Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-913/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə, Hərrac Mərkəzi "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi olduğu halda iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023 -cü il tarixli, 2(104)1971/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Göygöl Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək, borcun tutulmasının ipoteka predmetləri olan İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, habelə ünvan 2 saylı qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə edilmiş məbləğin cavabdeh Məmmədov Arif Cəbrayıl oğlunun 28 noyabr 2014-cü il tarixli, 12 2B/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 671956,20 ABŞ dolları, faiz borcu üzrə 123207,35 ABŞ dolları, cərimə borcu üzrə 2000,0 ABŞ dolları, cəmi 793942,95 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat borcun ödənilməsi həcmində iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilməsi, İpoteka predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0,12 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 300000 manat məbləğində və ünvan 2 saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin 700000 manat məbləğində müəyyən edilməsi; İpoteka predmeti olan Göygöl rayonu, Yeni Qızılca k əndində olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdeh İddiaçı çıxarılması; ünvan 2 saylı qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə, Hərrac Mərkəzi "xxxx" MMCyə və "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə 480000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına (şadlıq evinə) ******* manat li kvid ilkin satış qiymətinin müəyyən olunması; Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən torpaq sahəsinin “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün” Hərracın yekunları barədə 26/02 nömrəli 24 may 2019-cu il tarixli protokolunun və Gəncə şəhəri, Əhməd Cəmil küçəsində yerləşən 175a saylı qeyri-yaşayış sahəsinin “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün” Hərracın yekunları barədə 56/03 nömrəli 08 noyabr 2019-cu il tarixli protokolların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 02 mart 2018ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Cavabdeh2nə göndərilmiş, həmin idarə tərəfindən icraata qəbul edilmiş və ipoteka predmetlərinin acıq hərrac yolu ilə satılması üçün "xxxx" MMC-yə sifariş göndərilmişdir. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən torpaq sahəsi “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün” Hərracın yekunları barədə 26/02 nömrəli, 24 may 2019-cu il tarixli protokolu ilə ipoteka saxlayan tərəfindən 191250 manata, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsində yerləşən 175a saylı qeyri-yaşayış sahəsi isə “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün” Hərracın yekunları barədə 56/03 nömrəli, 08 noyabr 2019-cu il tarixli protokolu ilə 446250 manata əldə edilmişdir. Göygöl Rayon Məhkəməsində işə baxılarkən ilk növbədə iddiaçı ilə ipoteka saxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə mülkiyyətçinin münas ibəti öyrənilməmiş, ipoteka əmlaklara ilkin satış qiyməti ipoteka müqaviləsində təsbit edilmiş qiymətlər əsasında müəyyən edilmişdir. Həmin ilkin satış qiymətləri ipoteka predmeti olan əmlakların likvid qiyməti deyil. Bundan başqa, bankdan götürülən kreditin çox hissəsi ipoteka əmlakların yaxşılaşdırılması üçün xərclənmiş, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsində yerləşən 175a saylı qeyri-yaşayış sahəsində əsaslı təmir işləri görülmüşdür. Bu hallar isə ipoteka predmetinin dəyərini artmasına səbəb olmuşdur. Bundan başqa, "xxxx" MMC-nin 14 fevral 2023-cü il tarixli 11 və 11/1 hesabatlarından görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 480000, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binasının (şadlıq evinin) bazar dəyəri ******* manat t əşkil edir.
4. Göygöl Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(066)-452/2023 nömrəli qərardadı ilə (hakim Q.Ə.Abbasov) İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə, Hərrac Mərkəzi "xxxx" MMC və "xxxx" KB ASC-yə qarşı “əmlakların yenidən qiymətləndirilməsi və hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddianın hərracın yekunları barədə protokolun ləğv edilməsi hissə üzrə icraata xitam verilmişdir.
5. Göygöl Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(066)-452/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Ə.Abbasov) İddiaçı iddiası ipoteka predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə 480000 manat, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasına (şadlıq evinə) ******* manat likvid ilkin satış qiymətinin müəyyən olunması hissəsində t əmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır.
7. Birinci instansiya məhkəməsi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəllənin 329.2, 331.1, 414.1, 414.2, 414.3, 414.3, 414.5, 415.1, 415.2, 415.3, 415.5-ci, “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 42.6, 42.7, 42.7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 19 may 2023cü il tarixli 2(066)-452/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(104)-1971/2023 nömrəli qərardadı ilə (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və L.S.Süleymanovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(066)-452/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə, Hərrac Mərkəzi "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə qarşı ipoteka predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə 480000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına (şadlıq evinə) ******* manat likvid ilkin satış qiymətinin müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Göygöl Rayon Məhkəməsinin 02 mart 2018- ci il tarixli, 2(066)-24/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisə predmeti olan (ipoteka predmeti) Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0,12 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 300000 manat məbləğində, Gəncə şəhəri, Əhməd Cəmil küçəsi 175a saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin 700000 manat məbləğində müəyyən edilmişdir. Hazırkı işdən isə müəyyən olunur ki, iddia tələbi məhz Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinin və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının (şadlıq evi) ilkin satış qiymətinin müəyyən olunmasından ibarətdir.
11. Məhkəmə qeyd etmişdir ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibari lə eyniliyi başa düşülür. Məhkəmə kollegiyası yuxarıda aparılan təhlilin yekunu olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbinin faktiki əsasları, məzmunu və mahiyyəti baxımından Göygöl Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(066)-24/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi (əmlakların satış qiymətinin müəyyən olunması hissədə) ilə eynidir. Hazırkı iddianın predmeti hərfən bir qədər fərqli şəkildə ifadə olunmasına baxmayaraq, məzmun və mahiyyəti baxımından Göygöl Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(066)-24/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilən məsələ barədə məhkəməyə təkrar müraciətdir. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutma mübahisə predmeti olan (ipoteka) Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, habelə Gəncə şəhəri, Əhməd Cəmil küçəsi 175a saylı qeyri-yaşayış binasına yönəldilmiş və həmin əmlakların ilkin satış qiyməti müəyyən olunmuşdur. İddiaçı da hazırkı iddiası ilə məhz həmin əmlakların qiymətləndirilməsini xahiş edir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı tələbin predmeti, yəni Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin, habelə ünvan 1 saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən olunması məsələsinə Göygöl Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(066)24/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmiş və məsələ öz həllini tapmışdır. Bununla yanaşı, hər iki iş üzrə tərəflər eyni şəxs olm uşlar.
13. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırkı tələbə məhkəmədə baxılması yolverilməzdir.
14. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkə mələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
15. Bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisəl əndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.2, 262.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(104)-1971/2023 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9.1, 9.2 və 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının qanuni q üvvəyə minmiş məhkəmə qətnaməsi ilə bağlı mülki işə dair məhkəmə araşdırılması zamanı məhkəmə iclaslarında iştirak etmədiyini və ipoteka müqavilələri üzrə əmlaklara qoyulan ilkin satış qiymətini bilmədiyindən əmlaklara qoyulan qiymətləri mübahisələndirmədiyini nəzərə almamışdır. Həmçinin Göygöl Rayon Məhkəməsində işə baxılarkən ilk növbədə iddiaçı ilə ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməmişdir. Məhkəmə ipoteka əmlaklara ilkin satış qiymətini ipoteka müqaviləsində təsbit edilmiş qiymətlər əsasında müəyyən etmişdir. Həmin ilkin satış qiymətlər ipoteka predmeti olan əmlakın likvid qiyməti deyil. Həmçinin bankdan götürülən kreditin çox hissəsi ipoteka əmlakların yaxşılaşdırılması üçün xərclənmişdir. Bu hallar ipoteka predmetinin dəyərini artmasına səbəb olmuşdur.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adın dan çıxarılır və onların icrası məcburidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mübahisələdirilən hissəsi üzrə icraata xitam verilməklə, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, eyni tərəflər arasında olan məhkəmə mübahisəsi üzrə qəbul edilən və qanuni qüvvəyə minmiş Göygöl Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə mübahisə predmetini təşkil edən ipoteka predmetlərin ilkin satış qiyməti müəyyən edildiyindən, həmin tərəflər arasında eyni əmlakların yenidən qiymətləndirilməsi ilə bağlı məhkəmə mübahisəsinə yol verilmir.
27. Kassasiya şikayətinin dəlilləri faktiki olaraq ipoteka predmetlərinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan qiymətlərinin düzgün olmamasına yönəldildiyindən, həmin dəlillər hazırki qərardadın ləğvi üçün əsas ola bilməz.
28. Odur ki, hazırki iddia, mahiyyət etibarən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş tələblə mübahisənin tərəfləri, əsasları və predmetinə görə eynilik təşkil etdiyindən, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası qeyd olunanl arı nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(104)-1971/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.