Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-922/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Bakı şəhəri N saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-922/2023 (Açar sözlər: əmlakdan məhrum olma nəticəsində vurulmuş maddi ziyanın tutulması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızının (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Bakı şəhəri N saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2022-ci il tarixli 2(103)- 6195/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh3 ləğvetmə prosesində olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin bankın işçiləri olmuşlar.
2. Bakı şəhəri, Azadlıq prospekti, 146 ünvanında yerləşən 200 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi (bundan sonra – mübahisəli obyekt) tam mülkiyyət hüququ üzrə iddiaçı Salman-zadə Şahin Səfər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İş materiallarında Salman-zadə Şahin Səfər oğlunun mülkiyyətində olan mübahisəli obye ktə dair Salman-zadə Şahin Səfər oğlu tərəfindən xx.xx.2008-ci il tarixdə 3 il müddətinə Cavabdeh1 adına verilmiş satmağa, bağışlamağa, dəyişməyə və sair səlahiyyətlərə dair 32 saylı Dövlət Notariat Kontorunda ƏN-İ seriyalı 119711 №-li, 7E23/9600 saylı reyestrlə qeyd edilmiş, səlahiyyətlər başqa şəxsə ötürülə bilən etibarnamə var. Həmin etibarnamədə mübahisəli obyektə xx.xx.2008-ci il tarixdə DƏDRX tərəfindən verilmiş, ********** qeydiyyat nömrəsi, **********33-05101- 083004 reyestr nömrəsi olan Çıxarışa istinad edilmişdir. 4. xx.xx.2011-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 24 saylı Notariat Kontorunda, reyestrdə 7E/15-6734 N-ilə qeydə alınmış ƏN-İ № 60109 saylı etibarnamə ilə xx.xx.2008ci il tarixli etibarnamədəki səlahiyyətlərini Cavabdeh2 ötürmüşdür. 5. xx.xx.2011-ci il tarixli alğı-satq ı müqaviləsi əsasında Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsini etibarnamə əsasında iddiaçı Salman-zadə Şahin Səfər oğlunun adından digər Cavabdeh1 satmışdır.
6. Adıçəkilən alqı-satqı əsasında Cavabdeh1 adına DƏDRX tərəfindən xx.xx.2012ci il tarixdə (********** qeydiyyat nömrəsi) ******* №-li Çıxarış verilərkən obyektin ölçüsü 200 kv metr deyil, artıq 270 kv metr olmuşdur.
7. Cavabdeh1 Bakı şəhəri, 53 saylı DNK-da xx.xx.2012-ci il tarixli “Bağışlanma müqaviləsi” əsasında Cavabdeh3 atası X10 bağışlamışdır.
8. X14 qeyri-yaşayış sahəsini Bakı şəhəri 14 saylı Notariat Kontorunda xx.xx.2013cü il tarixində “Bağışlanma müqaviləsi” əsasında Nəbiyeva Hicran Mirzə qızına bağışlamışdır.
9. Nəbiyeva Hicran Mirzə qızı qeyri-yaşayış sahəsini xx.xx.2014-cü il tarixində «Alqısatqı müqaviləsi» əsasında X 4 1.000.500 manata satmışdır. 10. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bankda baş vermiş qanunsuzluqlar barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, həmin müracitə əsasında xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə istintaq aparılmışdır.
11. Həmin cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarərəsinin böyük müstəntiqi Q.Q.Səfərov tərəfindən xx.xx.2017-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərar qəbul edilmişdir. Hazırki iş üzrə iddiaçı Salman-zadə Şahin Səfər oğlu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adıçəkilən cinayət işində şahid qismində ifadələr vermişdilər.
12. Salman-zadə Şahin Səfər oğlunun ifadəsində göstərmişdir ki, Sadıqov Həsənlə yaxın dost olaraq Sankt-Peterburq şəhərində biznes fəaliyyəti ilə məşğul olmuşdular. 2008-ci ilin aprel ayında mübahisəli obyekti Əmlak Komitəsində keçirilən hərrac vasitəsilə özəlləşdirmiş, bütün sənədləşmə işləri onun adına aparılmış, 2008-ci ilin aprel ayında Çıxarış almışdır. 2009-cu ilin əvvəlində Teymur Əliyev küçəsi, 23 ünvanında obyekt almaq üçün təcili 600.000 ABŞ dolları pula ehtiyacları olmuşdur. 2009-cu ilin əvvəlində Cavabdeh3 600.000 ABŞ dolları məbləğində yüksək faizlə pul almışdır. Lakin, Cavabdeh3 həmin pulu rəsmi kredit kimi deyil, sadəcə özünün qoyduğu şərtlər əsasında yüksək faizə vermişdir. Həmin məbləğin götürülməsi, faizlərin ödənilməsi və ümumiyyətlə bütün söhbətlərin əksəriyyətində Həsən özü iştirak etmişdir. 3 ay müddətində Niyaziyə hər ay 30000 ABŞ dolları faiz ödəmiş, iqtisadi böhran dərinləşdiyinə görə faizləri ödəyə bilməmiş, 9 ay götürdükləri pulun əsas və faiz borcunu ödəyə bilmədiklərinə görə məbləğ artmağa başlamışdır. 2009-cu ilin dekabr ayında Həsən Niyazi ilə görüşmüş, Cavabdeh3 faizi ödəmədikləri üçün 9 ay üçün 426000 manat cərimə, 360000 ABŞ dolları faiz hesablamışdır. Bununla bağlı Bakı şəhərində yerləşən obyektlərini və bir neçə evini satıb əsas borcu tam ödəmişdir. Lakin, Niyazi cərimə və faiz borcu ödəməyi tələb etmişdir. Bu səbəbdən Bakı şəhərində yerləşən obyektləri satıb həmin məbləği ödəməyə başlamış, həmçinin 8-ci mikrorayonda yerləşən Hüseynov Niyaziyə və 8-ci kilometrdə yerləşən Xəlilov Sadiqə məxsus mənzilləri Cavabdeh3 vermişdir. Eyni zamanda, ünvan 2 ünvanında yerləşən «Məkan» kafesini, qardaşı X3 adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsini satmış və 2010- cu ilin dekabr ayınadək ümumiyyətlə 716000 ABŞ dollarını Cavabdeh3 ödəmişdir. Sonradan Cavabdeh3 qeyri-qanuni yollarla ona məxsus Azadlıq prospekti, 146 ünvanında yerləşən obyekti ələ keçirtmişdir (eyni ifadəni Sadıqov Həsən də vermişdir).
13. Cavabdeh1 və Cavabdeh2 ifadələrinə əsasən Cavabdeh3 2011-ci ilin təxminən noyabr ayında Cavabdeh1 Salman-zadə Şahinin adından ona verilmiş etibarnamə təqdim edərək Salman-zadə Şahinə məxsus obyektin çıxarışının dublikatını alması və alqısatqısının həyata keçirtməsi barədə göstəriş vermişdir. O, etibarnamə verilən zaman notariat kontorunda olmamış, ümumiyyətlə belə bir etibarnamə barədə məlumatı olmamışdır. Cavabdeh3 göstərişinə uyğun olaraq onun təqdim etdiyi etibarnamə əsasında İddiaçı məxsus mübahisəli obyekt ə dair çıxarışın dublikatınm verilməsi üçün DƏDRX-nə ərizə yazmış və həmin ərizə əsasında həmin əmlakın yüklü olmaması barədə arayış və çıxarışın dublikatını almışdır. Sənədlər tam hazır olanda Cavabdeh3 həmin obyekti onun adına alqı-satqı etməyinə göstəriş vermişdir. O, etibarnamə əsasında özü-özünə alqı-satqı edə bilməyəcəyindən başqa bir şəxsin iştirakına ehtiyacı olduğundan Cavabdeh3 göstərişinə əsasən xx.xx.2011-ci il tarixdə o, səlahiyyətləri etibarnamə əsasında bankın işçisi Cavabdeh2 ötürmüş, səhərisi gün xx.xx.2011-ci il tarixdə Cavabdeh2 mubahisəli obyekti Cavabdeh1 60000 manat məbləğində satmışdır. Həmin məbləğ Cavabdeh3 tərəfindən verilmiş və sonradan onun özünə qaytarılmışdır. Cavabdeh1 və Cavabdeh2 bütün hərəkətləri Cavabdeh3 göstərişləri əsasında etmişdilər.
14. Aparılmış is tintaq zamanı Salman-zadə Şahin Səfər oğlu xx.xx.2008-ci il tarixdə, yəni onun adından etibarnamə verilən tarixdə Azərbaycan Respublikasında olmadığı və etibarnaməni imzalamadığı barədə ifadə vermişdir. Lakin, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan həmin tarixdə Salman-zadə Şahin Səfər oğlunun həmin tarixdə Azərbaycan Respublikasında olduğu müəyyən edilmişdir.
15. Eyni zamanda iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2017-ci il tarixli, 9616 №-li ekspert rəyinə əsasən xx.xx.2008-ci il tarixli etibarnamədə kiril əlifbası ilə yazılmış «Salman-zadə» soyadı və qarşısındakı imzanın Salman-zadə Şahin Səfər oğlu tərəfindən icra olunduğu müəyyən edilmişdir.
