Məhkəmə qərarları › İş №2(102)-919/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-919/2022

22.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-919/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-919/22 (Açar sözlər: kassasiya şikayətindən imtinanın qəbul edilməsi) Bakı şəhəri, 22 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh X3, Cavabdeh2 və Cavabdeh3 qarşı “payların naturada ayrılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8982/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 26 saylı sahə paylı mülkiyyət hüququ əsasında İddiaçı12/15 hissədə, Cavabdeh1 1/15 hissədə, Cavabdeh2 1/15 hissədə, Cavabdeh3 1/15 hissədə məxsusdur.

2. Tərəflər arasında mübahisə olduğundan, İddiaçı özünə aid olan payda hasar çəkib yaşamaq üçün şərait yaratmaq istəyir, buna görə də hazırki mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər X3, Cavabdeh2 qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində n payların naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin girişi birdir və vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin çıxarışa əsasən paylı mülkiyyət kimi ona və X1na məxsus olduğu görünür. X1 1965-ci ildə vəfat etmişdir. Ondan qalan 3/15 hissəni cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 rəsmi olaraq qəbul etmişlər, bununla belə çıxarış almadıqlarından həmin sahə A.Gülverdiyevanın adına görünür. Mübahisəli torpaq sahəsinin giriş-çıxışı bir olsa da ayrı-ayrı giriş çıxış açmaq mümkündür. Cavabdehlərlə aralarında mübahisə var. O, özünə aid olan payda hasar çəkib anasına yaşamaq üçün şərait yaratmaq istəyir. Buna görə də payların naturada ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-570/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 10/1115 № li rəyindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzrə torpağın konfiqurasiyasını, faktiki yerləşmə vəziyyətini, yalnız bir tərəfə giriş-çıxış yolunun olduğunu və torpaq sahəsində yerləşən köhnə tikililərin yola tərəf olan divara bitişik olduğunu nəzərə aldıqda idiaçı İddiaçı 12/15 hissədə payının naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-570/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia rədd edilmişdir.

8. Məhkəmə iş üzrə gəldiyi qənaəti ekspert rəyi, Mülki Məcəllənin 213, 220, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələri və AR Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli Plenum Qərarı ilə əsaslanmışdır.

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.İmanov sədrlik edən və məruzəçi, Q.Əsgərov və V.Sadıqov) 2(103)-8982/2021 nömrəli, 15.09.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-570/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsas landırma ilə razılaşmışdır.

12. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

16. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

17. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. İddiaçı kassasiya şikayətini geri götürməsi ilə bağlı notarial qaydada təsdiq olunmuş 16 fevral 2022-ci il tarixli, 8İ-5620 reyestr nömrəli ərizəsi kassasiya kollegiyasına daxil olmuşdur.

20. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən (§12, §13, §14), kassasiya qərarı çıxarılana kimi kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin müstəsna hüququdur.

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün əsas mövcud deyil.

22. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə kassasiya icraatına xitam verilməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 410-cu maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar