Məhkəmə qərarları › İş №2(102)-9/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-9/2020

03.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-9/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Salmanova Gülşən Arif qızının, Cavabdeh1 vəkili X4 oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Salmanova Gülşən Arif qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8633/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)27/2019 saylı qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 1.114.703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pulun İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8633/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin “Cavabdeh1 İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə 1.114.703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pul tutulması” hissəsində ləğv olunması, iddianın həmin hissədə də təmin edilməməsi, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətlərinin təmin olunmaması, qətnamənin onların mübahisələndirdikləri hissədə (yəni, iddianın Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilmədiyi hissədə) dəyişdirilmədən saxlanılması, birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Hesab № ******* X1, Kod 210005, VÖEN **********, Müxbir hesab-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 həmin MMC-nin təsisçisi Cavabdeh1, habelə Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1. 114.703 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, İddiaçı3-nin təsisçiləri kimi onlar ünvan 1 ünvanda Bakı ŞİH Başçısının 479 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamı ilə 2 blok əvəzi 1 ədəd və Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanda 220 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamla inşa edilmiş 2 ədəd 4 bloklu, ümumilikdə 6 bloklu yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün investisiya qoymuşlar və xx xxxxxx 2016-cı il tarixdə investisiya qoyuluşuna aid öhdəlik təsdiq edilmişdir. Həmi n öhdəliyə əsasən, 6 blok üzrə inşaat işinin gedişinə təsisçilər İddiaçı1 (təsis payı 50%) tərəfındən 2.460.000 ABŞ dolları, İddiaçı2 (təsis payı 25%) tərəfindən 615.000 ABŞ dolları və Cavabdeh1 (təsis payı 25%) tərəfındən 615.000 ABŞ dolları ödənilməli idi. İddiaçı1 tərəfindən 2.460.000 ABŞ dolları və İddiaçı2 tərəfindən 615.000 ABŞ dolları məbləğində investisiya sözügedən binaların inşasına qoyulmuş, lakin təsisçi Cavabdeh1 ödəməli olduğu 615.000 ABŞ dolları pulu ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh1 ödəməli olduğu 615.000 ABŞ dolları məbləğini tələb etdikdə, həmin məbləği Çin Respublikasından müxtəlif növ avadanlıqların gətirilməsi üçün qardaşı Cavabdeh2 verdiyini bildirmiş, bir müddət sonra isə qardaşı Cavabdeh2 onlara müraciət edərək 615.000 ABŞ dollarını qa rdaşından (Cavabdeh1) aldığını və adına olan daşınar və daşınmaz əmlakları qısa zaman ərzində sataraq ödəyəcəyini bildirmişdir. Lakin Şahbaz və Cavabdeh2lar keçən müddət ərzində ödənilməli olan 615.000 ABŞ dolları məbləğində pulu onlara ödəməmişlər. Sonuncu dəfə onlardan pulun ödənilməsi tələb edildikdə, əks təqdirdə Şahbazın təsisçilikdən çıxarılacağı bildirildikdə, Cavabdeh2 və Şahbazın arvadı Cavabdeh3 adlarına olan daşınmaz əmlakların çıxarışlarının surətini verərək, qısa zaman ərzində həmin əmlakları sataraq pulu ödəyəcəkləri barədə şifahi öhdəlik götürmüş, lakin keçən müddət ərzində üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri ümumiyyətlə yerinə yetirməkdən boyun qaçırmış, iddiaçılara məxsus digər əmlakları mənimsəmiş, mənimsədiyi əmla kları ailə üzvlərinin və yaxın qohumlarının adına keçirərək əsassız olaraq varlanmışdır. Onun təsisçilərin etibarından sui-istifadə edərək törətdiyi əməllər nəticəsində iddiaçılara külli miqdarda maddi ziyan dəymişdir. Halbuki, yaradılmış cəmiyyətin məqsədi təsisçilərin gəlirlərinin artırılmasına yönəldilmişdir. Dəfələrlə cavabdehlərdən üzərlərinə düşən öhdəlikləri tam icra etmələrini tələb etsələr də, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən boyun qaçırmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası mə hkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə və yaxud iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Salmanova Gülşən Arif qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Azərbaycan Respublikasının ərazisini tərk etdiyindən apellyasiya şikayətindəki imzanın ona məxsus olmaması halına diqqət yetirməmiş, iddia tələbindən kənara çıxaraq ünvan 3 ünvanında yerləşən yüksəkmərtəbəli binaların tikintisi üçün çəkilən xərcləri araşdıraraq qiymət vermiş, işin faktiki hallarını tam, obyekt iv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Kassasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh1 məhkəmlərə verdiyi izahatlarında, etirazlarında özü şəxsən birbaşa etiraf və təsdiq etmişdir ki, onun İddiaçı3də təsisçiliyi formal xarakter daşıyıb. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Salmanova Gülşən Arif qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili X4 oğlu kassasiya şikayət inin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Salmanova Gülşən Arif qızının, Cavabdeh1 vəkili X4 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağı dakılara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tət biq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən edilən halları üzrə əsaslandırılmışdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı3 iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə Cavabdeh1 təsisçiliyi ilə xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və cəmiyyətin nizamnamə kapitalı 50% pay hüququ ilə İddiaçı1, 25% pay hüququ ilə İddiaçı2, 25% pay hüququ ilə Cavabdeh1 məxsusdur. İş materiallarında olan və iddiaçlarının iddia tələbinin faktiki əsası kimi istinad etdikləri “... İddi açı3-nin ünvan 1 ünvanında Bakı ŞİH Başçısının 479 nömrəli, xx.xx.2002ci il tarixli sərəncamı ilə 2 blok əvəzi 1 ədəd və Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanda 220 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə inşa etdiyi 2 ədəd 4 bloklu, ümumilikdə 6 bloklu yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdiqi” adlanan xx xxxxxx 2016-cı il tarixli sənədə əsasən, 6 blok üzrə aidiyyatı üzrə inşaat işinin gedişinə ödənilən ümumi xərclər manatla 1.920.000 manat, dollarla 2.460.000 ABŞ dolları (1 920 000: 0,78 = 2 460 000) təşkil edir və cəmiyyətin təsisçisi İddiaçı1 təsisçi payına uyğun olaraq 1.230.000 ABŞ dolları, cəmiyyətin təsisçiləri İddiaçı2 və Cavabdeh1 isə təsisçi payına uyğun olaraq hər birinə 61 5.000 ABŞ dolları ödəməlidirlər; İddiaçı1 tərəfindən 1.230.000 ABŞ dolları, İddiaçı2 tərəfindən 615.000 ABŞ dolları ödənilmiş, Cavabdeh1 isə 615.000 ABŞ dollarını ödəməmiş və digər təsisçilərə həmin məbləğdə borcu qalmışdır”. Sözügedən sənəd ilk iki təsisçi (iddiaçılar) tərəfindən imzalansa da, sonuncu onu imzalamamışdır. İş materiallarına əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2017-ci il tarixli rəyində “ünvan 5 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə əmlakın dəyəri ödənildikdən sonra təmizlənərək 2 ədəd, 4 girişli, yüksəkmərtəbəli bina tikintisi üçün tam yaralı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi məbləğinin 4.458.815 (dörd milyon dörd yüz əlli səkkiz min səkkiz yüz on beş) manat kimi – o cümlədən köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma (anlaşma) yolu ilə tam ödənilmiş və ümumi məbləğin – 1.211.600 (bir milyon iki yüz on bir min altı yüz) manat, ümumi tikintiyə çəkilən xərcin – 3.247.215 manat müəyyən edildiyi” qeyd edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, ekspert 28384 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyində “...“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə və rəyə əlavə olunmuş sənədlərə əsasən ünvan 6 ünvanda yerləşən İddiaçı3-yə məxsus ərazidə yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək 2 ədəd 4 girişli, yüksək mərtəbəli bina tikintisi üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi dəyərinin 3.247.215 manat məbləğində olduğunun müəyyən edildiyi, İddiaçı3 -yə məxsus ərazidə köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin müəyyənləşdirilməsi tələbi ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyində, İddiaçı3-yə məxsus ünvan 6 ünvanda köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin 1.211.600 manat məbləğində olduğunun göstərildiyi” qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi “...yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdiqi” barədə xx xxxxxx 2016-cı il tarixli sənədə, həmçinin ekspert rəylərinə əsaslanmaqla Cavabdeh1 iddiaçılar qarşısında təsisçi payına uyğun formada öhdəlik götürdüyünü, ümumiyyətlə onun qoyulan və qoyulmalı olan investiyalarda təsisçi payı həddində iştira k etmək vəzifəsi daşıdığını, lakin bu öhdəliklərini yerinə yetirmədiyini vurğulamış, həmin rəylərlə ünvan 6 ünvanda yerləşən ərazinin yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək oranın yüksəkmərtəbəli bina tikintisi üçün tam yaralı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi məbləğinin 4.458.815 (dörd milyon dörd yüz əlli səkkiz min səkkiz yüz on beş) manat məbləğində hesablandığını nəzərə alaraq müvafiq nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozis iya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçıların irəli sürdüyü faktiki hal, yəni Cavabdeh1 yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçi payına uyğun olaraq 615.000 ABŞ dolları və ya 1.114.703 manat investisiya qoymasına dair öhdəlik götürmüş olduğu ümumiyyətlə sübuta yetirilməmişdir. Belə ki, iddiaçların iddia tələbinin faktiki əsası kimi istinad etdi yi “...yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdiqi” barədə xx xxxxxx 2016-cı il tarixli sənəd yalnız onlar (iddiaçılar) tərəfindən tərtib edilərək imzalanmış, Cavabdeh1 isə nə həmin sənədin tərtibində iştirak etmiş, nə də onu imzalamışdır. Hazırkı mübahisə də onun ümumiyyətlə bu yöndə iradəsinin olmadığını göstərir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma v ə ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçıların özlərinin ünvan 6 ünvanda yüksəkmərtəbəli bina tikintisi üçün qeyd edilən məbləğdə investisiya qoymuş olduqları da sübut olunmur. Belə ki, iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşdüyü halda onlar, iddia tələblərinin faktiki əsası kimi istinad etdikləri həmin halı biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Həmin xüsusatı isbatlayan sübut kimi sadəcə “...yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdiqi” barədə xx xxxxxx 2016-cı il tarixli sənəd təqdim edilmişdir ki, kollegiya həmin sənədin məhz iddiaçılar tərəfindən tərtib edilərək imzalandığını nəzərə alaraq onun (sənədin) “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsinin mümkün olmadığını vurğulayır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. ünvan 6 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının inşaat qrupunun rəhbəri X2 tərəfindən inşa etdirilməsi və qarşılıqlı razılaşmaya əsasən həmin yaşayış binasının İddiaçı3-nin təsisçiləri ilə İnşaat qrupunun rəhbəri X2 arasında bölünməsi ilə bağlı işin faktiki halları da sözügedən binaların İddiaçı3-nin təsisçiləri tərəfindən qoyulmuş investi siya hesabına tikildiyinə şübhə ilə yanaşmağa əsas verir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların iddia tələblərinin dəlillərinin tam nədən ibarət olduğunu müəyyən etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspert Mərkəzinin 10 dekabr 2018-ci il tarixli, 28384 №-li ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: “ Rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə və rəyə əlavə olunmuş sənədlərə əsasən, ünvan 5 ünvanda yerləşən İddiaçı3-yə məxsus ərazidə yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək 2 ədəd, 4 girişli, yüksək mərt əbəli bina tikintisi üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi dəyərinin 3247215,0 manat məbləğində olduğu müəyyən edilir. İddiaçı3-yə məxsus ərazidə köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin müəyyənləşdirilməsi tələbi ilə bağlı, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyində, İddiaçı3-yə məxsus ünvan 5 ünvanda köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin 1211600,0 manat məbləğində olduğu göstərilmişdir. Lakin tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyriyaşayış binalarının və s. daşınmaz obyektlərin bazar qiymətləri ilə dəyərinin müyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı su al əmlak birjalarından konkret məlumatın əldə edilməsinə aid olduğundan, Mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmır”. İddiaçıların iddia tələbi isə binalar tikilənədək iddiaçılar tərəfindən çəkilən xərclərlə bağlıdır. Yəni, hazırkı iddia ərizəsinin verilməsinə əsas ünvan 7 ünvanda yerləşən köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə ödənilmiş xərclərlə bağlı iştirakdan İddiaçı3-nin təsisçisi olan Cavabdeh1 Qara oğlunun sonradan imtina etməsi olmuşdur. Cavabdeh1 Qara oğlu birinci instansiya məhkəməsində həmin xərclərin çəkildiyini, lakin xərclərin məbləğini mübahisələndirdiyini bildirmişdir. Belə ki, Cavabdeh1 Qara oğlu təkrar məhkəmə mühəndis-texniki ekspertizası keçirilməsi barədə xx.xx.2018-ci il tarixli vəsatətində bununla əlaqədar aşağıdakıları qeyd etmiş dir:”...2007-ci ildəki orta bazar qiymətləri nəzərə alınmaqla ünvan 7 ünvanının yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək çoxmərtəbəli binanın inşası üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin obyektiv ümumi məbləği müəyyən edilsin...”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi yaşayış binalarının tikintisi üçün ərazinin tam yararlı vəziyyətə gətirilməsi üçün təsisçilərin öhdəliklərinə dair investisiya qoyulması ilə bağlı iddia tələbinin dəlillərini düzgün müəyyən etməmiş, yalnız yüksəkmərtəbəli binaların tikintisi üçün çəkilən xərcləri araşdırmaqla sübutları düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barəd ə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8633/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar