Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-897/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, intizam tənbehinin verilmə qaydası və müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi xxx və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiy a Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il i tarixli, 2(103)6307/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxx X16-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi müdirinin xx xxxxxx 2019-cu il tarixli yazılı məruzəsinin surətinə əsasən, Nazirlik yanında xxx Bərpa Mərkəzinin təqdim etdiyi məlumata əsasən sağlamlıq imkanları məhdud uşaq X8 (14 yaş, diaqnoz: Uşaq serebral iflici, tetraparetik forma) reabilitasiya kursu keçməsi məqsədilə stasionar qaydada xx xxxxxx 2019-cu il tarixdə Mərkəzə qəbul edilmiş, lakin stasionar qaydada qeydiyyata götürülən uşaqların reabilitasiya keçdiyi müddətdə Mərkəzi tərk etmələrinə icazə olmadığına baxmayaraq həmin tarixdə xxx anası X1 yazılı müraciəti əsasında övladını Mərkəzdən aparmış və yenidən xx xxxxxx 2019-cu il tarixdə Mərkəzə qayıtmışdır. Müalicə aldığı dövrdə, yəni xx xxxxxx 2019-cu il tarixdə xxx hərarəti yüksəlmiş və qıcolma tutmaları olmuşdur. Mərkəzdə növbədə olan işçilər tərəfindən təcili tibbi yardım göstərilməklə xxx Ə.F.Qarayev adına 2 saylı X14 köçürülmüşdür. xxx vəziyyəti ixtisaslaşmış stasionar müalicə tələb etdiyindən (reabilitasiya tədbirləri əks göstərişdir) onun müalicəsi həmin tarixdən etibarən 2 saylı X11 davam etdirilmişdir. Bununla yanaşı, xxx anası xxx xx xxxxxx 2019-cu il tarixdə Mərkəzə gələrək, Mərkəzin üç nəfər işçiləri həkim X2, tibb qeydiyyatçısı X9 və tibb bacısı İddiaçı şikayət edərək, Mərkəzdə olduğu müddətdə onların hər birinə pul verdiyini bildirmişdir. Təqdim edilmiş məlumata əsasən məsələnin şikayətçinin iştirakı ilə Mərkəzin baş həkimi xxxun iştirakı ilə araşdırılması zamanı tibb bacısı xxx və tibb qeydiyyatçısı xxxxxxnın onların hər birinə 5,0 manat verdiyini şifahi etiraf etsələr də, xxx izahatında xxxdan heç bir məbləğdə pul almadığını bildirmiş, xxxisə izahatında vətəndaşın ona 5,0 manat pul verdiyini təsdiq etmişdir. Şikayətin yerində araşdırılması zamanı Mərkəzdə xəstələrin qəbulu qaydalarının müvafıq normalara uyğun təşkil edilmədiyi müəyyən edilmişdir. Belə ki, araşdırma dövründə tibb qeydiyyatçısı X3 təqdim etdiyi izahata əsasən xxx Mərkəzə qəbul gününün xx xxxxxx 2019-cu il tarixdə olduğu halda, onun növbəsindən əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə qəbul edildiyi məlum olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Mərkəzin baş həkimi X10, Mərkəzin tibb qeydiyyatçısı X4 və İddiaçı müvafıq intizam tənbeh tədbirinin verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx xxxx 2019-cu il tarixli, **********1 saylı əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxx X23 baş həkim vəzifəsində çalışan X10, həmin Mərkəzin İnformasiya məsləhət və tədris şöbəsində ti bb qeydiyyatçısı vəzifəsində çalışan X5, Tibbi-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı və Xidmətin tabeliyində olan Xüsusi Qayğıya Ehtiyacı X21 Reabilitasiya Müəssisəsində direktor vəzifəsində çalışan X7 töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx xxxxx 2019-cu il tarixli, **********5 saylı əmri ilə isə İddiaçı xəstəliyi ilə əlaqədar əmək qabiliyyəti olmamasına dair tibbi vərəqələri təqdim etdiyinə görə Nazirliyin xx xxxx 2019-cu il tarixli, **********1 saylı əmrinin sərəncam hissəsindən “Tibbi-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı” sözləri çıxarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxx X13 İttifaqı ilk Təşkilatının sədri xxx tərəf indən təsdiq edilmiş xx xxx 2019-cu il tarixli yazılı razılığının surətinə əsasən X20 Təşkilatı Tibbi-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məsələsini təşkilat üzvlərinin iştirakı ilə müzakirə etmiş və razılıqlarını bildirmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx xxx 2019cu il tarixli, **********4 saylı əmri ilə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxx X16-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqa viləsinə xitam verilmişdir. Əmrə əsas kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nazirliyin xx xxx 2019-cu il tarixli, **********4 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və xx xxx 2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 2004-cü il tarixdə n xx xxx 2019-cu il tarixə qədər 15 ilin işçisi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan X23 tibbi sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir qüsuru, iradı, töhməti, xəbərdarlığı, pozuntusu və s. intizam tənbeh tədbiri olmamışdır. Əksinə işlədiyi müddət ərzində o, yüksək və aparıcı işinə görə nümunəvi işçi kimi rəhbərlik tərəfindən qiymətləndirilmişdir. Lakin son aylarda müxtəlif yollarla iddiaçını və digərlərini kütləvi şəkildə tutduqları vəzifədən uzaqlaşdırmaq istəyiblər. Bu məqsədlə dəfələrlə ona və digər bir çox əməkdaşlara ərizə yazaraq öz xahişləri ilə işdən uzaqlaşmaqlarını bildirmişlər. Əgər könüllü olaraq işdən ərizəsi ilə getməsə, o zaman qanunvericiliyin digər imkanlarından istifadə etməklə, qonda rma bəhanələrlə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən qovulacağını bildirmişlər. Sonuncu dəfə xx xxx 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri xxx iddiaçını kabinetə dəvət edərək ona öz xahişi ilə işdən azad olunması üçün ərizə verməyini tələb etmiş, əks təqdirdə əmək kitabçasının ləkələnəcəyi və heç kimin onu işə qəbul etməyəcəyi bildirilərək təzyiqlər də göstərilmişdir. Nəticədə qərəzli, sifarişli olaraq iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxx 2019-cu il tarixli, **********4 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. İşçi İddiaçı ilə əmək müqaviləsinin ləğ vi barədə əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə müvafiq qaydada tərtib olunmamış, əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilmiş, lakin Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilməmiş, əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Mübahisələndirilən əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsinə istinad edilmişdir. Əmək Məcəlləsində işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi hər hansı bir qurumun məruzəsi nəzərdə tutulmamışdır. Ona görə də, mübahisələndirilən əmrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsinə istinad olunması əsaslı hesab edilə bilməz. Baş vermiş hadisənin İddiaçı heç bir aidiyyəti yoxdur, mübahisənin baş verməsinə səbəb olan qıcolma hadisəsi xx xxxxxx 2019-cu il tarixdə, yəni bazar günü baş vermiş, həmin gün İddiaçı işdə olmamışdır. İddiaçı palata tibb bacısıdır və həkim tərəfindən yazılmış tibbi prosedura uyğun öz əmək funksiyasını yerinə yetirir. Məruzədə göstərilən pozuntuların heç biri iddiaçının əmək funksiyasına daxil deyildir, onun təşkilatisərəncamverici səlahiyyətləri yoxdur. Məruzədə Baş həkimin, həmçinin növbə həkiminin və qeydiyyat şöbəsinin işçisinin adı hallansa da, nədənsə iddiaçı barəsində ən ciddi tənbeh tədbiri görülmüşdür. Digər tərəfdən iddiaçı barəsində işəgötürən tərəfindən əmək qanunvericiliyin tələbləri kobudcasına pozularaq bir intizam xətasına görə iki intizam tənbeh tədbiri görülmüşdür. Belə ki, iddiaçıya Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsinə əsasən xx xxxx 2019-cu il tarixdə **********1 saylı əmrlə töhmət verilmişdir. Daxili nəzarət və audit şöbəsinin yazili məruzəsinə əsasən əmək intizamının pozulması faktı xx xxxxxx 2019-cu il tarixdə aşkar edilmişdir. İntizam tənbehi kimi töhmət” xx xxxx 2019-cu il tarixdə, intizam tənbehi kimi əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi isə 3 ay 20 gündən sonra, yəni xx xxx 2019-cu il tarixə təsadüf edir. Həmçinin işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqı təşkilatının yazılı qərarının olması mütləq olduğu halda, hazırki iş üzrə belə bir qərar m övcud deyildir. Yalnız razılıq məktubu verilmişdir. Həmin razılığın alınması barədə protokol mövcud deyildir. Ümumiyyətlə həmin tarixdə həmkarlar ittifaqının hər hansı iclası keçirilməmişdir. Həmçinin, xxx adlı şəxs razılıq verə bilməzdir. Çünki, həmin vaxt ilk həmkarlar təşkilatının sədri xxx deyil, həmin təşkilatın baş mühasibi xxx olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)4346/2019 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) iddia təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xx xxx 2019-cu il tarixli, **********4 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxx X16-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsinə bərpa edilm əsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2019-cu il tarixli, **********1 saylı əmri ilə Nazirliyinin yanında xxx Bərpa Mərkəzinin bir sıra əməkdaşlarına, o cümlədən Tibbi-sosial reabilitasiya şöbəsinin tibb bacısı İddiaçı əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə töhmət növündə intizam tənbeh tədbiri tətbiq edildikdən 1 ay 13 gün sonra iddiaçının böyrəyindən olunan cərrahi əməliyyatla əlaqədar əmək qabiliyyəti olmamasına dair təqdim etdiyi tibbi vərəqələrə görə xx xxxxx 2019-cu il tarixli əmrlə onun adı qeyd edilən əmrdən çıxarılmış, həmin nöqsanların aşkar edilməsindən 3 ay müd dət keçdikdən sonra eyni intizam xətasına və eyni əsasa görə, əmək funksiyasına xəstələrin Mərkəzə qəbul edilməsinin və çıxarılmasının qeydiyyatının aparılması daxil olmayan, onun qeyd edilən pozuntuda hansı dərəcədə təqsirli olubolmaması aydınlaşdırılmadan, şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmadan ona xx xxx 2019-cu il tarixli, **********4 saylı əmrlə əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tədbiri olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazında iddiaçı barəsində vətəndaş X6 şikayət etdiyini bildirsə də, belə bir şi kayətin Mərkəzə rəsmi daxil olmasını təsdiq edən sübut təqdim etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-4346/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6307/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apelyasiya şikayəti təmin etməmiş, Bakı şəhəri Yasama l Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)4346/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətində qeyd olunan dəlillər əsaslı sayıla və təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6307/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandı rılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin əmək qanunvericiliyinin tələblərinə əsasən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsinin yolverilməzliyi barədə fikri əsassızdır. Belə k, İddiaçı töhmət verilməsinə dair xx xxxx 2019-cu il tarixli əmrdən xx xxxxx 2019-ci il tarixli əmrlə iddiaçının adı çıxarılmış və bununla da, iddiaçıya 2 intizam tənbehi deyil, bir tənbeh verilmişdir. Həmçinin iddiaçı barəsində xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin səbəbləri onun əvvəlki fəaliyyəti müddətində bir neçə dəfə nöqsanlara yol verməsi (tibb bacısı olduğu halda, masaj tibb bacısı kimi fəaliyyət göstərməsi və ayrı-seçkilik və süründürməçilik hallarına yol verməsi, bir qrup işçilərlə birləşib, mərkəzdə reabilitasiya hüquq olmayan uşaqlara maddi tələb qarşılığında müxtəlif xidmətlər göstərməsi) olmuşdur. Bundan əlavə iddiaçı barəsində tətbiq edilmiş intizam tənbehi ləğv edildiyindən cavabdeh işəgötürənin ona yeni intizam tənbehi vermək hüququ yaranmış və bu səbəbdən xx xxx 2019-cu il tarixli əmr qəbul edilərkən əmək qanunvericiliyi ilə müəyyən olunmuş müddət ötməmişdir. Həmçinin cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş müddət ötməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 və nümayəndəsi xxxoğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsi ni məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qan unun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işi n, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə görə Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edi lirlər. 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına gör ə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məluma tlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən qeyd olunanlar əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh işəgötürən də məhkəməyə verdiyi etiraz və şikayətlərində etiraf etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi müdirinin xx xxxxxx 2019-cu il tarixli yazılı məruzəsinə əsasən iddiaçı və başqa şəxslər barəsində xx xxxx 2019-cu il tarixli əmrlə töhmət növündə intizam tənbehi verilmiş, sonradan həmin əmrin iddiaçıya münasibətdə qan unsuz olması, yəni iddiaçının xəstə olduğu müddətdə verildiyi müəyyən edildiyindən işəgötürənin xx xxxxx 2019-cu il tarixli digər əmri ilə iddiaçının adı xx xxxx 2019-cu il tarixli əmrdən çıxarılmaqla, faktiki olaraq ona münasibətdə əmr ləğv olunmuşdur. Bundan sonra xx xxx 2019-cu il tarixdə iddiaçı barəsində mübahisələndirilən hazırki əmr qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının intizam məsuliyyətinə cəlb olunmasına dair xx xxxx 2019-cu il tarixli əmr ləğv olunsa da, onun qəbulu zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulduğundan həmin hal işçinin ziyanına, yəni onun yenidən məsuliyyətə cəlb olunması üçün əsas kimi qiymətləndirilə bilməz. Eyni səbəbə görə məhkəmə kollegiyası işəgötürən tərəfindən işçinin intizam məsuliyyətinə cəlb olunması üçün əmə k qanunvericiliyi ilə müəyyən olunmuş müddətin buraxılmamasına dair kasasiya şikayətinin dəlilini əsassız bilir. Belə ki, yuxarıda qeyd olunan məruzədə istinad olunmuş pozuntuların baş verməsi işəgötürənə xx xxxxxx 2019-cu il tarixdə bəlli olmuş, mübahisələndirilən əmr isə 3 ay 20 gün keçəndən sonra iddiaçının barəsində qəbul edilmişdir. Həmin müddət ərzində iddiaçının barəsində başqa əmrin qəbul edilməsi və sonradan ləğv olunması sonuncunun əmək hüquqlarının pozulmasına bəraət qazandırmaq üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kasatorun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə istinadı əsassızdır. Belə ki, işəgötürən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılmamış və iddiaçı barəsində mübahisələndiril ən əmrin qəbulu üçün əsas belə auditin nəticələri olmamışdır. Nəhayət məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır ki, iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən ən ağırı tətbiq edildiyi halda, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 186-cı maddəsinin 3-cü hissəsinin tələblərinə zidd olaraq bunun zərurəti əsaslandırılmamışdır. Cavabdeh kasasiya şikayətində bununla bağlı əsaslar göstərsə də, iddiaçının masaj tibb bacısı kimi fəaliyyət göstərməsi, ayrı-seçkilik və süründürməçilik hallarına yol verməsi, bir qrup işçilərlə birləşib, mərkəzdə reabilitasiya hüquq olmayan uşaqlara maddi tələb qarşılığında müxtəlif xidmətlər göstərməsi hallarına dair h ər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il i tarixli, 2(103)-6307/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-897/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-897/2021
26.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver