Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-922/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildiyi halda birinci instansiya məhkəməsinin qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını yoxlamaq vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı X2 Cavabdeh qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(106)-456/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadından işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmuş hesab edən Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən birgə nikah dövründə tikib yaşadıqları üç otaqlı evə azyaşlı övladı ilə birlikdə köçürülməsi, yaşayış sahəsindən cavabdeh ilə bərabər birgə istifadə etmək hüququnun verilməsi və cavabdeh tərəfindən yar adılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2016-cı il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Bir müddət münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuş, məhkəməyə əmlak, nikahın pozulması və aliment tələbi ilə müraciət etmişdir. Cavabdeh evə içkili gələrək dəfələrlə onu döymüş və təhqir etmişdir. Bütün bu hadisələrdən sonra o, azyaşlı övladı ilə birlikdə valideynlərinin evinə qayıtmış və halhazırda da onların yanında yaşayır. Evdən çıxarkən ona məxsus evdə kənddə yaşamaq çətin gəlir. Azyaşlı uşağı Bakı şəhərində anadan olub orada yaşamışdır. Həmçinin ona məxsus cehiz əmlakları iddia etdi yi evdə qalmışdır.
3. Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A. Kiçibəyov) iddia tələbi qismən təmin edilərək, İddiaçı azyaşlı uşağı - xx.xx.2016-cı il tarixdə doğulmuş X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
4. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə özünün hüquq və maraqlarına toxunan şəxs hesab etdiyi Maraqlı şəxs apellyasiya şikayəti verərək, Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 25 dekab r 2024-cü il tarixli qərardadı ilə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-364-cü maddəsinin tələblərinə uyğun verilmiş hesab edilərək apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-456/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin MPM-nin 357363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qət edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Maraqlı şəxs apellyasiya şikayəti mübahisəli məsələdə qətnamənin hansı hissəsinin onun maraqlarına toxunması müəyyən etmək mümkün olmayıb. Belə ki, birinci instansiya məhkəməsində qətnamə qəbul olunduğu zaman mübahisəli mənzil Maraqlı şəxs mülkiyyətində olmamış və yalnız qətnamə qüvvəyə mindikdən 1 (bir) il sonra Maraqlı şəxs həmin mənzili 40.000 manata almışdır. Göründüyü kimi mübahisəli mənzil məhkəmə araşdırması zamanı Maraqlı şəxs mülkiyyətində olmamış, yalnız qətnamə icraya yönəldikdən sonra və qətnamə qəbul edildikdən 3 il sonra Maraqlı şəxs mənzilin onun mülkiyyətinə keçdiyini iddia edərək qətnamənin maraqlarına toxunduğunu bildirmişdir. Lakin qətnamənin hansı hissədə Maraqlı şəxs maraqlarına toxunmasını müəyyən etmək mümkün deyildir.
8. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il tarixli Qərarına, “K. Maraevin şikayəti üzrə” 29 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 357.2, 360-364.1, 366.1, 384.0.4, 384.0.6, 400, 402.2, 402.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Maraqlı şəxs (Vəkil) kas sasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməklə apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 10.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi onun özünə məxsus olan əmlakdan mülkiyyət, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. O, həmin evdə dörd ailə üzvü ilə birlikdə yaşayır. Kənar şəxsin Maraqlı şəxs məxsus evdə yaşaması qeyri-mümkündür. Marağına toxunan şəxs Maraqlı şəxs fərdi yaşayış evini cavabdeh Ə.Ə.Əminağa oğlunun anası X1 notarial qaydada almışdır. Beləliklə, məhkəmə apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə Mülki Məcəllənin 146.1-ci maddəsinin tələbini po zmuşdur. Şirvan Apellyasiya Məhkəməsi 2(106)-456/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında Lerik Rayon Məhkəməsinin onun maraqlarına hansı hissədə toxunduğunu müəyyən etməməsini qeyd etsə də, iş materiallarında Maraqlı şəxs mübahisəli evi notarial qaydada alması və bu evə dair sənədlərə lazımi diqqət ayırmamışdır. Maraqları toxunmuş şəxs olaraq onun mülkiyyət, istifadə və sərəncam vermək hüquqlarını, habelə həmin evdə dörd ailə üzvü ilə birlikdə yaşamaq hüququnu nəzərə almamışdır. Buna görə də, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Mülki Prosessual Məcəllənin 357.1ci maddəsinin tələblərinə zidd olmuş və həmin maddə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
27. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlar ını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
30. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
31. Mad də 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
32. Maddə 364.2. Apelyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
33. Maddə 402.2.1. Apelyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apelyasiya məhkəmələrinin mülk i və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qərard ad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin qeyri-mümkün sayılması və apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılıb hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
41. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə iddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X3 adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən üç otaqlı evdə yaşa mışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının azyaşlı uşağı - xx.xx.2016-cı il tarixdə doğulmuş Kamran Əfsər oğlu ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, evin və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır.
42. Həmin qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmuş hesab edən Maraqlı şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir.
11. Maraqlı şəxs qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu onunla izah etmişdir ki, həmin mənzili X1 notariat qaydada 40.000 manata almışdır.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-456/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qərar dadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılıb hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qət edilmişdir.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin həlli üçün ilk növbədə iş üzrə apelyasiya icraatı üzrə prosessual hüquq normalarına, xüsusilə də apelyasiya icraatının mümkünlüyü şərtlərinə riayət olunmasını araşdırmağı zəruri sayır.
44. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
45. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri h ər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
46. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
47. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin et mək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (Konstitusiya Məhkəməsi Plenumunun A.Yəhyazadənin şikayəti üzrə 16 iyul 2013-cü il tarixli Qərarı).
49. Nəzərə alınmalıdır ki, apellyasiya icraatının başlanması üçün qanunla dəqiq prosessual əsaslar müəyyən olunmuşdur. Buna görə də apellyasiya şikayəti daxil olduqda, şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual əsasların olması müəyyən edilməlidir.
50. Bununla bağlı ilk növbədə qeyd olunnmalıdır ki, mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən, şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş hərəkətlərin məcmusudur. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının pro sessual hərəkəti, onun prosessual hüquq və vəzifələrinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.
51. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).
52. Yuxarıda qeyd olunan MPM-nin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsi və 4.1-ci maddələrinin təhlilindən göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan b əhs olunur.
53. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Mülki prosessual qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir.
54. Mülki prosesdə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən biri də, birinci instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir.
55. MPM-nin 357.1-ci maddəsinə əsasən, bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.
56. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olm ası aiddir (K.Marayevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).
57. İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir.
58. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır.
59. Bununla yanaşı birinci instansiya məhkəməsi həmin dəlilləri yoxlamalı, çıxarılmış qətnamənin həqiqətən də onun qanunla qorunan hüquq və mənafelərinə toxunub toxunmadığını təsbit etməli, müsbət cavab alındığı halda apelyasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə əməl olunmasını da arşdırıb müvafiq qərardad çıxarmalıdır. Nəzərə alınmalıdır ki, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.
60. Bu baxımdan baxılan iş üzrə Vaqif Həsənovun işə cəlb olunmadığı halda çıxarılmış qətnamənin onun hüquqlarına toxunduğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmalı idi.
61. Lakin birinci instansiya məhkəməsi 2(048)-532/2021 saylı, 25 dekabr 2024-cü il tarixli qərardadı ilə Vaqif Həsənovun apelyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab etməsinə baxmayaraq, həmin qərardadda çıxarılmış qətnamənin Vaqif Həsənovun hüquq və vəzifələrinə toxunmasını ümumiyyətlə araşdırmamışdır.
62. Nəzərə alınmalıdır ki, işə cəlb olunmamış şəxsin apelyasiya şikayətinin icraata qəbul olunmasının mümkünlüyünün araşdırılması təkcə birinci instansiya məhkəməsinə aid deyildir. belə ki, Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüy ünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
63. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsində nəzərdə tutulan apellyasiyanın mümkünlüyü üçün əsaslar dedikdə, apellyasiya şikayətinin MPM-nin 357-ci maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, apellyasiya şikayətinin MPM-nin 360-cı maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun olması, eyni zamanda MPM-nin 363.1-ci maddəsində müəyyən olunan halların mövcud olmaması başa düşülür.
64. Qeyd olunmalıdır ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hü quqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin MPM-nin 357.2-ci maddəsinə istinadla apelyasiya şikayətinin icraata qəbul olunması barədə qərardadı, MPM-nin 366-cı maddəsinə əsasən apelyasiyanın mümkünlüyünü yoxlayan apelyasiya instansiyası məhkəməsi üçün məcburu qüvvəyə malik deyildir. Birinci instansiya məhkəməsi 2(048)-532/2021 saylı, 25 dekabr 2024-cü il tarixli qərardadı ilə Vaqif Həsənovun apelyasiya şikayətini MPM-nin tələblərinə uyğun hesab etməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi, çıxarılmış qətnamənin onun qanunla qorunan mənafelərin toxunmasını araşdırmalı idi.
65. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qa nunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-456/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.