Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-908/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh4 ASC Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh3 Üçüncü şəxs: X.X.X. İddia tələbi: ümumi yığıncağın İdarə Heyətinin üzvlərinin seçilməsinə dair qərarının ləğv edilməsi, X14 reyestrində edilmiş dəyişikliyin ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi Açar sözlər: təmsilçinin bağladığı əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddi açı vəkili Vəkil, cavabdehlər Cavabdeh4 ASC-nin və Cavabdeh1 vəkili X3, Cavabdeh1, üçüncü şəxs X.X.X.nin nümayəndəsi X7 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5588/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh4 ASC Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə D-2376 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Universal ev” ATSC-nin hüquqi varisi olan xx.xx.1998-ci il tarixdə 30 №-li şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx.” ATSC-nin hüquqi varisidir. Cəmiyyətin Ali İdarəetmə orqanı onun səhmdarlarının Ümumi Yığıncağıdı r. Ümumi Yığıncaq səsli səhmlərin 60 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir. Ümumi Yığıncaqda yetərsay olmadıqda, Ümumi Yığıncaq yenidən çağırılır. Bu zaman Ümumi Yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan Ümumi Yığıncaq səsli səhmlərin 40 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir. Ümumi Yığıncaqda səs vermə “bir səsli səhm – bir səsdir” prinsipi əsasında həyata keçirilir. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyəti tək sayda olmaqla azı üç fiziki şəxsdən ibarət olur. İdarə Heyətinin üzvləri Ümumi Yığıncaq tərəfindən Cəmiyyətin səhmdarları və kənar şəxslərdən üç il müddətinə seçilir. İdarə Heyətinin iclası üzvlərinin 2/3 hissəsi iştirak etdikd ə səlahiyyətli sayılır. İdarə heyətinin sədri üzvlər arasından Ümumi Yığıncaq tərəfindən təyin edilir. Cəmiyyətin hazırda 14 nəfər səhmdarı var. Cəmiyyətin fəaliyyəti ilə bağlı bir sıra məsələlərin müzakirə edilməsi məqsədi ilə xx xxxxx 2018-ci il tarixdə ümumi yığıncağın iclasının keçirilməsi planlaşdırılmış, lakin yetərsay olmadığından həmin tarixə təyin edilmiş ümumi yığıncağın iclası baş tutmamış və ümumi yığıncaq xx xxx 2018-ci il tarixdə yenidən çağırılmışdır. Həmin iclasın gündəliyinə dəyişiklik edilmiş və digər məsələlərlə yanaşı Cavabdeh4 ASC-nin seçkili orqanlarının yenidən seçilməsi məsələsi də gündəliyə daxil edilərək, müzakirəyə çıxarılmış və 11 səhmdarın iştirak etdiyi bu iclasda İdarə Heyətinin üzvlüyünə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 namizədliyi təklif edilməklə, bu məsə lə səsverməyə çıxarılmışdır. Ümumilikdə 47,31% səhmə malik olan səhmdarların lehinə səs verməsi nəticəsində bu şəxslər İdarə Heyətinin üzvü, eyni zamanda X1 Heyətinin sədri seçilmişdir. Həmin yığıncaqda qəbul edilmiş qərarlar cəmiyyətin İdarə Heyətinin keçmiş sədri Cavabdeh3 tərəfindən yığıncağın gündəliyinin qanunsuz olaraq dəyişdirilməsi əsası ilə mübahisələndirilmiş, lakin onun bu barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Apellyasiya və kassasiya instansiyaları məhkəmələri bu nəticə ilə razılaşmışlar. Həmin protokol və digər aidiyyəti sənədlərə uyğun olaraq Azərbaycan Respublikası Vergilər Naziriliyi tərəfindən cəmiyyətdə baş vermiş dəyişiklik qeydiyyata alınmışdır. Hazırda cəmiyyətin səhmdarı olan İddiaçı həmin yı ğıncağın “cəmiyyətin idarə heyətinin üzvlərinin seçilməsinə dair” qərarını mübahisələndirir və bu barədə qərar qəbul edilərkən cəmiyyətin səhmdarları olan X2, X8, X5 və X4 verdikləri etibarnamə əsasında onların adından səsvermədə Cavabdeh1 iştirak etdiyini və bu zaman bu şəxsin öz xeyrinə səs verərək, İdarə Heyətinin üzvü seçildiyini və bununla da etibarnamədən qanunsuz olaraq öz xeyrinə istifadə etdiyini iddia edir və həmin qərarın ləğv edilməsini xahiş edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ASC-nin səhmdarlarının xx xxx 2018-ci il tarixdə keçirilən ümumi yığıncağının Cavabdeh4 ASC-nin İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı qəbul edilmiş qərarın qeyri-qanuni hesab edilərək ləğv edilməsi, həmin protokol əsasında X14 reyestrində edilmiş dəyişikliyin ləğv edilməsi və əvvəlki reyestr qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia təmin edilərək, Cavabdeh4 ASCnin səhmdarlarının növbəti ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolu üzrə İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsi, Cavabdeh4 ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının protokolu üzrə İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrində edilmiş dəyişikliyin ləğv edilməsi və bu məsələ ilə bağlı əvvəlki reyestr qeydinin bərpa edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh4 ASC, Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5588/2020 saylı qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) cavabdehlər Cavabdeh4 ASC, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh4 ASC-yə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (X.X.X. mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ümumi yığıncağın İdarə Heyətin in üzvlərinin seçilməsinə dair qərarının ləğv edilməsi, X14 reyestrində edilmiş dəyişikliyin ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi” barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddianın əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozulmasına əhəmiyyət verməmiş, işin faktiki halla rını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 ASC-nin və Cavabdeh1 vəkili X9 və Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Üçüncü şəxs X.X.X.nin nümayəndəsi X13 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. -102-ci maddəsinə görə səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir. Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikli klərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. -106-1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqan larına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. -107.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir ş ərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Səhmdarlarının sayı əllidən çox olan cəmiyyətdə direktorlar şurası (müşahidə şurası) yaradılır. Direktorlar şurasının (müşahidə şurasının) yaradıldığı halda cəmiyyətin nizamnaməsində onun müstəsna səlahiyyəti müəyyənləşdirilməlidir. Nizamnamə ilə direktorlar şurasının (müşahidə şurasının) müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onu n tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və (və ya) təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. Səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər. -107-1.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər, 107-1.2-c i maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq), 107-1.3-cü maddəsinə əsasən səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir, 107-1.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir, 107-1.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: cəmiyyətin adı və olduğu yer; səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; səhmdarların ümumi yığıncağının gündəliyi; səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası. -107-1.6-cı maddəsinə əsasən səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direkto rlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır, 107-1.7-ci maddəsinə əsasən səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır, 107-1.8-ci maddəsinə əsasən səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtmı və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; beş iş günü müddətində səhmdarlar ın ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. -107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir, 107-2.2-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir, 107-2.3cü maddəsinə görə, yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci mad dəsində müəyyən edilmiş qaydada, gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq səsli səhmlərin 25 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir, 107-2.4-cü maddəsinə əsasən 107-2.3-cü maddəyə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, cəmiyyət maliyyə bazarlarına nəzarət orqanına məlumat verərək yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya maliyyə bazarlarına nəzarət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır. -107-3.1-ci maddəsinə əsasən səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səh mdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır, 107-3.2-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və sair) təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər, 107-3.3-cü maddəsinə əsasən qiyabi səsvermənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir, 107-3.4-cü maddəsinə əsasən səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən olunmuş qaydada həvalə edili r, 107-3.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə “bir səsli səhm – bir səsdir” prinsipi əsasında həyata keçirilir. -107-5.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Qanunda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir, 107-5.2ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələl ər üzrə qərar qəbul edə bilməz, 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir, 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. -359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, Cavabdeh4 ASC-nin səhmdarlarının xx xxx 2018ci il tarixdə keçirilən ümumi yığıncağında yalnız Cavabdeh1 “xxxx.” ASC-nin idarə heyətinin üzvü seçilməsi məsələsi həll olunmamışdır. Həmin yığıncaqda 2017-ci ilin maliyyə balansının təsdiq edilməsi, dividendlərin bölüşdürülməsi, cəmiy yətin seçkili orqanlarının yenidən seçilməsi və cari məsələləri həll olunmuşdur. Həmin yığıncaqda X19 Heyətinin sədri, Cavabdeh1 və Cavabdeh3 üzvləri, Müqabil Məmmədov isə Təftiş Müfəttişi seçilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yığıncağın İdarə Heyətinin digər üzvlərinin seçilməsində, həmçinin cari məsələlərin həll edilməsində hər hansı qanun pozuntusu olmadığından birinci instansiya məhkəməsi xx xxx 2018-ci il tarixdə keçirilən ümumi yığıncağın protokolu üzrə İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı qəbul edilmiş qərarını ləğv etməklə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Cavabdeh1 “mənim adımdan səs verməyi, seçməyi və seçilməyi” səlahiyyəti verən etibarnamələr səhmdarlar X6, X15, X12 və X10 tərəfindən verildiy indən, Cavabdeh1 İdarə Heyətinin üzv seçilməsi və onun həmin etibarnamələr əsasında öz xeyrinə səs verməsi məsələsini mübahisələndirməkdə hazırki İddiaçı subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şək ildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelə rə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranma dığına görə, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozulmasına əhəmiyyət verilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsi təmsilçi ilə təmsil edilən arasındakı hüquq münasibətlərini tənzim edir. Həmin maddədə əqdlərin bağlanması ilə əlaqədar təsbit edilmiş “qadağa” təmsil edilənlərin adından onların iradəsinə zidd hüquqdan sui istifadənin qarşısını almaq məqsədi daşıyır. Ona görə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə kassator İddiaçı qeyd olunan iddia tələbi ilə bağlı müvafiq subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5588/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-908/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-908/2021
16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver