Məhkəmə qərarları › İş №2(102)-907/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-907/2024

18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-907/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1) iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi,sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6254/2*23 nömrəli, 18 oktyabr 2*23-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 mart 2*24-cü il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 Banuçiçək Şahlar qızının (bundan sonra “iddiaçı”) atasıdır. 2. 17.*2.2*2*-ci il qeydiyyat tarixli 112***8562 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. *7 aprel 2*21-ci il tarixdə iddiaçının atası X5 ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən iddiaçını X8ə 34**** manat borc verilmişdir. 4. *7.*4.2*21-ci il tarixli 3M-11*5 saylı ipoteka müqaviləsinə əsasən X5 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili C avabdeh2ndə *7.*4.2*21-ci il tarixdə bağlanmış 3M-11*4 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə cavabdehin xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. X5 18.12.2*21-ci il tarixdə vəfat etmişdir. 6. *1.*4.2*22-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı 18.12.2*21-ci il tarixdə vəfat etmiş X2 vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 17.*2.2*2*-ci il tarixdə X3 verilmiş **4*11****84-*51*1*93*2* reyestr nömrəli, 112***8562 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 171 kv/m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrin dən əldə edilmiş 17.*2.2*2*-ci il tarixli qeydiyyat nömrəsi 2219*31135117*5*1 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil ipoteka ilə yüklüdür.

7. İddiaçı hazırda Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilin mülkiyyətçisidir. 8. “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 2*.12.2*22-ci il tarixli icra qeydinə əsasən iddiaçıya məxsus ünvan 4 evin 33,34,35 saylı ünvanda yerləşən əmlaka tutma yönəldilməsi haqqında icra qeydi aparılmış, icra qeydində tələbkara ödənilməli olan cəmi məbləğin 34**25 manat olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddi açı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 olmaqla, Cavabdeh2nə (bundan sonra “cavabdeh” və ya “Notariat ofisi”) qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, notariat ofisinin 8İ-23854 nömrəli, 2*.12.2*22-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Notariat ofisinin xüsusi notariusu tərəfindən heç bir araşdırma aparılmadan, onların həqiqətən də Cavabdeh1 34*.*** manat məbləğində pul borcunun olub-olmamasını, borcun təminatı olaraq qeyd edilən mənzillərə dair ipoteka müqaviləsi bağlanarkən onların razılığının olub-olmamasını müəyyənləşdirmədən “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh1 xeyrinə, borclu Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 22, mənzil 3* ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı *7.*4.2*21-ci il tarixli kredit müqaviləsinə əsasən *7 iyul 2*21-ci il tarixinədək vaxtında ödənilməmiş 34**** manat pulun ondan tutulması barədə 2* dekabr 2*22-ci il tarixli, 8i23854 nömrəli icra qeydi vermişdir.

11. İddiaçı sözügedən icra qeydinin ləğv edilməsi barədə ərizə ilə Notariat ofisinə müraciət edərək, 8İ23854 nömrəli, 2*.12.2*22-ci il tarixli icra qeydinin ləğv edilməsi xahiş edilmişdir. Notariat ofisinin notariusu Elmar Vəliyev məktub ünvanlayaraq, icra qeydi çıxarılarkən qanunvericiliyin tələblərinə ciddi riayət edildiyini, borc məbləğinin borclu tərəfindən notariusun depozit hesabı vasitəsilə qaytarılmadığından, eyni zamanda icra qe ydinin çıxarılmaması üçün notariat ofisinə müraciəti daxil olmadığından, notariat hərəkətinin tərəfindən təsdiq edildiyini bildirmişdir.

12. İddiaçının atası X5 ilə Cavabdeh1 arasında kredit müqaviləsi *7.*4.2*21-ci il tarixdə bağlanmış və sözügedən kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti *7.*7.2*21-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. X8 18.12.2*21-ci il tarixdə vəfat etmişdir. Atasının vəfat edənədək Cavabdeh1 bir dəfə də olsun gəlib borcunu tələb etməmiş, nə də ki, icra qeydi verilməsi üçün notariat ofisinə müraciət etməmişdir. Çünki iddiaçının atası kredit müqaviləsində müəyyən edilmiş müddət ərzində 34**** manat məbləğində borcu tam olaraq borcverən Cavabdeh1 ödəmişdir. Hazırda isə atasının vəfat etməsindən istifadə edərək, Cavabdeh1 əs assız olaraq həmin borc məbləğini atasının vərəsəsi olaraq iddiaçıdan tələb edir.

13. Mövcud qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki tələbkarla borlu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır.

14. Həmçinin notariat ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcla bağlı mübahisənin olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və girov müqaviləsinə əsaslanmaqla, həmin müq avilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Qanunun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozmuşdur.

15. Birinci instansiya məhkəməsi sorğu vasitəsilə Notariat ofisindən icra qeydi ilə bağlı notariat işin almışdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3* may 2*23-cü il tarixli, 2(**6)14*1/2*23 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Anar İbadzadə)

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi digər halların mövcudluğu ilə bir likdə, ipoteka saxlayan tərəfindən "İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişin ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi, habelə bildirişin müvafiq reyestrdə qeydə alınması müəyyən edildiyi zaman aparıla bilər. Qanunun tələbinə görə, müvafiq bildiriş "İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməmişdirsə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz.

18. Həmçinin qanunvericiliyə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra q eydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

19. Birinci instansiya məhkəməsi göstərmişdir ki, məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 3M-11*5 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya (onun vərəsəsinə) bildiriş göndərilmiş, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

20. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təm in edilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa, iddiaçı iddia tələbinin əsasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 6.2-ci, "Notariat haqqında” Qanununun 76, 79-cu, "İpoteka haqqında” Qanunun 36.2, 36.3, 36.3-1, 36.4.1, 36.4.2 36.5, 36.6, 37.1, 37.3, 38.1, 38.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2***-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162, 169-1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetini n 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-1-ci bəndərinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə yalnız maddi hüquq normalarını öz qətnaməsində sadalamaqla iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları, yəni iddia tələbinin əsaslarını və dəlillərini araşdırmamışdır. Belə ki, iddia tələbi ndən göründüyü kimi, mübahisə predmeti olan mənzillər borcun müqabilində ipoteka ilə yüklü edilsə də, iddiaçının mərhum atası Şahlar Abdullazadə Cavabdeh1 almış olduğu borcu tam olaraq borc verənə qaytarmış, məhz bu səbəbdən atası rəhmətə gedənə kimi bir dəfə də olsun borc verən Cavabdeh1 bu məsələ ilə nə mərhum atasına, nə notariat orqanına, nə də ki, məhkəməyə müraciət etməmişdir. Eləcə də iddia tələbində notariat orqanının icra qeydi verənə kimi öz üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmədiyi məhkəmənin diqqətinə çatdırılsa da, işə baxmış birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına qiymət verməmişdir. İş üçün əhəmiyyəti olan hal, yəni iddiaçının mərhum atasının Cavabdeh1 borcunun olmaması sübut olunsa da, məhkəmə əsassız və qanunsuz olaraq Notariat ofisinin icra qey dini əsaslı hesab etmişdir. İddiaçının atasının borc verən Cavabdeh1 borcu olmamış, o borcunu tam olaraq ödəmiş, sadəcə səhhəti imkan verməmişdir ki, notariat orqanına gedib borc və ipoteka müqavilələrini ləğv etdirsin. Sonradan da göründüyü kimi, iddiaçının atası vəfat etmiş, Cavabdeh1 isə onun ölümündən istifadə edərək, ona məxsus əmlakları ələ keçirmək istəmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6254/2*23 nömrəli, 18 oktyabr 2*23-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, *7.*4.2*21-ci il tarixli 3M11*4 saylı kredit müqavil əsinə əsasən Cavabdeh1 X3 34**** manat məbləğində borc pul vermişdir. Tərəflər arasında bağlanmış *7.*4.2*21-ci il tarixli 3M-11*5 saylı ipoteka müqaviləsinə əsasən X5 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh2ndə *7.*4.2*21-ci il tarixdə bağlanmış 3M-11*4 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 xeyrinə ipoteka ilə etmişdir. X5 18.12.2*21- ci il tarixdə vəfat etmiş, *1.*4.2*22-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 vərəsəsi olan iddiaçı həmin əmlakdan tam hissədə pay almışdır. Yuxarıda qeyd edilən həmin borc məbləğinin ödənilməsi üçün Notariat ofisi tərəfindən 2* dekabr 2*22-ci il tarixli, 8i23854 nömrəli icra qeydi verilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi göstəmişdir ki, hazırda iddiaçı mərhum atası tərəfindən kredit müqaviləsi üzrə borc məbləğinin tam ödənildiyini və səhhəti ilə əlaqədar olaraq icra şöbəsinə məlumat verə bilmədiyini desə də, iddiaçı atası X5 tərəfindən Cavabdeh1 olan borcunu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi icra qeydinin ləğv edilməsi barədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulamışdır ki, qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya g öndərildiyi halda aparır. İş materiallarına əlavə olunmuş 3M-11*5 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya (onun vərəsəsinə) bildiriş göndərilmiş, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

28. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. a)Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, guya tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya (onun vərəsəsinə) bildiriş göndərilmiş, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. Həmin bidirişin kim tərəfindən, yəni iddiaçı və ya iddiaçının mərhum atası tərəfindən alınması istiqamətində məhkəmələr tərəfindən heç bir araşdırma aparılmamışdır. Şəxsən iddiaçı tərəfindən belə bir bildiriş alınmamış, iddiaçının atası tərəfindən həmin bildirişin alınıb-alınmamasının müəyyən edilməsi isə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən həmin halın aydınlaşdırılması mütləqdir. Belə ki, mövcud qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Apellyasiya instansiya məhkəməsi hazırki işə baxarkən işin hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Həmçinin qətnamə əsaslandırılmamış və bu qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipote kanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldil məsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. “Notariat haqqında” Qanun Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 -cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin gö ndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.[121] Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd

161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi günd ən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Bənd

162. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Bənd

165. Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır. Bənd 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə ic ra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı ə ks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda;e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədik də. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2***-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutula n məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya i nstansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 42*. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

32. Kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğvini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydası nda baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

37. İddia tələbi *7.*4.2*21-ci il tarixli kredit müqaviləsi əsasında 2* dekabr 2*21-ci il tarixdə verilmiş icra qeydinin ləğv olunması barədədir. İddiaçı tələbinin əsası kimi qeyd edilən müqavilə üzrə atasının bor cu qaytarmasına, eləcə də icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilməməsinə istinad etmişdir.

38. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı atası X5 tərəfindən Cavabdeh1 olan borcunu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də, tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya (onun vərəsəsinə) bildiriş göndərilmiş, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. 4*. Kassasiya şikayətinin dəlilləri də eynilə iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Həmin dəlillərə də müvafiq olaraq birinci və apellyaisya instansiyaları məhkəmələri qiymət verib və icra qeydinin verilməsi zamanı iddiaçının istinad etdiyi dəlillər təkzib edilməklə qanun pozuntuları aşkar edilməyib.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6254/2*23 nömrəli, 18 oktyabr 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar