Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-899/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x3nın və vəkili Musayev Yaşar Balaca oğlunun iştirakı ilə, iddiaçı x3nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəmsinin 24 aprel 2018-cı il tarixli, 2(005)519/2018 qətnaməsi ilə (hakim R.Quliyev) iddianın qismən təmin edilməs i, mübahisəli bağ sahəsinin qiymətləndirilməsi barədə cavabdeh x2 tərəfindən verilmiş 373 saylı, 30.10.2017-ci il tarixli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, həmin bağ sahəsinin 61.198,47 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması, x1 iddiasının qalan hissəsinin, iddiaçı x3 iddiasının isə tam həcmdə təmin edilməməsi qət etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8152/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədova, X.Sarıyev və H.Həmidov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2018-cı il tarixli qətnaməsi iddiaçı x3na aid hissədə və ona münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün x3 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. İddiaçı x3 kassasiya şika yəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8152/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2-nə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh x2-nin ona ünvanladığı 373 saylı, 30.10.2017-ci il tarixli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və ən azından əmlakının 5.500 manatdan qiymətləndirilərək ümumilikdə 65.998,35 manat qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı x3 cavabdeh x2-nə qarşı «torpaq sahəsinin qiymətləndirilməsinin nəticələri barədə hesabatın ləğv edilməsi» tələb inə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh x2-nin borclu x1na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0.119997 ha 135A saylı bağ sahəsinin 48.000 manat qiymətləndirmə nəticələri haqqında hesabatın etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı x3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh x2-nin borclu x1na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,119997 ha 135a saylı bağ sahəsinin – torpaq sahəsinin 48.000 manat qiymətləndirmə nəticələri haqqında hesabatının etibarsız sayılaraq ləğv edilməsi və həmin torpaq sahəsinin 24.000 manat qiymətlən dirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8152/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x3 və vəkili Musayev Yaşar Balaca oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 23.11.2016-cı il tarixli məhkəmə əmrinə (İş № 2(011)-14517/2016) əsasən 15.000 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə borclu x1 tutularaq tələbkar x3 ödənilməlidir. Qeyd edilən Məhkəmə əmri icraya yönəldilmişdir. Borclu olan x1 icra sənədini könüllü icra etməmi ş, bu səbəbdən İcra Şöbəsinin icra məmuru məcburi icra hərəkətlərini həyata keçirmiş və bu zaman aşkar edilmişdir ki, ölçüsü 0,119997 ha olan mübahisəli bağ sahəsi borclu x1 mülkiyyətindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli “Çıxarış” ilə təsdiq edilir. Bunu müəyyən etmiş İcra Şöbəsi borclunun tələbkara olan borcunun ödənilməsi məqsədi ilə “tələbin əmlaka yönəldilməsi məqsədi ilə əmlakın üzərinə həbs qoyulması barədə” təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli 8(011)-703/2017 saylı qərardadı ilə mübahisəli bağ sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra icra məmurunun sifarişi ilə mübahisəli əmlakın qiymətləndirilməsi həy ata keçirilmişdir. İcra məmurunun sifariş məktubu əsasında hər iki iddia üzrə cavabdeh olan MMC tərəfindən verilmiş 30.10.2017-ci il tarixli, 373 saylı “Qiymətləndirmə rəyindən (hesabatından)” görünür ki, x1ə məxsus mübahisəli bağ sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 48.000 manat təşkil edir. İddiaçı x3 sifarişi əsasında x4 tərəfindən verilmiş 06-04/AL/2018 saylı “Qiymətləndirmə hesabatından” görünür ki, həmin bağ sahəsinin qiyməti 24.000 manatdır. İddiaçı x1 sifarişi əsasında x5 tərəfindən verilmiş 12.04.2018-ci il tarixli, 14/18 saylı “Qiymətləndirmə hesabatdan” görünür ki, həmin bağ sahəsinin qiyməti 62.400 manatdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qanunun 9-cu maddəsinə görə, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, həm x1 həm də ki, x3 özlərinin sifarişləri əsasında həyata keçirilmiş qiymətləndirmələrinin nəticəsi ilə verilmiş hesabatlara əsaslanaraq cavabdeh MMC-nin verdiyi “qiymətləndirmə rəyinin (hesabatın)” etibarlılığını mübahisələndirirlər. İşd olan x6 tərəfindən verilmiş 05.03.2018-ci il tarixli, H/01-CHM saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, x1ə məxsus olan mübahisəli bağ sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 61.198,47 manat təşkil edir, yəni həmin torpaq sahəsinin hər bir sotunun qiyməti 5.100 manatdır. Bundan başqa qeyd edilməlidir ki, daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olan bir neçə mütəxəssis Rayon Məhkəməsinin sorğusuna əsasən həmin mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidəki torpaqların bir sotunu aşağıdakı qaydada qiymətləndirmişlər. - mütəxəssis x7: 6.000 – 6.800 manat; - mütəxəssis x8: 6.200 - 6.800 manat; - mütəxəssis x9: 6.000 – 6.500 manat; - mütəxəssis x10: 5.500 – 6.500 manat; - mütəxəssis x11: 5.500 – 6.500 manat. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun istinad etmiş olduğu x2-nin “Qiymətləndirmə rəyindən (hesabatından)”, iddiaçı x3 istinad etdiyi x4 tərəfindən verilmiş “Qiymətləndirmə hesabatından”, iddiaçı x1 istinad etdiyi x5 tərəfindən verilmiş “Qiymətləndirmə hesabatdan”, Rayon Məhkəməsinin sorğusuna cavabdeh vermiş mütəxəssislərin məktublarından görünür ki, qiymətləndirici olan bu hüquqi və fiziki şəxslərin heç biri bilə-bilə yalan rəy verməyə gör ə cinayət məsuliyyəti barədə xəbərdar edilməmişlər. Lakin mübahisəli torpaq sahəsinə 61.198,47 manat qiymət qoymuş x6-nin eksperti bu barədə xəbərdar edilərək müvafiq qəbzə imza etmişdir. Odur ki, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi x6 tərəfindən verilmiş 05.03.2018-ci il tarixli, H/01-CHM saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabatı” daha mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Eləcə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hüquqi və fiziki şəxslər tərəfindən verilmiş cəmi 7 ədəd “xxxx” görünür ki, mübahisəli torpaq sahəsinin qiyməti cavabdeh MMC tərəfindən qoyulmuş qiymətdən daha yuxarıdır və məhz yalnız x3 sifarişi əsasında qiymətləndirici x4 tərəfindən verilmiş “hesabatında” göstərilən qiymət aşağıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x3nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-899/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-899/2019
07.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver