Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-89/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2(107)-2430/2019 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəliyev Rasim Cəfər oğlunun verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 10 may 2019-cu il tаrixli, 2(046)-277/2019 saylı qətnaməsi ilə (hakim Z.A.Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 8069 (səkkiz min altmış doqquz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 8099 (səkkiz min doxsan doqquz) manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2(107)2430/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən Ə.T.Məcidov, məruzəçi M.A.Əsədli və İ.F.Quliyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Göyçay Rayon Məhkəməsinin 10 may 2019-cu il tаrixli, 2(046)-277/2019 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi və Cavabdeh 8069 (səkkiz min altmış doqquz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olm aqla cəmi 8099 (səkkiz min doxsan doqquz) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8239 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 8069 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin sonlarında Cavabdeh ona müraciət edərək, həyətyanı torpaq sahəsində yetişən xurma meyvəsini almaq istədiyini bildirmişdir. Sonuncu ilə razılaşaraq 24.11.2014-cü ildə 9369 manat dəyərində xurma meyvəsini Cavabdeh satmışdır. Meyvənin pulunu cavabdeh ona 2-3 günə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğdən cavabdeh 300 manatını 2015-ci ilin oktyabr ayında, 800 manatını 2016-cı ilin dekabr ayında, 200 manatını isə 2017-ci ilin fevral ayında, ümumilikdə hissə-hissə 1300 manat ödəniş həyata keçirmişdir. Qalan 8069 manat pulu qısa vaxt ərzində qaytaracağına vəd versə də, keçən müddət ərzində cavabdeh ona olan 8069 manat borcu bu günədək qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdehin ona olan borcunu qaytarması üçün Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də nəticəsi olmamış, məsələnin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instans iyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Vəliyev Rasim Cəfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, şahid ifadələrinə qanunsuz olaraq mötəbər sübut kimi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı teleqramla müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hak imin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prose ssual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə baxış iclası 08 may 2019-cu il tarixə, saat 12:40-a təyin edilmiş, lakin bu barədə işdə iştirak edən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxıldığından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qət naməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyət inə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаy tаrmаğı öhdəsinə götürür. İş materiallarından görünür ki, cavabdeh borclu olduğunu inkar etməmiş, lakin iddia müddətinin ötürüldüyünü əsas gətirərək, hazırkı iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materialları ilə iddiaçının iddia müddətini ötürmədiyi müəyyən edildiyindən hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tət biq edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 375.1-ci mаddəsinin mənаsınа görə hüququn müdаfiəsi hаqqındа tələb iddiа müddətinin keçməsindən аsılı olmаyаrаq məhkəmə tərəfindən bаxılmаğа qəbul edilir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə a yrılmaz surətdə bağlı olduğundan məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, öhdəliyin yerinə yetirildiyini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. İş materiallarından görünür ki, cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Tərəflər nisyə satılmış malın pulunu qaytarmaq vəzifəsinin icrası müddəti barədə məhkəməyə sübut təqdim etmədiklərindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, öhdəliyin icrası müddəti təyin edilməyib. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Odur ki, iddiaçı pulun dərhal qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm işdir ki, 24.11.2014-cü ildə İddiaçı 9369 manat dəyərində xurma meyvəsini Cavabdeh satmışdır. Cavabdeh meyvələrin pulunu 2-3 günə ödəyəcəyini öhdəsinə götürsə də, pulu İddiaçı tam ödəməmişdir. F.CavabdehNəbiyevə 2015-ci ilin oktyabr ayında 300 manat, 2016-cı ilin dekabr ayında isə 800 manat olmaqla cəmi 1100 manat pul ödəmişdir. İddiaçı Göyçay RPŞ-də verdiyi izahatında və ilkin iddia ərizəsində cavabdehin ona 1130 manat, sonrakı iddia ərizəsində isə 1300 manat qaytarılmasını göstərsə də, iddiaçının özünün dəvət etdiyi şahidlər 1100 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənildiyini təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəl inən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2(107)-2430/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-89/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-89/2020
23.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver