş, sübutlara obyektiv, hərtərəfli və tam baxmayıb, hüquq normalarının tələbləri baxımından sübutlara düzgün hüquqi qiymət verməmişdir Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərd ə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MPM
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyin dən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşd ırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında 1700 manat icra edilməmiş öhdəliyi qalmışdır.
47. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı daha artıq məbləğdə pul vəsaitinin ödənilməsini iddia etsə də, sübutlarını işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
48. Apellyasiya məhkəməsi, haqlı olaraq təqdim olunmuş şahid ifadələrini işdə olan digər sübutlara qarşılıqlı olaraq qiymətləndirmiş və onları iddianın tam təmin olunması üçün kifayət edən sübut hesab etməmişdir. Nəzərə alınmalıdır ki, şahid ifadələrinə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında hüquqi qiymə tləndirmə aparılmış və apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinə əsasən məcburi olan kassasiya məhkəməsinin göstərişlərini icra edərək, yekun nəticəyə gəlmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2022-ci il tarixli, 2(103)-4356/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.