Məhkəmə qərarları › İş №2(102)-89/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-89/2021

27.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-89/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayətin kassasiya baxışından çıxarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı2 vəkili Vəkil, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-213/2020 nömrəli qətnaməsində n İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə lizinq (icarə) müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, mülkiyyət hüququnun lizinq alana keçməsi şərtilə avtomobilin müvəqqəti sahibliyə verilməsi barədə onunla lizinq (icarə) müqaviləsinin bağlanması vəzifəsinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) xx.xx.2019-cu il tarixli, 2(012)-974/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Qeyd edilən qətnamədən İddiaçı2 və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişlər.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlərT.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov) xx.xx.2020-ci il tarixli, 2(105)-213/2020 nömrəli qətnaməsi ilə İddiaçı2 və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-974/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı1 həmin qətnamədən kassasiya şikayəti vermişdir (xx.xx.2020-ci il tarixdə imzalanmış şikayət xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur).

7. Sumqayıt Apelyasiya Məhkəməsi xx. xx.2020-ci il tarixli qərardadı ilə dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada ödənilməsinə dair sənəd əlavə edilmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır.

8. Dövlət rüsumunun ödənilməsinə dair sənədlə bağlı nöqsan aradan qaldırıldıqdan sonra İddiaçı1 yenidən kassasiya şikayəti vermişdir. Həmin şikayət Sumqayıt Apellyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş və baxılması üçün Ali Məhkəməyə gönədrilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin hakiminin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

10. Kassasiya baxışı zamanı şikayətin qanunla müəyyən edilmiş müddətdə veri lməsi ilə bağlı məsələ müzakirəyə çıxarılmışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili bildirmişdir ki, birinci dəfə verilmiş kassasiya şikayətinin geri qaytarılması haqqında qərardad onlara gec göndərilmişdir. Bununla belə, həmin qərardadı hansı tarixdə əldə etmələrinə dair məlumatı yoxdur.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə bildirmişdir ki, onda olan məlumata görə kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası haqqında ərizə apelyasiya məhkəməsinə təqdim olunmuşdur, lakin bu ərizənin iş materiallarında olmamasının səbəbini izah edə bilmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdi kdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

14. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. 15. 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

16. Maddə 417.1.7. 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsi nə qaytara bilər.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_9.htm Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. İş materiallarından görünür ki, iddiaçı ən azı birinci dəfə kassasiya şikayəyti verdiyi xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən məlumatlı olmuşdur. Odur ki, ikinci dəfə kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə verilərkən qanunla müəyyən edilmiş iki aylıq müddətin keçdiyi iddiaçıya məlum olmuşdur. Lakin kassasiya şikayətində prosessual müddət məsələsinə toxunulmamış, ötürüldüyü təqdirdə onun bərpasına dair ərizə verilməmişdir.

18. Apelyasiya məhkəməsinin qətnaməsinin və kassasiya şikayətinin geri qaytarılması haqqında qərardadının iddiaçıya hansı tarixdə çatdırılması haqqında rəsmi məlumatlar işdə aşkar edilmir. Bu səbəbdən iddiaçının ikinci dəfə kassasiya şikayəti verərkən müddəti ötürüb-ötürmədiyini kassasiya baxışında müəyyənləşdirmək mümkün olmamışdır.

19. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülmədiyi, müddətin bərpa edilməsinə dair ərizə verilib-verilmədiyi aydınlaşdırılmalı, müddət məsələsinə müvafiq hüquqi qiymət verilməklə hazırkı kassasiya şikayətinin mümkünlüyü həll edilməlidir.

20. Bunun üçün Aydın Məmmədovun kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, kassasiyanın mümkünlüyünün araşdırılması və müvafiq qərarın qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

21. Göstərilənlərə əsasən və M PM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-213/2020 nömrəli qətnaməsindən İddiaçı2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılmaqla, kassasiyanın mümkünlüyünün araşdırılması və müvafiq qərarın qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.

23. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar