Məhkəmə qərarları › İş №2(102)-913/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-913/2025

02.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-913/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və digərinə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və digərlərinə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), etibarsız əqd üzrə verilən pulun geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı əmlak tələbi, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və digərinə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və digərlərinə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və digərlərinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5909/2024 nömrəli iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə xx.xx.2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin iddi a üzrə iddiaçının adına qeydiyyatdadır və onun mülkiyyətindədir. Həmin avtomobili 35000 manata satmaq niyyəti ilə İddiaçı oğlu Cavabdeh5 vasitəsilə Cavabdeh2 ilə razılaşmışdırlar. Bu məqsədlə avtomobil Cavabdeh2 təhvil verilmiş və sonuncuya avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir.

2. Daha sonra, Cavabdeh2 avtomobili satmaq barəsində X6 ilə razılıq əldə etmişdir və avtomobilə dair İddiaçı adından X5 avtomobilə dair etibarnamə verilmişdir. Etibarnamə ilə sonuncuya avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri həyata keçirtmək, avtomobili qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri etibar edilmişdir. Avtomobilə görə X1 Ramiz Mansur oğluna 25600 manat məbləğində ödəniş etmişdir.

3. Daha sonra X6 avtomobilin sat ılması barədə Cavabdeh1 ilə razılaşmış, bu məqsədlə Cavabdeh2 tərəfindən İddiaçı tərəfindən etibar edilmiş əmlakı etibaretmə qaydasında Cavabdeh1 etibarnamə verilmişdir. Həmin etibarnamə ilə sonuncuya avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri həyata keçirtmək, avtomobili qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri etibar edilmişdir. Cavabdeh1 tərəfindən avotmobilə görə X5 30300 manat məbləğində ödəniş edilmişdir.

4. Avtomobil hal-hazırda Cavabdeh1 şəriki Cavabdeh7dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 qarşı iddiaçının mülkiyyətində olan “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** d övlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, avtomobilin naturada olmadığı təqdirdə isə onun dəyərinin, yəni 35000 manatın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində mülkiyyətində olan Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq niyyəti ilə Cavabdeh2 ilə razılığa gəlmiş və bu səbəblə cavabdehin adına olan nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinə dair ona etibarnamə vermişdir. Cavabdeh avtomobilə müştəri tapdığını bildirərək, əmlakını 35000 manata satacağına vəd vermişdir. Avtomobil ilkin olaraq xx.xx.2023-cü il tarixdə Babək prospekti ünvanında yerləşən “M urad Avto salon”un işçisi Cavabdeh3 adına etibarnamə ilə keçirilmişdir. Daha sonradan isə xx.xx.2023-cü il tarixində geniş səlahiyyətli etibarnamə ilə digər Cavabdeh1 satıldığını iddiaçıya bildirilmişdir. Lakin cavabdehlər avtomobilin dəyərini ödəməkdən boyun qaçırırlar. Cavabdehlər iddiaçının inamından sui-istifadə edərək, onun əmlakını qanunsuz olaraq ələ keçirmiş və nəticədə iddiaçını əmlakından məhrum etmişlər. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək, avtomobilin qaytarılmasını tələb etsə də, onlar hər dəfəsində yalan vədlər verərək, nəqliyyat vasitəsinin satıldığını və onun satışından əldə olunan gəliri (35000 manat) iddiaçıya verəcəyini bildirmişlər. İddiaçı cavabdehlər tərəfindən aldadıldığını müəyyən edəndən sonra onlara verilmiş etibarnamələri ləğv etmişdir.

7. Qarşılıqlı i ddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı cavabdehlərdən müştərək qaydada 2000 manat məbləğində vəsaitin tutularaq Cavabdeh2 ödənilməsi tələbinə dair qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh2 qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, onun Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı heç bir borcu yoxdur. Əksinə, İddiaçı və Cavabdeh5 ona 2000 manat borcu vardır. O, əvvəllər Cavabdeh5a 2 dəfə avtomobil satmışdır. Onlar arasında heç bir vaxt narazıçılıqlar olmamışdır. Cavabdeh5 Cavabdeh2 öz maşını satmaq üçün deyil, özünə başqa avtomobil lazım olduğu üçün müraciət etmişdir. Öz maşını üçün müştərinin olmasını soruşmuşdur. Cavabdeh2 də bildirmişdir ki, avtomobili avtosalona qoy a bilər. O da razılaşıb, avtomobilin dəyərini 35000 manat müəyyən etmişdir. Həmin avtomobil 4 ay salonda qalmışdır. Həmin avtomobil satılmadığına görə İqbalın razılığı ilə avtomobildə təmir işləri aparılmışdır. Sonra avtomobili İqbalın razılığı ilə 25500 manata satmışdır. Əvvəlcə İqbala 15000 manat, sonra isə 7000 manat, 3500 manat pul vermişdir. Bununla da xx.xx.2023-cü il tarixində avtomobilin tam dəyəri İqbala ödənilmişdir. X4 Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili üçün qoyulmuş 2000 manat xərcə görə sonuncunun ona 2000 manat borcu yaranmışdır.

9. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı X6 cavabdehlər İddiaçı, Cavabdeh5, Cavabdeh2 qarşı tərəfindən “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 256 00 manat və avtomobilin təmiri üçün xərclədiyi 1500 manat, ümumilikdə 27100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh3 ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X6 avtomobil alqı-satqısı ilə məşğul olur. Avtomaşın almaq üçün Babək prospektində yerləşən “Murad” avtosalonuna getmiş və orada “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə maraqlananda, ona bildirmişdirlər ki, avtomobil ilkin olaraq 28000 manata satışa çıxarılmışdır. Daha sonra orada olan və salonda avtomobilin alqı-satqısı ilə məşğul olan şəxs kimi tanınan Cavabdeh2 ona avtomobilin faktiki olaraq onun xalası oğlu Cavabdeh5a məxsus olduğunu, texniki pasportda isə avtomobilin İqbalın anasının adına olduğunu bildirmişdir. O, avtomobilin cari təmir işləri üçün təxminən 2000 manat pul tələb olunduğunu söyləyərək, avtomobil üçün 25000 manat təklif etmişdir. Daha sonra, Cavabdeh2 telefonla hər hansı şəxslər danışdıqdan sonra avtomobili 25600 manata satmağa razılaşdı. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixində Cavabdeh3 razılaşdıqları məbləği tam şəkildə avtosalonun əməkdaşları Fikrət və Musa adlı şəxslərin iştirakı ilə Cavabdeh2a vermiş, və o, da öz növbəsində avtomaşının sahibi İddiaçı adından verilmiş baş etibarnaməni Cavabdeh3 vermişdir. Daha sonra Babək prospektində yerləşən avtoservisdə avtomobildə müəyyən təmir işləri aparılmış, bəzi detalları rənglənmiş, daha sonra cilalanmış, salonu tam şəkildə kimyəvi təmizlənmişdir. Bütün bu işlər üçün təxminən 1500 manat pul xərclənmişdir. Daha sonra həmin avtomobil “Murad” avtosalonunda 30000 manata Cavabdeh1 satılmışdır. Cavabdeh3 olan baş etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh1 baş etibarnamə verilmişdir. Təxminən xx.xx.2023-cü il tarixində ona verilmiş və onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamələrin ləğv edildiyini öyrənmişdir. Belə ki, Cavabdeh1 bildirdiyinə görə, Cavabdeh5 adlı şəxs ona zəng edərək avtomobilin pulunun ona ödənilmədiyinə görə İsmayilov Zaura verilmiş baş etibarnamənin xx.xx.2023-cü il tarixində ləğv etdiyini bildirmişdir. İlkin iddia üzrə İddiaçı və onun oğlu Cavabdeh5 avtomobilin satışı barədə məlumatlı olmuşlar, həmçinin avtomobili dəyəri onlara ödənilmişdir. Daha sonra isə onlarla Cavabdeh2 arasında digər səbəblərdən narazılıq yarandığına görə onlar verilmiş etibar namələri ləğv etmişdirlər.

11. O cümlədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 30300 manat və avtomobildən bu günə kimi istifadə edə bilmədiyinə görə 12600 manat və 219 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43119 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Cavabdeh1 qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, “Turbo.az” vebsayt vasitəsilə tapdığı “Murad Avto” avtomobil salonunun sahibi Cavabdeh6 ilə əlaqə saxlamış, sonra xx.xx.2023-cü il tarixdə dostu Cavabdeh7 ilə birli kdə Babək prospektində yerləşən avtosalonundan mübahisə predmeti olan “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 30300 manat məbləğində pulu Cavabdeh6 ödəməklə avtomobili almışdır. Həmin avtomobili öz adına rəsmiləşdirmək üçün “Murad Avto” avtosalonun nümayəndəsi Cavabdeh3 tərəfindən ona xx.xx.2023-cü il tarixli etibarnamə verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin etibarnamə xx.xx.2023-cü il tarixdə avtomobilin faktiki sahibi olan Cavabdeh5 tərəfindən ləğv edilmişdir. Eyni zamanda, avtomobilin satılmasında vasitəçilik edən Cavabdeh2 adından həmin avtomobilə görə Cavabdeh5 kart hesabına 5000 manat, 2000 manat, daha sonra isə 3500 manat məbləğində, ümumilikdə 10500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında Cavabdeh5 özü qeyd etmişdir ki, etibarnamə verməkdə məqsədi avtomobili Ramiz vasitəsi ilə satmaq olmuşdur. Bu hal onu təsdiq edirik, iddiaçı tərəfin məqsədi avtomobili satmaq olmuş, lakin sonradan hüquqdan sui-isitfadə edərək iddiaçıya məxsus pulu ələ keçirtmək niyyəti ilə qarşılıqlı iddia üzrə cavabdehlərlə birgə hərəkət etmişlər. Bundan başqa mübahisə predmeti olan avtomobildən bu günə kimi istifadə edə bilmir. İnternetdən əldə etdiyi məlumata əsasən eyni markalı avtomobilin bir günlük kirayə haqqı ortalama 70 manat olduğunu öyrənmiş və bu dövrlə ərzində qeyd olunan avtomobildən bir ay ərzində istifadə etmədiyinə görə (30 gün x 70 manat = 2100 manatlıq) 6 ay ərzində isə avtmobildən istifadə etmədiyinə görə 12600 manat məbləğində maddi ziyan dəymişdir (2100x6 ay=12600).

13. Bakı şəhəri Xətai Rayon Məh kəməsinin 2(011)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) ilkin iddianın qismən təmin edilməsi, “Mercedes Benz GL 320 CDİ minik” markalı 2008 il buraxılışlı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh7 alınaraq İddiaçı qaytarılması, avtomobilin naturada qaytarılması mümkün olmadıqda avtomobilin dəyəri olaraq 35000 manat məbləğində vəsaitin Cavabdeh7 alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı 2000 manat məbləğində pulun İddiaçı və Cavabdeh5 alınaraq Cavabdeh2 ödənilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh5, Cavabdeh2 qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh2 2 5600 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiasının qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh3 30300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180,90 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə İddiaçı məxsus avtomobilin alqısatqısı ilə bağlı sonuncu ilə X6 ilə arasında olan əqd, eyni zamanda həmin avtomobilin alqı-satqısı ilə bağlı X7 ilə Cavabdeh1 arasında b ağlanılmış əqd avtomobilin alqı-satqısı müqaviləsinin formasına dair qanunvericilkilə müəyyən edilmiş tələblərə əməl edilmədiyinə görə etibarsız əqdlərdir. Belə olan halda, həmin əqdlər üzrə tərəflər əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.

15. Məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddiasına qiymət verərək belə qənaətə gəlmişdir ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan “Mercedes Benz CL 320 CDİ minik” markalı, 99- SA-505 dövlət qeydiyyat nişanlı avtomobil ona geri qaytarılmalıdır. Avtomobil hal-hazırda hər hansı müqavilə və ya qanuni əsas olmadan Cavabdeh7 sahibliyində olduğuna görə, həmin avtomobil ondan alınaraq İddiaçı geri qaytarılmalı, avtomobil olmadıqda isə avtomobilin dəyərinə görə 35000 manat məbləğində pul vəsaiti Cavabdeh7 alınaraq İddiaçı ödənilməlidir. İlkin iddia digər cavabdehlərə münasibətdə təmin edilməməlidir.

16. Məhkəmə Cavabdeh2 İddiaçı və Cavabdeh5 qarşı cavabdehlərdən avtomobilin təmirinə görə ödənilmiş 2000 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh2 ödənilməsi tələbinə qiymət verərək qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən iddia tələbinin əsasını təşkil edən halların təsdiq edilməsi üçün məhkəməyə müvafiq sübutlar təqdim edilmədiyinə görə iddia təmin edilməməlidir. Belə ki, Cavabdeh2 iddiasını sübut etmək məqsədi ilə məhkəməyə təmir işlərinin siyahısını və "xxxx" MMC-yə aparılmış ödənişlərlə bağ lı qəbzləri təqdim etsə də, həmin siyahı və qəbzlərdən qeyd edilən təmir işləri və ödənişlərin məhz İddiaçı məxsus “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olduğu görünmür. Digər tərəfdən Cavabdeh2 tərəfindən avtomobilin ilkin vəziyyətinə dair da hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

17. İddiaçı ilə X6 arasında olan “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair əqd etibarsız olduğuna görə, həmin əqd üzrə verilənlər hər biri tərəfə geri qaytarılmalıdır. Lakin avtomobilin alqısatqısına dair danışıqlar Cavabdeh2 vasitəsilə aparıldığı və avtomobilə görə 25600 manat məbləğində ödəniş Cavabdeh2 verildiyi nəzərə alınaraq, X6 tərəfindən avtomobilin dəyərinə görə ödənilmiş 25 600 manat məbləğində vəsait Cavabdeh2 alınaraq X5 geri ödənilməlidir. Qarşılıqlı iddia digər cavabdehlərə münasibətdə təmin edilməməlidir.

18. Məhkəmə qeyd etmişdir ki, X6 avtomobilin təmirinə 1500 manat məbləğində vəsait ödədiyini iddia etsə də, bununla bağlı sübut olaraq təqdim etdiyi qəbzdən aparılmış ödənişlərin məhz “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olduğu müəyyən olunmur. Digər tərəfdən sonuncu avtomobilin ilkin vəziyyətinə dair də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, X3 qarşılıqlı iddiası avtomobilin təmirinə görə çəkilmiş xərclərin əvəzi olaraq 1500 manat məbləğində pul vəsaitinin cavabdehlərədən müştərək qaydada tutularaq ona ödənilməsi hissəsində sübuta yetirilmədiyinə görə təmin edilməməlidir.

19. X6 t ərəfindən ona verilmiş etibarnamə əsasında Cavabdeh1 ilə İddiaçı mülkiyyətində olan avtomobilin alqı-satqısına dair bağlanmış əqd etibarsız olduğuna görə, Cavabdeh1 tərəfindən avotomobilin dəyərinə görə ödənilmiş 30300 manat məbləğində vəsait də X2 alınaraq Cavabdeh1 geri ödənilməlidir. Qarşılıqlı iddia digər cavabdehlərə münasibətdə təmin edilməməlidir.

20. Məhkəmə qeyd edir ki, Cavabdeh1 cavabdehlərin hərəkətləri nəticəsində 12600 manat məbləğində maddi zərər çəkdiyini iddia etsə də, iddiaçı tərəfindən dəymiş ziyanın əsaslandırılması üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əldə edəcəyi gəlirlə bağlı hər hansı bir sübut təqdim edilmədiyindən, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 77.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

22. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ondan 25600 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsi və onun cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı 2000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul xahiş etmişdir.

23. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, ilkin iddianın predmeti olan avtomobil ilə alaqədar onun iddiaçıya heç bir borcu yoxdur. Əksinə, iddiaçı ona 2000 manat pul ödəməlidir. Ona görə də qarşılıqlı iddia vermişdir. İddiaçının oğlu Cavabdeh5 əvvəllər 2 dəfə maşın satmışdır. Onların arasında heç vaxt narazılıq olmayıb. İqbal əvvəl özünə təcili pul lazım olduğu üçün ondan 3000 manat borc pul da almış, həmin borcu indiyədək ona qaytarmamışdır. Aralarında olan hörmət və səmimiyyətə görə onu tələsdirməmişdir. Məhkəmə prosessual hüquq normasının tələbinə əməl etsə idi, ən azından onun tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının bank kartına 10500 manat pulun ödənməsi (7000+3500) barədə sübutu görməzdən gəlməzdi. Bundan başqa iddiaçı tərəfindən Nəsimi rayon Polis bölməsinin istintaq şöbəsinin müstəntiqinin 23 dekabr 2023-cü il tarixli " Cinayət işinin başlanmasının rədd edilməsi" qərarında müəyyən olunduğu kimi 8500 manat pulun onun tərəfindən iddiaçıya ödənməsini nəzərə alardı. Bu barədə digər proses iştirakçısı Cavabdeh3 da məhkəməyə verdiyi izahatında bildirmişdi. Birinci instansiya məhkəməsi onun tərəfindən təqdim edilmiş sübutlara müvafiq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2(103)-5909/2024 saylı qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), F.Abdıyev və C.Musayeva) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh3 tərəfindən verilmiş qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdir ilmiş, qarşılıqlı iddia üzrə Cavabdeh2 15100 (on beş min yüz) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

26. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı tərəflərin heç biri arasında rəsmi qeydə alınmış əqd bağlanmamış, predmeti bu cür reyestrdə qeydə alınmalı daşınar əşya olan müqavilə üçün qanunvericiliklə müəyyən edilmiş forma tələbləri mövcud olsa da, bu tələblərə əməl edilməsi ilə bağlı hər hansı sübut iş materiallarında aşkar edilməmişdir.

27. Halbuki qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələri rəsmi reyetrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan, nəqliyyat v asitələrinə mülkiyyət hüququnun başqa şəxsə keçməsinə dair müqavilələr, o cümlədən alqı-satqı müqaviləsi yazılı formada bağlanaraq notarial qaydada təsdiq edildiyi halda etibarlı olur və həmin əqd üzrə hüquqi nəticələrin yaranmasına səbəb olur.

28. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında etibarlı alqısatqı münasibətləri yaranmadığından etibarsız əqdlər hesab olunmalı, belə olan halda, həmin əqdlər üzrə tərəflər aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.

29. Məhkəmə qeyd etmişdir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyy ən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

30. Hazırki işin ilkin olaraq müəyyən olunmuş faktlarından, o cümlədən tərəflərin izahatlarından göründüyü kimi mübahisəli avtomobilin alqı-satqına dair danışıqlar Cavabdeh2 vasitəsilə aparılmış və avtomobilə görə 25600 manat məbləğində ödəniş də X6 tərəfindən məhz Cavabdeh2 verilmişdir və bu mü bahisəsizdir.

31. Lakin sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, sözügedən 25.600 manat puldan 10.500 manat olan hissəsi ona qaytarılmış və beləliklə, Ramiz tərəfindən ona ödənilməli olan məbləğ yekun olaraq 15.100 manat təşkil etmişdir. Həmçinin ilkin iddia üzrə digər Cavabdeh7 da qeyd edilən halı təsdiq etmiş, əlavə olaraq mübahisəli avtomobilin artıq iddiaçıya qaytarıldığını bildirmişdir.

32. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun xeyrinə tutulması qət edilən 25.600 manat məbləğində vəsaitin 10.500 manat olan hissəsinin ona qaytarıldığı və yekun tələbin azaldılaraq 15.100 manat təşkil etməsi bildirildiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiası onun təmin olunan hissəsində dəyişdirilməli və sonuncunun xeyrinə tutulmalı məbləğin miqdarı 15.100 manat məbləğində müəyyən edilməlidir.

33. Kollegiya apellyasiya şikayətinin İddiaçı və Cavabdeh5 avtomobilin təmirinə görə ödənilmiş 2000 manat məbləğində vəsaitin müştərək qaydada tutularaq Cavabdeh2 ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki hazırkı məsələdə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun, ümumiyyətlə, mövcudluğuna, cavabdehin isə ona məxsus həmin pulu götürmüş və qaytarmalı olduğuna dair heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərinin məhz mübahisəli avtomobillə bağlı aparılmış təmir xərclərini əks etdirməsi, o cümlədən avtomobilin ilkin olaraq Cavabdeh2 verilməsi zamanı hansı vəziyətdə olmasına dair kifayət qədər dəlillər iş materiallarına əlavə olunmamışdır.

34. Beləliklə, kollegiya hesab edir ki, qeyd edilən hal apellyator tərəfindən hansısa mötəbər sübutlarla təsdiq edilmədiyindən apellyasiya şikayəti göstərilən hissədə əsassız olmaqla təmin edilməməlidir.

35. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 181.1, 181.4, 329.1, 329.2, 337.1, 337.5, 386.1, 389.1, 390.2, 406.1, 567, 650, 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 52.1, 77.1ci maddələrinə istinadla əsaslandırmış dır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə baxışında onun tərəfindən irəli sürülən dəlillər və sübutlar əsassız olaraq nəzərə alınmayıb. Belə ki, onun qarşılıqlı iddiasının təmin edilməməsini və mübahisə predmeti olan maşına görə tam məbləği 25500 manatı maşın sahibinə ödədiyi halda, o, yenə də ona əsassız olaraq 15100 manat borclu sayılmışdır. O, 15000 manat məbləği ona nəğd olaraq vermişdir. İddiaçı bu barədə məhkəməyə sübut təqdim edə bilməməyindən sui-istifadə edib. Əslində praktikada hamıya məlum olduğu kimi “Jentlemen” razılaşması ollub.

38. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı iddiaçı Cavabdeh5 tərəfindən mülkiyyətində olmuş “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil 10500 manat pulu həmin vaxtı maşını özündə saxlayan Əliev Məqsədə ödəyərək apardığına görə onun iddiaçıya maşına görə tam ödəniş etdiyini bildirdiyinə görə araşdırmaq üçün Cavabdeh5 məhkəmədə izahat verməsi üçün dəvət edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

43. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fa siləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.

44. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

45. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibars ızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

50. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

51. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

52. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

53. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

54. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran t əqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

55. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

56. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. K assasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

68. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə k assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(103)-5909/2024 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar