Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-891/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-2381/2019 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(020)-1456/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.İ.Əliyev) ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondunun Beyləqan rayon Şöbəsinə qarşı “sosial sığorta stajının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, ərizəçinin 1985-1993-cü illərdə X4, 1998-2004-cü illərdə “Aranqala” kərpic zavodunda əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilib. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(106)-3314/2018 saylı qətnaməsi il ə (hakimlər T.X.Heydərov sədrlik edən, məruzəçi, T.S.Kərimov və F.N.Abbasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Beyləqan rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Maraqlı şəxs qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2731/2019 saylı qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və S.F.Hacıyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün qaytarılıb. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-2381/2019 saylı qətnaməsi ilə (hakimlər Z.A.Zeynalov sədr lik edən, məruzəçi, İ.Q.Əsədov və M.K.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Beyləqan rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ərizəçinin 1991-1993-cü illərdə X4 işləməsi müəyyən edilməklə dəyişirilib və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Maraqlı şəxs qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəmədə maraqlı şəxsə qarşı “sosial sığorta stajının müəyyən edilməsi” barədə ərizə verərək, 1985-1993-cü illərdə X4, 1998-2004-cü illərdə “Aranqala” kərpic zavodunda əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Ərizəçi İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, ərizəçinin 19982004-cü illərdə Aranqala “Aranqala” kərpic zavodunda, 1991-1993-cü illərdə X4 işləməsinə, ərizəçinin 1985-1993-cü illərdə X4 işləməsinin mülki iş materialları ilə müəyyən edilməməsinə, ərizəni bütövlükdə təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 76.2, 80, 307.2.11-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiy i bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, ərizədən görünür ki, ərizəçinin maraqlı şəxsə qarşı tələbi “1985-1993-cü illərdə X4, 1998-2004-cü illərdə “Aranqala” kərpic zavodunda əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi barədə” qətnamə çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında şahid qismində dindirilmiş xx və xx ifadəsinə, həmçinin Beyləqan rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli arxiv arayışına əsaslanaraq ərizəni təmin edib. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsində araşdıralmış sübutlara istinad edərək, ərizəçi nin 1991-1993-cü illərdə X4 işləməsi faktını müəyyən etməklə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayıb. Əvvəla, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki xx xxxxx 2019-cu il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməməklə, həmçinin həmin göstərişlər üzrə kifayət qədər araşdırma aparmamaqla Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən, həmin Məcəllənin 305.1, 305.1.1-ci maddələrinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyə n edilməsi haqqında və digər işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilib göstərilib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, hüquqi əhəmiyyəti olan faktlar hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Hüquqi faktlarla qanun vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarını yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Lakin bir sıra hüquqi faktlara münasibətdə, belə qeydə alınma qaydası qanunda nəzərdə tutulmayıb. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə bura xılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə, həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməli, ya da qeyri məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin fa ktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan yalnız birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xx və xx ifadəsinə, həmçinin Beyləqan rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli arxiv arayışına əsaslanaraq, ərizəçinin 1991- 1993-cü illərdə X4, 1998-2004-cü illərdə “Aranqala” kərpic zavodunda işləməsi faktını müəyyən edərkən, sadalanan prosessual normaların tələblərini pozaraq, ərizəçinin, məhkəmə qaydasında müəyyən edil məsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməməsinə dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir mötəbər yazılı sübut təqdim etməməsinə diqqət yetirməmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, ərizəçinin işlədiyini iddia etdiyi X7 və “Aranqala” kərpic zavoduna aid arxiv sənədlərinin Beyləqan rayon Dövlət Arxivinə təhvil verilməməsi, X5 və “Aranqala” kərpic zavodunun hazırda mövcud olmaması, fəaliyyət göstərməməsi anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan təşkilatların hüquqi şəxs kimi mövcud olub-olmaması, fəaliyyət göstərib-göstərməməsi, ləğv olunubolunmaması ilə bağlı heç bir araşdırma aparmadan, zərurət yarandığı halda bu barədə lazımi sübutları məhkəməyə təqdim etməyi ərizəçiyə təklif etmədə n (MPM-nin 77.3-cü maddəsi) və ya Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinin, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələblərindən irəli gələn vəzifələrinə uyğun olaraq müvafiq sorğular verməklə sözügedən təşkilatların hüquqi statusuna aydınlıq gətirmədən, ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə kifayət qədər araşdırma aparmayıb, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməyib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşd ırmayıb və nəticədə MPM-nin 14.1, 77.1, 88 və 218.1-ci maddələrinin tələblərini pozub. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəs inin kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-2381/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-891/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-891/2020
25.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver