Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-922/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Xcavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2421/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 09 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 176 baş qoyunun, qoyunlar olmadığı təqdirdə isə qoyunların dəyəri olan 35.200 və 3.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçı X iddia ərizəsinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 25 oktyabr 2020-ci il tarixdə öldüyünü göstərib onun cavabdehlər sırasından çıxarılmasını, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 176 baş qoyun və 3.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İşin mübahisələndirilməyən hallarından görün ür ki, tərəflər arasında xırda buynuzlu mal-qaranın (qoyunların) saxlanılması və artırması ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən cavabdehlər iddiaçı tərəfindən verilmiş qoyunları saxlamalı və atırmalı, əvəzində isə yeni doğulan quzuların yarısı cavabdehlərə, yarısı isə iddiaçıya verilməli idi. Qeyd edilən razılaşma üzrə hesablaşmalar hər iki tərəfin razılığı ilə ilk gündən tərtib olunmuş dəftərdə müvafiq qeydlərin aparılması və imzalanaraq təsdiqlənməsi ilə aparılmışdır.
4. Həmin dəftərdə olan və tərəflərin imzaları ilə təsdiqlənmiş qeydlərdən görünür ki, 2018-ci ildə cavabdehlər və onların atası iddiaçının onlarda 176 baş ana qoyunun qaldığını göstərmiş və qoyunları qaytarmağı öhdələrinə götürmüşlər.
5. Bundan başqa işin mübahisə edilməyən hallarına görə tərəflərin münasibətləri 2014-cü ildən pozulduğuna görə iddiaçı Cavabdeh1 verdiyi qoyunları geri almaq məqsədi ilə Neftçala Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin orqanın 05 avqust 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir.
6. Cavabdeh1 25.10.2020-ci il tarixdə Cəlilabad rayonunda vəfat etmişdir.
7. İddiaçı bildirir ki, 2003-cu ildə xxx kəndinin sakini Cavabdeh1 və onun təklifi ilə onun oğlullarına saxlamaq üçün 97 (doxsan yeddi) baş qoyun vermişdir. Şifahi razılıq əsasında o, qoyunları saxlayıb, artırmalı, əvəzində isə yeni doğulan quzuların yarısı cavabdehlərin, yarısı onun olmalı idi. Ona çatacaq quzular satılır və pulu verilirdi. Malların ölüm-itiminə, xəstəliyinə o, cavabdeh olmamışdır. Doğulan əkiz quzular, həmçinin "dübara" quzular (il ərzində iki dəfə doğan qoyunun balaları) onun olmuşdur. Bu şərtlərlə 2013-cü ilə qədər aralarında heç bir narazılıq, problem olmadan əməkdaşlıq etmişlər. Bu işlə birbaşa Cavabdeh1 və Cavabdeh2 məşğul olmuş, onunla bütün hesablaşmanı onlar aparmışlar. 2013-cü ildə Cavabdeh1 etibarlı olan oğlunu yəni Cavabdeh2 məqsədli olaraq bu işdən uzaqlaşdırmış, bundan sonra problemlər yaranmışdır. Belə ki, 2014-cü ildən başlayaraq ödəmələrdə və malların sayında əskikliklər yaranmağa başlamış, Cavabdeh1 və digər oğlu Cavabdeh4 hər il əskiklikləri ödəyəcəklərini bildirmiş, onu arxayın etmişlər, 2016-cı ildə onlar ona 176 (yüz yetmiş altı) baş qoyun və 3.000 (üç min) AZN pul ödəməli idilər. Bundan sonra Cavabdeh1 va oğlu Cavabdeh4 176 baş qoyun (balaları ila bərəbər) olmaq şərti ilə 2018-ci ildə malları ona təhvil verəcə klərinə boyun olmuşlar. Bütün bunlar aralarında olan hesab dəftərində qeyd olunmuş, həmin dəftər hər iki tərəfin razılığı ilə ilk gündən tərtib olunmuş və bütün hesablaşmalar, razılaşmalar orada yazılmışdır. Həm o, həm də Cavabdeh1 (oğlanları) dəftərdə olan qeydləri təsdiq etmişlər. Bu narazlıqlardan sonra o, onlara dəfələrlə borcun və yaxud qoyunların qaytarılması barədə müraciət etsə də onlar müxtəlif bəhanələrlə onu aldatmışlar. Bu müraciətlərin nəticəsi olmadığından 2018-ci ildə ona dəyən ziyanın ödənilməsi məqsədi ilə hüquq mühafizə orqanlarına şikayət etmiş Neftçala Rayon Polis İdarəsində istintaq aparılmış və iş 2019-cu ilin iyul-avqust aylarında Neftçala Rayon Prokurorluğuna göndərilmişdir. Sonradan həmin dəftəri istintaqı aparan Neftçala Rayon Prokurorluğunun əməkdaşı X ondan almı ş, 2018-ci ildə Cavabdeh1 və onun oğlanları 176 baş qoyun və 3,000 manat əvəzinə ona 11 baş qoyun vermiş, 2017-2018-ci illərin məhsulundan da ona heç nə verilməmişdir. Polis İdarəsində Cavabdeh1 və oğlanları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 izahatlarında yuxarıda qeyd etdiyi faktları etiraf etmişlər 24.08.2020-cı il tarixində Azərbaycan Respublikası Baş X2 İdarəsindən istintaqın nəticəsi ilə bağlı ona məktub göndərilmiş, məktubda Neftçala Rayon Prokurorluğunda aparılmış araşdırmanın nəticəsində Cavabdeh1 əməllərində cinayət tərkibi müəyyən olunmadığına görə 05.08.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qoyunlarının qaytarılmaması nəticəsində ona dəymiş ziyan tələbi mülki xarakterli olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 24-25, 34-35, 149-150-ci maddələrinə müvafiq olaraq, məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Bundan əlavə Cavabdeh1 son vaxtlar xəstə olduğundan bütün hesablaşmaları oğlullarının etdiyini və bütün məsuliyyəti oğlullarının daşımasını ona bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir.
8. Cavabdeh2 bildirir ki, ailə üzvləri ilə birlikdə xxx kəndində yaşayır. Cavabdeh1 onun atası. Cavabdeh4 isə onun qardaşıdır. 18 sentyabr 2003-cü ıl tarixində atası X Bakı səhərindən 91 baş qoyunu həyətlərinə gətirmiş, həmin qoyunların Bakı şəhər, Mərdəkan qəsəbəsində yaşayan X adlı şəxsə məxsus olduğunu, qoyunları saxlamaq üçün ona verdiyini bilmişdir Qoyunları qardaşı X otarmışdır. Xırda buynuzlu heyvanların satışından əldə olunan gəlirləri X adlı şəxsə çatdırmışdır. Hər dəfə X adlı şəxsə p ul aparanda X xüsusi dəftərində qeydlər aparmış, həmin qeydləri hər ikisi öz imzalarıyla təsdiq etmişlər. 2014-cü ildə heyvanların sayının azaldığını müşahidə etmişdir. Bundan sonra isə o X adlı şəxsə zəng edib vəziyyət barədə məlumat vermişdir. Sonra X atası X əlaqə saxlamış və danışıqlardan sonra isə X ona zəng edərək, qoyunların X və X qalacağını bildirmişdir. Həmin vaxtdan etibarən qardaşı X o qoyunla maraqlanmamışlar. 2019-cu ilin iyun ayında X adlı şəxs X kəndinə gəlmiş, atası X etibar edilmiş qoyunlardan cəmi 15 baş qalmasını müəyyənləşdirmiş, həmin qoyunları isə X qardaşı Allahverənə etibar edərək, Bakı şəhərinə qayıtmış, bir müddətdən sonra gəlib həmin qoyunları da götürüb aparmışdır.
9. Cavabdeh3 bildirir ki, qardaşı digər Cavabdeh2 bildirdikləri ilə razıdır.
10. Cavabdeh4 bildir ir ki, xxx kəndində ailə üzvlərilə birlikdə yaşayır. Cavabdeh1 onun atasıdır. 18 sentyabr 2003-cü il tarixində atası X Bakı şəhərindən 70 baş qoyunu həyətlərinə gətirmişdir. Sonradan həmin qoyunların Bakı şəhər, Mərdəkan qəsəbəsində yaşayan X adlı şəxsə məxsus olduğunu, qoyunları saxlamaq üçün atasına verdiyini bilmişdir. Həmiş qoyunların otarılması və saxlanılması ilə o və onun ailə üzvləri məşğul olmuşdur. X adlı şəxslə ilk razılaşmalarına görə qoyunlardan doğulan quzuların 60 faizi X qalan 40 faizi isə onlara çatmalı olmuşdur. Təxminən iki-üç il ərzində bu qayda davam etmişdir. Bundan sonra isə heyvanların artımından doğulmuş quzuların 50 faizini X çatmış qalan 50 faizi isə onlara çatmalı olmuşdur. Lakin qoyunların qoca olması səbəbindən həmçinin qoyunların balalarının hamısının onların və X payına bölünməsindən heyvanların artımı üçün quzu qalmamışdır. O qoyunların hesablanmasında heç vaxt iştirak etməmiş, yalnız qoyunları otarmış və haqq-hesab işlərinə qarışmamışdır. Xüsusi bir dəftərdə atası X 2003-cü ildə 70 baş qoyunu təhvil alması barədə qeydlər aparmışdır. X adlı şəxsdə öz xətti ilə həmin dəftərdə qoyunları təhvil verməsi barədə qeydlər etmişdir. Hər il atası ilə X həmin dəftərdə xırda buynuzlu heyvanların hesablaşmalarını aparmışlar. Ancaq rəsmi olaraq aralarında hər hansı müqavilə bağlanmamışdır O və atası X adlı şəxsin heyvanlarını məmisəməmiş X heyvanları qocalaraq tələf olmuşdur. Çünki nə onlar nə də X qoyunların artması üçün quzu ayırmamışdır. Bu X işi olsa da X heç vaxt heyvanların artması qayğısına qalmamışdır 2019-cu ilin iyun ayında X adlı şəxs X kəndi nə gəlmiş, atası X etibar edilmiş qoyunlardan cəmi 15 baş qalmasını müəyyənləşdirmiş, həmin qoyunları isə X qardaşı X etibar edərək, Bakı şəhərinə qayıtmış, bir müddətdən sonra gəlib həmin qoyunları da götürüb aparmışdır. Lakin, hazırda atasının ruhunun xatirinə qaldırılmış iddiadan 20 baş qoyunun naturada yaxud həmin qoyunların cavabdehin nümayəndəsi ilə razılaşdıqları kimi hər qoyuna 110 manatdan olmaqla pulunun qısa zaman ərzində qaytarmağa razıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Neftçala Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 2(053)-155/2021 saylı 15.04.2021 -ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh4 qarşı həmin tələbin qismən təmin edilməsi, Cavabdeh4 20 baş qoyunun və ya hər bir qoyunun dəyəri olan 110 manatı n, cəmi 2200 manat pulun alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı həmin tələbin təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 18 sentyabr 2003-cü il tarixində X7- Aslan oğlu Xunu saxlamaq üçün X kənd sakini X adlı şəxsə vermiş və qoyunların artımından əldə edilən gəlirləri faiz nisbətində aralarında bölmək barədə razılığa gəlmiş, lakin qoyunların illər getdikcə qocalaraq tələf olması nəticəsində X-X3 2019-cu ildə cəmi 11 baş qoyunu qalmışdır Müəyyən edilmişdir ki. qoyunların təhvil verilməsi haqqında hər hansı yazılı müqavilə olmamış, həmçinin qoyunların illər keçdikcə yaşlanıb tələf olması nəzərə alınmamış, şikayətçinin də izahatında qeyd etdiyi kimi 2014-cü ilədək olan müddət ərzində davamlı olaraq qoyunlardan törənmiş quzuların onun payına düşən hissəsi satılaraq pulları mütəmadı olaraq ona verilmiş, şikayətçi tərəfindən qoyunların artımı, növü və sayları barədə heç bir hesablama aparılmamış, qoyunlarını saxlamağı həvalə etdiyi şəxsə isə əmək haqqı əvəzinə qoyunlardan törənmiş quzuların 50 faizini vermişdir.
13. Göründüyü kimi qoyunların artırılması məqsədilə şikayətçi tərəfindən heç bir təşəbbüs göstərilməmiş, həmçinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı qarşısında istər yazılı istərsə də şifahi heç bir müqavilə olmamışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddi açı apelyasiya şikayəti vermişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov, N.Mirzəyev) 2(106)-2421/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-155/2021 saylı 15.04.2021-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə mərhum Cavabdeh1 arasında olan 18.09.2003-cü il tarixli şifahi podrat müqaviləsinə əsasən sonuncu iddiaçıya məxsus 91 baş qoyunu saxlayıb, artırmalı olmuşdur. Yeni doğulan quzuların yarısı iddiaçının əmlakı sayılmış, iddiaçıya çat acaq quzuların satılması və pulunun ona verilməsi razılaşdırılmışdır. Quzuların yarısının isə muzd olaraq mərhum Cavabdeh1 verilməsi nəzərdə tutulmuşdur. Tərəflərin arasındakı razılaşmada nəsil dəyişmi üçün heyvanların müəyyən hissəsinin yaşlanmış heyvanların əvəzlənməsi üçün yetişdirilməsi nəzərdə tutulmamışdır. Cavabdeh1 işlərin icrasına digər cavabdehləri cəlb etmişdir.
18. İş üzrə sübutlarla heyvanların sayının azalmasının mərhum Cavabdeh1 və ya onun işlərin görülməsinə cəlb etdiyi digər cavabdehlərin təqsirindən baş verməsi təsdiq edilməmişdir.
19. Heyvanların sayının azalmasına səbəb, yaşlanmış heyvanların əvəzlənməsinin nəzərdə tutulmaması olmuşdur.
20. Belə ki, 2003-cü ildə verilmiş yetkin qoyunların illər getdikcə qocalaraq ölməsi nəticəsində, iddiaçının 2019-cu ildə cəmi 11 baş q oyunu qalmışdır.
21. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri saymışdır ki, qoyunların saxlanılması barədə danışıqlar, razılaşma və şifahi podrat müqaviləsi iddiaçı ilə mərhum Cavabdeh1 arasında olmuş, iddiaçı qoyunları sonuncuya təhvil vermişdir. Digər cavabdehlər işlərin görülməsinə mərhum Cavabdeh1 tərəfindən cəlb edilmişlər və heyvanların saxlanılması barədə podrat müqaviləsi üzrə öhdəliklərin icrası sonuncuya aid olmuşdur. Digər cavabdehlərin iddiaçının qarşısında mülki hüquqi öhdəlikləri yaranmasa da, Cavabdeh4 borclu şəxsin əvəzinə iddiaçıya 20 baş qoyun verməyə razıdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə sübutlarla iddiaçının qoyunlarından yalnız 11 başının podratda qalması təsdiq olunduğundan, iddiaçının istənilən vaxt müqavilədən imtina etmək hüququ olduğundan, saxladığı heyvanları ona verməli olan Cavabdeh1 isə öldüyündən, Cavabdeh4 də iddiaçıya 20 baş qoyun ödəməyə razı olduğundan, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazıl ı etiraz daxil olmamışdır Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
31. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
33. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
34. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
35. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 2 18.3)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
37. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndəril məlidir.
39. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (31-32)
40. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin arasındakı razılaşmada nəsil dəyişmi üçün heyvanların müəyyən hissəsinin yaşlanmış heyvanların əvəzlənməsi üçün yetişdirilməsi nəzərdə tutulmamiş və yetkin qoyunların illər getdikcə qocalaraq ölməsi nəticəsində, iddiaçının 2019-cu ildə cəmi 11 baş qoyunu qalmışdı.
41. Həmçinin qoyunların saxlanılması barədə danışıqlar, razılaşma və şifahi podrat müqaviləsi iddiaçı ilə mərhum Cavabdeh1 arasında olmuş, iddiaçı qoyunları sonuncuya təhvil vermişdir. Digər cavabdehlər işlərin görülməsinə mərhum Cav abdeh1 tərəfindən cəlb edilmişlər və heyvanların saxlanılması barədə podrat müqaviləsi üzrə öhdəliklərin icrası sonuncuya aid olmuşdur. Digər cavabdehlərin iddiaçının qarşısında mülki hüquqi öhdəlikləri yaranmasa da, Cavabdeh4 borclu şəxsin əvəzinə iddiaçıya 20 baş qoyun verməyə razıdır.
42. Bununla bağlı iddiaçının dəlili ondan ibarətdir ki, Cavabdeh1 ilə 2013-cü ilədək razılaşmaya uyğun olaraq, heç bir problem olmadan işləsələr də, 2013-cü ildə Cavabdeh1 etibarlı olan oğlunu yəni Cavabdeh2 məqsədli olaraq bu işdən uzaqlaşdırmış, bundan sonra problemlər yaranmışdır. Belə ki, 2014-cü ildən başlayaraq ödəmələrdə və malların sayında əskikliklər yaranmağa başlamış, Cavabdeh1 və digər oğlu Cavabdeh4 hər il əskiklikləri ödəyəcəklərini bildirmiş, onu arxayın etmişlər, 2016-cı ildə onlar ona 176 (yüz yetmiş altı) baş qoyun və 3.000 (üç min) AZN pul ödəməli idilər. Bundan sonra Cavabdeh1 va oğlu Cavabdeh4 176 baş qoyun (balaları ila bərəbər) olmaq şərti ilə 2018-ci ildə malları ona təhvil verəcəklərini öhdələrinə götürmüşlər. Bütün bunlar aralarında olan hesab dəftərində qeyd olunmuş, həmin dəftər hər iki tərəfin razılığı ilə ilk gündən tərtib olunmuş və bütün hesablaşmalar, razılaşmalar orada yazılmışdır. Həm o, həm də Cavabdeh1 və oğulları dəftərdə olan qeydləri təsdiq etmişlər.
43. İş materiallarından görünür ki, tərəflər arasında qoyunların saxlanılması və artırması ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən cavabdehlər iddiaçı tərəfindən verilmiş qoyunları saxlamalı və atırmalı, əvəzində isə yeni doğulan quzuların yarısı cavabdehlərə, yarısı isə iddiaçıya verilməli idi.
44. Qeyd edilən razılaşma üzrə hesablaşmalar hər iki tərəfin razılığı ilə ilk gündən tərtib olunmuş dəftərdə müvafiq qeydlərin aparılması və imzalanaraq təsdiqlənməsi ilə aparılmışdır.
45. Həmin dəftərdən (iş v. 40) görünür ki, 2018-ci ildə cavabdehlər iddiaçının onlarda 176 baş ana qoyunun qaldığını göstərmiş və qoyunları qaytarmağı öhdələrinə götürmüşlər.
46. Bundan başqa cavabdehlər iddiaçının dəlillərinə münasibətdə aşağı instansiya məhkəmələrində verdikləri izahatlarında iddiaçı ilə aralarındakı razılaşmada nəsil dəyişmi üçün heyvanların müəyyən hissəsinin yaşlanmış heyvanların əvəzlənməsi üçün yetişdirilməsinin nəzərdə tutulmadığını qeyd etsələr də, yuxarıda qeyd edilən dəftərdən görünür ki, yaşlanmış ana qoyunların əvəzlənməsi üçün əlavə quzuların ayrılması nəzərdə tu tulmuşdur.
47. Həmçinin iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 avqust 2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh1 izahat verərək qoyunlar bir müddət keçəndən sonra qocaldığı və öldüyü üçün onların əvəzlənməsinin ona həvalə edildiyini, həmçinn həmin qoyunların artım tempinə də onn nəzarət etməli olduğunu bildirmişdir.
48. Eyni zamanda həmin qərardan görünür ki, X X6 Rayon Polis İdarəsində verdiyi izahatda 2014-cü ildə qardaşı X tərəfindən heyvanların qeyr-müəyyən yollarla sayının azaldığını müşahidə etdiyini, X mütəmadi olaraq X adlı şəxsin qoyunlarını sataraq mənimsədiyini, 2018-ci ildə X məxsus qoyunların sayının artaraq 176 baş olduğunu, həmin il atası X qəflətən 20-30 baş civarında keçisinin olduğunu müəyyən etdiyini, bu hadisədən sonra X adlı şəxsin qoyunlarının tamamilə azalaraq 47 başa düşdüyünü, 2019cu ildə isə iyun ayında isə qoyunlardan 15 baş qaldığını bildirmişdir.
49. Bununla yanaşı 05 avqust 2019-cu il tarixli qərardan görünür ki, X X1 Rayon Polis İdarəsində verdiyi izahatda X bəzi hallarda payına düşən dişi quzuların müəyyən hissəsini böyüyüb qoyun olması və gələcəkdə qoyunların sayının artması üçün fermada saxlatdırdığını, beləliklə 2014-cü ildə X məxsus qoyunların sayının artıb 2018-ci ildə 176 baş olduğunu, X ilə X X məxsus ana qoyunları satıb taladığını gördüyünü bildirmişdir.
50. Göründüyü kimi qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPMin 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halın da hüquqi qiymət verməmiş, cavabdehlərin məhkəmədə Neftçala Rayon Polis İdarəsində verdikləri izahatdan fərqli izahat vermələrinin səbəblərini araşdırmamışdır.
51. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
52. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
53. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdi r ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
54. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın ş ikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
55. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
56. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
57. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələ rini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2421/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.