Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-89/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-89/2024 (Açar sözlər: subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehin qeyriqanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2573/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gürgən - Pirallahı bələdiyyəsi xx.xx.2003-cü il tarixdə keçirilmiş yığıncağının 04 saylı protokolundan çıxarışına və Gürgan - Pirallahı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 45 nömrəli müqaviləyə əsasən xx.xx.2003-cü il tarixli, 04 saylı protokol əsasında 0. 17 ha fərdi torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir
2. Pirallahı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli hesabat cədvəlinə əsasən Bakı şəhəri Pirallahı qəsəbəsi S.Vurğun küçəsi 39 Cavabdeh sahibliyində, xx.xx.2013-cü il tarixli hesabat cədvəlinə əsasən Bakı şəhəri P irallahı qəsəbəsi S.Vurğun ö/t X1.
3. X14 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/M929 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən torpaq mübahisəsi barədə Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılmış və müəyyən edilmişdir ki, müraciətdə qeyd edilən 0.17 ha torpaq sahəsi Gürgən-Pirallahı bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixli 75 saylı icarə müqaviləsi əsasında fərdi təsərrüfat məqsədi ilə istifadə olunması üçün Cavabdeh uzunmüddətli icarəsinə verilsə də, bu barədə bələdiyyənin müvafiq iclas protokolu aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, Gürgən - Pirallahı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 75 saylı icarə müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmadan bağlanıldığ ı müəyyən olunmuş və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4-cü maddəsinə uyğun olaraq həmin icarə müqaviləsinin ləğv edilməsi və 0.17 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması ilə bağlı xx.xx.2022-ci il tarixdə Pirallahı bələdiyyəsinə təklif məktubu göndərilmişdir. 5. 01.08.2022-ci il tarixli akta əsasən ünvan 1 ünvanında yaşayan X3, ünvan 2anında yaşayan X17, ünvan 3a yaşayan X8, ünvan 4nında yaşayan X10 və ünvan 5anında yaşayan X11 akt tərtib edərək Cavabdeh 1972-ci il tarixindən hal-hazırkı vaxtadək ünvan 6 ünvanda yaşayır. Cavabdeh həmin ünvanda 0.17 ha olan torpaq sahəsində ev tikmiş və orada öz ailəsi ilə birlikdə yaşayır və həmin ünvanda qeydiyyatdadır. Cavabdeh 2003-cü il tarixindən hal-hazırkı vaxtadək Pi rallahı Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanmışdır. 1972-ci il tarixindən vergi haqqını qəsəbə sovetinə, 2003-cü ildən Bələdiyyə İdarələri təşkil olunduqdan sonra Bələdiyəyə hal-hazırki vaxtadək 0.17 ha torpaq sahəsi üçün vergi ödəmişdir. Əvvəllər həmin ərazi çox bərbat halda idi və ailəsinin zəhməti ilə sözü gedən torpaq sahəsində uzun müddətdir ki, abadlıq quruculuq və yaşıllaşdırma işləri apararaq sahəni gözəlləşdirmişdir. Həmin torpaq sahəsi alındığı müddətdən hal-hazırkı vaxtadək torpaq sahəsinə gedilən əsas yol ancaq dəniz tərəfdən olmuşdur. Cavabdeh uzun müddət yaşadığı torpaq sahəsi İddiaçı mənimsəmək niyyətindədir. Aktı imzaları ilə təsdiq etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, mərhum övladı X9 adına bələdiyyə sənədi ilə baş plana uyğun olaraq tikinti altı 137 kv.metr, boş sahə 223 kv.metr, cəmi 360 kv.metr sahədə tikintinin təsviri qeyd olunmuş və xx.xx.2013-cü il tarixdə sənədləşdirilmiş torpaq sahəsini cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq onun (iddiaçının) sahibliyinə qaytarılması, onun həmin torpaq sahəsinə istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının övladı xx.xx.2017-ci il tarixdə vəfat etdikdən bir müddət sonra iddiaçı evdə sənədlərin arasından mərhumun adına rəsmiləşdirilmiş və iddia ərizəsində qeyd edilən sənədləri, habelə mərhum tərəfindən xx.xx.2013-cü il tarixdə 22,71 manat məbləğində dövlət rüsumunun ödə nilməsini təsdiq edən sənədi tapmışdır. İddiaçı bir müddət ərzində həmin sahəni axtarsa da tapa bilməmiş və Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmova müraciət edərək həmin sənədləri sonuncuya vermiş və sahənin tapılmasında ona yardım göstərməyini xahiş etmişdir. Bir neçə ildən sonra torpaq sahəsi tapılmışdır. Bununla əlaqədar olaraq iddiaçı Pirallahı Rayon İcra Hakimiyyətinin Pirallahı qəsəbəsi üzrə icra nümayəndəsi, icra nümayəndəsinin müavini, Pirallahı bələdiyyəsinin sədri, yuxarıda qeyd edilən sənədləri hazırlamış və bir neçə şəxs birlikdə həmin sahəyə baxış keçirmiş, lakin sahənin kimin tərəfindən zəbt edilməsini müəyyən edə bilməmişlər. Bu səbəbdən də iddiaçı torpaq sahənin darvazaya qıfıl vurmaq məcburiyyətində qalmışdır. Bundan sonra müəyyən edilmişdir ki, torpaq sahəs i iddiaçının qonşusu olan cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçı torpaq sahəsinin boşaldılması barədə cavabdeh ilə söhbət etsə də, cavabdeh sahəni boşaltmaqdan imtina etmişdir.
8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və etiraz təqdim edərək göstərmişdir ki, o, xx.xx.2003-cü il tarixində 04 saylı protokol əsasında torpaq sahəsinin icarəyə verilməsi haqqında Bakı şəhəri Pirallahı rayon Pirallahı bələdiyyəsi ilə uzun müddətli icarə müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə əsasən icarəyə götürülmüş 0.17 ha torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olmaq, torpaqların mühafizəsi, keyfiyyətin qorunması, yaxşılaşdırılması məqsədi ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən torpaq sahəsini hasara alaraq abadlıq işləri aparmışdır. Torpaq sahəsini hasara aldığı z aman orada köməkçi sahələr mövcud idi. İcarə müqaviləsinə əsasən 0.17 ha torpaq sahəsi icarəyə götürdüyü zaman ora boş sahə idi və heç bir abadlıq işləri görülməmişdir. Sözügedən ünvanda 1972-ci il tarixindən hal-hazırkı vaxtadək qeydiyyatdadır və ailəsi ilə birgə orda yaşayır. 50 il keçməsinə baxmayaraq vətəndaş İddiaçı hüquqi əsası olmadan yalnız formal mülahizələr əsasında şikayət etmişdir. İddiaçı hüquqi əsasa yox öz “istək və arzu mühakiməsini” həyata keçirməkdə davam edir. Bu da kobud hüquq pozuntusu deməkdir. Bundan başqa, Gürgan - Pirallahı Bələdiyyəsi tərəfindən verilmiş, xx.xx.2003-cü il tarixli 75 saylı icarə müqaviləsində Bələdiyyənin müvafiq iclas protokolu mövcud deyildir. İddiaçı tərəfindən X21 edilmiş şikayət əsassızdır. Çünki Gürgan - Pirallahı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixində keçirilən yığıncağında protokoldan çıxarış ona təqdim edilmişdir. Həmin protokol əsasında Bələdiyyə ilə müqavilə bağlamışdır. Gürgan - Pirallahı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixində keçirilmiş yığıncağının 04 saylı protokolunda çıxarışında Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 39-da yaşayan Cavabdeh Ələnur oğluna Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, qərb tərəfində 1700 kvm torpaq sahəsi müqavilə ilə icarəyə verilməsi, Cavabdeh Ələnur oğlu həmin torpaqdan təyinatı üzrə, yeni fərdi təsərrüfatla məşğul olmasına nəzarət Bələdiyyə sədrinin müavininə həvalə edilməsi, Bakı şəhəri Memarlıq və Şəhərsalma baş İdarəsinin rəyi alınması Cavabdeh Ələnur oğluna həvalə edilməsi qərara alınmışdır. Müqavilə şərtlərini yerinə yetirdiyi üçün Pirallahı Bələdiyyəsi nümunəvi sakin kimi ona X6 ve rmişdir. İddia tələbi birbaşa Cavabdeh Ələnur oğlunun hüquq və maraqlarına toxunulmasına gətirib çıxarır. Digər tərəfdən işin həqiqi halları ilə müəyyən olunur ki, o, 1972-ci il tarixindən halhazırkı vaxtadək orada qeydiyyatdadır və ailəsi ilə birgə orda yaşayır.
9. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-28/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia tələbi rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehin torpaq sahəsi üzərindəki sahibliyinin qanuniliyini mübahisələndirdiyindən ilk növbədə bu hüququn mübahisələndirilməsi üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Lakin iddiaçı iddia tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının hazırki iddianı qa ldırmağa subyektiv hüququ yoxdur.
10. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 157.8, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1, 66.2, 68, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbinin məzmuna uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əs assız qətnamə qəbul etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2573/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Cəmilə Musayeva və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmənin tapşırığına əsasən iddiaçının aldığı və Məhkəməyə təqdim etdiyi, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 897 saylı arayışdan müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə verilmiş, reyestrdə 2V-228 nömrə altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 vərəsələri kimi mərhumun arvadı – X12, övladları – X2 və X4 ta nınmışdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında təsbit edilmiş hüquqi mövqeyi, Notariat Ofisinin verdiyi və yuxarıda qeyd edilən arayışı, iddia ərizəsinin İddiaçı adından verilməsini, iddia ərizəsində ifadə edilmiş tələbin məzmununu nəzərə alan Məhkəmə hesab etmişdir ki, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil, buna görə də iddia əsaslı hesab edilə və təmin oluna bilməz.
16. Beləliklə də, məhkəmə kollegiyası müəyyən etmişdir ki, Rayon Məhkəməsinin iddianın təmin edilməməsi barədə nəticəsi faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2573/2023 saylı qərarında apellyasiya şikayətinin təmin edilməməsinin əsası qismində İddiaçı subyektiv hüquqa malik olmaması göstərilmişdir. İddia ərizəsində də qeyd edildiyi kimi iddiaçının oğlu X14 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, vəfat edən şəxsin valideynləri onun 1-ci dərəcəli vərəsəsi hesab olunurlar. İddiaçı torpaq sahəsinin sahibi X9 atasıdır. Belə olan halda, vəfat edən şəxsin bütün miras əmlakı, o cümlədən hüquqları onun 1-ci dərəcəli vərəsələrinə, o cümlədən atası İddiaçı keçir. Odur ki, qüvvədə olan qanunvericiliyə əsasən X9 hazırkı iş üzrə ona məxsus torpaq sahəsini başqasının qeyriqanuni sahibliyindən tələb etmək hüququ atası İddiaçı keçmişdir. İddiaçı 5 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində vərəsəlik işi açılarkən, onun da həmçinin vərəsə qismində tanınmasını, lakin oğlunun mülkiyyətinə (evinə, maşınına) dair heç bir tələbi olmadığını, oğlunun mülkiyyətindən ona çatası paydan oğlunun həyat yoldaşının, yəni gəlini X5 xeyrinə imtina etməsini bildirmişdir. Lakin 5 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 897 saylı arayışından göründüyü kimi, xx.xx.2017-ci il tarixdə verilmiş, reyestrdə 2V-228 nömrə altında qeydə alınmış Şəhadətnaməyə əsas ən, iddiaçı vərəsə qismində tanınmamışdır. Göründüyü kimi Asan Xidmət mərkəzi onu düzgün anlamadan hüququnu pozmuş, iddiaçının özünü vərəsə kimi tanımamışdır. Bununla da iddiaçının hüququ kobud şəkildə pozulmuşdur. Hazırda iddiaçının qaldırdığı iddia tələbi isə qanuni və əsaslıdır. Hakim tərəfindən vətəndaşa yardım göstərilərək ona hüquq və vəzifələri izah edilməli, əsl olmayan tərəfin əsl tərəflə əvəz edilməli olması izah edilməli idi. Lakin Məhkəmə tərəfindən vətəndaşın hüquqları pozularaq onun iddiası əsaslı olduğu halda, prosessual qaydalara görə iddianın rədd edilməsi qərara alınmışdır.
19. Birinci instansiya məhkəməsi iddiaçıya malik olduğu prosessual hüquq və vəzifələri ona izah etməməklə yanaşı, iş üzrə araşdırma da aparmamış, təqdim edilmiş sübutları görməzdən gəlmişdir. Belə ki, Cavabdeh Ələnur oğlunun təqdim etdiyi sənədlərdən də aşkardır ki, onun icarəyə götürdüyü torpaq sahəsi və İddiaçı iddia etdiyi torpaq sahəsi eynilik təşkil etmir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin icarəyə götürdüyü torpaq sahəsinin aşağısında yerləşir və ayrıca hasarla ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsinə malik olmadığı halda, onu qanunsuz olaraq zəbt etmiş və icarəyə götürdüyü torpaq sahəsinə aid olduğunu iddia etmişdir. Halbuki bu məsələyə aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən mütəxəssis cəlb edilməli və ya bələdiyyə nümayəndələri şahid qismində dəvət edilməli idilər. Bundan əlavə, iş materiallarında olan sübutlar kifayət qədər araşdırılmamış, sübutlar müayinə edilməmiş, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu nəzərə alınmamış, iş materiallarında olan hesabat cədvəllərinin isə eyni və ya fərqli torpaq sahələrinə dair olduğu ümumiyyətlə müəyyən edilməmişdir. Nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
20. İddiaçı gəlini X12 tərəfindən təmsilçiliklə bağlı etibarnamə verilmiş, məhkəmə iddiaçıya subyektiv hüququnun olmamasını, məhkəmə üçün etibarnamə təqdim edilməsini, əsl olmayan iddiaçınnı əsl iddiaçı ilə əvəz edilməsi hüququnu da izah etməmişdir. Həmçinin iddiaçının sözügedən mülki məhkəmə səlahiyyətləri olmadığına görə MPM-nin 259-cu maddəsinə əsasən, məhkəmələr tərəfindən onun iddia ərizəsi baxılmamış saxlanılmalı idi. Göründüyü kimi, Pirallahı rayon Məhkəməsi tərəfindən mülki prosessual məcəllənin tələblərinə riayət edilməmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə rayon məhk əməsinin yol verdiyi nöqsanlar düzəldilmədən, qətnamədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla da hər iki məhkəmə tərəfindən vətəndaşın hüquqları kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəlləd ə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 26. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələ binə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünün apelyasiya məhkəməsinə təqdim etdiyi arayışa əsasən xx.xx.2017-ci il tarixdə verilmiş, reyestrdə 2V-228 nömrə altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi iddiaçı yox, mərhum oğlunun arvadı və uşaqlarıdır. İddiaçının vəzərəsliyin düzgün müəyyən edilməməsi barədə də lilləri isə hazırki işin predmetinə aid məsələlər deyildir.
40. Həmçinin iddiaçının gəlini X5 nümayəndəsi olması, əsl olmayan tərəfin əvəz edilməsi və ərizənin baxılmamaış saxlanılması barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, əsl olmayan tərəfin əvəz edilməsi məsələsi birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həll edilməli olan məsələ olmuş, həmin vaxt iddiaçı mərhum oğlunun vərəsələri ilə bağlı məhkəməyə hər hansı məlumat verməmiş, bu barədə sübutu apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Həmin mərhələdə isə əsl olmayan tərəfin əvəz edilməsinə mülki prosessual qanunvericilik yol vermir, həmçini işdə ərizənin baxılmamış saxlanılmasına əsas verən hallar mövcud deyildir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq tələblə mərhum X9 vərəsələrinin məhkəməyə müracaiət etmək hüquqları vardır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2573/2023 nömrəli mülki iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.