Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-912/2020 22.01.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qəhrəman Əli oğlu Allahverdiyev, İddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-10570/2019 nömrəli iş üzrə 20 noyabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin tələblərinə cavab vermədiyindən, icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kassasiya şikayəti öyrənilərkən müəyyən edilmişdir ki, şikayət iddiaçı x1 tərəfindən imzalansa da, vəkillə müqavilə bağlanmamış və ord er əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə qaytarılır. Göstərilən Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3 - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 408.1.3 və 408. 2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-10570/2019 nömrəli iş üzrə 20 noyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və kassasiya şikayəti geri qaytarılma məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-912/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-912/2020
22.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver