Məhkəmə qərarları › İş №2(102)-919/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-919/2019

08.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-919/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-919/2019 08 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçının vəkili ***nun, cavabdehin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli, 2(103)10352/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov ) 27 iyun 2018-ci il tarixli, 2(006)-2868/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi zərərə görə 10.070,85 manat, mənəvi zərərə görə 500 manat, vəkilə ödənilmiş 300 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10.900, manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmışekspertizatədqiqatınındəyəri120 manatınCavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22hesabınaköçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 19.09.2018-ci il tarixli, 2(103)-10352/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.01.2018-ci il tarixdə təxminən saat 17-18 radələrində iddiaçıya məxsus "***" markalı, ** *** *** dövlət nömrə nişanlı avtomaşın ilə Bakı şəhəri "Məmməd Araz" küçəsi ilə "Atatürk" prospekti istiqamətində tıxacda asta sürətlə hərəkətdə olan zaman əks yolla hərəkət edən Cavabdeh məxsus "Hunday Sonata" markalı, ** *** *** dövlət nömrə nişanlı avtomaşın iddiaçının hərəkətdə olduğu yola gözləmədiyi halda üzbəüz çıxaraq həmin avtomaşının qabaq hissəsi ilə iddiaçının avtomaşının qabaq sol hissəsindən vurmuşdur. Toqquşma baş verən anda iddiaçı huşunu itirmiş, gözünü açanda avtomaşının içərisində tüstü görmüş, kənarda olanlar avtomaşının qapısını açıb iddiaçını avtomaşından yerə düşürmüşlər. Ətrafdakı insanlar iddiaçıya su və dərman vermişlər. Ondan sonra hadisə yerinə yol polisi əməkdaşları gəlib müvafiq sənədləşmə aparılıb avtomaşınlar götürülmüşdür. Hadisə zamanı iddiaçının bədənində çoxsaylı xəsarətlər olmuşdur. İddiaçı 23.01.2018-ci il tarixə kimi bədən üzərində olan ağrılara dözmüş, ancaq 23.01.2018-ci il tarixdə ağrılara və tez-tez baş verən ürəkbulanma və qusmalara dözə bilmədiyi üçün təcili yardıma müraciət et mişdir. Hal-hazırda iddiaçı evdə yataq şəraitində müalicə alır, baş nahiyəsində, bədəni üzərində ağrıları olduğundan hazırda həkim müalicəsi alır. Hadisə zamanı həm iddiaçının avtomobilinə maddi ziyan, həm də özünə müxtəlif bədən xəsarətləri dəymişdir. Cinayət işi başlanmasının rədd olunması haqqında Nərimanov RPİ-nin 09.02.2018-ci il tarixli qərarına əsasən Cavabdeh baş vermiş hadisəyə görə barəsində toplanmış material AR İXM-nin 327.8-ci maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh təhqiqatda verdiyi izahatda da özünü baş vermiş hadisəyə görə təqsirkar bilmişdir. İddiaçı avtomobilə dəymiş maddi ziyan ilə bağlı "xxxx" şirkətinə müraciət etmiş və həmin şirkət avtomobilə dəymiş ziyanın məbləğini 17753 manat müəyyən etmişdir. Bundan başqa isə iddiaçının aldığı xəsarə t ilə bağlı verilən ekspert rəyindən göründüyü kimi o, hadisə vaxtı yüngül dərəcəli bədən xəsarəti almışdır. İddiaçı avtomobilinə dəymiş ziyan ilə bağlı hələ də avtomobili nə istifadə edə bilmir, nə də təmir edə bilmir. İddiaçı səhhətinə dəymiş ziyan ilə bağlı müalicələrinə xeyli miqdarda, yəni 1000 manata qədər pul xərcləmişdir. Bundan əlavə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı psixi və mənəvi sarsıntı keçirmiş və bunun nəticəsində iddiaçıya mənəvi ziyan vurulmuşdur. İddiaçı aldığı mənəvi ziyanın məbləğini 10.000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən Cavabdeh avtomobilə dəymiş ziyana görə 17753 manat, səhhətinə dəymiş ziyanla bağlı 1000 manat, aldığı mənəvi ziyana görə 10.000 manat, vəkilə ödənilmiş 300 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 29083 (iyirmi doqquz min səksən üç) manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun qismən ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamədən məlumdur ki, iddiaçı ona məxsus olan və toqquşma nəticəsində əzilərək maddi ziyan dəymiş «***» markalı, 90 ***-288 dövlət nömrə nişanlı avtomobili 1-ci instansiya məhkəməsi y ekun qətnamə qəbul edən ərəfədə və ondan sonra dərhal təmir etdirmiş və faktiki olaraq sürməyə başlamışdır. Əgər doğrudan da iddiaçı təmir və bərpa üçün həm iddia tələbində, həm də qəbul edilmiş qətnamədə göstərilən məbləğdə «xxxx» MMC-yə pul xərcləmişdirsə, hansı səbəbdən ödəniş qəbzlərini məhkəməyə təqdim etməmiş və bunu etməkdən çəkinmişdir?! Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş həmin qətnamənin qanuni və əsaslı olmasını müəyyən etmək üçün həmin avtomobilin təmir xərci və alınmış detallarının qiyməti qəbul edilmiş qətnamədə göstərilən kimidirsə, kassasiya instansiyası məhkəməsinin bilavasitə səlahiyyətinə aid olan is üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmasını müəyyən etmək üçün (AR MPM-nin 217.3-cü maddə si) iddiaçı tərəfindən təmir və əzilmiş detalların alınmasına görə «xxxx» MMC-yə ödədiyi pulların ödəniş qəbzlərini məhkəməyə təqdim edilməsinin təmin etməklə dəymiş real zərərin məbləğini müəyyən etmək və çıxarılmış qətnamənin prosessual və maddi hüquq normalarının pozulub-pozulmaması barədə düzgün nəticəyə gəlmək olar. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 04.04.2016cı il tarixdə verilmiş, AC № 631009 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, "***" markalı, ** *** *** dövlət nömrə nişanlı avtomobil İddiaçı məxsusdur. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 19.01.2018-ci il tarixli arayışa əsasən, 19.01.2018-ci il tarixdə təxminən saat 17:00 radələrində İddiaçı ona məxsus "***" markalı, ** *** *** dövlət nömrə nişanlı avtomaşın ilə Bakı şəhəri "Məmməd Araz" küçəsi ilə "Atatürk" prospekti istiqamətində hərəkətdə olan zaman əks yolla hərəkət edən Cavabdeh məxsus "Hunday Sonata" markalı, ** *** *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı hərəkətdə olduğu yola gözləmədiyi halda üzbəüz çıxaraq həmin avtomaşının qabaq hissəsi ilə "***" markalı, ** *** *** dövlət avtomaşının qabaq sol hissəsindən vurmuşdur. 21.02.2018-ci il tarixli sığorta aktının surətinə əsasən, İddiaçı "***" markalı, ** *** *** dövlət nömrə nişanlı avtomobili 19.01.2018-ci il tarixində idarə edərkən Bakı şəhəri "Məmməd Araz" küçəsi ilə "Atatürk" prospekti istiqamətində"Hunday Sonata" markalı, ** *** *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, 19.01.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "***" markalı, ** *** *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 14.626 manat, ödənilmiş sığorta ödənişinin məbləği isə 4883,15 manat təşkil edir. «xxxx» Şirkətinin servis mərkəzinin 30.01.2018-ci il tarixli qüsur aktına əsasən, “***" markalı, ** *** *** dövlət qeydiyy at nişanlıavtomaşına dəymiş zərərin məbləği 15.978 manat təşkil edir. «xxxx» MMC-nin 188 saylı ekspert rəyinə əsasən, “***" markalı, ** *** *** dövlət qeydiyyat nişanlıavtomaşına dəymiş zərərin məbləği 8679 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli, 3(005)-453/2018 saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. 09 mart 2018-ci il tarixli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən hüquqi yardıma görə ***na cəmi 300 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mə rkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12638 saylı, 23 may 2018-ci il tarixli rəyinə əsasən, təqdim edilmiş 30.01.2018-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 19.01.2018-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2014-cü il buraxılışlı, "***" markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilin 2018-ci ilin yanvar ayına olan dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla, təmir-bərpa xərci təxminən 16.098 manat (dəyişdirilməli hissələrin qiyməti 13.096 manat, təmir-bərpa işlərinin qiyməti 3002 manat), dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə, təmir-bərpa xərci təxminən 14.954 manat (dəyişdirilməli hissələrin qiyməti 11.952 manat, təmir-bərpa işlərinin qiyməti 3002 manat), müəyyən edilir. Həmin ekspert təd qiqatının dəyəri 120 manat təşkil etmişdir. Eksperizanın 23 may 2018-ci il tarixli rəyi ilə “***” markalı avtomobilin dəyişilməli hissələrinin qiymətinin 11952 manat, təmir-bərpa işlərinin qiymətinin 3002 manat təşkil etdiyi müəyyən olunmuşdur və işin hallarından göründüyü kimi, apellyator özünün məsuliyyəti məsələsini deyil, yalnız iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğini mübahisələndirmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və y a müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək t əhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öh dəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh yüksək təhlükə mənbəyi olan avtomobili ilə iddiaçının avtomobilinə zərər yetirdiyindən ekspertiza rəyi ilə müəyyən edilmiş zərərin əvəzi cavabdehdən tutulmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinmübahisələndirilən hissədə faktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğvi ü çün qanuni əsas deyildir. Belə ki, iddiaçı tərəfin avtomobilini təmir etmiş şirkətə ekspertiza rəyində əks olunmuş məbləği ödəniş etməsinə dair müvafiq qəbzin təqdim edilməməsi mötəbərliyi şübhə doğurmayan ekspertiza rəyində müəyyən edilmiş zərər məbləğinin tutulmasının qarşısını alan hal deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ciu maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, təkrar ekspertizanın təyin edilməsi üçün prosessual qanunvericilikdə konkret əsaslar müəyyən edilmişdir. Hazırki işdə isə həmin əsasların mövcudluğu müəyy ən edilməmiş, habelə cavabdeh tərəf də təkrar ekspertizanın keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsində işə baxılarkən hər hansı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Eyni zamanda cavabdeh tərəfin təqdim etdiyi qiymətləndirmə rəyinin zərərin məbləğini deyil, avtomonbilin zədələnmiş halda bazar dəyərini əks etdirməsi əsası ilə qəbul etməməsini də kollegiya əsaslı hesab edir. Bu baxımdan kollegiya hesab edir ki, kassasiya şikayəti əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli, 2(103)-10352/2018 nömrəli qətnaməsi iddianin təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar