Məhkəmə qərarları › İş №2(102)-9/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-9/2023

17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-9/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının yarısından artıq hissəsinin tutulmasına son qoyulması, əmək haqqı hesabı üzərində tətbiq olunan məhdudiyyətin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının yarısından artıq hissəsinin tutulmasına son qoyulması, əmək haqqı hesabı üzərində tətbiq olunan məhdudiyyətin aradan qaldırılması ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1525/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsindən verilmiş cavabdehin kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şükürov İbrahim İsrafil oğlu ilə Cavabdeh ASC arasında 10 iyul 2019-cu il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 48 ay müddətinə, illik 29,84% ödəmək şərtilə 12 500 manat kredit verilmiş, bankla İddiaçı arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu, Şükürov İbrahim İsrafil oğlunun kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etməyəcəyi təqdirdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması ba rədə öz üzərinə öhdəlik götürmüşdür.

2. Həmin zaminlik müqaviləsinin 9-cu bəndinə əsasən, zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından Bank tərəfindən tutula (silinə) bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh ASC-yə qarşı “əmək haqqından pulun tutulmasına son qoyulması və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh kredit borcu üzrə tutmaları iddiaçının Cavabdeh ASC-də olan bank hesabına (ə mək haqqı kartına) yönəldir və onun əmək haqqının 100 faizini zamin durduğu kreditin və faizlərin ödənilməsinə silir. Bunun nəticəsində iddiaçı öz yaşayış ehtiyaclarını təmin etmək imkanlarından məhrum olmuşdur ki, bu da qanunvericiliyin tələblərinə tamamilə ziddir. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən iddiaçı X1 əmək haqqı hesablarından xx.xx.2019-cu il tarixli, ZGTKR0263356A116 saylı zaminlik müqaviləsi üzrə əmək haqqının 50 (əlli) faizindən çox pulun tutulmasına son qoyulması, bütün hallarda tutulmalardan sonra iddiaçı X1 əmək haqqı hesabında tutulmalardan sonra qalan məbləğin miqdarının yaşayış minimumu məbləğindən az olmamalı olduğunun müəyyən olunması, iddiaçı X1 əmək haqqı hesabları üzərində tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xa hiş edilmişdir.

5. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, bildirmişdir ki, xx.xx.2019-cu il tarixli, Z-GTKR0263356A116 saylı zaminlik müqaviləsi üzrə tutmaların iddiaçının əmək haqqına yönəldilməklə onun əmək haqqının 100 faizinin kredit va faizlərin ödənilməsinə silinməsi iddiaçının yaşamaq hüququnu kobudcasına pozur, onu yaşamaq üçün vəsaitlərdən tam məhrum edir va bu səbəbdən Konstitusiyaya düzünə ziddir. Cavabdehin belə hərəkətləri iddiaçının hayat və sağlamlığına qəsd kimi qiymətləndirilməli və qəti qadağan olunmalıdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 65ci maddəsinə əsasən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Bu müddəa məhkəmə qərarlarının icrasına aiddir, laki n analogiya olaraq hazırki işə də tətbiq oluna bilar. Belə ki, “İcra haqqında” Qanununda nəzərdə tutulan bu məhdudiyyət Konstitusiyanın 27-ci maddəsinin 1-ci bəndindən irəli gəlir və insanın yaşamaq hüququ ilə birbaşa bağlıdır. Belə ki, insan yaşamaq üçün zəruri olan vəsaitlərdən tam məhrum edilsə, onun yaşamaq hüququ pozulmuş olur.

6. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, müştərinin Bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi Müştərinin Bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qəra rına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptsiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. 10 iyul 2019- cu il tarixli zaminlik müqaviləsinin 9-cu maddəsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar Zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almada n) onun istənilən bank hesabından Bank tərəfindən tutula (silinə) bilər. Akseptsiz qaydada tutulma (silinmə) barədə 10 iyul 2019-cu il tarixdə zamin “Razılıq ərizəsi” də imzalamışdır. Yəni, müqavilə bağlanılarkən zamin öz iradə ifadəsini bildirmişdir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq Bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) e-2(006)6663/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişd ir.

8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdeh ASC ilə həmin müqaviləni bağlamışdır. Borclu kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank zaminlik müqaviləsinin şərtlərini əsas götürərək iddiaçının əmək haqqı kartından tutmalar aparmağa başlamış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 390.1, 470.1, 472.1, 474.1, 474.2, 475.1, 475.2, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddiasının təmin olunması barədə yeni qətnamə çıx arılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, Əmək Məcəlləsinin tətbiq edilməli olan 176-cı maddəsini tətbiq etmədiyini, gəldiyi nticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) 2(103)-1525/2022 saylı mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı əmək haqqı hes abından xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə əmək haqqının 50 (əlli) faizindən çox pulun tutulmasına son qoyulması və əmək haqqı hesabı üzərində tətbiq olunan məhdudiyyətin müvafiq hissədə (50 faizdən artıq hissədə) aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 850 manat təşkil edən maaşı (əmək haqqı) sözügedən zaminlik müqaviləsinin 9-cu bəndinə istinadla Cavabdeh ASC tərəfindən Şükürov İbrahim İsrafil oğlunun kredit borcuna görə akseptsiz qaydada silinməkdədir; iddiaçı isə zaminlik müqaviləsini sərbəst iradəsi əsasında bağladığını mübahisələndirməsə də, həmin müqavilə əsasında maaşının yarısından artıq hissəsinin tutulmasının qanunvericiliyin tələblərinə zidd olduğunu irəli sürmüşdür.

14. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

15. Belə ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Başqa sözlə, iddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir.

16. Bu kontekstdə kollegiyanın qənaətinə görə, id diaçının iddia tələblərinə düzgün qiymət verilməsi üçün, mülki hüquq subyektlərinin müqavilə bağlamaq azadlığı hüququ ilə, bu hüququn həyata keçirilməsi zamanı pozulan digər hüquqların qorunmalı olması zərurəti arasındakı mütənasiblik, həmçinin müqavilələrin etibarlılığı məsələləri araşdırılmalıdır.

17. Kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 9-cu bəndi, Cavabdeh ASC tərəfindən iddiaçının həmin bankda olan əmək haqqı hesabından onun maaşının tamamının silinməsinə əsas verən razılaşma olaraq qiymətləndirilə bilməz.

18. Belə ki, birincisi, həmin bənddə əmək haqqının tamamının tutula (silinə) bilinəcəyi açıq şəkildə göstərilməmişdir; Mülki Məcəllənin 419.2-ci maddəsinə görə isə, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müə yyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin Məcəllənin 391-ci maddəsinə görə, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır.

19. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 9-cu bəndi Cavabdeh ASC-nə iddiaçının həmin bankda olan əmək haqqı hesabından onun maaşının tamamını silməyə imkan verən razılaşma kimi qiymətləndirilsə belə, bu halda həmin razılaşmaya Mülki Məcəllənin 420.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddi hüquq normasına əsasən, müqavilənin standart şərti müqavilə yə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

20. Nəhayət qeyd olunmalıdır ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqları ilə də əlaqəlidir və bu səbəblə tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin müvafiq bəndi təfsir olunarkən rəqabətdə olan sahibkar (bank)-zamin (işçi) maraqları ədalətli şəkildə uzlaşdırılmalıdır.

21. Şərh olunanları, eyni zamanda iddiaçının müqavilənin müvafiq bəndini bütövlükdə mübahisələndirmədiyini, həmçinin onun iddia tələbinin həcmini nəzərə almaqla kollegiya hesab etmişdir ki, sözügedən bənd Cavabdeh ASC-yə iddiaçının həmin ban kda olan əmək haqqı hesabından iddiaçının maaşının maksimum 50 (əlli) faizini silməyə əsas verən razılaşma kimi təfsir olunmalıdır.

22. Bununla belə kollegiya, iddiaçının “bütün hallarda əmək haqqı hesabında tutulmalardan sonra qalan məbləğin miqdarının yaşayış minimumu məbləğindən az olmamalı olduğunun müəyyən olunması” tələbini əsaslı hesab etməmişdir. Belə ki, birincisi, iddiaçının 850 manat maaş aldığı müəyyən olunmuşdur və onun maaşından özünün razı olduğu 50 faizlik tutulma həyata keçirildiyi zaman, qalan məbləğ hazırda ölkə üzrə müəyyənləşdirilmiş yaşayış minumumundan yüksək olacaqdır; digər tərəfdən isə, əmək haqqından tutulma ilə bağlı məhdudiyyət yuxarıda qeyd olunduğu kimi Əmək Məcəlləsində təsbit olunmaqla, tərəflərin müqavilə azadlığı hüquqları ölkədə müəyyənləşdirilən yaşayış minumumu ilə şərtləndirilə bilməz.

23. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Konstitusiyanın 35, Əmək Məcəlləsinin 176, Mülki Məcəllənin 390.1, 420.2, 472, 419.2, habelə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, müqavilənin 9-cu bəndi məhkəmə tərəfindən təfsir edilərkən yanlışlığa yol verilmişdir. Sözügedən bənddə hər hansı qeyrimüəyyənlikdən s öhbət gedə bilməz. Əvvəla qeyd edilməlidir ki, bank müvafiq bənddə əmək haqqı ifadəsindən istifadə etməmişdir. Əksinə müvafiq bənddə “əmək haqqı’' ifadəsinin işlədilməsi Bankın yaranmış borcu realizə elmək imkanını xeyli məhdudlaşdıra bilərdi. Müştərilərin Bankda “Bank hesabları” mövcud olur. Qanunvericilikdə bu hesablar təyinatından aslı olmayaraq ümumi qaydada “Bank hesabları” adlandırılır. Müvafiq bənddə “istənilən bank hesabı” ifadəsindən istifadə edilməklə təyinatından asılı olmayaraq bütün hesablar nəzərdə tutulur. Bu isə qanunvericiliyin tələblərinə uyğundur və qeyri-müəyyənlik kimi təfsir edilə bilməz. İkincisi, müvafiq bənddə hesabdakı vəsaitin tam tutulması yox, yaranmış borcun hesabdan tutulması ifadə edilmişdir. “Hesabdakı pul vəsaitinin tam tutulması” ifadəsi ilə “yaranmış bor cun hesabdan tutulması” ifadəsi bir-birindən fərqli anlayışlardır və bunlar qarışdırılmamalıdır. Məsələn: hesab edək ki, borclunun müvafiq ay üzrə 300 manat borcu yaranmışdır, onun hesabında isə 1000 manat vəsait vardır. Bu zaman Bank yaranmış borcu müqavilə şərtlərinə uyğun olaraq lazimi qaydada icra edilməmiş öhdəlik üzrə silməklə müqavilə şərtlərinə əməl etmiş olur. Əgər Bank müştərinin aylıq borcnun 300 manat olduğu halda, hesabda olan 1000 manat pulu tam olaraq silsəydi bu zaman məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olardı. Lakin hal-hazırkı müqavilə şərti və faktiki vəziyyət məhkəmənin gəldiyi nəticənin qanunauyğun olmadığını və müqavilə şərtini yanlış təfsir etdiyini bir daha təsdiq edir. Qısaca olaraq müqavilə şərtinin mahiyyəti “nə qədər pul, o qədər silinmə” kimi yox, “nə qədə r borc o qədər silinmə” kimi başa düşülməlidir. Bu qayda isə müqavilənin 9-cu bəndinin tələbinə uyğundur və heç bir qeyrimüəyyənliyə əsas yaratmır.

26. Məhkəmə, qətnamədə bir başa qeyd etməsə də zaminlik müqavilənin 9-cu bəndinin etibarsız olduğuna işarə etmişdir. İlk olaraq qeyd edilməlidir ki, zaminlik müqaviləsinin 9-cu bəndi öhdəliyin icrasının təmini üsulu kimi akseptsiz tutulma (əlavə razılıq almadan) ilə bağlı münasibətləri tənzimləyir. Zamin, öz sərbəst iradəsi ilə zaminlik müqaviləsini heç bir təsirə məruz qalmadan imzalamaqla Bankda olan, ona məxsus hesablar üzərində sərbəst sərəncam vermək imkanını Banka vermişdir. Bank isə bu imkandan istifadə edərək zaminin hesabında olan vəsaiti lazimi qaydada icra edilməmiş öhdəlik üzrə silmişdir. Qeyd edilməlidir ki, zaminlik müqaviləsi əvə zsizdir. Akseptsiz silinmə ilə bağlı zaminin iradə ifadəsi də eyni məzmunlu iradə ifadəsi olub əvəzsiz xarakter daşıyır. Müqavilənin 9-cu bəndi gələcək əmlakın verilməsi ilə bağlı müqavilə şərti kimi deyil, hesablar üzərində sərəncam vermək hüququnun ötürülməsi kimi qiymətləndirilməlidir. Beləliklə, Məhkəmə kollegiyası mövcud münasibətə Mülki Məcəllənin 391-ci maddəsini tətbiq edərkən yanlışlığa yol vermişdir. Buna görə də maddi hüquq norması düzgün tətbiq edilmədiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi ləğvi edilməlidir.

27. Məhkəmə kollegiyası tərəflər arşında imzalanmış zaminlik müqaviləsinin 9-cu bəndinin Mülki Məcəllənin 420.2-ci maddəsinə istinad etməklə etimad və vicdanlılıq prinsipinə zidd olması qənaitinə gəlmişdir. Lakin məhkəmə məsələyə formal yanaşaraq müqavilənin 9- cu bənd inin nə üçün etimad və vicdanlılıq prinsiplərinə uyğun gəlmədiyinə aydınlıq gətirməmişdir. Məhkəmə faktiki vəziyyətə birtərəfli qiymət verərək qanunun və müqavilənin tələblərini yox, iddiaçının mövqeyinə uyğun olaraq humanizim prinsipini əsas götürmüşdür. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının əmlak vəziyyətini araşdırmamışdır. Belə ki, iddiaçının başqa gəlirləri, banklarda əmanət məbləğləri, adına daşınar və daşınmaz əmlakları ola bilər. Belə olan halda ‘‘vicdanlılıq” məsələsi işin faktiki hallarına uyğun hesab edilə bilməz.

28. Əgər Bankın borcalanın öhdəliyini icra etmədiyi təqdirdə öhdəliyin təmini üsulu kimi hesablarında olan vəsaitin borc məbləği həcmində silinməsi (akseptsiz tutulma) etimad və vicdanlılıq prinsipinə uyğun hesab edilmirsə, onda tələbin ipoteka ilə yüklü edilmiş ya şayış evinə, mənzilə yönəldilməsi və həmin evdə yaşayan şəxslərin evdən çıxarılması barədə məhkəmə qərarının qəbul edilməsi vicdanlılıq prinsipinin ən kobud pozuntusu kimi qiymətləndirilməli və müvafiq hüquq institutu qanunvericilikdən çıxarılmalıdır.

29. İddiaçının istinad etdiyi norma, məhkəmə qətnamələri əsasında verilmiş icra vərəqələri könüllü icra üçün borcluya verilmiş müddətdə icra edilmədiyi təqdirdə tətbiq olunur, yəni qətnaməyə əsasən verilmiş icra sənədi borclu tərəfindən könüllü icra edilmədiyi halda, icra məmuru məcburi icra tədbiri kimi tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönlədə bilər ki, bu zaman da məcburi tutulmalar əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

30. Banklara qarş ı oxşar tələb üzrə onlarla iddialar qaldırılmış, iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərini rəhbər tutan məhkəmələr iddiaları əsassız hesab etmişdır. Eyni hüquqi mövqelər kassasiya instansiyası məhkəməsi tərəfindən də qanunauyğun hesab edilmiş, nəticədə Banka qarşı irəli sürülmüş iddialar əsassız hesab edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 26, 60-cı maddələrində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 6.1.2, 6.1.5, 390, 391, 419.2, 420.2-ci maddələrində və Mülki Prosessual Məcəllənin 217, 386, 418, 418.2-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdi r ki, Cavabdeh tərəfindən kassasiya şikayətinə əlavə olunmuş Apellyasiya Məhkəməsinin qətnaməsi və eləcə də Ali Məhkəmənin ayrıca bir iş üzrə əlahiddə qərarı məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlil kimi qəbul edilə bilməz və bu səbəbdən apellyasiya məhkəməsi qətnaməsinin MPM-nin 418.1.-ci maddəsi üzrə ləğvinə əsas sayılmamalıdır. İş materiallarından açıq-aşkar görünür ki, Cavabdeh İddiaçının əmək haqqı hesabının Cavabdeh ASC-də olmasından sui-istifadə edir. Əgər İddiaçının əmək haqqı hesabı başqa bankda olsaydı, “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən onun əmək haqqından tutmaların məbləğinin 50 faizdən çox ola bilməzdi və belə olduğu halda İddiaçının əmək haqqının tamamının tutulması üçün zaminlik müqaviləsinin 9- cu bəndinin tətbiqi mümkünsüz olardı.

33. Cavabdeh öz hüquqlarından sui-istifadə edərək kredit üzrə borclu olan şəxsə qarşı iddia qaldırmır. Bu hərəkətsizlik ona yönəldilmişdir ki, zəmanətlə təmin olunmuş kredit borcuna faizlərin hesablanması dayandırılmasın və İddiaçının zaminlik müqaviləsi bağlandığı zaman təxmin edə bilmədiyi artıq pul vəsaiti tutulsun. Cavabdehdən fərqli olaraq İddiaçı öz öhdəliklərini vicdanla icra edir, işdən çıxmır, ödənişləri etməkdən yayınmır, sadəcə əmək haqqı şəkilində qazandığı 850 manat əmək haqqının 50 faizinin ona qalmasını istəyir. Hal-hazırda İddiaçı digər bankdan daha aşağı faizlə kredit alıb zamin durduğu kredit borcunu cavabdehə tam ödəmək niyyətindədir. Belə olduğu halda onun əmək haqqından tutmaların faizi xeyli aşağı olur. Bunun üçün zamin durduğu kredit borcunun məbləğini öyrənmək üçün cavabdehə mür aciət etsə də cavabdeh həmin məbləği bildirməkdən imtina edir.

34. İddiaçı etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Konstitusiyası:

36. Maddə

35. Əmək hüququ

37. Bənd Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

40. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

41. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

42. Maddə 419.2. Müqavilənin standart şərtlə ri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

43. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

44. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

45. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayr ı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

46. Maddə

176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması

47. Bənd

1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarı: “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənlə şdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelly asiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Mülki işin hallarından göründüyü kimi, bank kredit borcunun təminatçısı kimi zaminin əmək haqqının tam hissəsinə tutma yönəltmiş və bunun əsası kimi aralarında bağlanmış zaminlik müqaviləsinin 9-cu bəndinə istinad etmişdir. Həmin bəndə əsasən, zamin bu müqaviləni imzalamaqla kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borcların zaminin sərəncamı olmadan akseptsiz qaydada (əlavə razılığı olmadan) onun istənilən bank hesabından bank tərəfindən tutulmasına (silinməsinə) razılıq bildirmişdir. Hazırkı iddia ilə iddiaçı (zamin) əmək haqqının yarısından artıq hissəsinin akseptsiz qaydada tutulmasının onun konstitusion hüquqlarını (yaşamaq, əmək və s.) pozduğunu bildirərək, məhkəmə tərəfindən cavabdehə qadağan edilməsini tələb etmişdir. Cavabdeh (bank) isə iddiaya etiraz edərək, müqavilə azadlığı prinsipinə istinad etmişdir.

58. İşə kassasiya qaydasında baxılarkən kassasiya şikayətinin dəlilini təşkil edən məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur.

59. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasında əvvəllər oxşar mübahisələr üzrə qəbul edilmiş qərarlarda qeyd edilmişdir ki, borclu (borc alan və ya zamin) ilə bank arasında bağlanmış müqaviləyə əsasən kreditora müqavilə üzrə yaranmış borcu əmək haqqının tam hissəsini akseptsiz qaydada tutmaq (silmək) hüququnun verilməsi mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsind ə yolveriləndir.

60. Digər hüquqi mövqe isə ondan ibarətdir ki, kreditora borclunun əmək haqqını bütövlükdə silməyə imkan verən müqavilə şərti borclunun təməl konstitusion hüquqlarına, eyni zamanda əmək qanunvericiliyinə zidd olmaqla, etibarsız şərtdir. Ona görə də, kreditorun həmin müqavilə şərtinə istinadən borclunun bütün əmək haqqını akseptsiz qaydada silməsi əsaslı sayıla bilməz.

61. Məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmalar mövcud olduğundan, qeyd edilən hüquqi məsələyə dair qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranmışdır.

62. Bununla əlaqədar Ali Məhkəmənin Mülki Kollegiyasının 15 avqust 2022-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. 63. 14 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibinin “Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” qərardadı qəbul edilmişdir.

64. Qeyd olunan qərardadda məhkəmə tərkibinin sərgilədiyi hüquqi mövqeyə əsasən borca görə kreditor tərəfindən borclunun bütün əmək haqqının akseptsiz qaydada silinməsinin mümkün hədlərinə qiymət vermək üçün ilk növbədə hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra Konstitusiya) ilə təsbit edilmiş konstitusion hüquqlarının mahiyyəti, eyni zamanda mülki qanunvericiliyin məqsədi, vəzifələri və prinsipləri, həmçinin müvafiq münasibətləri tənzimləyən normaların təyinatı, müqavilə azadlığı, əqdlərin etibarlılıq şərtləri əlaqəli ş əkildə nəzərdən keçirilməlidir.

65. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

66. Şəxsin əmək hüququ onun konstitusion hüquqlarından biridir. Konstitusiyanın 35-ci maddəsində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Heç kəs zorla işlədilə bilməz.

67. Şəxsin əmək hüququ onun konstitusion hüquqlarından biridir. Konstitusiyanın 35-ci maddəsində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin təhlükəsiz və sağ lam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Heç kəs zorla işlədilə bilməz.

68. Beləliklə, əhalinin rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin, habelə əmək hüquqlarının təmin edilməsi dövlətin insan hüquq və azadlıqlarının qorunmasına dair əsas məqsədlərinə daxildir və bu hüquqların məhdudlaşdırılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada mümkündür.

69. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 176.1-176.3-cü maddələrinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

70. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 - 65.3-cü maddələrinin tələblərinə görə, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

71. Göründüyü kimi, əmək qanunvericiliyi şəxsin əmək haqqından tutulmaların aparılması hədlərini konkret əsaslar istisna olmaqla əmək haqqının 20 faizi həcmində məhdudlaşdırmışdır. Bu qaydanın tətbiq olunmasında əsas m əqsəd şəxsin sosial müdafiəsini təmin etməklə ona yaşayış üçün minimum dolanacaq imkanı verməkdir.

72. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində mülki dövriyyənin sabitliyini və azadlığını təmin edən ən başlıca hüquqi vasitədir.

73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavil ə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllə, maddə 6.1.2 və 6.1.5).

74. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər (Mülki Məcəllə, maddə 6.2).

75. Lakin qanunverici tərəflərin mülki hüquqlarını iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri əsasında həyata keçirməsini də, müəyyən qanuni hədlərlə məhdudlaşdırmışdır. Belə ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və məhz qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllə, maddə 6.2). Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər (Mülki Məcəllə, maddə 6.3).

76. Göründüyü kimi, qanunverici mülki hüquq subyektləri arasında onların sərbəstliyi əsasında bağlanmış, lakin qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini etibarlı şərtlər kimi qəbul edir.

77. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlı ğı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllə, maddə 337.1, 337.3, 337.4)

78. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı, olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən və qanunvericiliyə zidd olmayan şərtlərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, şəxsiyyətə və məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən nö v əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

79. Eyni zamanda hazırki hüquqi müzakirənin əsasında dayanan mülki işin xarakteri baxımından o da nəzərə alınmalıdır ki, qanunvericiliyin istehlakçı hüquqlarını tənzimləyən normaları onların hüquqlarını qanunda nəzərdə tutulandan artıq həddə məhdudlaşdıran müqavilə şərtlərinin etibarsızlığı barədə xüsusi qayda müəyyən etmişdir.

80. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır.

81. Ona görə də kreditora borclunun əmək haqqından qanunl a müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə ziddir.

82. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlmişdir ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsızdır.

83. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1525/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar