Məhkəmə qərarları › İş №2(102)-904/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-904/2019

11.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-904/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, kassatorun vəkili Mustafayev Raqif Həmid oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7458/2018 saylı 17 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Qasımov, iş № 2(008)-1270/2018) iddiaçı x1 cavabdeh x2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov, iş № 2(103)7458/2018) iddiaçı x1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2018-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, iddiaçı x1 tərəfindən cavabdeh x2 10000 (on min) manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 30 -da yerləşən iki otaqlı 44 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdeh x2 kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Göstərilən qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi və “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 8.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 3-da yerləşən iki otaqlı 44 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Bu hal “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* saylı, 23.10.2008-ci il tarixli “ reyestrdən çıxarış” ilə təsdiq edilir. Mənzildə iddiaçı özü, qardaşı (cavabdeh) və onların atası xx yaşayış yeri üzrə qeydiyyatdadırlar. Hərbçi olan cavabdeh həmin mənzildə demək olar ki, əksər vaxtlar yaşamır. Cavabdeh birgə yaşayış qaydaları ilə bir araya sığmayan hərəkətlər etdiyi üçün cavabdehin mübahisəli mənzildə yaşaması qeyri-mümkündür. Bu səbəbdən də, iddiaçı, cavabdehə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddia ilə məhkəmələrə müraciət etmək məcburiyyətində qalmışdır. Onun bu kimi iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilsə də, apellyasiya və kasasiya instansiya məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməklə mümkün olmasından ibar ət olduğundan, həmin instansiyalarda cavabdehin yaşayış sahəsindən istifadə hüqularının itirilməsi ilə bağlı hissədə rədd edilmişdir. Cavabdehin mülkiyyətində ****saylı, 26.11.2009-cu il tarixli çıxarışa əsasən xx ünvanında 2 otaqdan ibarət şəxsi mənzili vardır. Bundan başqa cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasına gedərək orada yaşayır, orda ailə qurmuş, hətta əldə etdiyi məlumata görə həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Apelyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi kompensasiya məbləğinin 10.000 manata qaldırıldığını bildirmişlər. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və onun vəkili Mustafayev Raqif Həmid oğlu kassasiya şikayəti verərək apellyasiya instansi yası məhkəməsi qətnaməsinin qanunsuz hesab edilərək ləğv olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarından düzgün nəticə çıxarılmamış, maddi hüquq normaları yanlış tətbiq edilmiş, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi nəzərə alınmamış, bu norma mülki və mənzil qanunvericiliyinin maddi normaları ilə sistemli şəkildə şərh edilib düzgün qiymətləndirilməmişdir. Prosessual məsələlər: Kassasiya in stansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili Mustafayev Raqif Həmid oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7458/2018 saylı 17 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatorun vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında 23.10.2008-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır. İş üzrə tərəflər və onların atası həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehin həmin mənzildə yerləşən yaşayış sahəsində istifadə etmək hüququ var. Hazırda iddiaçı onun tərəfindən cavabdehə 10.000 manat kompensasiya ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. İş materiallarında olan xx” MMC tərəfindən verilmiş daşınmaz əmlakın kirayə qiyməti ilə bağlı 25 yanvar 2018-ci il tar ixli arayışdan görünür ki, ******* ünvandakı orta təmirli, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, boş vəziyyətdə olmaqla 2 otaqlı mənzilin 23 yanvar 2018-ci il tarixinə olan aylıq kirayə haqqı 220 manat təşkil edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi pr insipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri nə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi r ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.” Konstitusiya Məhkəməsi daha sonra qeyd etmişdir ki, öz müstəqilliyini elan etmiş, hüquqi və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Respublikasında dövlət tərəfindən mülkiyyət hüququna münasibət tamamilə dəyişmişdir. Konstitusiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Həmin işdə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqların ın istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə Kollegiyası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi ilə bağlı aşağıdakılar ı qeyd etməyi zəruri hesab edir:

1. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı işlər fərqli xüsusiyyətlərə malik olduqlarına görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır;

2. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir;

3. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil;

4. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyə tçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər;

5. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur;

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, müqayisəli mənzilin yerləşdiyi ərazidə iki otaqlı mənzilin aylıq kirayə haqqının 220 manat olduğunu, analoji işlər üzrə məhkəmə təcrübəsini və hazırkı işdə həmin təcrübənin nəzərə alınmamas ı üçün əsasların, habelə cavabdehin maddi və fiziki durumu ilə bağlı müstəsna halların olmadığını, həmçinin cavabdehin həmin ünvanda yaşamadığını nəzərə alaraq tam qanuni və əsaslı olaraq hesab etmişdir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Çünki cavabdeh həmin məbləğə 3 il 9 ay müddətində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edir. Həmçinin, hazırki şəraitdə iddiaçının cavabdehə təklif etdiyi kompensasiyanın məbləği ədalətli və ağlabatandır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh istinad etdiyi halları sübut edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində yalnız sözlə ifadə edilmiş dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7458/2018 saylı 17 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar