Məhkəmə qərarları › İş №2(102)-902/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-902/2020

17.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-902/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(025)-813/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilmiş, Qəbələ rayon AİK-nın 26.05.1998ci il tarixli qərarı ilə JN-033 İ nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,76 ha torpaq sahəsindən İddiaçı1 payının 0,1688 ha, İddiaçı2 payının 0,1688 ha Cavabdeh payının 0,4221 ha, JN-033G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,22 ha torpaq sahəsindən İddiaçı1 payının 0,0448 ha, İddiaçı2 payının 0,0448 ha və Cavabdeh payının 0,1221 ha müəyyən olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ə.T.Məcidov, hakimlər M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)2381/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Qəbələ Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(025)-813/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxla nılmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 10 saylı qərarı ilə JN-033F saylı şəhadətnamə ilə verilmiş 0,84 ha, JN-033Y saylı şəhadətnamə ilə verilmiş 0,22 ha və JN-0331 saylı şəhadətnamə ilə verilmiş 0,76 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə prosesinin gedişində, 18.04.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 0,84 ha torpaq sahəsindən paylarının müəyyən olunmasına dair hissəsini geri götürdüklərini bildi rmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, kassatorun 2008-ci ildə atası, 2015-ci ildə anası öldükdən sonra o, onlardan qalan mirası faktiki olaraq qəbul edərək, sahibi olmuş və idarə etmiş, digər vərəsələr qanunvericiliklə müəyyən olunmuş müddətdə vərəsəliyin müəyyən olunması və mirasın qəbul edilməsinə dair notariat kontoruna müraciət etməmişlər. Hesab edirlər ki, məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamış və qanunvericiliyin tələbi pozulmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 iyul 2019-cu il tarixli 2(107)-2381/2019 saylı qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçılar İddiaçı1 və vəkili İddiaçı2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildirişlər göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 iyul 2019-cu il tarixli 2(107)-2381/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qətnamədə qeyd etmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu X kəndində X oğlunun, X2 və Cavabdeh paylı mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmiş və JN-033G saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə adlarına rəsmiləşdirilmişdir. JN-033İ saylı şəhadətnamə ilə isə onların paylı mülkiyyətinə 0,76 ha torpaq sahəsi verilmişdir. Payçılardan tərəflərin valideynləri olan X oğlu 17 iyun 2008-ci il tarixdə, X3 isə 08 oktyabr 2015-ci il tarixdə vəfat etmişlər. Tərəflər arasında mübahisələndirilən torpaq sahələri miras olaraq iddiaçılar və cavabdeh tərəfindən qəbul olunaraq 2018-ci ilin sentyabr ayınadək birgə istifadə olunmuşdur. Lakin onlar qanunla müəyyən olunmuş müddətdə mirasa dair vərəsəliyin açılması üçün notariat orqanına müraciət etməmişlər. Digər payçılar, iddiaçıların və cavabdehin bacıları - X8, X9, X7 və X5 isə mirası qəbul etməmişlər. Onlar Qəbələ regional «ASAN xidmət» nəzdindəki notariat ofisində yazdıqları ərizələrində X oğlunun 17.06.2008-ci ildə vəfat etdiyini, ondan miras qalmış əmlakdan onlara çatası payı faktiki qəbul etmədiklərini, qəbul etmək fikrində də olmadıqlarını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətlərinin olmadığını qeyd etmişlər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu X kəndində X oğlunun, X2 və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0,22 ha və 0,76 ha torpaq sahələrindən, iş üzrə üçüncü şəxslərin miras torpaq sahəsindən onlara düşən paylarından imtina etmələri, eləcə də mərhum X oğlundan, X1 tərəflərə miras qalmış, həmçinin cavabdehin payına düşən hissəsi də nəzərə alınaraq, mirasın kütləsinə daxil edilməklə həmin torpaq sahələrindən payları müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesa b etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın 26.05.1998-ci il tarixli qərarı ilə JN-033İ nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,76 ha torpaq sahəsindən iddiaçı Abdusalamov Sakit Tatı oğlunun payı 0,1688 ha, İddiaçı2 payı 0,1688 ha, Cavabdeh payı 0,4221 ha, JN-033G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,22 ha torpaq sahəsindən İddiaçı1 payı 0,0448 ha, İddiaçı2 payı 0,0448 ha və Cavabdeh payı 0,1221 ha müəyyən olunmalıdır. Apellyasiya kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildi rərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmi n edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(025)- 813/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1262, 1274, 1282.1 və 1291-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 2008-ci ildə atası, 2015-ci ildə anası öldükdən sonra kassator, onlardan qalan mirası faktiki olaraq qəbul edərək, sahibi olmuş və idarə etmiş, digər vərəsələr qanunvericiliklə müəyyən olunmuş müddətdə vərəsəliyin müəyyən olunması və mirasın qəbul edilməsinə dair notariat kontoruna müraciət etməmişlər. Hesab edirlər ki, məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamış və qanunvericiliyin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri mülahizə olmaqla, hər hansı sübutla təsdiq edilmir, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar n öqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. İş üzrə apellyasiya instansiya məhkə məsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında, araşdırılmış sübutlar əsasında qəbul edilmiş, hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 iyul 2019-cu i l tarixli 2(107)-2381/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar