Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-908/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-908/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2 (006 )-xx/18) İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi”tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən maddi zərərə görə 4.955 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 5.455 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, X.Cəlilova və İ.Xəlilov, iş № 2 (103)-xx/18) cavabdeh “xxxx” X3 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdı r. Cavabdeh “xxxx” KB ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KB ASC-nin onun evinə bitişik mülkünün sökülməsi nəticəsində ona dəymiş 30.000 AZN məbləğində maddi zərərin və 20.000 AZN mənəvi zərərin əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili M.Cabbarov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil M.Cabbarovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müz akirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 96 saylı fərdi yaşayış evinin 2 otağı iddiaçının, 2 otağı cavabdehin, 1 otağı isə iş üzrə tərəf olmayan şəxsin mülkiyyətindədir. Evin cavabdehə məxsus hissəsinin sökülmə si və yeni tikilinin inşa olunması nəticəsində iddiaçıya məxsus mənzildə qüsurlar əmələ gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16.05.2018-ci il tarixli, 32836 saylı ekspert rəyi ilə iddiaçıya məxsus hissədə yaranmış qüsurların məhz cavabdehə məxsus hissənin sökülməsi, yeni tikilinin inşa olunması nəticəsində yarandığı və dəymiş zərərin bərpa olunması üçün sərf olunacaq vəsaitin məbləğinin 4955 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 1096, 1097.1 və 1115-ci maddələrini, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002 -ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri və ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehdən maddi ziyan olaraq 4955 manat və mənəvi zərərin əvəzi kimi 500 manat pul tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyi kifayət qədər əsaslandırıldığından həmin rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Rəydən də görünür ki, baxış zamanı evin cavabdehə məxsus hissəsinin sökülərək yerində yeni tikilinin inşa edildiyi, iddiaçının yaşadığı mənzilin cavabdehə aid hissəsində yerləşən divarlarında su sızma əlamətlərinin olduğu müəyyən edilmişdir. Bu fakt iddiaçıya məxsus mənzilə atmosfer sularının axıdılmasının cavabdehin apardığı söküntü işləri ilə əlaqədar yarandığı barədə qənaətə gəlməyə əsas verir. Digər tərəfdən, cavabdeh paylı mülkiyyətdə olan evin ona məxsus hissəsində söküntü və tikinti işləri apardığını mübahisələndirməmişdir. Həmçinin iş üzrə tutulması qət edilmiş mənəvi ziyanın əvəzi ədalətli və ağlabatandır, iddiaçıya dəymiş maddi ziyana mütənasibdir. Məhkəmə kollegiyası apellyasiya instansi yası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təmin olunması üçün əsas müəyyən etməyərək qeyd edir ki, onun kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Bu qiymət məhkəmə kollegiyasını qane etdiyindən məhkəmə kollegiyası həmin dəlillərə yenidən qiymət verilməsinə lüzum görmür. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin apellyasiya qaydasında mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-908/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-908/2019
29.01.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver