Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-889/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh Khalaj X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun etirafı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh Khalaj X4 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5457/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X2 (bundan sonra – iddiaçı) ilə Khalaj X5 (bundan sonra - cavabdeh) 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına kimi Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində icarə əsasında şərikli restoran işlətmişlər. Sonradan tərəflər ayrı fəaliyyət göstərmək qərarına gəlmişlər.
2. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli razılıq protokoluna əsasən cavabdeh xx.xx.2019-cu il tarixdə 1740 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 6000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə isə 6000 ABŞ dolları ödəməklə iddiaçıya olan borcu bağlamağı öhdəsinə götürmüşdür.
3. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1 (002)- 21/2020 saylı hökmünə əsasən, cavabdeh iddiaçıya qarşı zorakılıq etməklə xuliqanlıq cinayət əməl i törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə verdikləri ifadələrində iddiaçı və cavabdeh aralarında 11000 ABŞ dolları borc öhdəliyinin qaldığını bildirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13740 ABŞ dolları pulun və 161 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına kimi “Sədərək” ticarət mərkəzində şərikli restoran işlədiblər. Cavabdeh işini bacarmadığına görə ayrı fəaliyyət göstərmək qərarına gəlib. Lakin, son haqq-hesab işləri zamanı ona məlum olub ki, cavabdeh ona məxsus 13700 ABŞ dolları pulu götürərək, şəxsi işlərinə sərf etmişdir. Bundan sonra aralarında razılığa gələrək xx.xx.2019-cu il tarixdə 1740 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 6000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə isə 6000 ABŞ dolları ödəməklə borcu bağlamağı öhdəsinə götürmüşdür. Cavabdehdən dəfələrlə pulunun qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh etiraf edir ki, borc alıb, lakin burada yox, İranda aldığını və pulun İranda tələb olunmalı olduğunu qeyd edir. Lakin, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cavabdeh Azərbaycanda yaşadığına görə həmin pulu burada tələb etməlidir. Hökmdə qeyd edilən 11000 ABŞ dolları cavabdehin özünün dediyi məbləğdir, amma həqiqətdə 13740 ABŞ dollardır. Tərəflərdən heç birinin VÖEN-i yoxdur, amma əvvəllər olub. Eynəklər iddiaçıdadır, pul ödənildikdən sonra həmin eynəkləri qaytarmağa da hazırdır. Əgər qaytarmazsa, hər bir eynəyə görə 3 manat kompensasiya ödəniləcəkdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, eynəklər girov deyil, iddiaçı onun restoranında işləyirb, Binə ticarət mərkəzində yerləşən anbarından 2 dəfəyə 200 olmaqla, cəmi 400 eynək alıb İrana göndərib. Sonra nə pul gəlib, nə də eynək. Ona burada deyil, Ərdəbildə pul verilib. Razılaşm anı aralarında mübahisə olandan sonra yazmışlar. İddiaçının pulun burada verildiyinə dair sübutu yoxdur. Bu səbəbdən iddia rədd edilməlidir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2112/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən təmin edilərək, cavabdehdən 11.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 146.10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdehin iddiaçıya 11000 AB Ş dolları borcu olması iş üzrə qüvvədə olan hökmlə müəyyən edilmişdir (hər iki tərəf ifadəsində 11000 ABŞ dollar borcun olduğunu bildirmişdir).
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən 11000 ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 445.4, 739.1, 882.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunun bir qismini ödəməsini bildirsə də, bu hal və əlaqəli sübutlar nəzərə alınmamışdır.
15. Məhkəmə baxışı zamanı yalnız iddiaçının ərizəsi üzrə işə baxıldığından məhkəmə araşdırılması vacib olan halları araşdırmamışdır. İddiaçı borcun alındığını qeyd etsə də, həmin borcun alınmasına dair xüsusatları göstərməmiş, cavabdehin isə bu xüsusatlarla bağlı dedikləri nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilməmişdir.
16. Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5457/2023 nömrəli mülki iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər xx.xx.2019-cu ildə restoran fəaliyyətində bərabər iştiraka dair “Tərəfdaşlıq müqavilə”si bağlayıblar (iş v. 57). Cavabdeh xx.xx.2019-cu ildə yazılı şəkildə etiraf edib ki, restoranın fəaliyyəti ilə bağlı iddiaçının qarşısında 13.740 ABŞ dolları pul öhdəliyi var (iş v. 9). Bundan başqa, məhkəmə hökmündən görünür ki, cavabdeh təqsirləndirilən şəxs q ismində ifadə verərkən etiraf edib ki, iddiaçıya 11.000 ABŞ dolları borcu var (iş v. 13), iddiaçı isə zərər çəkmiş qismində ifadə verərkən bildirib ki, cavabdehin ona 11.000 ABŞ dolları borcu var (iş v. 14).
18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız 11.000 ABŞ dollarının tutulmasına aid hissədə yoxlanılmalı, yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Şikayət onunla əsa slandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, mübahisənin yaranma səbəblərini aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməməsinə əhəmiyyət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, yaranmış borcu ətraflı tədqiq etməmiş, həmçinin borcun yaranma səbəblərini araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidm ətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
24. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
36. Nəzərə alınmalıdır ki, MPM-in 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştira k edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Bu baxımdan Azərbaycan Respublikasında yaşamaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş tərəflərin Azərbaycan Respublikasının vətəndaşı olmamaları onlar arasında qeyd olunan fəaliyyətdən gələn mübahisəyə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasına mane olmur.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Khalaj X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5457/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.