Məhkəmə qərarları › İş №2(102)-923/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-923/2024

18.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-923/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülməyə və daxil olmağa törədilən maneəçiliyə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6176/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 m art 2024-cü il tarxidə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra cavabdeh) 1985-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Bu nikahdan tərəflərin 30 dekabr 1986-cı il təvəllüdlü İlkin, 22 dekabr 1987-ci il təvəllüdlü Elvin adlı iki uşaqları var.

2. Faktiki nikah münasibətlərində olduqları zaman X4 ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair X3 ilə müqavilə bağlanmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1999-cü il tarixli qətnaməsi ilə X1 iddiaçı və cavabdehə qarşı “Bakı şəhəri, M. Əlizadə (keçmiş 11-ci Dağüstü) küçəsi 91 saylı evdən çıxarılmaları” barədə iddia tələbi rədd olunmuş, cavabdehin iddiaçıya, X2, Bakı şəhə ri 21 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iddia tələbi təmin edilmiş, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda xx.xx.1990-cı il tarixdə X3 ilə X4 arasında bağlanmış mübahisəli cevin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında mübahisəli evə xüsusi mülkiyyət hüququnu təsdiq edən Rəşid Budaqovun adına verilmiş xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuş, mübahisəli evin alqı-satqı müqaviləsi X4 ilə cavabdeh (Cavabdeh) arasında bağlanmış hesab edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə cavabdehin adına mübahisəli evə xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi həvalə olunmuşdur.

4. Bakı şəhər Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2000-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1999-cü il tarixli qətnaməsi dəyişdirilmiş, mübahisəli evin alqı-satqı müqaviləsinin X4 ilə iddiaçı (İddiaçı) və cavabdeh (Cavabdeh) arasında bağlanmış hesab edilməsi, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həmin evə dair iddiaçı və cavabdehin adlarına payları məlum olmayan birgə əmlak kimi qeydiyyat vəsiqəsinin verilməsinin həvalə edilməsi qərara alınmışdır.

5. Mübahisəli fərdi yaşayış evi iddiaçı və cavabdehin ümumi birgə mülkiyyəti kimi xx.xx.2000-ci il tarixdə qeydə alınmış, bununla bağlı FM 008452 nömrəli qeydiy yat vəsiqəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə Mübahisəli fərdi yaşayış evinin iddiaçı və cavabdehin ümumi birgə mülkiyyəti olması barədə Çıxarış da verilmişdir.

6. Daha sonra tərəflər arasında münasibətlər pisləşmiş və faktiki ailə münasibətlərinə son qoyulmuşdur.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamış, buna görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Kada strı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdə də eyni məzmunda məlumat verilmiş, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi” bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli fərdi yaşayış evinə köçməyi, fərdi yaşayış evinin ona məxsus olan və içəridə əşyalarının olduğu yerin qapısından içəri daxil olmağına, həmin ünvana Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisəli fərdi yaşayış evinin yerl əşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin idarənin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və qeyriləri tərəfindən törədilən maneəyə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən son 7-8 ildir ki, mülkiyyətçi kimi yuxarıda qeyd edilən evdən istifadə edə bilmir. Belə ki, digər mülkiyyətçi olan cavabdehlə münasibəti olmadığı üçün ev faktiki olaraq aralarında bölünmüşdür. Bir neçə ildir ki evə getmir. Cavabdeh evin iddiaçıya aid olan hissəsinə əşyalarını yığaraq, qapısını bağlamışdır. Hazırda həmin əşyalarının hansı vəziyyətdə olmasından xəbəri yoxdur.

11. İddiaçı ona məxsus olan evə köçə, lazım gələrsə, mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Bu yaxınlarda evin və həyətin texniki pasportunun alınması üçün müvafiq ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Əmlak Xidmətləri Məkanına müraciət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 02 iyun 2022-ci il tarixli **********22 saylı məktubunda, həmçinin 13 iyun 2022-ci il tarixli. **********59 saylı, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması uçun idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Buna görə də “D aşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad etmişdir.

13. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərmişdir ki, sözügedən ev cavabdehin mülkiyyətindədir, cavabdeh tərəfindən dövlət orqanlarının işinə heç bir maneə yaradılmayıb.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-396/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçməyə, fərdi yaşayış evinə giriş-çıxışa cavabdeh tərəfindən yaradılan maneələrə qadağa qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçı ya aid edilmişdir. (hakim Mehriban Əfəndizadə)

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətdə olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Həmin məhkəmə qərarının əsasında verilmiş çıxarışda da fərdi yaşayış evinin tərəflərin ümumi birgə mülkiyyəti olduğu təsdiq edilib. Beləliklə, iddiaçının öz mülkiyyətindən sərbəst şəkildə istifadə etmək hüququ olduğundan iddia tələbi “daşınmaz əmlaka köçməyə, fərdi yaşayış evinə giriş-çıxışa cavabdeh tərəfindən yaradılan maneələrə qadağa qoyulması” hissəsində əsaslıdır və təmin edilməlidir.

16. İddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 sa ylı Bakı Ərazi İdarəsinin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin idarənin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və qeyriləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdehin üzərinə belə bir vəzifənin qoyulması üçün əsaslar yoxdur. Birincisi, artıq iddia tələbi daşınmaz əmlaka köçmə və giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edildiyindən, hər hansı dövlət orqanı əməkdaşlarının daşınmaz əmlaka daxil olmasına yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edilməsinə zərurət qalmamışdır. İkincisi, cavabdeh tərəfindən belə maneələrin yara dılması barədə konkret və mötəbər sübut təqdim edilməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 157.1, 157.4-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddi a tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməyərək DƏDRX-nin imtina cavabını, Polis İdarəsinin məktubunu, qüvvədə olan məhkəmə qərarlarını nəzərə almamışdır.

20. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilən hissəsində ləğv, iddianın həmin hissədə də rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin apelyasiya şikayətinin dəlilləri belə olmuşdur ki, iddiaçı öz iddia tələbini, yəni cavabdehin ona evə köçməyə maneələr yaratdığını sübuta yetirə bilməmişdir. Məhkəmə iddia ərizəsinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığını yoxlamaq, eləcə d ə onun psixi vəziyyətini aydınlaşdırmaq üçün ekspertizalar keçirilməsi barədə vəsatətlərini nəzərə almamış, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6176/2021 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-396/2023 saylı iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” tələbinin təmin edilməməsi, həmçinin “ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissələrində ləğv olunmuş, həmin hissələrdə yeni qətnamə çıxarılmış, İddiaçı “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına Cavabdeh və digərləri tərəfindən maneçilik yaradılması qadağan olunmuş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilmiş, Cavabdeh nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin olunmamış və qətnamə onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmılşdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə)

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına əsasən tərəflər qüvvədə olan məhkəmə aktı əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin birgə mülkiyyətçiləri kimi tanınmışlar. Bu kontek stdə, mübahisəsi gedən evin birgə mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin evə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək evə köçürülməsini və oradan istifadəyə yaradılan maneələrin qadağan olunmasını tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur.

24. Apellyasiya instansiya məhkəməsi qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin dəlillərini iddianın təmin olunması ilə bağlı hissədə qətnamənin ləğvinə əsas yaratmadığı üçün həmin şikayətin baxılan mübahisənin mahiyyəti ilə əlaqədar olmayan dəlillərinə qiymət verməyə zərurət görməmişdir.

25. Bununla belə, apellyasiya instansiya məhkəməsi iddiaçının nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək göstərib ki, birinci instansiya məhkəməsi iddia tələbini “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” tələbini təmin etməməkdə haqlı olmamışdır.

26. Apellyasiya instansiya məhkəməsinin əsaslandrımasına görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Əsasnaməsi”nin 3.0, 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdır ma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifəsidir.

27. Apellyasiya instansiya məhkəməsi iddianın həmin hissəsi ilə bağlı bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Polis Bölməsinin iddiaçının nümayəndəsinə ünvanladığı məktublardan, mübahisəsi gedən evə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə maneələr yaradıldığı aydın olur – hansı ki, belə maneənin yaradıldığını işin hallarına və cavabdehin iddia tələbinə etirazlarında irəli sürdüyü arqumentlərə əsasən də ehtimal etmək mümkündür. Bu cür maneənin hazırda həmin evdə yaşamayan iddiaçının özü tərəfindən yaradıldığı ağlabatan olmadığına görə, onun məhz cavabdeh tərəfindən yaradıldığı qəbul edilməlidir.

28. Apellyasiya instansiya məhkəməsi onu da nəzərə almışdır ki, müvafiq baxışın keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmırsa, bununla əlaqədar çıxarılan qətnamə cavabdehin hər hansı mənafeyinə toxunmayacaqdır.

29. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamə iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməli, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs inin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçilik qadağan olunmalıdır.

30. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi zamanı da səhvə yol vermişdir. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir və belə olan halda ödədiyi dövlət rüsumunun iddiası qismən təmin olunmuş iddiaçının özünə aid olunması qanunun mənasına uyğun deyildir. Həmçinin məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olubolmamasına bağlı deyildir. Buna görə də qətnamə “ödənilmiş dövlət rüsumunun iddia çıya aid edilməsi” hissəsində də ləğv olunmalı, iddia ərizəsi verilərkən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi qismində 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassaiya şikayət belə əsaslandırılmışdır: - iddiaçı daşınmaz əmlaka köçməyinə, fərdi yaşayış evinin ona məxsus olan və içəridə əşyalarının olduğu yerin qapısından içəri daxil olmağına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə li fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin idarənin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh tərəfindən maneələrin yaradılması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmişdir; - apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Polis Bölməsinin iddiaçının nümayəndəsinə ünvanladığı məktublardan, mübahisəsi gedən evə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə maneələr yaradıldığı aydın olur – hansı k i, belə maneənin yaradıldığını işin hallarına və cavabdehin iddia tələbinə etirazlarında irəli sürdüyü arqumentlərə əsasən də ehtimal etmək mümkündür. Bu cür maneənin hazırda həmin evdə yaşamayan iddiaçının özü tərəfindən yaradıldığı ağlabatan olmadığına görə, onun məhz cavabdeh tərəfindən yaradıldığı qəbul edilməlidir.” - apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrini iş materiallarında olan sübutlara əsasən yox, ehtimallara dayanaraq əsaslandırmışdır. Halbuki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktublarında cavabdeh tərəfindən maneələrin yaradılması qeyd edilməmişdir. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğular göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktublarında şərait yaradılmamasının nəyi ehtiva etdiyini, kim tərəfindən şərait yaradılmadığı aydınlaşdırılmağa çalışılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəmənin sorğularına cavabında cavabdeh tərəfindən hansı maneələrin törədilməsi qeyd edilməmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən heç bir araşdırılma aparmadan, sorğular vermədən və həmin sorğulara cavab alınmadan öz mülahizələrinə və ehtimallara əsasən iddiaçının apellyasiya şikayətini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçının tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, cavabdeh bütün vasitələrdən istifadə edərək məhkəmənin gedişatını yubatmışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasi ya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətini n dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

39. İş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

40. Belə ki, iddiaçı cavabdehlə ümumi birgə mülkiyyətində olan evdən istifadəyə, inventarlaşdırma ilə bağlı evə və evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilməsinə cavabdeh tərəfindən maneə olduğunu bildirmişdir.

41. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə də iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlə birgə mülkiyyətçisidir, iddiaçının həmin evə istifadə və sahiblik hüququ var, cavabdeh iddiaçının bu hüququna maneə yaradır.

42. Bununla da, cavabdeh ev üzərində mülkiyyət hüququna malik olan iddiaçının evdən istifadəsinə, daşınmaz əmlakın inventarizasiyası ilə bağlı sənədlərin hazırlanması üçün müvafiq orqanın mütəxəssislərinə mane olmaqla, iddiaçının yuxarıda qeyd edilən qanunvericilik normaları ilə qorunan hüquqlarını pozur.

43. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

44. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

45. Kassasiya şikayətində cavabdehin iddiaçıya hər hansı mane yaratmaması barədə dəlilləri əsassızdır. Belə ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlarla əsassız sayılmışdır. (bax: 27-ci bənd)

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6176/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar