Məhkəmə qərarları › İş №2(102)-923/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-923/2020

25.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-923/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xxxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayev) İddiaçı Cavabdehnə və digərlərinə qarşı “məhkəmə aktı olmadan mənzilin hərrac yolu ilə satılm ası üçün hərraca çıxarılmasının qanuna zidd hesab edilməsi və bunun hüququnun pozulmasına səbəb olması hesab edilməsinə” dair iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, oğlu X1 adına qeydə alınmış Bakı şəhəri, xxxx mənzilinin məhkəmə aktı olmadan hərrac yolu ilə satılması üçün h ərraca çıxarılmasının qanuna zidd hesab edilməklə, bunun onun hüququnun pozulmasına səbəb olması” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkil i xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Bakı şəhəri, Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM- nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, işə prosessual normaların tələblərinin pozulması ilə baxılmasına, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi üzrə ildiaçının tərəf olmamasına, onun mənzilin hərrac yolu ilə satılmasının qanunsuz hesab edilməsinə dair hazırki iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına və bu halın iddia ərizəsinin rədd edilməsi üçün əsas sayılmasına və prosessual qənaət prinsipini nəzərə alaraq, tələbin əsasında duran faktiki halla r üzrə əlavə araşdırma aparmağa və onlara hüquqi qiymət verməyə zərurət qalmamasına istinad edib və hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 28.2, 28.3, 28.4, 29.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərfli və obyektiv araşdırmayıb. Belə ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qərardadı ilə Maraqlı şəxs iddianın təmini tədbiri barədə ərizəsi təmin edilərək, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək in mülki yyətində olan Bakı şəhəri, xxxx mənzilinin üzərinə həbs qoyulub. Eləcə də həmin məhkəmənin 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə dən ödəniş vaxtı milli manata məzənnədə 130.000 ABŞ dolları məbləğində pulun tutulub Maraqlı şəxs verilməsi qət edilib. Daha sonra, işdən görünür ki, Bakı şəhəri,xxxx mənzili borclu xx mülkiyyətində olub və Cavabdeh 17 iyul 2018-ci il tarixli məktubu ilə mənzilin satışı “X2” MMC həvalə edilib. xx isə mənzilin hərracda satılmasına və satışdan əldə olunan pul vəsaiti hesabına Maraqlı şəxs olan borcunun ödənilməsinə etiraz etməməsinə dair Cavabdehnə ərizə təqdim edib. Bundan sonra, “Hərracın yekunları haqqında” 25 oktyabr 2018-ci il tarixli, 285 saylı protokola əsasən mənzil 123.200 manata Maraqlı şəxs satılıb. Hazırda, İddiaçı, oğlu xx adına qeydə alınmış sözü gedən mənzilin məhkəmə aktı olmadan hərrac yolu ilə satılması üçün hərraca çıxarılmasının qanuna zidd hesab edilməsi və bunun onun hüququnun pozulmasına səbəb olması barədə qətnamə qəbul edilməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla işdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçı, sözügedən mənzildə qeydiyyatda olmaqla orada yaşayır və onun həmin mənzildən qanuni əsaslarla istifadə hüququ vardır və bu fakt, işin mübahisə olunmayan halıdır. İşin qeyd olunan bu halı mənzilin iddiaçı tərəfindən idarə olunması, mənzilin kommunal xərclərinin onun tərəfindən ödənilməsi və sair ilə də t əsdiq olunur. Bundan başqa, qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərardadı ilə “xxxx” ASC-nin “Maraqlı şəxs adına verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki mülkiyyətçisinin adına bərpa edilməsi” iddiasına dair iş üzrə iddiaçı üçüncü şəxs qismində tanınıb və mübahisənin onun da maraqlarına toxunduğu müəyyən edilib. Həmçinin, qüvvəyə minmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 07 yanvar 2019cu il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, iddianın təmini tədbiri kimi mənzilin üzərinə həbs qoyulub. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, məhz İddiaçı tələbinə əsasən, Bakı şəhəri, xxxx mənzilinin qiymətləndiri lməsinə dair “xxxx” MMC 10 aprel 2018-ci il tarixli rəyi, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı “X2” MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 25 oktyabr 2018-ci il tarixli protokol və mənzilə dair Maraqlı şəxs adına verilmiş 26 dekabr 2018-ci il tarixli çıxarış etibarsız hesab edilib. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını a raşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Göründüyü kimi mənzilə münasibətdə iddiaçının məhkəmədə hazırki iddianı qaldırmaq üçün müvafiq subyekti v hüquqa malik olması, yəni onun öz hərəktlərinə hüquqi ixtiyar, başqa şəxsdən tələb etmək və müdafiə hüququnun olması mülki iş materialları ilə istisna olunmur və apellyasiya instansiyası məhkəməsi işə baxarkən sadalanan hallara düqqət yetirməyib. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.8, 158.1.2, 158.3, 158.4-cü maddələrinin tələblərini pozaraq, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququnun da əmlak hüququ sayılmasını, mülkiyyətçi olmayan şəxsin əmlak hüququnun istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsini, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsinin həmin əmlaka olan istifadə hüququnun xitamına səbəb olmamasını nəzərə almadan və beləliklə də qətnamənin icrası qaydasında mənzili əldə edən Maraqlı şəxs həmin mənzildə isti fadə hüququ olan iddiaçıya münasibətdə vicdanlı olubolmamasını tam, hərtərəfli və obyektiv araşdırmadan, işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, sözügedən mənzilə mülkiyyət hüququnun Maraqlı şəxs keçməsi həmin mənzilə iddiaçının istifadə hüququna xitam verilməsinə səbəb olmadığından, sonuncunun cavabdehdən və digər şəxslərdən mənzilə olan istifadə hüququnu pozan hərəkətlərə son qoyulmasını məhkəmə qaydasında tələb etmək və hazırki iddianı qaldırmaq hüququ vardır. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 28.2-28.4, 29.1-ci maddələr inin tələblərinə istinad edib icra sənədi üzrə tərəf olmadığına görə iddiaçının icra məmuruna etiraz etmək, onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququna malik olmamasına dair gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində göstərilir ki, tələbin yönəldiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002- ci il tarixli, 89 saylı Qərarının 1-ci bəndinə görə, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sadalanan maddələrin tələblərini pozaraq, iddiaçının icra sənədini deyil, məhkəmə aktı olmadan mənzilin hərraca çıxarılaraq satılmasını mübahisələndirməsini və bunun nəticəsində mənzilə olan hüququnun pozulmasını iddia etməsini nəzərə almadan, həmçinin iddia tələbləri üzrə kifayət qədər araşdırma aparmadan, tələbin borclu ə məxsus olan mənzilə yönəldilməsi və mənzilin satılmasına dair müvafiq məhkəmə aktının olub-olmamasını aydınlaşdırmadan, iddia t ələblərinin əsassız olması qənaətinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərb aycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail ol maq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar