Məhkəmə qərarları › İş №2(102)-901/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-901/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-901/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma qaydasında pul tələbinə dair 07.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1571/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 7 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı

1. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasındakı mübahisə şərikli heyvandarlıq təsərrüfatının qurulması ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra- cavabdehlər) 45.000 manatın tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı, iddia ərizəsində, 23 yanvar 2024-cü il tarixdə məhkəməyə yazılı və şifahi qaydada verdiyi izahatında, eləcə də nümayəndəsi və vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında (iddiaçının 23 yanvar 2024-cü il tarixli izahatına zidd olmayan hissələr üzrə) iddia tələbi onunla əsaslandırmışlar ki, iddiaçı, Almaniya Federativ R espublikasında yaşayan dayısı X1 ona deməsi əsasında bilmişdir ki, Müşfiq 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhərində tanışı Cavabdeh2 ilə görüşərkən sonuncu, Müşfiqə qardaşı Cavabdeh1 ilə heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq istəsələr də, bunun üçün zəruri pul vəsaitinə malik olmadıqlarını demiş, Müşfiqdən özünün pul vəsaiti hesabına onlarla şərikli heyvandarlıq təsərrüfatı yaratmasını xahiş etmişdir. Müşfiq Elminə əvvəlcə xahişi ilə razı olduğunu desə də, sonradan kifayət qədər pul vəsaitinin olmaması səbəbindən xahişini yerinə yetirə bilməyəcəyini, bacısı oğlu olan iddiaçının malik olduğu pul vəsaitini heyvandarlıq təsərrüfatının yaradılmasına yönəldə biləcəyini demiş, əgər razı olarsa, iddiaçı ilə bu sahədə şərikli fəaliyyət qurması üçün görüşlərini təşkil edə biləcəyini t əklif etmiş, Elmin bu təkliflə razılaşmışdır. Buna görə də, 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhərində Müşfiq iddiaçını 2018-ci ildən X2 Respublikasında yaşamış dostu kimi tanıdığı Elminlə görüşdürmüşdür. Söhbət zamanı sonuncu, iddiaçıya, həmçinin Elmanla birlikdə ətlik və südlük istiqamətli şərikli heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə 1 baş yanıbalalı inəyin alınmasına təxminən 2000-2500 manat məbləğində pul xərclənməli olduğuna görə ilkin olaraq 10-15 baş yanıbalalı inəyin alınması üçün 20000-25000 manat məbləğində pula ehtiyacın olduğu, iddiaçının pul vəsaiti hesabına alınacaq həmin heyvanların Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada saxlanacağı, həmin fermanın zəruri təmir xərclərinin iddiaçı tərəfindən çəkiləcəyi, fermada h eyvanların saxlanması, onlara qulluq edilməsi ilə bağlı bütün işlərin isə Elman tərəfindən ediləcəyi, ətlik heyvanların satışından əlavə, südlük heyvanlardan hər gün sağılacaq 100-150 litr südün satışından 100-150 manat məbləğində pul əldə edəcəkləri, cavabdehlərin inəklərin alınmasından 2 ay sonra, yəni 2023-cü ilin avqust ayından başlayaraq əldə ediləcək gəlirlərdən hər ay iddiaçıya 1200 manat məbləğində pul verəcəkləri, gəlirin qalan hissəsini isə özlərinə götürəcəkləri, bu fəaliyyətlə əlaqədar bütün xərclərin iddiaçı tərəfindən çəkiləcəyi barədə təkliflər vermiş, iddiaçı və Elman bu təkliflərlə razılaşmışlar. Bu səbəblərdən iddiaçı 17 iyun 2023-cü il tarixdə Müşfiq və Elminlə birlikdə Şamaxı rayonunda yerləşən mal bazarına gəlmiş, əvvəllər tanımadığı Elmanla ilk dəfə orada görüşmüş, cavabdehlərə bir neçə baş yanıbalalı inək almaları üçün Müşfiqin iştirakı ilə, hər hansı sənəd tərtib edilmədən cəmi 17000 manat məbləğində pul vermişdir. Cavabdehlər həmin pul vəsaiti hesabına şərikli heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə Şamaxı rayonundakı mal bazarından həmin gün 9 baş, 19-23 iyun 2023-cü il tarixlərdə isə əvvəllər alınmış inəklərdən bir başını dəyişdirilməklə 3 baş, beləliklə də cəmi 11 baş yanıbalalı inəklər almışlar. İddiaçı 6 iyul 2023-cü il tarixdə Şamaxı rayonunda cavabdehlərə digər şəxsin iştirakı olmadan, hər hansı sənəd tərtib edilmədən cəmi 4500 manat məbləğində pul vermişdir. Elman həmin pul vəsaiti hesabına şərikli fəaliyyət üçün Ağsu rayonunda yerləşən mal bazarından 1 baş yanıbalalı inək və 1 baş at almış, Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerl əşən, istifadəsində olan fermada heyvanların saxlanması və özünün yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müxtəlif təmir işləri görmüşdür. Beləliklə, iddiaçının cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar nağd qaydada verdiyi pulun ümumi məbləği 21500 manat olmuşdur. Bundan başqa, iddiaçı özünə məxsus olan kart hesabından Elmanın kart hesabına şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı çəkiləcək xərclərə görə 11 iyul 2023-cü il tarixdə 1200 manat və 1800 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat və 1 sentyabr 2023-cü il tarixdə 70 manat, 19 iyul 2023-cü il tarixdə isə Elmanın ərzaq məhsulları alması üçün 60 manat, əlavə razılaşmalarına əsasən sonuncunun heyvanlara qulluq etməsinə görə çoban pulu kimi 2 avqust 2023 və 1 sentyab r 2023-cü il tarixlərdə müvafiq olaraq 700 manat və 350 manat olmaqla, ümumilikdə 5680 manat məbləğində pul göndərmişdir. Elman kart hesabına göndərilmiş həmin pul məbləğlərinin (ərzaq məhsullarının alınmasına və çoban puluna görə verilən hissələri istisna olmaqla) müəyyən hissəsini onun mahiyyətini bilmədiyi kredit ödənişlərinə xərclədiyinə görə razılaşmalarına əsasən həmin pul məbləğlərini də ona qaytarmaq öhdəliyini daşıyır. İddiaçının cavabdehlərə şəxsən verdiyi, Elmanın kartına göndərməsi göstərilmiş pul vəsaitləri Müşfiqə deyil, özünə məxsus olmuşdur. Cavabdehlər həmin pul vəsaitlərinin cəmi 7000 manat hissəsini heyvanların saxlanması üçün zəruri olmuş ot və digər yemlərin alınmasına, cəmi 2300 manat hissəsini isə Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsind ə olan fermada müxtəlif təmir işlərinin görülməsinə xərcləmişdir. İddiaçının pul vəsaiti hesabına alınmış ot və digər yemlər sonradan təsərrüfatdakı heyvanların saxlanmasına sərf edilmişdir. Cavabdehlər iddiaçının iki dəfə nağd qaydada verdiyi göstərilmiş pul vəsaitləri hesabına isə cəmi 24000 manat dəyərində 12 baş yanıbalalı inəklər almışlar. Elman həmin halları məhkəməyə təqdim edilmiş səs yazısında etiraf etmişdir. Cavabdehlər məhkəməyə təqdim edilmiş video yazılarda öz əksini tapmış həmin heyvanları Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada saxlamışlar. Orada təmir işləri həmin heyvanların alınıb oraya gətirilməsindən sonra başlanmış, təxminən bir ay müddəti ərzində davam etmişdir. Həmin inəklərdən dəyəri 1750 manat olmuş 1 başı sonradan xəst əlikdən ölmüşdür. İddiaçı cavabdehlərlə şərikli heyvandarlıq təsərrüfatını artırmaq məqsədilə, həm də Elmanın istifadəsində olan fermada qış mövsümündə heyvanların saxlanması üçün əlverişli şəraitin olmamasına görə öz pul vəsaiti hesabına Şamaxı rayonu, Günəşli kəndi ərazisində yeni fermanın alınması barədə də razılaşdığına görə 27 iyul 2023-cü il tarixdə beh alanla bağladığı, notarial qaydada təsdiq edilmiş beh müqaviləsinə əsasən Şamaxı rayonu, Günəşli kəndi ərazisində, Elmanın istifadəsində olan fermanın yaxınlığında yerləşən 0,22 ha torpaq sahəsi və onun üzərindəki yaşayış evindən ibarət yeni fermanı gələcəkdə 8000 manat məbləğində pula alacağı ilə əlaqədar beh alana 1000 manat məbləğində pul vermiş, həmçinin üzərinə beh alana pulun qalan 7000 manat hissəsini 31 yanvar 2024-cü il tarix ədək ödəmək öhdəliyini götürmüşdür. İddiaçı həmin müqavilənin notarial qaydada təsdiq edilməsinə görə dövlət rüsumu kimi 115 manat məbləğində pul ödəmişdir. İddiaçı yeni əldə etdiyi fermada müxtəlif təmir işlərinin görülməsi ilə əlaqədar cəmi 8670 manat məbləğində pulu şəxsən xərcləmiş, onun hansısa hissəsini xərclənməsi üçün cavabdehlərə verməmişdir. İddiaçının cavabdehlərlə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar işlərin görülməsi üçün Bakı şəhərindən Şamaxı rayonuna gedib-gəlməsinə, müxtəlif yüklərin daşınmasını təmin etməsinə görə çəkdiyi nəqliyyat və logistika xərcləri cəmi 2400 manat təşkil etmişdir. Beləliklə, iddiaçının cavabdehlərlə şərikli fəaliyyəti ilə əlaqədar çəkdiyi xərclərin tərkib hissəsi yuxarıda göstərilənlərdən ibarət olmuşdur. 2023cü ilin sentyabr ayının əvvəllə rində iddiaçının cavabdehlərlə şərikli fəaliyyəti pozulmuşdur. Bunun səbəbləri iddiaçının həmin fəaliyyətlə əlaqədar yaranmış xərcləri ödəyə bilməməsi, cavabdehlərin şərikli heyvandarlıq fəaliyyətindən əldə etdikləri gəlir və ya məhsuldan iddiaçıya verməmələri, beləliklə də, cavabdehlərin üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, iddiaçının çəkdiyi xərcləri sığortalamaq məqsədilə cavabdehlərə notarial qaydada təsdiq ediləcək borc müqaviləsinin bağlanması barədə etdiyi təklifdən cavabdehlərin imtina etmələri və cavabdehlərin iddiaçıya şərikli fəaliyyətə son qoyduqlarını bildirməsi olmuşdur. Buna görə də, iddiaçı cavabdehlərdən özünün pul vəsaiti hesabına alınmış heyvanları və şərikli fəaliyyətə çəkdiyi digər xərcləri qaytarmalarını tələb etmiş, cavabdehlər isə bu tələbə əmə l etməmiş, ümumiyyətlə iddiaçının onlarla şərikli heyvandarlıq fəaliyyətinə xərc çəkməsini etiraf etməmişlər. İddiaçı cavabdehlərlə şərikli heyvandarlıq fəaliyyətinə çəkdiyi xərclərə dair sübut əldə etmək məqsədilə özünün istifadəsində olan mobil nömrədən Elmanın istifadəsində olan mobil nömrəyə zəng etmiş, həmin danışıqlarda Elman özünü bank işçisi kimi təqdim etmiş şəxsə iş üzrə çəkilmiş xərclərlə bağlı yuxarıda göstərilən məzmunda etirafedici sözlər demişdir. Həmin danışıqlarda iddiaçı da Elmana açıq-aşkar aydın olmuş şəraitdə iştirak etmişdir. Bu danışıqlardan sonra iddiaçı ilə Elmin arasında “Sübut1” adlı faylda qeydə alınmış danışıqlar baş vermişdir. Məhkəmə iclaslarında verdikləri izahatlarının iddiaçının 23 yanvar 2024-cü il tarixli məhkəmə iclasında yazılı və şifahi qaydada verdiy i izahatı ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etməmişlər və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

4. Cavabdehlərin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi video yazılarda Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermada olması əks olunmuş inəklər və buzovlar iddiaçıya məxsus olmamış və ya sonuncunun pul vəsaiti hesabına alınmamışdır. Elman həmin heyvanların bir hissəsini öz şəxsi pul vəsaiti, bir hissəsini isə 31 may 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə əsasən avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə bankdan götürdüyü 13000 manat məbləğində pul vəsaiti hesabına almışdır. Bundan sonra, 2023-cü ilin iyun ayında Bakı şəhərində Elman, qardaşı Cavabdeh2 və sonuncunun tanışı, Almaniya Federativ Respublikasında yaşayan X4 görüşərkən onlar Müşfiqin təklifi ilə, sonuncunun vəsaiti hesabına alınacaq bir neçə baş mal-qaranın Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada sonuncu tərəfindən saxlanacağı, həmin fermanın zəruri təmir xərclərinin Müşfiq tərəfindən çəkiləcəyi, cavabdehlərin əldə ediləcək gəlirin müəyyən hissəsini Müşfiqə verəcəkləri, beləliklə də şərikli heyvandarlıq fəaliyyəti ilə məşğul olacaqları barədə razılaşmışlar. İddiaçı həmin razılaşmada iştirak etməsə də, sonradan kart hesabından, əslində Müşfiqə məxsus olmuş cəmi 5680 manat məbləğində pul vəsaitini ayrı-ayrı vaxtlarda Elmanın kart hesabına göndərmişdir. Müşfiq Şamaxı ray onunda yerləşən mal bazarından həmin pul vəsaiti hesabına 1700 manata bir baş inək və 550 manata bir baş at alıb Elmana fermasında saxlaması üçün vermişdir. Sonradan həmin inək xəstəlikdən ölmüş, balası isə hazırda da Elmanın istifadəsində olan fermadadır. Hazırda Elman həmin atı və ölmüş inəyin balasını Müşfiqə qaytarmağa hazırdır. Həmin inəyin ölməsindən Müşfiq və iddiaçı da məlumatlı olmuşlar. Müşfiq onun göstərdiyindən başqa mal-qaranı alıb cavabdehlərə təhvil verməmişdir. Elman Müşfiqin verdiyi pulun 2300 manat hissəsini isə sonuncunun tapşırığı ilə istifadəsində olan fermanın təmirinə xərcləmişdir. İddiaçı isə cavabdehlərə özünə məxsus pul verməmişdir. Göstərdiyi səbəblərdən iddiaçının cavabdehlərə qarşı hazırki məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ y oxdur. Elman Müşfiqin verdiyi 5680 manat məbləğində pulun ölmüş inəyin dəyərini təşkil edən 1700 manat hissəsi istisna olmaqla, qalan hissəsini iddiaçıya deyil, Müşfiqə qaytarmağa hazırdır. İddiaçının nümayəndəsi tərəfindən Elmanın adından məhkəməyə təqdim edilmiş izahat sonuncuya məxsusdur. Həmin izahatı Elman iddiaçının nümayəndəsinə vermişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi “1-hisse Elman A”, “2-hisse Elman A” və “3-hisse Elman A” adlı fayllardakı səs yazılarında danışan şəxslər iddiaçı, Elman və sonuncuya özünü bank əməkdaşı kimi təqdim etmiş digər şəxsdir. Həmin danışıqlar iddiaçının telefonundan Elmanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilməsi nəticəsində baş vermişdir. Danışıqların aparılmasından əvvəl iddiaçı Elmana heyvandarlıq fəaliyyəti i lə əlaqədar çəkiləcək xərcləri maliyyələşdirilməsi üçün bankdan kreditlə pul almasına ehtiyac olduğunu bildirmiş, Elmandan buna nail olmaq məqsədilə onunla telefon vasitəsilə danışdıracağı bank əməkdaşına guya şərikli heyvandarlıq təsərrüfatı yaratmaları barədə yalan məlumatlar verməsini xahiş etmiş, bu səbəblərdən Elman iddiaçının da iştirak etdiyi telefon danışıqları zamanı özünü bank əməkdaşı kimi təqdim etmiş şəxsə guya iddiaçı ilə şərikli heyvandarlıq təsərrüfatı yaratdıqlarını, bu fəaliyyətlə əlaqədar müəyyən məbləğdə pul vəsaitlərinin xərcləndiyini göstərmişdir. Bu hərəkəti ilə iddiaçı, Elmanı aldatmışdır. Göstərdiklərinə əsasən həmin səs yazılarının iş üzrə sübut kimi qiymətləndirilməməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh1 iddiaçının nümayəndəsinə verdiyi, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatında nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından fərqli olaraq, Şamaxı rayonunda yerləşən fermasında saxladığı iri buynuzlu heyvanları 2023-cü ilin iyun ayında X4 və qardaşı Elminlə şərikli heyvandarlıq fəaliyyəti ilə məşğul olmaları barədə razılıq əldə etməmişdən əvvəl deyil, sonra aldığını, Müşfiq Quliyevdən 6000 manat məbləğində pulu kartına köçürülmə qaydasında deyil, əlbəəl qaydada aldığını göstərmişdir.

6. Füzuli Rayon Məhkəməsinin 2(064)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Musayev) iddianın qismən təmin edilərək, cavabdehlərdən cəmi 17.370,00 manatın müştərək qaydada alınıb iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəm əsi ilkin olaraq, hazırkı işin məhkəmə aidiyyəti ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq, “Elektron Məhkəmə Portalı”ndan əldə edilmiş məlumatlara əsasən cavabdehlər vergi ödəyicisi kimi qeydiyyata alındıqlarına görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs, yəni sahibkarlıq subyekti olsalar da, iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmamasına görə sahibkarlıq subyekti hesab edilməməsi səbəbindən hazırkı işə kommersiya məhkəməsində deyil, ümumi məhkə mədə baxılmalıdır.

8. Məhkəmə iddia tələbinin mülki-prosessual qanunvericilik normalarının tələblərinə uyğun şəkildə, qanuni və əsaslı həll edilməsi məqsədilə iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmaması, iş üzrə hansı faktiki halların müəyyən edilməsi və onlara tətbiq edilməli olan mülki qanunvericilik normaları ilə bağlı qeyd etmişdir ki, iddiaçının kart hesablarına dair "xxxx" ASC tərəfindən verilmiş çıxarışlar və cavabdehlərin nümayəndəsinin etirafı əsasında Cavabdeh1 kart hesabına iddiaçının kart hesabından 11 iyul 2023-cü il tarixdə 1.800 manat və 19 iyul 2023-cü il tarixdə 60 manat, 11 iyul 2023-cü il tarixdə 1200 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat, 2 avqust 2023-cü il tarixdə 700 man at, 1 sentyabr 2023-cü il tarixdə 420 manat olmaqla, cəmi 5680 manat pulun göndərilməsini işin mübahisəsiz halları kimi müəyyən etmişdir.

9. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad etməklə, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, iddiaçı, Cavabdeh1 və sonuncuya özünü bank işçisi kimi təqdim etmiş şəxs arasında, iddiaçının mobil nömrəsindən Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edilməsi nəticəsində baş vermiş telefon danışığı zamanı “1-hisse Elman A”, “2-hisse Elman A” və “3-hisse Elman A” adlı fayllarda qeydə alınmış səs yazılarını, eləcə də iddiaçı və Cavabdeh2 arasında baş vermiş telefon danışığı zamanı “Sübut1” adlı faylda qeydə alınmış səs yazısını iş üzrə birbaşa əlaqəli olan tərəflər arasında baş verməsinə görə sübut kimi qiymətləndirmişdir.

10. Məhkəmə eyni zamanda, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, “İnekler” və “Buzovlar” adlı fayllardakı video yazıları Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermada çəkilməsi barədə cavabdehlərin nümayəndəsinin məhkəmə iclasındakı izahatında bildirdiyi etirafı əsasında iş üzrə sübut kimi qiymətləndirmişdir.

11. Bunda n əlavə, “1-hisse Elman A”, “2-hisse Elman A” və “3-hisse Elman A” adlı fayllarda qeydə alınmış səs yazılarından görünür ki, telefon danışıqları zamanı Cavabdeh1 özünü bank işçisi kimi təqdim etmiş şəxsə onun iddiaçı ilə əlaqəli olduğu heyvandarlıq təsərrüfatını idarə etdiyini, həmin təsərrüfatda olan 12 baş yanıbalalı inəklərin hər 1 başının 2000 manat olmaqla, cəmi 24000 manat məbləğində pula alındığını, həmin heyvanlar üçün ot və digər yemlərin alınmasına 7000 manat məbləğində və heyvanların saxlandığı fermada aparılan təmir işlərinə 2000 manatdan çox pul vəsaitinin xərcləndiyini, hələlik xərclər çıxılmaqla təsərrüfatdan gəlir əldə edilmədiyinə görə iddiaçı tərəfindən ona 500 manat məbləğində pulun əmək haqqı kimi verildiyini, heyvanlara qulluq göstərilməsi üçün fermada lazımi şəraitin yaradıldığını bildirmiş, həmin danışıqlarda iddiaçı da iştirak etmişdir.

12. Həmçinin, “Sübut1” adlı faylda qeydə alınmış səs yazısından görünür ki, telefon danışığı zamanı Cavabdeh2 iddiaçıya özünün və digər Cavabdeh1 da əlaqəli olduqları heyvandarlıq təsərrüfatından xərclər çıxılmaqla gəlir əldə etməyin mümkün olmadığını, nəticədə sonuncunun bankdan götürdüyü krediti ödəyə bilmədiyini, buna görə də iddiaçı və dayısı X3 öz hesablarına Cavabdeh1 istifadəsində olan və iddiaçının yeni əldə etdiyi fermaları təmir etməzlərsə, eləcə də şərikli heyvandarlıq təsərrüfatını artırmazlarsa, onun və Cavabdeh1 artıq sərf etmədiyinə görə şərikli fəaliyyətdən ayrılacaqlarını, sonuncunun bankdan kreditlə götürdüyü pul hesabına aldığı 6-7 baş mal-qaranı, onun da alacağı 3-4 baş mal-qaranı Cavabdeh1 istifad əsində olan fermada saxlayacaqlarını, iddiaçı isə Cavabdeh2 cavabında sonuncu və Cavabdeh1la şərikli heyvandarlıq fəaliyyətinə müəyyən məbləğdə pul xərclədiyinə, bir neçə banklara kredit borcu olduğuna və nağd pulu olmadığına görə sonuncunun istifadəsində olan və özünün yeni əldə etdiyi fermaların təmirinin yekunlaşdırılması və şərikli heyvandarlıq fəaliyyətinin artırılması ilə bağlı xərcləri bankdan kreditlə alacağı pul hesabına çəkməyi planlaşdırdığını, bununla əlaqədar banka müraciət edəcəyini, həmin xərclərlə bağlı dayısı X3 ona maddi yardım etməyəcəyini bildirmişlər. 13. “İnekler” və “Buzovlar” adlı fayllardakı video yazılarda isə Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermada 12 baş buzov və bir neçə baş inəyin olması əks olunmuşdur.

14. Məhkəm ə iddiaçı, onun nümayəndəsi və cavabdehlərin nümayəndəsinin məhkəmə iclaslarında verdikləri izahatları, iş materiallarında olan, video yazılar, iddiaçı ilə cavabdehlər arasında baş vermiş telefon danışıqlarına dair səs yazıları və göstərilən mülki qanunvericilik normaları əsasında işin cavabdehlərin nümayəndəsi tərəfindən iddiaçının cavabdehlərə qarşı hazırkı məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması və digər əsaslar üzrə mübahisələndirilmiş faktiki halları ilə bağlı müəyyən etmişdir ki, iddiaçı və cavabdehlər 2023-cü ilin iyun ayında iddiaçının pul vəsaiti hesabına bir neçə baş yanıbalalı inəyin alınması, həmin heyvanların Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermada saxlanacağı, həmin fermanın zəruri təmir xərclərinin iddiaçı tərəfindən çəkiləcəyi, fermada heyvanların saxlanması, onlara qulluq edilməsi ilə bağlı bütün işlərin Cavabdeh1 tərəfindən ediləcəyi, cavabdehlərin 2023-cü ilin avqust ayından başlayaraq hər ay ətlik heyvanların satışından əlavə, südlük heyvanlardan sağılacaq südün satışından əldə edəcəkləri pulun müəyyən hissəsini iddiaçıya verəcəkləri, qalan hissəsini isə özlərinə götürəcəkləri, bu fəaliyyətlə əlaqədar bütün xərclərin iddiaçı tərəfindən çəkiləcəyi, sonradan isə heyvandarlıq fəaliyyətini artırmaq, daha çox gəlir əldə etmək məqsədilə iddiaçının Şamaxı rayonu, Günəşli kəndi ərazisində yeni ferma alacağı və avqust ayından başlayaraq iddiaçının Cavabdeh1, həmçinin çoban pulu kimi müəyyən məbləğdə pul verəcəyi barədə şifahi qaydada razılaşmış, yəni müqavilə bağlamışlar. X4 tərəflər arasında olmuş həmin razılaşmaların tərəfi olmamışdır.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə çəkiləcək xərclərə görə 17 iyun 2023-cü il tarixdə 17.000 manat, 6 iyul 2023-cü il tarixdə 4.500 manat olmaqla, cəmi 21.500 manat pulu hər hansı sənəd tərtib edilmədən nağd qaydada vermiş, özünün kart hesabından Cavabdeh1 kart hesabına 11 iyul 2023-cü il tarixdə 1200 manat və 1800 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat və 1 sentyabr 2023-cü il tarixdə 70 manat olmaqla, cəmi 4570 manat məbləğində pul göndərmişdir. Cavabdehlər həmin müqavilə şərtləri ilə əlaqədar iddiaçının onlara nağd qaydada verdiyi cəmi 21500 manat və Cavabdeh1 kart hesabına göndərdiyi cəmi 4570 manat məbləğində pul vəsaitləri hesabına cəmi 1 2 baş yanıbalalı inəklər almış, həmin inəklərin saxlanması üçün 7000 manat dəyərində ot və digər yemlər almış, Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, sonuncunun istifadəsində olan fermada müxtəlif təmir işlərinə 2300 manat məbləğində pul xərcləmişlər. Buna görə də, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi video yazılarda həmin fermada olması əks olunmuş inəklər və buzovlar cavabdehlər tərəfindən iddiaçının verdiyi pul vəsaiti hesabına alınmış heyvanlardır. Sonradan həmin inəklərdən dəyəri 1700 manat təşkil edən bir başı xəstəlikdən ölmüşdür.

16. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin video yazılardakı inəklər və buzovların Cavabdeh1 tərəfindən şəxsi pul vəsaiti və 31 may 2023cü il tarixdə bankdan kreditlə alınmış 13000 manat məbləğində pul vəsaiti hesabına əldə edildiyini, bu halların 2023-cü ilin iyun ayında cavabdehlərlə X4 arasında şərikli heyvandarlıq təsərrüfatının yaradılması barədə razılığın əldə edilməsindən əvvəl baş verdiyini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, nəticədə etirazının əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir.

17. İddiaçı özünün kart hesabından Cavabdeh1 kart hesabına 19 iyul 2023-cü il tarixdə 60 manat məbləğində pulu sonuncunun ərzaq məhsulları almasına, 2 avqust 2023 və 1 sentyabr 2023-cü il tarixlərdə müvafiq olaraq 700 manat və 350 manat məbləğində pulu isə sonrakı razılaşmaya əsasən Cavabdeh1 təsərrüfatda çobanlıq etməsinə görə göndərmişdir. Bu hallar özü-özlüyündə iddiaçının həmin pul məbləğlərini Cavabdeh1 şərikli heyvandarlıq fəaliyyəti ilə əla qədar tələb olunmuş xərcləri ödəməsi səbəbindən deyil, həmin təsərrüfatda yaşaması və heyvanlara qulluq göstərməsi səbəbindən göndərməsi, buna görə də iddia tələbinin iddiaçının çəkməsini göstərdiyi həmin xərclərə aid olan hissədə təmin edilməməsi barədə nəticəyə gəlməyə əsas verir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin müqavilə şərtlərinə əməl etsə də, cavabdehlər iddiaçıya şərikli heyvandarlıq fəaliyyətindən əldə etdikləri gəlir və ya məhsuldan verməməklə, eləcə də bu səbəbdən iddiaçının öz vəsaiti hesabına alınmış heyvanların özünə qaytarılması barədə tələbinə əməl etməməklə müqavilə öhdəliklərini pozmuşlar.

19. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin iş üzrə müəyyən etdiyi yuxarıda göstərilmiş hallar cavabdehlərin nümayəndəsinin iddiaçının cavabdehlərə qarşı hazırkı məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması barədə verdiyi etirazın əsassız olması barədə nəticəyə gəlməyə tam əsas verir.

20. Məhkəmə bu nəticəyə gələrkən, həmçinin cavabdehlərin və onlarının nümayəndəsinin şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı cavabdehlərlə X4 arasında razılaşmanın əldə edilməsi, bu istiqamətdə müəyyən işlərin görülməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsini də nəzərə almışdır.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərlə şərikli heyvandarlıq təsərrüfatının artırılması məqsədilə sonuncularla şifahi qaydada əldə etdiyi razılığa uyğun olaraq, iş materiallarında olan, notarial qaydada təsdiq edilmiş 27 iyul 2023-cü il tarixli beh müqaviləsi əsasında özünün Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən yeni fermanı gələcə kdə 8000 manat məbləğində pula alacağı barədə razılaşdığı beh alana 1000 manat məbləğində pulu beh kimi verməsi, həmçinin, üzərinə pulun qalan 7000 manat hissəsini 31 yanvar 2024-cü il tarixədək ödəmək öhdəliyini götürməsi, eləcə də həmin müqavilənin notarial qaydada təsdiq edilməsinə görə dövlət rüsumu kimi 115 manat məbləğində pul ödəməsi müəyyən edildiyinə görə çəkdiyi və çəkəcəyi həmin xərclərlə əlaqədar cavabdehlərdən cəmi 8115 manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməli olduğunu iddia etsə də, həmin fermanı gələcəkdə beh alana 7000 manat məbləğində pul ödəməklə öz mülkiyyəti kimi əldə edəcəyinə görə iddia tələbi iddiaçının çəkməsini göstərdiyi həmin xərclərə aid olan hissədə təmin edilməməlidir.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı həmin fermada müxtəlif təm ir işlərinin görülməsinə xərclədiyi cəmi 8670 manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməli olduğunu iddia etsə də, məhkəməyə həmin xərclərə dair mötəbər sübut təqdim etmədiyinə, təqdim etdiyi qəbzlərdə isə tikinti materiallarının kim tərəfindən alınması göstərilmədiyinə, digər tərəfdən, məhkəmə iclasında verdiyi izahatında həmin xərcləri mülkiyyəti kimi əldə edəcəyi yeni fermanın istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün şəxsən çəkdiyini göstərdiyinə görə iddia tələbi iddiaçının çəkməsini göstərdiyi həmin xərclərə aid olan hissədə təmin edilməməlidir.

23. İddiaçı cavabdehlərlə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar işlərin görülməsi üçün Bakı şəhərindən Şamaxı rayonuna gedib-gəlməsi, müxtəlif yüklərin daşınması üçün nəqliyyat və logistika xərclərinə görə çəkdiyi cə mi 2400 manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməli olduğunu iddia etsə də, məhkəməyə həmin xərclərə dair mötəbər sübut təqdim etmədiyinə, digər tərəfdən, tərəflər arasında olmuş razılaşmada cavabdehlərin iddiaçının çəkdiyi nəqliyyat və logistika xərclərinə görə məsuliyyət daşıması nəzərdə tutulmadığına görə iddia tələbi iddiaçının çəkməsini göstərdiyi həmin xərclərə aid olan hissədə də təmin edilməməlidir.

24. Cavabdeh1 yuxarıda göstərilən səs yazılarında iddiaçı ilə şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı 12 baş yanıbalalı inəklərin alınmasına görə 24000 manat və həmin heyvanlar üçün ot və digər yemlərin alınmasına görə 7000 manat məbləğində, həmçinin heyvanların saxlandığı fermanın təmir edilməsinə görə 2000 manatdan çox pulun xərcləndiyini bildirsə də, məhkəmə Azərbay can Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə uyğun olaraq, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına görə iddiaçının 23 yanvar 2024-cü il tarixli məhkəmə iclasında yazılı və şifahi qaydada verdiyi izahatlarında cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar 17 iyun 2023-cü il tarixdə 17000 manat və 6 iyul 2023-cü il tarixdə 4500 manat olmaqla, cəmi 21500 manat məbləğində pulu nağd qaydada verməsi, özünün kart hesabından Cavabdeh1 kart hesabına 11 iyul 2023-cü il tarixdə 1200 manat və 1800 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat və 1 sentyabr 2023-cü il tarixdə 70 manat olmaqla, cəmi 4570 manat məbləğində pul göndərməsini göstərməsi əsasında yuxarıda iddiaçını n cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar çəkiləcək xərclərə görə ümumilikdə 26070 manat məbləğində pul verdiyini müəyyən etmişdir. Buna görə də, Cavabdeh1 göstərilən səs yazılarında iddiaçı ilə əlaqəli olduğu heyvandarlıq təsərrüfatına çəkilən xərclərlə bağlı etdiyi etirafı iddiaçının 23 yanvar 2024-cü il tarixli məhkəmə iclasında yazılı və şifahi qaydada verdiyi izahatlarında cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı çəkiləcək xərclərə görə cəmi 26070 manat məbləğində pul verməsini göstərdiyi, yəni işin faktiki hallarına uyğun olan həcmdə nəzərə alınmalıdır. Çünki əks yanaşma məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına gətirib çıxaracaqdır.

25. Məhkəmə yuxarıda göstərilən hüquqi mövqelərə, iş üzrə müəyyən etdiyi hallara və mülki q anunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iş materialları əsasında cavabdehlərin iddiaçıya şərikli heyvandarlıq fəaliyyətindən əldə etdikləri gəlir və ya məhsuldan verməməklə, eləcə də bu səbəbdən iddiaçının öz vəsaiti hesabına alınmış heyvanların özünə qaytarılması barədə tələbinə əməl etməməklə müqavilə öhdəliklərini pozmaları, digər tərəfdən, iddiaçı və onun nümayəndəsinin məhkəmə iclaslarında təsdiq etdikləri kimi, cavabdehlərin iddiaçının verdiyi pul vəsaitləri hesabına aldıqları inəklərdən dəyəri 1700 manat təşkil etmiş bir başının sonradan xəstəlikdən ölməsi, 7000 manat dəyərində ot və digər yemlərin şərikli təsərrüfatdakı heyvanların saxlanmasına sərf edilməsi müəyyən edildiyinə görə iddia tələbi iddiaçının cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə ba ğlı çəkiləcək xərclərə görə verdiyi cəmi 26070 manat məbləğində puldan müvafiq olaraq ölmüş inək, alınmış ot və digər yemlərin dəyərini təşkil etmiş 1700 manat və 7000 manat olmaqla, cəmi 8700 manat məbləğində pulun çıxılmasından sonra qalan 17370 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməli olması hissəsində, yəni qismən təmin edilməlidir.

26. Məhkəmə cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməli olan 17370 manat məbləğində pulun tərkib hissəsi olan, iddiaçının Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermaya çəkməsini iddia etdiyi xərclərin cəmi dəyərini təşkil edən 2300 manat məbləğində pula münasibətdə də iddianı təmin edərkən, sonuncunun göstərilən səs yazılarında, iddiaçının nümayəndəsinə təqdim etdiyi yazılı müraciətində və cavabdehlərin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında həmin fermaya göstərilən məbləğdə xərc çəkilməsini etiraf etmələri ilə yanaşı, cavabdehlərin müqavilə öhdəliklərini göstərilən qaydada pozmaları və həmin fermanın Cavabdeh1 istifadəsində olmasına görə yaxşılaşdırılmasından ibarət nəticənin hazırda sonuncunun ixtiyarında qalmasını da nəzərə almışdır.

27. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442 və 443.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

28. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasi ya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin əsasını təşkil edən sübutları qəbul etsə də, düzgün qiymətləndirməmiş və işin hallarına düzgün qiymət verməyərək yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, təqdim etdiyi sübutlar iddia tələbinin tam şəkildə təmin edilməsinə kifayət edir. İlkin sübut olaraq təqdim etdiyi səs yazılarında cavabdehlərdən Cavabdeh1 özü ümumilikdə onun tərəfindən fermanın qurulmasına 24000 manat (heyvanların alınması), 7000 manat (ot və digər yemlərin alınması) və 2000 manat (fermanın təmir işləri) olmaqla, ümumilikdə 33.000 manatın xərcləndiyini və hətta ona aylıq 500 manat əmək haqqı verilməsini etiraf edir. Bundan başqa, iddiaçı fermaya sərf etdiyi digər xərcləri (təmir, tikinti, ot, yem və s.), cavabdehlərə əlbəəl verdiyi pulun miqdarını məhkəm əyə təqdim etmişdir. O, fermanın qurulması üçün cavabdehlərə 21500 manat nağd qaydada, 5680 manat isə bank kartı vasitəsi ilə nağdsız qaydada vermişdir. İddiaçı fermanın ərsəyə gəlməsi üçün əlavə olaraq pul xərcləmişdir. Məhkəmə isə səhv olaraq onun çəkdiyi xərci ancaq birbaşa verdiyi pullar kimi qiymətləndirmiş, onun ümumi zərərini 26.070 manat müəyyən etmişdir. Həmin puldan da 1700 manatını ölmüş bir ədəd inəyə görə və 7000 manat ot xərclərini isə şərikli xərc kimi qiymətləndirərək yuxarıdakı məbləğdən çıxaraq iddia tələbini 17.370 manat təmin etmişdir. Hətta 7000 manatını şərikli xərc kimi hesab etsə də, məbləğdən birdəfəlik çıxmışdır. Ancaq o, xərci ona görə çəkmişdir ki, fermadan gəlir əldə etsin. Daha sonra məhkəmə təsərrüfat şəraitin yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2023-cü ildə b eh müqaviləsi ilə razılaşdırılmış yeni ferma sahəsinə görə çəkdiyi 8115 manat məbləğində xərci də nəzərə almamışdır. Məhkəmə tələbin bu hissəsini qəbul etməyərkən həmin fermanı gələcəkdə mülkiyyət kimi əldə edəcəyi üçün onun xərci kimi qiymətləndirməmiş, həmçinin tikinti materialların alınmasına dair təqdim etdiyi sübutu mötəbər sübut hesab etməmişdir. Lakin beh müqaviləsi icra olunmadığı üçün onun tərəfindən qarşı tərəfə artıq xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, müqavilənin ləğv edilərək pulun geri qaytarılması tələb edilmişdir. Tikinti materialları ilə bağlı təqdim etdiyi qəbz isə hesab edir ki, sübut kimi qiymətləndirilməlidir. Məhkəmə tikinti materialının kim tərəfindən alınmasını qəbzdə göstərilmədiyini qeyd etsə də, bu mülahizə formal xarakter daşıyır. Çünki tiki nti materialları bazarına alış-veriş edilməsi çek əsasında aparılmır, bu işgüzar adət hamıya məlumdur. O, çek təqdim edirsə, hər halda onu yerdən tapmamışdır. Həmçinin məhkəməyə təqdim etdiyi nəqliyyat və logistika xərclərinə görə çəkdiyi 2400 manat məbləğində pul ilə bağlı məhkəməyə sübut təqdim etsə də qəbul etməmişdir. Halbuki həmin xərclər də fermanın fəaliyyəti ilə əlaqədar olmuşdur. Bu pullar cavabdehlərdən tutularaq ona verilməlidir. O, gəlir əldə etmək üçün cavabdehlərə ilk növbədə heyvanların alınması üçün birbaşa pul vermiş, daha sonra ferma şəriatinin yaxşılaşdırılması, yeni fermanın alınması, heyvanların yem tədarükü və digər təmir tikinti işləri ilə bağlı bütün xərcləri çəkmişdir.

30. Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddianı heç bir araşdırma aparmadan qismən təmin etmişdir. Məhkəmə qətnaməsində heç bir araşdırma aparmadan həmin göstərilən heyvanların kimə məxsusluğunu araşdırmadan guya həmin heyvanların iddiaçı tərəfindən alınması qənaətinə gəlmişdir. Məhkəmə iclaslarının video çəkilişləri və iş materillarına əlavə edilmiş səs yazılarına da baxış keçirdikdə əslində fermanın təmiri üçün göndərilmiş pulun Müşfiq adlı şəxsə məxsus olduğu aydın olur. Müşfiq adlı şəxs ölkəyə gəlib-gedə bilmədiyi üçün iddiaçı, onun tapşırıqlarını yerinə yetirən iş icraçısı çıxış etmişdir. Məhkəmə öz araşdırmasında səs yazılarında istinad etdiyi əsas sübut ki mi guya bank işçisi cavabdeh tərəflə danışdıqda heyvanların iddiaçı tərəfindən alınmasının etiraf olunduğu qənaətinə gəlmişdir. Halbuki səs yazılarında iddiaçı pulunun olmadığı üçün banka müraciət edərək kredit götürmək istədiyini bildirmişdir. Ortada heç bir inkişaf etmiş sahibkarlıqdan söhbət gedə bilməzdi. Belə ki, iddiaçı tərəf istər ərizəsində, istərsə də məhkəmədə verdiyi izahatlarında tərəflərin ilkin görüşmənin iyun ayının əvvəllərində olduğunu bildirmişlər. İş materillarında vəkilə verilmiş etibarnamə aydınlaşdırılsa görünər ki, artıq sentyabr ayının əvvəlində tərəflər arasında məhkəməyə gedəcək vəziyyətə qədər mübahisə yaranmışdır. Belə olan halda cəmi 2 ay ərzində fermanın təmiri, heyvanların alınması və onların süd verməklə biznesdən gəlir əldə edilməsi və həmin gəlirdən iddiaç ıya pay verilməsi ağlabatan deyildir. Çünki həmin 2 ay ərzində ancaq ferma təmir edilmiş, sonradan iddiaçı ilə cavabdeh arasında iddiaçı bankdan kredit götürə bilmədiyi üçün sövdələşmə pozulmuşdur. Təqdim etdiyi Bank Respublika ASC-dən verilmiş çıxarışdan görünür ki, iddiaçı və cavabdehin görüşməsindən əvvəldən fermada heyvanlar və həmin heyvanlarla bağlı digər avadanlıqlar mövcud olmuşdur.

32. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1571/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), A.Novruzova və T.Heydərov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlərin apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Füzuli Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qətnaməsinin ləğ v edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək, Cavabdeh1 cəmi 5.680 manatın alınaraq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

33. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, iddiaçının tələbinin qanuni əsasına istinad etməklə konkret maddi hüquq normasına əsaslanmamış, tərəflər arasında hansı hüquq münasibətlərinin olduğunu və iddianın hansı tələb üzrə təmin edildiyini əsaslandırmamışdır. İddiaçı tərəf tələbində göstərmişdir ki, cavabdehlə birgə heyvan saxlayıb əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılıq əldə edilmiş, bu məqsədlə cavabdehlərin fermasına v əsait xərcləmiş, ota xərci çıxmış, eləcə də bilavasitə cavabdehlərə pul vermişdir, lakin cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Cavabdeh tərəf isə iddianı qəbul etməmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yazılı razılaşma olmamışdır. İzahatlardan da razılaşmanın konkret şərtləri, müddəti, tərəfləri, müqavilə tərəflərinin öhdəlikləri, kimin mülkiyyətində olan fermaya kim tərəfindən nə qədər sərmayə qoyulması, alınan heyvanların kimin mülkiyyəti hesab olunması və gəlirlərin hansı qaydada bölüşdürülməsi barədə şərtlər müəyyən edilmir. İddiaçının bildirdiyinə görə onunla, cavabdehlərin bildirdiyinə görə isə iddiaçının Almaniyada yaşayan dayısı ilə müəyyən şifahi razılaşma olmuşdur. Sonra həmin şifahi razılaşma pozulmuşdur. İndiki halda mübahisə cavabdehləri n öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehlərə verilən pul vəsaitinin qaytarılması ilə bağlıdır. İddiaçı tərəfindən cavabdehlərə, onların əsassız varlanmasına səbəb olan pul verilməsi sübuta yetirilərsə, iddia təmin edilməlidir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, pul məbləğinin verilməsi ilə bağlı sübutetemə iddiaçının üzərindədir. Cavabdeh Elman Adığözəlovun bank kart hesabına pul vəsaitinin köçürülməsini cavabdeh tərəf etiraf etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 kart hesabına iddiaçının kart hesabından 11 iyul 2023-cü il tarixdə 1800 manat, 19 iyul 2023-cü il tarixdə 60 manat, 11 iyul 2023-cü il tarixdə 1200 manat, 27 iyul 2023- cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat, 2 avqust 2023-cü il tarixdə 700 manat, 1 sentyabr 20 23-cü il tarixdə 420 manat olmaqla, cəmi 5680 manat pul vəsaiti göndərilmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfin etirafı nəzərə alınmaqla həmin hissədə iddia Cavabdeh1 qarşı təmin edilməlidir. Qalan hissədə isə iddia sübuta yetirilməmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, fermaya sərf etdiyi digər xərcləri (təmir, tikinti, ot, yem alınması və s.), cavabdehlərə əlbəəl verdiyi pulun miqdarını məhkəməyə təqdim etmişdir. Eləcə də, iddiaçının bildirdiyinə görə məhkəməyə təqdim etdiyi nəqliyyat və logistika xərclərinə görə çəkdiyi 2400 manat vəsaiti, ferma sahəsinə görə çəkdiyi 8115 manat məbləğində xərci də məhkəmə nəzərə almamışdır. Lakin iş materiallarında bu barədə hər-hansı sübut yoxdur. İddiaçının tikinti materialları ilə bağlı təqdim etdiyi qəbzə münasibətdə qeyd edilməlidir ki, qəbzdə qeyd edilən məbləğin cavabdehə ödənilib-ödənilməməsinə dair hər-hansı sübut yoxdur.

37. İddiaçı tərəf sübut qismində audio-video yazıları təqdim etmişdir. Audio-video yazılarla bağlı iddiaçı bildirmişdir ki, birinci səs yazısının 4-cü dəqiqəsinin 9-cu saniyəsindən başlayaraq Cavabdeh1 12 ana və 12 bala inək alınmasını, inəklərin birini 2000 manatdan olmaqla, 24.000 manat xərcləndiyini təsdiq edir. İkinci səs yazısında 6-7 min manatlıq ot alınmasını təsdiq edir. Üçüncü səs yasısında təmirə 2.400-2.500 manat pul qoyulmasını təsdiq edir. Dördüncü səs yazısında ərazi və torpaq alınması təsdiq olunur.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iclasında dinlənilmiş həmin səs yazılarında inəklərin, eləcə də otun bilavasitə iddiaçının pul vəsaiti he sabına alınması müəyyən edilmir. Təqdim edilən videolarda inəklərin olmasının, orada təmir-tikinti işlərinin getməsinin də iddiaçının pul vəsaiti ilə hər-hansı əlaqəliliyi müəyyən edilmir. Təqdim edilmiş audio-video yazıları birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi üçün sübut kimi qəbul etmişdir. Bununla belə, məhkəmə bu sübutlarla iddianın hansı məbləğdə və nə üçün təmin etdiyini də əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehlərə müqavilə şərtləri ilə əlaqədar çəkiləcək xərclərə görə 17 iyun 2023-cü il tarixdə 17000 manat, 06 iyul 2023-cü il tarixdə 4500 manat olmaqla, cəmi 21500 manat məbləğində pulu hər hansı sənəd tərtib edilmədən nağd qaydada verildiyi qənaətinə gəlsə də, bu hal iş materialları ilə təsdiqini tapmır. Məhkəmə həmçinin qətnamədə göstərmişdir ki, cavabdehlər həmin müqavilə şərtləri ilə əlaqədar iddiaçının onlara nağd qaydada verdiyi cəmi 21500 manat və Cavabdeh1 kart hesabına göndərdiyi cəmi 4570 manat məbləğində pul vəsaitləri hesabına cəmi 12 baş yanıbalalı inəklər almışdır. Bu hal da hər-hansı sübutla təsdiqini tapmamışdır. Məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi video yazılarda əks olunmuş inəklər və buzovlar cavabdehlər tərəfindən iddiaçının verdiyi pul vəsaiti hesabına alınmış heyvanlardır. Halbuki, cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən görünür ki, Cavabdeh1 biznesin inkişafı ilə bağlı hələ 2023-cü ilin may ayında Bank Respublikadan kredit götürmüşdür.

39. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normaları pozmuş, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir ki, bunlar da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır.

40. Məhkəmə kollegiyası qeyd etişdir ki, Cavabdeh1 bank kart hesabına 5680 manat məbləğində pul vəsaitinin köçürülməsi faktı ilə bağlı cavabdeh Elman Adığözəlovun etirafı nəzərə alınaraq həmin məbləğin ondan tutulması hissədə iddia təmin edilməli, iddia qalan hissədə, o cümlədən Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayət inin dəlilləri

42. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin əsasını təşkil edən sübutları qəbul etsə də, işin hallarını və sübutları düzgün qiymətləndirməməklə yekunda səhv nəticəyə gəlmişdir. Hesab edir ki, təqdim etdiyi sübutlar iddia tələbinin tam şəkildə təmin edilməsinə kifayət edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi onun cavabdehlərlə şərikli heyvan təsərrüfatının qurulması ilə bağlı razılaşmasının və ya müqaviləsinin ol madığını qeyd etmiş, lakin Cavabdeh1 izahatını, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında əslində şərikli heyvandarlıq təsərrüfatının qurulması ilə bağlı razılığın olması barədə etirafını nəzərə almamışdır. Cavabdehlər şərikli heyvandarlıq təsərrüfatının qurulması ilə bağlı razılığı etiraf etmiş, sadəcə onun subyektiv hüququnu mübahisələndirərək bu razılığın guya onun dayısı Müşviq ilə olduğunu qeyd etmişlər. Yəni apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş və mənimlə cavabdehlər arasında şərikli heyvan təsərrüfatının qurulması ilə bağlı razılaşmanın olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

55. Maddə

420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mö vqeyi

58. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

60. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, iddiaçının tələbinin qanuni əsasına istinad etməklə konkret maddi hüquq normasına əsaslanmamış, tərəflər arasında hansı hüquq münasibətlərinin olduğunu və iddianın hansı tələb üzrə təmin edildiyini əsaslandırmamışdır. İddiaçı, tələbində göstərmişdir ki, cavabdehlə birgə heyvan saxlayıb əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılıq əldə edilmiş, bu məqsədlə cavabdehlərin fermasına vəsait xərcləmiş, ota xərci çıxmış, eləcə də bilavasitə cavabdehlərə pul vermişdir, lakin cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Cavabdeh tərəf isə iddianı qəbul etməmişdir.

61. A pellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yazılı razılaşma olmamışdır. Tərəflər izahatlarında razılaşmanın konkret şərtləri, müddəti, tərəfləri, müqavilə tərəflərinin öhdəlikləri, kimin mülkiyyətində olan fermaya kim tərəfindən nə qədər sərmayə qoyulması, alınan heyvanların kimin mülkiyyəti hesab olunması və gəlirlərin hansı qaydada bölüşdürülməsi barədə şərtlər müəyyən edilmir. İddiaçının bildirdiyinə görə onunla, cavabdehlərin bildirdiyinə görə isə iddiaçının Almaniyada yaşayan dayısı ilə müəyyən şifahi razılaşma olmuşdur. Sonra həmin şifahi razılaşma pozulmuşdur. İndiki halda mübahisə cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehlərə verilən pul vəsaitinin qaytarılması ilə bağlıdır. İddiaçı tərəfindən cavabdehlərə, onl arın əsassız varlanmasına səbəb olan pul verilməsi sübuta yetirilərsə, iddia təmin edilməlidir.

62. Apellyasiya instansiyası məhkəməsi, qeyd etmişdir ki, pul məbləğinin verilməsi ilə bağlı sübutetemə iddiaçının üzərindədir. Cavabdeh Elman Adığözəlovun bank kart hesabına pul vəsaitinin köçürülməsini cavabdeh tərəf etiraf etmişdir. İşdən görünür ki, Cavabdeh1 kart hesabına iddiaçının kart hesabından 11 iyul 2023-cü il tarixdə 1800 manat, 19 iyul 2023-cü il tarixdə 60 manat, 11 iyul 2023-cü il tarixdə 1200 manat, 27 iyul 2023- cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat, 2 avqust 2023-cü il tarixdə 700 manat, 1 sentyabr 2023-cü il tarixdə 420 manat olmaqla, cəmi 5680 manat pul vəsaiti göndərilmişdir.

63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfin etirafı nəzərə alınmaqla həmin hissədə iddia Cavabdeh1 qarşı təmin edilməlidir. Qalan hissədə isə iddia sübuta yetirilməmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, fermaya sərf etdiyi digər xərcləri (təmir, tikinti, ot, yem alınması və s.), cavabdehlərə əlbəəl verdiyi pulun miqdarını məhkəməyə təqdim etmişdir. Eləcə də, iddiaçının bildirdiyinə görə məhkəməyə təqdim etdiyi nəqliyyat və logistika xərclərinə görə çəkdiyi 2400 manat vəsaiti, ferma sahəsinə görə çəkdiyi 8115 manat xərci də məhkəmə nəzərə almamışdır. Lakin mülki iş materiallarında bu barədə hər-hansı sübut yoxdur. İddiaçının tikinti materialları ilə bağlı təqdim etdiyi qəbzə münasibətdə qeyd edilməlidir ki, qəbzdə qeyd edilən məbləğin cavabdehə ödənilib-ödənilməməsinə dair hər-hansı sübut yoxdur. İddiaçı, məhkəməyə sübut qismində audio-video yazıları təqdim etmişdir. Audio-video yazılarla bağlı iddiaçı bildirmişdir ki, birinci səs yazısının 4-cü dəqiqəsinin 9-cu saniyəsindən başlayaraq Cavabdeh1 12 baş ana və 12 baş bala inək alınmasını, inəklərin birini 2000 manatdan olmaqla, 24.000 manat xərcləndiyini təsdiq edir. İkinci səs yazısında 6-7.000 manatlıq ot alınmasını təsdiq edir. Üçüncü səs yasısında təmirə 2.400-2.500 manat pul qoyulmasını təsdiq edir. Dördüncü səs yazısında ərazi və torpaq alınması təsdiq olunur.

64. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında dinlənilmiş həmin səs yazılarında inəklərin, eləcə də otun bilavasitə iddiaçının pul vəsaiti hesabına alınması müəyyən edilmir. Təqdim edilən videolarda inəklərin olmasının, orada təmir-tikinti işlərinin getməsinin də iddiaçının pul vəsaiti ilə hər-hansı əlaqəliliyi müəyyən edilmir. Təqdim edilmiş audio-video yazıları birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi üçün sübut kimi qəbul etmişdir. Bununla belə, məhkəmə bu sübutlarla iddianın hansı məbləğdə və nə üçün təmin etdiyini də əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehlərə müqavilə şərtləri ilə əlaqədar çəkiləcək xərclərə görə 17 iyun 2023-cü il tarixdə 17000 manat, 06 iyul 2023-cü il tarixdə 4500 manat olmaqla, cəmi 21500 manat məbləğində pulu hər hansı sənəd tərtib edilmədən nağd qaydada verildiyi qənaətinə gəlsə də, bu hal mülki iş materialları ilə təsdiqini tapmır.

65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər həmin müqavilə şərtləri ilə əlaqədar iddiaçının onla ra nağd qaydada verdiyi cəmi 21.500 manat və Cavabdeh1 kart hesabına göndərdiyi cəmi 4.570 manat pul vəsaitləri hesabına cəmi 12 baş yanıbalalı inəklər almışdır. Bu hal hər-hansı sübutla öz təsdiqini tapmamışdır.

66. Əksinə, iddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi video yazılarda sözügedən inəkləri və buzovları cavabdehlərin iddiaçının verdiyi pul vəsaiti hesabına aldıqlarını göstərsə də, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, Cavabdeh1 biznesin inkişafı ilə bağlı hələ 2023-cü ilin may ayında Bank Respublikadan kredit götürmüşdür. Ona görə də Cavabdeh1 5.680 manat pul tutulub iddiaçıya ödənilməklə iddia qismən təmin olunmalıdır.

67. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmi n edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(106)-1571/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar