Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-91/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4/2024 nömrəli 16 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 2-də yerləşən 59 saylı MTK tərəfindən inşa olunmuş yaşayış binasının birinci mərtəbəsində yerləşən və sahəsi 192 kv.metr olan qeyri-yaşayış sahəsi "xxxx" kimi nəzərdə tutulmuş, 2005-ci ildə həmin sahə MTK-nın sədrinin oğlu Cavabdeh adına özəlləşdirilməklə onun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X5, X6, X7, X4, X8 və İddiaçı2 cavabdeh 59 saylı MTK-ya qarşı iddiası təmin edilərək həmin qeyri-yaşayış sahəsinə dair MTK-nın adından verilmiş 26 sentyabr 2005-ci il tarixli ümumi iclas protokolu və 2 oktyabr 2005-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın 4 oktyabr 2005-ci il tarixli iclas protokolu 59 saylı MTK-ya məxsus qeyriyaşayış sahəsinin Cavabdeh verilməsinə dair hissədə ləğv edilmiş və həmin qətnamə də qanuni qüvvəyə minmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edi lərək qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına verilmiş 21 iyun 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 fevral 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 59 saylı Mənzil Tikinti Kooperativinə məxsus 192 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh t ərəfindən boşaldılması və 59 saylı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçıların və digər sakinlərin öz vəsaiti ilə 1974-cü ildə müəllimlər kooperativinin binası inşa edilmişdir. Binanın 1-ci mərtəbəsində 192 kv.m kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalı mövcuddur. Kooperativin keçmiş sədri X1 saxtalaşdıraraq, kooperativin üzvlərinin xəbəri və razılığı olmadan xeyir-şər zalını zəbt edərək, 2007-ci ildə öz oğlu olan cavabdehin adına özəlləşdirmiş və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2007-ci tarixli, ********* qeydiyyat nömrəli, MH serıyalı, ******* nömrəli çıxarış almışdır. Sahənin özəlləşdirilməsi üçün əsas olan sənədlər – MTK-nın adından verilmiş xx.xx.2005-ci il tarixli ümumi iclasın protokolu və xx.xx.2005-ci il tarixli maliyyə arayışı, digəri isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının 11B saylı, xx.xx.2005-ci il tarixli protokolu olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsı ilə Kooperativinin ümumi iclasın protokolu və maliyyə arayışı etibarsız sayılmış, Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın iclasının protokolu ləğv edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə isə cavabdehin adına verilmiş çıxarış ləğv edilmişdir. H əmin qətnamələr qanuni qüvvəyə minmişdir. xx.xx.2014-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq özəlləşdirilməsı faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.2 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. MTK həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bütün bunlara baxmayaraq cavabdeh qeyri-yaşayış sahəsini boşaldaraq MTK-ya təhvil vermir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etməli olmuşlar.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyəti olduğundan həmin sahə 59 saylı MTK-ya qaytarıla bilməz.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 oktyabr 2017-ci il t arixli, 2(011)143/2017 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov) iddia təmin edilərək Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi 2-də yerləşən 192 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılıb 59 saylı MTK-ya qaytarılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə 59 saylı MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi 2 nömrəli binada yerləşən sahəsi 192 kv.m olan qeyri-yaşayış sahəsinə dair həmin MTK-nın adından cavabdehə verilmiş xx.xx.2005-ci il tarixli ümumi iclas protokolu və xx.xx.2005-ci il tarixli maliyyə arayışı etibarsız sayılmış, Bakı şəhəri İH başçısının Aparatı yanında Mənzil məsələləri üzrə ictimai Komissiyasının iclasının xx.xx.2005-ci il tarixli 11 B protokolu 59 saylı M TK-ya məxsus mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh verilməsi hissəsində ləğv edilmiş, həmin qeyri-yaşayış sahəsinin qeydiyyatı barədə cavabdehin adına olan MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli Çıxarış ləğv edilmişdir. İddiaçılar göstərilənlərə əsasən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq 59 saylı MTK-ya qaytarılmasını tələb etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1, 109.2, 111.10, 149.2, 152.1, 158.2, 165.1-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 81 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini v ə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilk növbədə, iddia qaldırmış şəxslərin bu kimi iddianın qaldırmaq üçün müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı idi. Çünki mübahisə predmeti olan qeyri-yaşayış sahəsi MTK-nın balansına və xidmət dairəsinə təhvil verilməmişdir. Bu səbəbdən də, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair subyektiv hüquq MTK-nın bir qrup üzvlərinə məxsus deyil və ona görə də, MTK-nın bir qrup üzvü tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmalı idi. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli bina 1974-cü ildə istismara qəbul edilmiş, işə baxmış birinci instansiya məhkəməsi isə qətnaməsində səhv olaraq hal-hazırda qüvvədə olan Mülki Məcəllənin kooperativlərlə bağlı müddəalarına istinad etmişdir. Halbuki, məhkəmə maddi hüquq normasını tətbiq edəndə xx.xx.2000-ci il tarixinə qədər qüvvədə olmuş Mülki Məcəllənin müddəalarını tətbiq etməli idi. Eyni zamanda, birinci instansiya məhkəməsi tətbiq edilməli olan normativ hüquqi aktları tətbiq etməmişdir. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” xx.xx.1965-ci il tarixli, 05 saylı qərarının 2-ci bəndinin 5-ci abzasına əsasən MTK-nın razılığı ilə onların binalarında ticarət, ictimai-iaşə və digər təşkilatlar üçün qeyri-yaşayış sahələri tikilərsə, həmin tikinti işlərinin maliyyələşdirilməsi mü vafiq dövlət və ictimai təşkilatlara ayrılmış əsaslı inşaat üçün buraxılan pul hesabına aparılır. Bundan əlavə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 saylı qərarı ilə təsdiq edilmiş “Mənzil-tikinti Kooperativinin nümunəvi Nizamnaməsinə” əsasən ticarət, ictimai-iaşə əhalinin məişət xidməti və digər təşkilatlar üçün qeyri-yaşayış sahələrinin inşası MTK-nın vəsaiti hesabına maliyyələşdirilə bilməz. Normativ hüquqi aktların tələblərindən göründüyü kimi, Sovet dövründə inşa edilən MTK binalarında yerləşən qeyri-yaşayış sahələri MTK üzvlərinin vəsaiti hesabına yox, dövlət vəsaiti hesabına inşa edilirdi. Bu səbəbdən də 1974-cü ildə istismara verilmiş binada yerləşən mübahisəli qeyri-yaşayış sahəsi dövlət əmlakına aid hesab edilir. Digər tərəfdən, birinci instansiya məh kəməsi öz qətnaməsində Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir. Lakin istinad olan məhkəmə qərarlarında qeyri-yaşayış sahəsi ilə bağlı verilmiş sənədlər mübahisələndirilmişdir. Həmin qətnamələrdə əmlakın kimin balansında olması ilə bağlı faktlar araşdırılmamışdır. Bu səbəbdən də Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edilməsi əsassız olmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2018-ci il tarixli, iş № 2(103)-1792/2018 nömrəli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.N.İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların 59 saylı MTK-nın mənafeyi b axımından iddia qaldırmaq üçün səlahiyyətə malik şəxs olmalarını təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçıların təqdim etdiyi MTK-nın ümumi iclasının xx.xx.2016-cı il tarixli qərarı isə bu halı təsdiq etməmişdir. Çünki 59 saylı MTK-nın nizamnaməsi və ya digər hüquq müəyyənedici sənədləri təqdim olunmadığına görə həmin ümumi iclasın qərarının nizamnaməyə uyğun olub-olmamasını qiymətləndirmək mümkün olmamışdır. İddiaçılar özləri də bildirmişlər ki, MTK-nın nizamnaməsi və ya hər hansı digər sənədləri mövcud olmamışdır. Həmçinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı MKTİ-nın xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, 59 saylı MTK-nın Nizamnaməsi və digər hüquq müəyyənedici sənədlər idarədə mövcud olmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan hesab etmişdir ki, hazırkı iddia buna səlahiyyəti olmayan şəxslər tərəfindən qaldırılmış hesab olunmalı və rədd olunmalıdır.
16. Apellyasiya instansiyası məhkəməsi bununla yanaşı qeyd etmişdir ki, iddiaçıların 59 saylı MTK-nın mənafeyi baxımından onun adından çıxış etmək üçün müvafiq səlahiyyətləri olsaydı belə, iddia təmin oluna bilməzdi.
17. Belə ki, MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 192 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin 59 saylı MTK-nın mülkiyyətində olması barədə heç bir sübut olmamışdır. Əksinə, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 23 dekabr, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamın da olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına əsasən ünvan 2 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 192 kv.m təşkil edən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilmişdir. Göründüyü kimi qeyri-yaşayış sahəsi MTK-nın deyil, dövlətin mülkiyyəti hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş qətnamələr hazırkı işdə MPM-in 82.3-cü maddəsinin tətbiq edilməsi üçün əsas olmamışdır. Çünki qətnamələrin heç birində qeyri-yaşayış sahəsinin 59 saylı MTK-nın mülkiyyətində olması ilə bağlı faktlar müəyyən olunmamışdır. Eyni zamanda kollegiyanın gəldiyi hazırkı nəticə ilə qətnamələr arasında ziddiyyə tlər də mövcud olmamışdır. Çünki mülki işlərdə MTK-nın ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi və onun əsasında verilmiş digər sənədlərin ləğv edilməsi tələbləri irəli sürülmüş və iddiaçılar da MTK-nın üzvləri olmaqla həmin iddianı irəli sürməkdə tam səlahiyyətli olmuşlar. Hazırkı iddia isə MTK-nın üzvləri mənafeyi baxımından irəli sürülmüşdür. Ona görə də iddiaçılar ilk olaraq buna səlahiyyətli olmalarını, sonradan isə mübahisəli qeyri-yaşayış sahəsinin MTK-nın mülkiyyətində olmasını sübut etməli idi. Lakin qeyd olunduğu kimi bu hallar sübut olunmamışdır.
19. Məhkəmə gəldiyi nəticəni MPM-in 385.1 və 385.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçılar (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmış ki, apellyasiya instansiya məhkəməsi qətnamə sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(102)-4475/2018 nömrəli qərarı ilə (hakimlər İ.R.Xələfov, Q.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi bina kooperativ üzvləri tər əfindən ödənilmiş əmlak payları hesabına tikilmişdir. Həmin binanın və mübahisəli qeyri-yaşayış sahəsinin başqasının hesabına tikilməsi və ona məxsus olması barədə işdə heç bir sübut yoxdur və belə vəziyyətdə qeyri-yaşayış sahəsinin MTK-nın mülkiyyətində olmamasına dair məhkəmə kollegiyasının nəticəsi əsaslı sayıla bilməz. Mübahisəli qeyri – yaşayış sahəsinin MTK tərəfindən kooperativ üzvlərinin payı hesabına tikilməsi təsdiq etmişdir ki, həmin əmlak MTK-ya aid olsa da kooperativ üzvlərinin ümumi mülkiyyəti sayılır.
24. Apellyasiya instansiyası məhkəməsi mübahisəni yalnız Mülki Məcəllənin 157.2-ci maddəsinin qüvvəsini tətbiq etməklə həll edərkən işin göstərilən hallarına əhəmiyyət verməmiş və nəzərə almamışdır ki, həmin norma göstərilən vəziyyətdə iddianın rədd edilməsi üçün əsas verməmişd ir.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh qarşı bütün iddialar (onun adına verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə) hazırkı iş üzrə iddiaçılar tərəfindən qaldırılmaqla bu barədə qəbul edilmiş qətnamələrin hamısı qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin işlər üzrə iddiaçılar tələb irəli sürmək hüququna malik olan şəxslər hesab edilməklə həmin hal mübahisə doğurmamışdır. Həmin işlər üzrə qəbul edilmiş qətnamələrin mövcudluğu cavabdehin mübahisəli əmlakdan istifadə etməkdə davam etməsini istisna etdiyindən, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 110.1-ci, Mənzil Məcəlləsinin 35.1, 35.2, 112.1, 112.2-c i maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 oktyabr 2018-ci il tarixli, 2(103)-9820/2018 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov, İ.K.Xəlilov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar “qanunsuz sahiblikdən geri tələb etdikləri əmlakın onlara məxsus olması və 59 saylı MTK-nın mənafeyi baxımından iddia qaldırmaq səlahiyyətinə malik olmalarını təsdiq edən hər hansı sübutu nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişlər. MTK-nın ümumi iclasının xx.xx.2016-cı il tarixl i qərarı isə bu halları təsdiq edən sübut kimi qəbul edilə bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların sözügedən Kooperativə aidiyyəti olsa belə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş reyestrdən çıxarış məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən 59 saylı MTK-nın yaşayış binasının qeyri-yaşayış sahəsi SSR Nazirlər Sovetinin “Mənzil Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 7 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalar ına əsasən dövlət əmlakı hesab edilir.
30. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 77.1, 384.0.2, 385.1.1 və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. İddiaçılar (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmış ki, apellyasiya instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiasının 27 iyun 2018-ci il tarixli qərarında göstərilən xüsusatları araşdırmamış, işə birtərəfli yanaşaraq payçıların hüquqlarını faktiki olaraq nəzərə almamış, qətnamə ilə onların hüquqlarını pozmuşdur.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki koll egiyasının 24 yanvar 2019cu il tarixli, 2(102)-890/2019 nömrəli qərarı ilə (hakimlər G.A.Quliyev, T.A.Qoldman, Ə.A.Mirzəliyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 oktyabr 2018-ci il tarixli, 2(103)-9820/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.
34. Kassasiya instansiyası məhkəməsi 27 iyun 2018-ci il tarixli qərarda göstərilənləri təkrarlamaqla qeyd etmişdir ki, cavabdehin mübahisəli əmlak üzərində sahiblik və istifadə hüququnu davam etdirməsi iddiaçıların həmin əmlaka dair hüquqlarını pozduğundan, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin qanunun yuxarıda göstərilən müddəalarının tələblərinə uyğun həllini təmin etməlidir. Apellyasiya instansiyası məhkəməsi 03 ok tyabr 2018-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməsini təkrarlamış, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ümumiyyətlə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsi nəzərə alınmamışdır.
35. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 217.3 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(103)-4/2024 nömrəli qətnaməsi ilə (hakimlər M.A.Məmm ədov, F.Ş.Talışinski, A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli qeyriyaşayış sahəsi və onun yerləşdiyi bina kooperativ üzvləri tərəfindən ödənilmiş əmlak payları hesabına tikilmişdir. Həmin binanın və mübahisəli qeyri-yaşayış sahəsinin başqasının hesabına tikilməsi və ona məxsus olması barədə işdə heç bir sübut yoxdur.
38. Cavabdehin apellyasiya şikayətində iddiaçıların bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmadıqlarını bildirsə də, mübahisəli qeyri-yaşayış sahəsinin MTK tərəfindən kooperativ üzvlərinin payı hesabına tikilməsi təsdiq etmişdir ki, həmin əmlak MTK-ya aid olsa da kooperativ üzvlərinin ümumi mülkiyyəti sayı lsın. Belə olan halda müəyyən edilmişdir ki, iddiaçılar hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdirlər.
39. Əksinə, işin hallarından müəyyən edilmişdir ki, cavabdehin qeyd edilən mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsinin hüquqi əsası olmamışdır. Çünki mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh qarşı bütün iddialar (onun adına verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə) hazırkı iş üzrə iddiaçılar tərəfindən qaldırılmaqla bu barədə qəbul edilmiş qətnamələrin hamısı qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin işlər üzrə iddiaçılar tələb irəli sürmək hüququna malik olan şəxslər hesab edilməklə həmin hal mübahisə doğurmamışdır. Həmin işlər üzrə qəbul edilmiş qətnamələrin mövcudluğu cavabdehin mübahisəli əmlakdan istifadə etməkdə davam etmə sini istisna etdiyindən, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Cavabdehin mübahisəli əmlak üzərində sahiblik və istifadə hüququnu davam etdirməsi iddiaçıların həmin əmlaka dair hüquqlarını pozmuşdur. Bu baxımdan qəbul edilməlidir ki, qeyri-yaşayış sahəsini cavabdeh tərəfindən boşaldılmalı və qeyri-yaşayış sahəsi MTK-ya qaytarılmalıdır.
40. Apellyasiya şikayətinin mübahisəli qeyri yaşayış sahəsinin MTK-ya deyil, dövlətə məxsus əmlak olması barədə dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bu kimi dəlilləri irəli sürmək üçün subyektiv hüquqa malik deyil, çünki o, dövləti təmsil etmir. Bundan başqa nəzərə alınmalıdır ki, qeyd edilən qətnamələr ilə mübahisəli qeyri-yaşayış sahəsinin hazırkı iş üzrə cavabdehə məxsus olmaması müəyyən edilmişdir.
41. Apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina 1974-cü ildə istismara qəbul edilmiş, işə baxmış birinci instansiya məhkəməsi isə qətnaməsində səhv olaraq hal-hazırda qüvvədə olan Mülki Məcəllənin kooperativlərlə bağlı müddəalarına istinad etmişdir. Halbuki, məhkəmə maddi hüquq normasını tətbiq edəndə xx.xx.2000-ci il tarixinə qədər qüvvədə olmuş Mülki Məcəllənin müddəalarını tətbiq etməli idi.
42. İş materiallarından görünmüşdür ki, iş üzrə tərəflər arasında hüquq münasibətləri qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın 1974-cü ildə istismara qəbul edilməsi zamanı deyil, qeyri-yaşayış sahəsinin cavabdehin adına özəlləşdiriləməsi prosedura başlandığı 2005-ci ilə yaranmışdır. Belə olan halda qəbul e dilməlidir ki, işə baxmış birinci instansiya məhkəməsi xx.xx.2000-ci il tarixinə qədər qüvvədə olmuş Mülki Məcəllənin müddəalarının deyil, həmin tarixdən sonra qüvvəyə minmiş Mülki Məcəllənin müddəalarına istinad etməkdə haqlı olmuşdur.
43. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 109.1, 109.2, 110.1, 152.1, 152.5, 157.2 və MPM-in 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
45. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmış dır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli məktub ilə mübahisəli qeyri-yaşayış sahəsinin dövlət əmlakı olduğu bildirilmiş və mübahisəli qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansındadır. Beləliklə, iddiaçıların mübahisəli qeyriyaşayış sahəsi ilə əlaqədar iddia vermək üçün subyektiv hüquqları olmamış, həmin subyektiv hüquq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu xüsusa əhəmiyyət vermədən, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
48. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ olan fiziki və (və ya) hüquqi şəxsdir.
49. Maddə 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Ko operativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər.
50. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
51. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər.
52. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
53. Maddə 1 57.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
54. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
69. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nət icələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4/2024 nömrəli 16 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.