Məhkəmə qərarları › İş №2(102)-922/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-922/2020

17.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-922/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı və onun tərcüməçisi X1 və vəkili Abasov Nizami Noruz oğlunun, Cavabdeh və onun vəkili Əliyev Həbib Əli oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “özəlləşdirmənin ləğvi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nuriyev, iş 2(007)-1729/2018) iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski, iş № 2(103)-274/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Abasov Nizami Noruz oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya M əhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh vəkili Əliyev Həbib Əli oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya inst ansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 02 oktyabr 1979-cu ildən mübahisəli mənz ildə daimi qeydiyyatda olsa da, 2001-ci ildən həmin mənzildə yaşamamış, daimi yaşamaq üçün digər yaşayış məntəqəsinə (Rusiya Federasiyasına) köçmüşdür. Rusiya Federasiyası, Moskva şəhəri, Alekseyevski rayon mühəndis xidmətinin 19 oktyabr 2010-cu il tarixli arayışlarına əsasən İddiaçı Nikoiayeviçin Moskva şəhəri, Kosmonavtlar küçəsi, 22 saylı evin, 35-ci mənzilində qeydiyyatda olmaqla, orada daimi yaşaması, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi, 11 mart 2001- ci ildən 01 oktyabr 2010-cu illər üzrə sözügedən mənzilin kommunal xidmətlərinə görə borcunun olmaması, Rusiya Federasiyasının vətəndaşı kimi adına 02 iyun 2011 -ci il tarixdə Rusiya Federasiyasının pasportu verilməsi, cavabdehin iş yeri kimi Rusiya Federasiyasında “xxxx” QSC-də ağackəsən vəzifəsində işləməsi müəyyən olunm uşdur. İddiaçı mübahisəli mənzilə istifadə hüquqlarını itirmişdir. Yəni, İddiaçı mübahisəli mənzillə bütün əlaqələrini kəsmiş, ötən müddət ərzində mənzilin krayə müqaviləsindən irəli gələn hər hansı vəzifəni yerinə yetirməmişdir. Bundan əlavə, mübahisənin yarandığı dövrdə İddiaçı artıq Rusiya Federasiyasının vətəndaşı olmuşdur ki, belə olan halda onun statusu xarici vətəndaş kimi müəyyən olunur. Bu isə cavabdeh üçün mübahisəli mənzilə münasibətdə heç bir hüquqi nəticələr (onun hüquqi taleyini müəyyən etmək, hansısa əqdin yerinə yetirilməsinə razılıq vermək və s.) yaratmır. İddiaçı sonralan Bakı şəhərinə gəldikdə xarici vətəndaş kimi başqa ünvana (ünvan 2 ki, 11 avqust 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında evin 2 saylı mənzili daşınmaz əmlakın dövlə t reyestrində mülkiyyət hüququ üzrə Nikolay Tumanovun adına qeydə alınmış, sonuncu 12 mart 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili Cavabdeh bağışlamışdır. Sonradan İddiaçı bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2016-cı i! tarixii qətnaməsi ilə iddia rədd edilmişdir (işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsinin surəti əlavə olunmuşdur). Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 373.1, 375.2-ci, MPM-nin 82.3, 77.1-ci maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, pros essual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə İddiaçı iddia ərizəsində iddia tələbinin, yəni özəlləşdirmənin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “11 av qust 2001-ci ildə yaşadığımız mənzilin özələşdirilməsi məqsədilə sənədlər toplanan zaman mən də həmin mənzilin atam X4 adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququmun saxlanılması şərti ilə razılıq vermişəm. Mənzil özəlləşəndən təxminən bir il sonra atam X4 Cavabdeh tərəfindən aldadılaraq öz adına etibarnamə verilməsinə nail olmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinə atam X4 adından ərizə verərək mənim həmin yaşayış sahəsinə hüququmun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Beləliklə, Bakı şəhəri Nizami rayon məhkəməsinin 21 noyabr 2012-ci il tarixli, 2(007)-2679/2012 saylı qətnamə çıxarılmışdır ki, (hakim Z.M.Əliyev) həmin qətnaməyə əsasən mənim ünvan 3 ünvana ist ifadə hüququm itirilmiş hesab edilmişdir.” Həmin xüsusatla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin qanunun 12-ci maddəsinə əsasən isə mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Beləliklə qanuna müvafiq olaraq mənzillər ailə üzvlərinin birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilərdi. İddiaçı iddia ərizəsində göstərdiyi kimi o, mübahisəli mənzilin atasının adına, yəni mülkiyyətinə verilməklə özəlləşdirilməsinə razılıq vermişdir. İddiaçının onun həmin razılığı mənzildən istifadə hüququnu saxlamaqla verməsi barədə qeydi əslində əhəmiyyət kəsb etmir. Belə ki, qanunun 12-ci maddəsinə müvafiq olaraq onun mənzilin özəlləşdirməsinə razılıq verməsi evdən istifadə hüququnun itirilməsinə səbəb olmur. Ona görə də sonradan İddiaçı məhkəmə aktlarına əsasən mübahisəli mə nzildən istifadə hüququndan məhrum edilməsi özəlləşdirmənin ləğvi üçün əsas hesab edilə bilməz. İddiaçı başqa icraatda onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsini mübahisələndirmiş, lakin onun şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli 2(103) -5896/2017 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar ilə müəyyən edilmişdir ki,iddiaçı 19 oktyabr 2010-cu il tarixli arayış və digər sənədlərə əsasən Rusiya Federasiyası, Moskva şəhəri, Kosmonavtlar küçəsi, 22 saylı evin, 35-ci mənzilində qeydiyyatda olmaqla, orada daimi yaşayır, o 02 iyun 2011-ci il tarixdən Rusiya Federasiyası vət əndaşı kimi müvafiq pasport almışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə verilə bilər. Qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli mənzil özəlləşdirilərkən İddiaçı mübahisəli mənzildə faktiki yaşamaması müəyyən edildiyinə görə Məhkəmə kollegiyası hesab edir ki, onun mübahisəli mənzilin özələşdirilməsi ilə bağlı razılığına ehtiyac olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı mübahisəli mənzildən istifadə hüququna xitam verilmə si barədə məhkəmə qətnamələri qüvvəsində saxlanılmışdır. Bundan əlavə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi də təmin olunmamışdır. Kassasiya şikayətində İddiaçı mənzilin özəlləşdirilməsinin onun adından yazılmış və imzalanmış saxta ərizə əsasında aparılmasına istinad edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna o lmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış i mtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Beləliklə, Qanuna müvafiq olaraq dövlət mənzil fonduna daxil olan hər hansı mənzilin özəlləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi akt əsasında həyata keçirilir. Əgər bu cür özəlləşdirmə saxta sənədlər əsasında həyata keçirilmişsə maraqlı şəxs həmin aktın etibarsızlığı ilə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət etmək səlahiyyətinə malikdir. Əqdlərin etibarsızlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməsi də iddianın təmin olunmasının vacib şərtidir. Mülki işdən məlum olur ki, İddiaçı özəlləşdirmənin etibarsız hesab edilməsi tələbi ilə deyil, ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Özəlləşdirmə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş, sənədlərin saxtalığı özəlləşdirmənin ləğvinin deyil, etibarsızlığının əsasını təşkil edə biləcəyini nəzərə alaraq Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar