Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-916/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin və əldən çıxmış faydanın tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərin əvəzinin və əldən çıxmış faydanın tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3736/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart 2 025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-205/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, zərərçəkmiş şəxs İddiaçı mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs Cavabdeh ümumilikdə 171145,64 manat alınıb alınıb İddiaçı verilmiş, mülki iddia qalan hissədə baxılmamış saxlanılmış və ona mülki iddiasının qalan hissəsi üzrə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apell yasiya Məhkəməsinin 1(103)-1411/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)385/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Hökm qanuni qüvvəyə minmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 760000 ABŞ dolları məbləğinin qaytarılması ilə bağlı akt bağlanılmış, həmin akta əsasən cavabdeh iddiaçıdan xx.xx.2014-cü il xx.xx.2016-cı il tarixə qədər 760000 ABŞ dolları məbləğində pulu aldığını etiraf edib və bu məbləğin xx.xx.2017-ci il tarixədək 150000 ABŞ dolları hissəsini, xx.xx.2017-ci il tarixədək 350000 ABŞ dolları hissəsini, yanvar və mart aylarında ediləcək ödənişlərdən sonra ümumi məbləğdən ödənilməyən hissəsinin xx.xx.2017-ci il tarixədək qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 288350 manat, mənəvi zərərə görə 50000 manat, əldən çıxmış faydaya görə 300000 manat və 929 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 639279 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 2014-cü ilin may ayında yaşadığı binada qonşusu olan və uzun müddətdir ki, tanıdığı mərhum X1 Musayev ona yaxınlaşaraq, yoldaşının əmisi oğlu Cavabdeh “Azərsun” şirkətində mühasibatlıq şöbəsində işlədiyini, dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısını həyata keçirdiyini bi ldirmişdir. Həmçinin Anarın dediyinə görə cüzi pulla bu işləri gördüyünü, hər hansı bir problem olmadığını, yaxşı gəlir əldə edildiyini bildirmişdir. Cavanşir Musayev ona iş adamı olduğunu, əlində müəyyən qədər pul vəsaitləri olduğunu, həmin dövrdə də işlərin bir az durğunlaşdığını bildirib, ondan Anara pul verməsini və onun bu işləri genişləndirərək yaxşı gəlir götürməsini demişdir. Bu məqsədlə də 2014-cü ilin iyun ayının əvvəlində Cavabdeh, Cavanşir Musayev və o görüşərək söhbət etmişlər. O, Cavabdeh bu işin qanuni olub-olmaması, hər hansı bir təhlükənin olub-olmamasını soruşmuşdur. Cavabdeh “Azərsun” şirkətində maliyyə idarəsinin rəis müavini vəzifəsində işlədiyini, həmin şirkətə lazım olan dəftərxana ləvazimatının alınması və “Azərsun” şirkətinə satılmasının ona həvalə edildiyini, hər hansı bir problemin olmadığını, işin qanuni olduğunu, özünün də şirkətinin olduğunu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dəftərxana ləvazimatlarının satışını həyata keçirən şirkətlərdən topdan satış qiymətinə dəftərxana ləvazimatlarını öz şirkətinə aldığını, alınan ləvazimatların üzərinə 15 faizini əlavə etməklə “Azərsun”a satdığını, bu işi ona həvalə edən “Azərsun” şirkətində rəhbərlikdə işləyən bir nəfər Türkiyəli şəxsə hər ayın əldə olunmuş 15 faiz gəlirin 7 faizini həmin şəxsə, qalan 8 faizinin 4 faizini ona verəcəyini, digər 4 faizinin 3 nəfər arasında bölünəcəyini bildirmişdir. Beləliklə, xx.xx.2014-cü ildə o, Cavabdeha 40000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Bundan sonra onlar xx.xx.2014-cü ildə ona 1500 ABŞ dolları və xx.xx.2014-cü ildə 1500 ABŞ dol ları məbləğində pul verərək, bu işdə hər hansı bir problem və narahatçılığın olmadığını, əksinə əlavə pula ehtiyac oluğunu bildirmişlər. O, həqiqətən də işin yaxşı getdiyini görüb, bu məqsədlə də xx.xx.2014-cü ildə əlavə 40000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Bundan sonra üç ay ardıcıl həmin şəxslər ona 3200 ABŞ dolları məbləğində pul vermişlər. 2014-cü ilin dekabr ayında həmin şəxslər ona görülən işlərin həcmini böyütməyə ehtiyac yarandığını, sadəcə olaraq kənar şəxsləri bu işə qatmaq gələn xeyiri kənar şəxslərə vermək istəmədiklərini, azdan-çoxdan birbirilərini tanıdıqlarını, elə imkan varsa pulu onun artırmasını bildirmiş, o da onlara inanıb əlavə 100000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Daha sonra eyni qaydada 2015-ci ilin fevral ayında əlavə 100000 ABŞ dolla rı məbləğində pul vəsaiti vermişdir. 2015ci ilin fevral ayında pulu verdikdə Cavabdeh onu daha da həvəsləndirmək və inandırmaq üçün pulları ona verəndən sonra 2015-ci ilin fevral ayında öz mülkiyyətində olan və Xaçmaz rayonunda yerləşən 1,5 ha torpaq sahəsinə dair Çıxarışın sürətini ona verərək, narahat olmamasını, onun puluna heç nə ola bilməyəcəyini, ən pis halda mülkiyyətində olan torpağın dəyərinin bir milyondan artıq olduğunu, torpağı satıb onun pulunu verəcəklərini bildirdiklərindən, o, daha da güvənmişdir. Beləliklə, 2016-ci ilin may ayından iyun ayınadək əlavə 320000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, ümumilikdə Cavabdeh 2016-cı ilin iyun ayınadək 600000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. 2015-ci ilin sentyabr ayının 15-də Cavabdeh atası Namiqin onunla söhbətin in olduğunu və bu məqsədlə də onunla görüşmək istədiyini bildirmiş və o, razılaşmışdır. xx.xx.2016-cı ildə Cavabdeh, atası Namiq Əfəndiyevlə gələrək onunla görüşmüşlər. Anarın atası Namiq Əfəndiyev bütün söhbətlərdən, işlərdən xəbərdar olduğunu, ümumi pulun miqdarının 600000 ABŞ dolları təşkil etdiyini bildirmiş, həmin vaxt o, Namiq Əfəndiyevə əgər işlərdə nəsə problem varsa onun verdiyi pulları qaytarmalarını demişdir. Əvəzində Namiq Əfəndiyev ona heç bir problemin olmadığını, onun oğlunu və onun gördüyü işləri yaxşı bildiyini, oğlu Anarın işgörən adam olduğunu, oğlunun gördüyü işlərdə heç bir problem olmadığını, çox etibarlı oğlan olduğunu və sair bildirmişdir. Cavanşirin isə onların kürəkəni olduğunu, yəni heç nədən narahat olmağa dəymədiyini bildirib, yaxşı bir iş olduğu üçün əlavə 200 000 ABŞ dolları məbləğində pul lazım olduğunu və bu işə əlavə pul verməli olmasının daha məqsədəmüvafiq olduğunu demişdir. O, artıq bu işlərə Anarın atasının da qoşulduğunu, hər hansı bir problem yaranmayacağını düşünüb, bundan sonra 160000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh də onu əmin etmək üçün həmin vaxt Bakı şəhəri, Buzovna kəndində yerləşən villasına dair Cavanşirin adına baş etibarnamə vermişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə Cavabdeh ona Heydər Əliyev adına Fondun əməkdaşlarının gələrək bütün pulları götürdüklərini, artıq kassada pul qalmadığını demişdir. Bu zaman o, verdiyi pulların necə qaytarılacağını soruşmuşdur. Cavabdeh söhbətə atası Namiq Əfəndiyevi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işləyən qardaşı İlqar Əfəndiyevi gətirə rək, ona qısa müddət ərzində onun pullarını qaytaracaqlarına zəmanət vermişlər, yəni Anarın adına olan Xaçmaz rayonu Xudat şəhərində yerləşən 1 ha torpaq sahəsini və Buzovna kəndində olan bağ evlərini satıb onun pulunu qaytaracaqlarını demişlər. Lakin onun pulunu qaytarmamışlar. O, Buzovna kəndində yerləşən bağ evinə dair Cavanşirin adına verilmiş etibarnamənin ləğv olunduğunu, eyni zamanda Cavabdeh adına olan Xudat şəhərindəki torpaq sahəsinin atası Namiq Əfəndiyevin adına keçirildiyini və Cavabdeh rəsmi olaraq yalandan ailəsindən boşandığını öyrənmişdir. Cavabdeh və atası Namiq Əfəndiyev ona 2016-cı ilin dekabr ayınadək ondan aldıqları pulun bir hissəsini bağlayacaqlarına söz vermiş, lakin yanvar ayınadək heç bir ödəniş etməmişlər. xx.xx.2017-ci ildə Cavabdeh hansı məbləğdə borcunun olma sı barədə akt yazaraq, hissə-hissə ödənilməsi qrafikini də həmin aktda qeyd etmiş olsa da, yenə də hər hansı bir ödəniş etməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh bir neçə nəfərin etibarını qazanaraq eyni üsulla aldadaraq Cövdəd adlı şəxsdən 250000 ABŞ dolları, Orxan adlı şəxsdən 160000 ABŞ dolları, Kamil adlı şəxsdən isə 30000 ABŞ dolları məbləğində pul vəsaiti alaraq onları da aldatmış və onlara da qeyd olunan məbləğlərdə borcu vardır. Onlar Cavabdeh barəsində Nəsimi rayon Polis İdarəsinə şikayət ərizəsi vermişlər. Həmin vaxt müəyyən olunmuşdur ki, Anarın ona 760000 ABŞ dolları borcu vardır. Onu polis idarəsinə dəvət edərkən, o Anara qarşı şikayəti olmadığını bildirmişdir. Belə ki, həmin vaxt Anarın atası və özü söz vermişlər ki, o, şikayətçi olmasa onlar qısa zamanda ona o lan bütün borcu qaytaracaqlar. O, artıq başa düşmüşdür ki, Cavabdeh ona aylıq verdiyi pul elə onun külli miqdarda verdiyi pullardan imiş, yəni Anar onun verdiyi pullardan az miqdarda aylıq ona qaytarmaqla məqsədi onun etibarını qazanmaq olmuşdur. O, bu barədə Anarın özü ilə danışmış, bunun nə məsələ olduğunu və başqalarına da borcunun olduğunu soruşmuş, Anar isə cavabında heç nədən narahat olmamasını, 2017-ci ilin fevral ayınadək borcdan 160 000 ABŞ dollarını qaytaracaağını bildirib, bu barədə WhatsApp şəbəkəsi vasitəsi ilə də səsli mesaj göndərmişdir. Lakin xx.xx.2017-ci il tarixdə onlara heç bir ödəniş etmədən naməlum istiqamətdə yoxa çıxmışdır. Bundan sonra öyrənmişlər ki, Xudat şəhərində yerləşən torpaq sahəsi borclu olduğu Cövdətin adına rəsmiləşdirilmiş, Bakı şəhərində yerləşən 5 mər təbədəki binada olan 3 otaqlı mənzil digər borclu olduğu şəxs Orxanın adına rəsmiləşdirilmişdir. Hansı ki, həmin şəxslər Cavabdeh Nəsimi RPİ-ə şikayət etmişlər, həmin şikayətdən sonra mənzil və torpaq sahəsi onların adlarına keçmişdir. Hazırda da, Cavabdeh tərəfindən ondan almış olduğu puldan hər hansı bir ödəniş edilməmişdir. Bundan sonra dəfələrlə Cavabdeh və onun valideynləri ilə əlaqə saxlamış, onlar hər dəfə onu razı salaraq pullarını yaxın zamanda qaytaracaqlarını, özlərinə məxsus mülklərini satıb pulunu qaytaracaqlarını bildirsələr də, bu günədək ona hər hansı bir məbləğdə pul qaytarmamışlar. Onun müvafiq şikayət ərizələri əsasında Cavabdeh barəsində cinayət işi başlanmış, onun Respublika ərazisində olmadığı müəyyən edildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlx alq axtarışa verilmiş və o, Ukrayna Respublikasının Kiyev şəhərində tutularaq Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilmişdir. Bundan sonra təxminən 2 ilə yaxın istintaq aparılmış və ittiham aktı təsdiq edilərək cinayət işi aidiyyatı üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)205/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərər çəkmiş şəxs İddiaçı mülki iddiası qismən təmin edilməklə, təqsirləndirilən şəxs Cavabdeh alınıb İddiaçı xeyrinə 170684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171145,64 manat pulun tutulması, mül ki iddianın qalan hissədə baxılmamış saxlanılması hökm edilmiş və ona mülki iddianın qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1411/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh cinayət əməlləri nəticəsində ona külli miqdarda, yəni 760.000 ABŞ dolları ziyan vurulmuş, həmin ziyandan 171147,64 manatı Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh tutularaq ona ödənilməsi qeyd edilmiş, belə olan halda ona dəymiş ziyanın qalan hissəsi isə mülki qaydada cavabdehdən tutulmalıdır. Eyni zamanda, mülki cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi istirablar, sarsıntılar çəkmiş, ona mənəvi zərər vurulmuş, həmçinin həmin pul ona v axtında qaytarılsa idı o, həmin pulu ticarətə, dövriyəyə və ya banka qoyub aylıq gəlir əldə etmiş olardı. Ona görədə hesab edir ki, mülki cavabdehdən 170000 ABŞ dolları (Azərbayacan manatına məzənnəsində 289000 manat maddi ziyandan əlavə 50000 manat mənəvi zərər və 300000 manat əldən çıxmış fayda tutularaq ona ödənilməlidir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cavabdeh ondan aldığı 760000 ABŞ dollarından 490000 ABŞ dollarını qaytarmış (həmin vaxtın Azərbaycan manatına məzənnəsi ilə) 270000 ABŞ dollarını isə qaytarmamışdır. Həmin puldan 170684,96 manatını cinayət işi üzrə mülki iddia qismən təmin edilərək, cavabdehdən tutulması qeyd edilmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə düzgün deyildir, belə ki, cavabdehdən tutulmalı olan 270000 ABŞ dolları haz ırda Azərbaycan manatına ekvivalentində 459000 manat təşkil edir və həmin puldan isə məhkəmə yalnız 170648,96 manatını tutmuşdur. Hazırda həmin puldan 288350 manat açıq qalmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)182/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “maddi ziyanın ödənilməsi” hissəsində xitam verilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim K.Xudaverdiyev)xx.xx.2024cü il tarixli, 2(004)182/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, ö dənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 859 manatın (929-70=859) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının sağlamlığına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi müəyyən edilmiş və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəydiyi öz təsdiqini tapdığından ona dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Bununla belə, məhkəmə hesab etmişd ir ki, dəymiş zərərin məbləğinə münasibətdə iddia tələbi qismən əsaslıdır.
7. Məhkəmənin qənaətinə görə mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 5000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
8. Məhkəmə, iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissə üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı pulunun cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi nəticəsində həmin pul məbləğindən faydalana bilməməsi, pul məbləği özündə olacağı təqdirdə hansı işlər görə biləcəyi və gördüyü işlərin müqabilində nə qədər gəlir əldə edə biləcəyi barədə hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, nə də öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödəni lmiş dövlət rüsumunun qalan hissəsi yəni, 859 manat (929-70=859) iddiaçıya aid edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 119.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianı n təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətibelə əsaslandırılmışdr ki, birinci instansiya məhkəməsi qanunvericiliyin bu tələblərini, o cümlədən cavabdehin ona qarşı dələduzluq etməsini, onun qanunsuz əməlləri nəticəsində ona külli miqdarda ziyan dəyməsini, ondan mənimsədiyi və bu günədək qaytarmadığı pulunun ən azından illik müvafiq faiz dərəcəsi ilə banka qoyub gəlir əldə edəcəyini nəzərə almamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunun təfsiri və tədbiqində səhvə yol vermişdir. Onun tərəfindən hüquq normasına düzgün istinad edilməməsi, iddianın rədd edilməsinə əsas ola bilməzdi. Məhkəmə nəzərə almamışdır ki, əldən çıxmış fayda dedikdə mərkəzi bankın müəyyən etdiyi uçot dərəcəsi nəzərdə tutulmuşdur, halbuki, məhkəmə prosesində dəfə lərlə bunu qeyd etmişdir. Eyni zamanda hamı üçün bəlli olan halların subut edilməyə ehtiyacı yoxdur. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir, lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Halbuki, məhkəmə cavabdehin barəsində cinayət işi başlanan gündən, yəni 2018-ci ildən, qətnamə qəbul edilən günədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə maddi ziyanı, əldən çıxmış faydanı hesablamalı idi. Məhkəmə, nəzərə almamışdır ki, əgər cavadeh onun pullarını vaxtında qaytarsa idı, o, həmin pulu hər hansı bir banka depozit şəklində qoyub aylıq gəlir əldə edərdi.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3736/2024 n ömrəli, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Qasımov və X.Sarıyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-182/2024 nömrəli qətnaməsi qismən – “əldən çıxmış faydanın tutulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh 170684,96 (bir yüz yetmiş min altı yüz səksən dörd manat, doxsan altı qəpik) manat məbləğində pula xx.xx.2017-ci il tarixdən xx.xx.2023-ci il tarixədək müddət üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 54049,92 (əlli dörd min qırx doqquz manat, doxsan iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qal an hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
15. Hazırda iddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat, əldən çıxmış faydaya görə 300000 manat və ödənilmiş 929 manat dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Cavabdehin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat zamanı iddiaçı maddi zərərlə bağlı mülki iddia qaldırdığından və iddia tələbinin maddi zərərlə bağlı hissəsinə həmin icraat çərçivəsində hüquqi qiymət verildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-182/2024 nömrəli qərardadı ilə iddia tələbi üzrə icraata “maddi zərərin əvəzinin ödənilməsi” hissəsində xitam veri lmişdir.
16. Məhkəmə iddia üzrə irəli sürülmüş mənəvi zərərin əvəzinin tutulması tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində mənəvi zərərin dəyməsi mübahisəsizdir, lakin həmin hüquqazidd hərəkətlər nəticəsində iddiaçıya iddia tələbində göstərilən məbləğ həddində mənəvi zərərin dəyməsi ağlabatan deyil. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi kimi tutulan 5 000 manat məbləğini yetərli və iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların əvəzi kimi əsaslı və ağlabatan hesab edir. Bu məbləğin artırılması üçün hər hansı əsas görmür.
17. Apellyasiya məhkəməsi iddia tələbinin əldən çıxmış f aydanın ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2014-cü il - xx.xx.2016-cı il tarixlər arasında ayrı-ayrı vaxtlarda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 760000 ABŞ dolları - 812639 manat məbləğində pulun verilməsi işin mübahisə edilməyən halını təşkil edir. Bu halın cavabdeh tərəfindən etiraf olunmasını da özündə əks etdirən və cavabdeh, iddiaçı, habelə X2 və X3 tərəfindən xx.xx.2017-ci il tarixdə imzalanmış akta əsasən cavabdeh qeyd edilən iki şəxsin şahidliyi ilə iddiaçıdan xx.xx.2014-cü il-xx.xx.2016-cı il tarixə qədər “Azersun” şirkətində dəftərxana mallarını və tikinti materiallarını alqı-satqısı üçün görüləcək işlərlə əlaqədar cavabdehdən 760000 ABŞ dolları məbləğində pul aldığını, həmin pullara görə cavabdeh olduğunu və tam məsuliyyət daşıdığını, bu məbləğin ona təcili surətdə qaytarmalı olduğunu bildirmiş və bu məbləğin xx.xx.2017-ci il tarixədək 150000 ABŞ dolları hissəsini, xx.xx.2017-ci il tarixədək 350000 ABŞ dolları hissəsini, yanvar və mart aylarında ediləcək ödənişlərdən sonra ümumi məbləğdən ödənilməyən hissənin xx.xx.2017-ci il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür.
18. Artıq qeyd edildiyi kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin göstərilən hökmü ilə cavabdeh tərəfindən verilmiş məbləğdən ümumilikdə 641954 manat məbləğində hissəsinin iddiaçıya geri qaytarıldığı və ödənilməli olan məbləğin (812639 – 641954,04 = 170684,96) 170684,96 manat təşkil etdiyi müəyyən edilmişdir. Lakin bu məbləğ cavabdeh tərəfindən bugünədək iddiaçıya qaytarılmamışdır.
19. Bununla belə, məhk əmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il və xx.xx.2023-cü il tarixli qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutaraq və xx.xx.2017-ci il tarixli akt üzrə cavabdehin iddiaçı tərəfindən ona verilmiş məbləğin qaytarılması ilə bağlı öhdəlik götürdüyünü, ümumi məbləğin 641954 manat hissəsinin qaytarıldığını və qalan 170684,96 manat məbləğin bu günədək qaytarılmadığını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçıya vurduğu zərərin əvəzinin iddiaçıya qaytarılması ilə bağlı öhdəliyini tam icra etməmişdir. Bunun nəticəsi olaraq cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyi dövr ərzində iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurulmuşdur.
20. Məhkəmə o halı da xüsusilə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məbləğlər ayr ı-ayrı vaxtlarda və hissə-hissə qaytarıldığından, bununla bağlı dəqiq tarixlərin müəyyən edilməsi çətinlik yaratdığından və tərəflər arasında bağlanılmış akt üzrə ödənilməmiş qalıq məbləğin xx.xx.2017-ci il tarixinədək ödənilməsi razılaşdırıldığından əldən çıxmış faydanın hesablanması üçün başlanğıc tarix olaraq həmin tarix, son tarix kimi isə iddia tələbinin icraata götürüldüyü tarix, yəni xx.xx.2023-cü il əsas götürülməlidir. Qeyd edilənlər öz növbəsində iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur.
21. Məhkəmə də iddiaçının bu barədə tələbini nəzərə alıb, habelə daha böyük məbləğin tutulması ilə bağlı dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini bu hissədə qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, 170684,96 manat məbləğin ödənilməsinin gecikdirildiyi xx.xx.2017-ci il tarixdən (bu tarixdən sonra hər hansı ödəniş edilməmişdir) xx.xx.2023-ci il tarixədək (son tarix xx.xx.2023-cü il), yəni 6 il 4 ay 4 gün müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır.
22. Apellyasiya məhkəməsi qalıq məbləğinin 170684,96 manat, illik faiz dərəcəsinin 5 faiz, ümumi müdətin isə 6 il 4 ay 4 gün olmasını nəzərə alıb, qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə (170.684,96 x 5 / 100 = 8.5 34,24 – 1 il, 8.534,24/ 12 ay = 711,18 – 1 ay, 711,18 / 30 = 23.70 – 1 gün /// (8.534,24 x 6 il = 51.205,44) + (711,18 x 4 ay = 2.844,72) + (23,70 x 4 gün = 94,80) = 54.144,96) 54.049,92 manat məbləğində pul vəsaiti tutulmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 445.7, 1096 və 1097.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421. 3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarı, MPM-nin 14.2, 77.1, 82.4, 88 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir.
25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarının müddəalarını pozaraq, tərəflər arasında heç bir müqavilə olmadığı halda, münasibətlərə kreditor və borclu kimi qiymət vermişdir. Belə ki, əvvəla tərəflər arasında heç bir şərtləşdirilmiş rəsmi müqavilə imzalanmamışdır, digər tərəfdən də, iddiaçı pulunun cavabdeh tərəfindən ələ keçirilməsi nəticəsində həmin pul məbləğindən faydalana bilməməsi, pul məbləği özündə olacağı təqdirdə hansı işlər görə biləcəyi və gördüyü işlərin müqabilində nə qədər gəlir əldə edə biləcəyi barədə hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, nə də öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, onun rədd edilməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
28. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
29. Maddə 445.7 (əvvəlki redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyü k məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur;
30. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
31. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
32. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya ş ikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillər iddiaya etirazda, cavabdeh tərəfin məhkəmə iclaslarında verdiyi izahatlarında göstərilən dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə bax arkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3736/2024 nömrəli iş üzrə 5 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.