16. İddiaçı Salman-zadə Şahin Səfər oğ lunun arvadı X5 cavabdehlər Cavabdeh1, Nəbiyeva Hicran Mirzə qızına, X7ma, Cavabdeh2, Bakı şəhəri 24 saylı Notariat Kontoruna, Bakı şəhəri 53 saylı Notariat Kontoruna, Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mübahisəli obyekt barədə İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2011 - ci İl tarixli "Alğı-salqı müqaviləsinin”, xx.xx.2012-ci il tarixli '"Bağışlanma müqaviləsinin”, xx.xx.2013-cü il tarixli “Bağışlanma müqaviləsinin” və xx.xx.2014-cü il tarixli “İlkin alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin geri qaytarılmasını xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iddia müddəti ötürüldüyünə görə iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır (Ba kı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi, Ali Məhkəmənin xx.xx.2020ci il tarixli qərarı).
17. Cavabdeh3 arvadı X8 "xxxx" MMC-dən 100.080 manata aldığı mənzili əvəzsiz olaraq Salman-zadə Şahinin arvadı Salmanzadə Almaza özgəninkiləşdirmişdir.
18. Cavabdeh3 iddiaçı Salman-zadə Şahin Səfər oğluna 50.000 manat nəğd pul vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı Salman-zadə Şahin Səfər oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində mülkiyyətində olan Bakı şəhəri Azadlıq prospekti, 146 ünvanında yerləşən 200 m2 ümumi, 194,8 m2 əsas və 5,2 m2 köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsindən məh rum olduğuna görə 850.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, Cavabdeh1 Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda xx.xx.2008-ci il tarixində ƏN-İ CVh-li 119711, 7E-23/9600 saylı reyestrlə güya qeyd edilmiş və iddiaçının adından ona verilmiş, lakin mövcudluğundan tam xəbərsiz olduğu etibarnamə əsasında iddiaçının səlahiyyətlərini xx.xx.2011-ci il tarixində digər Cavabdeh2 ötürülmüşdür. Halbuki xx.xx.2008-ci il tarixli etibarnamənin qeydə alındığı reyestr kitabı notariat ofisinin arxivində aşkar olunmamışdır. Bir gün sonra, yəni xx.xx.2011-ci il tarixində həmin etibarnamə ilə alqı-satqı müqaviləsi əs asında Cavabdeh2 iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini iddiaçının və onun rəsmi nikahda olan həyat yoldaşı X1 xəbəri olmadan Cavabdeh1 60000 manat qarşılığında satmışdır. O, həqiqətən ona məxsus əmlakı kiməsə nəyin qarşılığındasa verməli olsaydı, təbii ki, etibarnamə ilə yanaşı veriləcək əmlakın çıxarışını və texniki pasportunu da verərdi, eyni zamanda həyat yoldaşı da öz razılığını verərdi. Cavabdeh1 cinayət işinin gedişatında ifadəsində Cavabdeh3 göstərişinə uyğun hərəkət etdiyini, alqı-satqı zamanı istifadə olunmuş 60000 manat pulun formal olaraq istifadə edildiyini, yəni faktiki Cavabdeh2 ödənilmiş həmin məbləğin Cavabdeh3 tərəfindən Sadiq Qafarova verildiyini, sonradan həmin pulların Cavabdeh3 qaytarıldığını bidlrimişdir. Bir müddət sonra həmin qeyri-yaşayış sahəsi Cava bdeh3 göstərişinə uyğun atası Şaiq Vəliyevə bağışlanmışdır”. Daha sonra bu qeyri-qanuni əqdin izini itirmək üçün Cavabdeh1 həmin əmlakı xx.xx.2012-ci il tarixli “Bağışlanma müqaviləsi” əsasında işlədiyi "xxxx" ASC-nin müdiri Cavabdeh3 atası X10 bağışlamışdır. X14 isə həmin əmlakı Bakı şəhəri xx.xx.2013-cü il tarixində “Bağışlanma müqaviləsi” əsasında Nəbiyeva Hicran Mirzə qızma bağışlamışdır. Nəhayət 270,6 m2 sahədən ibarət olan mübahisəli obyekt Nəbiyeva Hicran Mirzə qızı ilə X6 arasında xx.xx.2014-cü il tarixində bağlanılmış “alqı-satqı müqaviləsinə” əsasən ******* manata satılmışdır. İlkin alqı-satqı müqaviləsindən sonrakı iki bağışlama və sonuncu alqı-satqı müqavilələri bağlanan zaman qanunvericiliyin tələblərinə riayət edilməklə nikahda olan ailə üzvlərinin rəsmi razılığı alınmışdır. Lakin mübahisəli əmlaka dair xx.xx.2011-ci il tarixində, əmlaka dair alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 ərizə verərək bildirmişdir ki, guya həmin tarixə kimi iddiaçı rəsmi nikahda olmamışdır, subaydır, gələcəkdə bu barədə hər hansı bir problem yaranarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, iddia ərizəsinə əlavə olunan materiallardan aydın görünür ki, mübahisəli obyektin ardıcıllıqla özgəgninkiləşdirilməsi görünüşdə sonrakı alıcının “vicdanlı” alıcı olmasına “hüquqi imkan” əldə etməyə çalışılmışdır.
21. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Eyni zamanda ərizədə qeyd edilmişdir ki, iddiaçı öz sərbəst ifadəsini ortaya qoyaraq xx.xx.2008-ci il tarixdə notariat kontorunda Cavabdeh1 etibarnamə vermiş, cavabdeh də həmin etibarnamədən istifadə etmişdir. İddiaçının həmin etibarnaməni verməməsi ilə bağlı söylədikləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi araşdırılarkən təkzib olunmuşdur. İddiaçı 13 il ərzində etibarnaməni xitam etməməsi səbəbindən, həmçinin bağlanan əqdlərin ləğv və ya etibarsızlığı ilə bağlı tələblər iləri sürmədiyindən hazırki iddia tələbi qanuni və əsaslı hesab oluna bilməz. Bu iddianın verilməsində iddiaçının məqsədi yalnız və yalnız əsassız varlanmaqdan ibarətdir.
22. Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(008)-638/2022 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia rədd edilmişdir.
23. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh3 borca pulun alındığını etiraf edir, eyni zamanda həmin pulun q aytarıldığını da iddia edir, lakin pulun qaytarılması sübut edilmir. İddiaçı xx.xx.2008-ci il tarixdə 3 il müddətinə Cavabdeh1 adına verilmiş etibarnamənin onun tərəfindən verildiyini inkar etsə də, qeyd edildiyi kimi ekspert rəyi ilə cinayət işinin gedişatı zamanı imzanın və xəttin Salman-zadə Şahinə məxsus olması, eyni zamanda onun həmin tarixdə Azərbaycanda olması faktları təsdiq edilmiş, həmin etibarnamədə obyektə dair verilmiş Çıxarışın parametrləri dəqiqliyi ilə göstərilmişdir (xx.xx.2008-ci il tarixdə DƏDRX tərəfindən verilmiş, ********** qeydiyyat nömrəsi, **********33-05101-083004 reyestr nömrəsi). Beləliklə, Salman-zadə Şahin ona məxsus obyektə dair başqasına etibarnamə verərkən, artıq həmin əmlakın onun mülkiyyətindən çıxma ehtimalını bilməli idi.
24. Bundan başqa, iddiaçı Salma n-zadə Şahin Səfər oğlu məhkəmə iclasında mübahisəli obyektin Çıxarışının onun adına olmasına baxmayaraq, əslində obyektin özü və şəriki Sadıqov Həsən tərəfindən özəlləşdirildiyini, yəni, obektin onların ikisinə məxsus olmasını etiraf etmişdir (xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolu). Belə olan halda, həmin obyektin Sadıqov Həsənin borcuna görə girov qoyulması məntiqli görünür. Beləliklə, iddiaçı tərəfindən etibarnamənin verilməməsi iş materialları ilə təkzib edilmişdir. İddiaçı ziyana düşməmişdir. Belə ki, qeyd edildiyi kimi, ilk alqı-satqı formal da olsa, 60.000 manata rəsmiləşdirilmiş, iddiaçıya isə 150.000 manatlıq əmlak verimşdir. Əmlak ******* manat iddiaçının verdiyi etibarnamə əsasında satılmamışdır. Obyektin Salman-zadə Şahin tərəfindən 70-75 faiz hissəsində təmir ed ilməsi də inandırıcı deyil. Belə ki, qeyd edildiyi kimi, obyektin özəlləşdirilməsi prosesi xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək həyata keçirilmiş, etibarnamə xx.xx.2008-ci il tarixdə verilmişdir. Belə bir qısa zaman çərçivəsində obyektin təmir edilməsi ağlabatan deyil. İddiaçı tərəfindən obyektin onun tərəfindən təmir edilməsinə dair hər-hansı sübut təqdim edilməmişdir. 2008-ci ildə iddiaçının mülkiyyətində 1 milyon manatlıq obyekt olduğu təqdirdə o, qanuni yolla həmin obyekti banklarda ipoteka ilə yüklü edib ona lazım olan 600000 ABŞ dollarını əldə edə bilərdi. Bundan başqa, qeyd edildiyi kimi, obyekt iddiaçının mülkiyyətində çıxandan sonra obyektə 70 kv metr sahə əlavə edilmişdir. Qeyd edildiyi kimi, etibarnamə xx.xx.2008-ci il tarixdə verilmiş, mübahisəli obyekt iddiaçın ın mülkiyyətindən üç il sonra çıxmışdır. İddiaçı bu üç ilə ərzində etibarnaməyə xitam verdirməmişdir.
25. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki iddia iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. Belə ki, mübahisəli obyekt iddiaçının mülkiyyətindən müqavilələr əsasında çıxmış, həmin müqavilələr ləğv edilməmiş, etibarsızlığı tanınmamış, əmlak onun mülkiyyətindən 2011-ci ilin dekabr ayında çıxmış, o, isə iddia ilə 10 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu əsasdan altı illik iddia müddəti tətbiq edilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 359.3, 360.1, 364.1, 364.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləs inin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin pozulub-pozulmamasına və xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin qanuni olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, Sadiq Qafarov təmsilçi olduğu halda təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamışdır. Birinci instansiya məhkəməsi MPM-nin maddələrini düzgün tə tbiq etməmiş və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsini əsas gətirərək iddianın rədd edilməsində səhv qənaətə gəlmişdir, eyni zamanda mübahisəli obyektin iddiaçının mülkiyyətindən qanunsuz xx.xx.2011-ci il tarixli müqavilə əsasında çıxmasına baxmayaraq birinci instansiya məhkəməsi həmin müqaviləni qanuni sayaraq altı illik iddia müddətini tətbiq etməkdə qanunu səhv təfsir etmişdir. İddiaçının iddiasının predmeti cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində mülkiyyətdən məhrum olmaya görə dəymiş ziyanın ödənilməsidir, lakin birinci instansiya məhkəməsi iddianın predmetinin pul tələbində görməklə səhv qənaətə gəlmişdir. Digər tərəfdən “Məhkəmə hesab edir ki, iddiaçı hətta bu normalardan çıxış etsə də o, ziyana düşməmişdir. Belə ki, qeyd edildiyi kimi, ilk alqı-satqı formal da olsa, 60 000 manat rəsmləşdirilmiş, iddiaçıya isə 150 000 manatlıq əmlak verilmişdir. Əmlak 1 000 500 manat iddiaçının verdiyi etibarnamə əsasında satılmamışdır. Obyektin Salman-zadə Şahin tərəfindən 70-75 faiz hissəsində təmir edilməsini də məhkəmə inandırıcı saymır. Əvvəla məhkəmə tərəfindən müvafiq məhkəmə-mühəndis ekspertizası keçirilmədən iddiaçının mülkiyyətində olan əmlakının illər üzrə təmirsiz, qismən təmirli və tam təmirli halda dəyərinin miqdarını müəyyən etmədən cavabdehin mövqeyi ilə razılaşaraq qətnamə qəbul etməsi özü-özlüyündə həmin qətnamənin əsassız və qanunsuz olmasına dəlalət edir. Məhkəmə bir yandan formal sayılan alqı-satqı müqaviləsində göstərmiş 60.000 manata istinad edir və onun qarşılığında iddiaçıya 150 000 manatlıq əmlak verilməsi ni kifayət hesab edir. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdəki faktları görməzdən gəlir, Cavabdeh3 isə mübahisəli əmlaka guya 800 000 manat məbləğində təmir xərci çəkməsini inandırıcı sayır. Qətnamədən belə görünür ki, Cavabdeh3 İddiaçı məxsus mülkiyyəti qeyri-qanuni ələ keçirdikdən sonra təmirinə 800 000 manat, əlavə 70 kv.m sahənin özəlləşdirilməsinə bir xeyrli, bəlli olmayan xərc çəkir daha sonra 2014-cü ildə həmin əmlakı 1.000 500 manata satır və 2016-cı ildə İddiaçıin hüquq-mühafizə orqanlarına şikayətlərindən sonra ona 150 000 manatlıq əmlak verir. Deməli 600 000 ABŞ dolları pulu bankdan kənar, qeyri- rəsmi olaraq aylıq 10 faiz sələmə verən Cavabdeh3 faktiki olaraq 2011-ci ildə qeyri qanuni əldə etdiyi əmlaka üç il ərzində bir milyon manata kimi xərc çəkir nət icədə isə cəmi 500 manat xeyrinə həmin əmlakı özgəninkiləşdirir və məhkəmə də bunu nədənsə inandırıcı sayır. İddiaçı şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh3 barəsində araşdırmalar aparılmış, daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh3 barəsində ********* saylı cinayət işi açılmışdır. Yəni cavabdehlər AR Mülki Məcəlləsinin 359.3.-cü maddəsinə zidd şəkildə iddiaçının mülkiyyətini 03 dekabr 2011-ci il tarixində satandan beş il sonra, iddiaçı tərəfindən dəfələrlə müxtəlif instansiyalara şikayətlər etdiyini görən Cavabdeh3 səhvini etiraf edərək barışıq təklif etmiş və ilkin olaraq 27 may 2016-cı il tarixində dəyəri 100 000 manat olan iki otaqlı mənzil və 50 000 manat pul vermişdir, bir müddət sonra əmlaklarını satıb 850 000 manat da verəcəyinə söz vermiş lakin İddiaçı şikayətinə əsasən aparılan cinayət təqibinə xitam veriləndən sonra vədinə əməl etməmişdir. Cavabdeh3lə İddiaçı arasında 1 000 000 manat qarşılığında barışıq razılaşmasının olması İddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx.xx.2017-ci il tarixində verdiyi izahatda (izahatın surəti iddia ərizəsinə əlavə olunmuşdur) öz əksini tarmışdır. İddiaçı bu tələbindən heç zaman əl çəkməmişdir. Cavabdeh3lə 150 000 manat qarşılığında razılaşma və barışıq olsaydı həmin məbləğin ödənildiyi zaman tərəflər arasında sadə bir sənəd tərtib olunaraq imzalanardı. İddiaçı əmlakının dəyərini cavabdehdən tam şəkildə tələb edəcəyində hər zaman israrlı olmuşdur və neçə ildir ki, məhkəmə çəkişmələrindədir. Hazırki mübahisə də Cavabdeh3 tərəfindən barəsində cinayət təqibi başlanmazdan əvvəl iddiaçıya vəd verdiyi məbləğin bir qismini ödədikdən və barəsində aparılan cinayət təqibinə xitam verildikdən sonra verdiyi sözə əməl etməməsindən qaynaqlanır.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2(103)-6195/2022 nömrəli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən işin yuxarıda göstərilən hallarını düzgün mü əyyən etməmiş, habelə yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etməməklə, tələbin qanuni əsasının müəyyən edilməsində səhvə yol vermişdir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən borcun qaytarıldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə alınmış borcun qaytarılmasına dair məhkəməyə nə yazılı, nə şifahi, heç bir sübut təqdim etməmiş, iş materialları ilə də bu fakt öz təsdiqini tapmamışdır. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İddiaçı 600.000 ABŞ dolları borcun qaytarıldığını təsdiq edən sübut təqdim etmədiyindən kollegiya belə qənaətə gəlir ki, iddiaçının Cavabdeh3 qarşısında icra olunmamış 600.000 ABŞ dolları borc öhdəliyi olmuş, sözügedən etibarnamə də borcun təminatı kimi girov qoyulmuş qeyri-ya şayış sahəsinin borcun qaytarılmadığı təqdirdə, özgəninkiləşdirilməsi məqsədilə verilmişdir. İddiaçı xx.xx.2008-ci ildə Cavabdeh1 etibarnamə vermədiyini, etibarnamənin saxtalaşdırıldığını bildirsə də, bu fakt cinayət işinin istintaqı zamanı keçirilmiş ekspertizanın rəyi ilə təkzib olunmuş, imzanın və xəttin Salmanzadə Şahinə məxsus olması, eyni zamanda onun həmin tarixdə Azərbaycanda olması faktları təsdiq edilmişdir. İşin halları, tərəflərin izahatları onu deməyə əsas verir ki, iddiaçı Cavabdeh3 olan borcunu sözügedən qeyri-yaşayış sahəsi ilə əvəzləşdirməklə ödəmək istəmiş, buna iradəsini ifadə edərək məqsədli şəkildə Bankın işçisinin adına etibarnamə vermişdir. Sadalanan əsasların mövcudluğunu, eləcə də təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda etibar e dən bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, iddiaçının 600.000 ABŞ dolları borc öhdəliyinin olduğu, mübahisəli əmlakın borcun təminatı kimi girov qoyulduğu halda, həmin əmlaka dair borclu olduğu şəxsin idarə etdiyi Bankın işçisinin adına etibarnamə verilməsi realdır. Tərəflər arasında mövcud olmuş münasibətlərin xarakteri onu deməyə əsas verir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair onun üzərində sərəncam verilməsinə dair uzunmüddətli etibarnamə verməklə, borcun qaytarılmayacağı təqdirdə həmin əmlakın özgəninkiləşdiriləcəyini dərk etmiş və buna şüurlu surətdə razılığını bildirmişdir.
31. Bu mənada, kollegiya hesab etmişdir ki, verilmiş borc qaytarılmadığından sözü gedən əmlakın etibarnamə əsasında Cavabdeh1 adına alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi iddiaçının iradəsinə uyğun həyata keçirilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı əmlakının əldən çıxması ilə bağlı Cavabdeh3 şikayət verməməsi üçün onunla 1.000.000 manata razılaşdıqlarını, sonuncunun ona 100.000 manat dəyərində 2 otaqlı mənzil və 50.000 manat nəğd pul verdiyini, qalan 850.000 manatın isə qaytarılmadığını, bütün bu hadisələrin 2016-cı ildə baş verdiyini bildirir və qeyri-yaşayış sahəsindən məhrum olduğuna görə 850.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
32. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə iddiaçı cavabdehlə aralarında 1.000.000 manata dair razılaşma olduğunu, həmin razıla şmanın şərtlərinin cavabdeh tərəfindən tam yerinə yetirilmədiyini sübut etməlidir. İddiaçı isə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iş materialları ilə də bu fakt öz təsdiqini tapmamışdır.
33. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, iddiaçının bildirdiyi kimi həqiqətən cavabdehlə aralarında 1.000.000 manata dair razılaşma olduğu, cavabdehin ona 150.000 manat ödədiyi, qalan 850.000 manat isə ona qaytarılmamış olduğu halda, hüququnun pozulduğunu bildiyi 2016-cı ildən keçən 5 il ərzində həmin qalıq məbləğin tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir. Bu isə onların arasında həqiqətən də, belə bir razılaşmanın mövcud olmasına əsaslı şübhələr yaradır. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi onun mülkiyyətindən qanunsuz olaraq deyil, iddiaçının öz iradəsinə uyğun olaraq, onun verdiyi etibarnamə əsasında, icra edilməmiş borc öhdəliyinin əvəzləşdirilməsi məqsədi ilə 2011-ci ildə çıxmışdır. Buna baxmayaraq, iddiaçının müxtəlif orqanlara şikayət etməsi səbəbindən Cavabdeh3 tərəfindən iddiaçıya 2016-cı ildə 100.000 manat dəyərində əmlak və 50.000 manat pul verilmiş, iddiaçı həmin əmlakı və pulu qəbul etmişdir. Bundan daha 5 il keçdikdən sonra, yəni 2021-ci ildə iddiaçı yenidən həmin əmlakın qeyri-qanuni onun mülkiyyətindən çıxmasını iddia etməklə cavabdehlərdən 850.000 manat pul tələb etmişdir.
34. Göründüyü kimi iddiaçı götürülmüş borcun təminatı olaraq mübahisəli əmlak üzərində sərəncam verilməsinə dair cavabdehə etibarnamə verməklə həmin borcun qayt arılmayacağı təqdirdə bu əmlakın hesabına borcun ödəniləcəyinə onu inandırmış, lakin sonradan əmlakın həmin etibarnamə əsasında onun mülkiyyətindən çıxmasının qanunsuz olmasını iddia etmişdir.
35. Kollegiya hesab etmişdir ki, iddiaçının həmin əmlakın onun sahibliyindən hüquqa zidd yolla çıxmasına istinad etməklə hazırkı tələbi irəli sürməsi hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqa zidd davranış hesab edilir. Mülki qanunvericilikdə həmçinin, hüquqdan sui-istifadəyə yol verilməməsi, bu əsas üzərində hə yata keçirilən razılaşma və hərəkətlərın isə etibarsız olması təsbit edilmişdır.
36. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin onun iradəsinə zidd mülkiyyətindən çıxarılmasını və nəticədə ona 850.000 manat ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Ona görə də, iddia əsassız olmuşdur. Nəticədə məhkəmənin iş üzrə iddianın rədd edilməsinə dair gəldiyi nəticə doğru olsa da, iddianın əsassızlığı ilə bağlı hüquqi mövqeyi düzgün olmamışdır. Habelə, məhkəmə hazırkı iddianı rədd edərkən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. İddiaçı hazırkı iddianı irəli sürərkən xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi nəticəsində ona məxsus olmuş əmlakın onun sahibliyindən çı xmasına istinad etmiş, hazırkı iddianı isə xx.xx.2021-ci il tarixdə irəli sürmüşdür. Deməli, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Kollegiya qeyd etmişdir ki, hazırkı iddia tələbi mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Bu növ iddialar üzrə iddia müddəti 10 il təşkil edir.
37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 359.1, 359.3, 360.1, 364.1, 364.2, 540.1, 560.1, 560.2, 560.3.4, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün hüquqi qiymət verməmiş, alqı-satqı müqaviləsinin əhəmiyyətsiz, uydurma, yalnız görünüş üçün bağlanmış olmasına əhəmiyyət verməmişdir. Belə ki, iş materiallardan aydın görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 146 ünvanında yerləşən qeyri-yaşayış sahəsi barədə ardıcıllıqla 1) xx.xx.2011-ci il tarixli (1.Ş. Salmanzadə ilə S. Qafarov arasında) “Alğı-satqı müqaviləsi”, 2) xx.xx.2012-ci il tarixli (S. Qafarov ilə Ş. Vəliyev arasında) “Bağışlanma müqaviləsi”, 3) xx.xx.2013-cü il tarixli (Ş. Vəliyev ilə H. Nəbiyeva arasında) “Bağışlanma müqaviləsi,”4) xx.xx.2014-cü il tarixli (H.Nəbiyeva ilə N. Heydərova arasında) “alqı-satqı müqaviləsi” bağlanılmış, hüquqa zidd şəkildə bir-birilə əlaqəli olmayan kimi görünən bu şəxslər arasında bağışlanma edərək görünüşdə sonrakı alıcının “vicdanlı” alıcı olmasına “hüquqi imkan” əldə etməyə çalışılmışdır. Əgər İddiaçı məxsus qeyri yaşayış sahəsi onun mülkiyyətindən qanunsuz olaraq deyil, iddiaçının öz iradəsinə uyğun olaraq, onun verdiyi etibarnamə əsasında, icra edilməmiş borc öhdəliyinin əvəzləşdirilməsi məqsədi ilə verilmişdirsə, Cavabdeh3 sonradan həmin qeyri-yaşayış sahəsini təmənnasız bağışlama yolu ilə dəfələrlə özgəninkiləşdirməsi ağlabatan deyildir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində dəfələrlə vurğulanır ki, Cavabdeh3 Həsən Sadıqova 600.000 ABŞ dolları borc vermişdir, həmin b orc pul işmateriallarında olan sənədlərə görə 2008-ci ildə, yəni bir ABŞ dollarının kursu 1 AZN-ə nisbətdə 0,78.5 qəpik olan müddətdə verilmişdir ki, o da həmin kursa görə 471.000 AZN təşkil etmişdir. Cavabdeh3 İddiaçı məxsus əmlakı xx.xx.2014-cü iltarixdə ******* (bir milyon beş yüz manata) satdırmışdır. Məhkəmə tərəfindən müvafiq məhkəmə-mühəndis ekspertizası keçirilmədən iddiaçının mülkiyyətində olan əmlakının illər üzrə təmirsiz, qismən təmirli və tam təmirli halda dəyərinin miqdarını müəyyən etmədən cavabdehin mövqeyi ilə razılaşaraq qətnamə qəbul etməsi özü özlüyündə həmin qətnamənin əsassız və qanunsuz olmasına dəlalət edir. Məhkəmə bir yandan formal sayılan alqı-satqı müqaviləsində göstərimiş 60.000 manata istinad edir və onun qarşılığında iddiaçıya 150 000 manatlıq əmlak verilməsi ni kifayət hesab edir. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdəki faktları görməzdən gəlir, Cavabdeh3 isə mübahisəli əmlaka guya 800 000 manat məbləğində təmir xərci çəkməsini inandırıcı sayır. Ekspertiza keçirilmədən, mütəxəssis rəyi alınmadan yuvarlaq olaraq 150 000 manat əvəzinə Azadlıq prospektinə yerləşən sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçının iradəsinə zidd olaraq mülkiyyətindən çıxarılması nəticəsində ona dəymiş ziyanın miqdarı belə müəyyən olunmadan iddiasının təmin olunmamasına dair qəbul edilmiş qətnamə ən azınnan ədalətsizdir, hüquqi nöqteyi-nəzərdən isə qanunsuz və əsassızdır. Yuxarıda qeyd olunan hallar tam araşdırılmamışdır, bu səbəbdən də qətnamədə göstərilənlər işin həqiqi hallarına uyğun gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
40. Cavabdeh3 (Vəkil2) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Cavabdeh1 kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa ydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
45. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaql a, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz
46. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
47. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
48. Maddə 364.2. S əlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
49. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.
50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
52. Maddə 560.3.4. Hüquqdan sui-istifadə xüsusən d igər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir.
53. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
54. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
55. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsəl ələrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
66. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2022-ci il tarixli 2(103)-6195/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir