Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-924/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ Açar sözlər: qonşuluq hüququ, qonşu təsirinə dözmək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı açılmış pəncərənin sökülməsi barədə ilkin, Cavabdeh yardımçı tikilinin sökülməsi, cavabdehin hesabına divar çəkilməsi barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3282/2023 nömrəli iş üzrə 25 sen tyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən onun Ö.F.Nemanzadə küçəsi, ö/t 22 ünvanında yerləşən həyətinə qanunsuz açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və pəncərənin yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 40 ildən çoxdur ailə üzvləri ilə birlikdə hazırkı evdə qeydiyyatda olmaqla yaşayır. Qonşuluqda yaşayan cavabdeh 2021-ci ilin əvvəllərində qanunsuz və özbaşına olaraq onun həyəti istiqamətində 2 pəncərə dəliyi açaraq plastik pəncərə qoymuş, sonradan onun tələblərinə baxmayaraq, pəncərələri sökməkdən imtina etmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan pəncərələr yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. xx.xx.2011-ci il tarixli, 19 saylı MİS-in Ö.F.Nemanzadə küçəsi ö/t 22-nin faktiki cizgi planına əsasən həmin yerdə pəncərə mövcud olmamışdır.
3. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, iddiaçı tərəfindən onun yataq otağına bitişik vəziyyətdə inşa edilmiş yardımçı tikilinin sökülməsi, otağın pəncərəsinin və dəhlizin nəfəsliyinin qarşısında yığmış olduğu qum kisələrinin və digər əşyaların yığılması, onun yataq otağının və dəhlizinin divarlarının azad və sərbəst təmiri üçün həmin divarlardan 2 metr məsafədə onun həyətinə çıxışla iddiaçının hesabına divar çəkilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçının yaşadığı ümumi istifadədə olan həyətə tərəf açılmış pəncərə və nəfəsliyin (cavabdehin dəhlizindəki) bağlanması nəticəsində yaşayış otağının və dəhliz tikilisinə günəş işığının və hava axınının daxi l olmasına mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Ekspert tərəfindən pəncərə və nəfəsliyin iddiaçının və onun ailə üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə yaradıb-yaratmaması, tikililərin inşa olunma müddətinin müəyyən edilməsi barədə suallar cavablandırılmamışdır.
5. Məhkəmə tərəfindən mübahisəli ünvanlara keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı 22 saylı özbaşına tikili və cavabdehin yaşadığı 22B saylı özbaşına tikili bir-birindən hasarla ayrılmışdır. Cavabdehin yataq otağının pəncərəsi iddiaçının həyətyanı torpaq sahəsinə açılır və həmin pəncərənin şüşələri qeyri şəffafdır, belə ki, otaqdan baxdıqda həyət görünmür. Həmin otaqda başqa pəncərə yoxdur. Həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. İddiaçı 2020-ci ildə cavabdehin pəncərəsinin yanında öz evinə bitişik yardımçı tikili inşa edib.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-47/2023 nömrəli, 01 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddia tələbində bağlanılması tələb edilən pəncərə cavabdehin yaşadığı evin yataq otağına hava, işıq və günəş şüasının daxil olması üçün yeganə yerdir. Digər tərəfdən, keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, həmin pəncərənin şüş ələri qeyri şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Eləcə də, cavabdehin dəhliz divarında iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə açılmış nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 33, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158.4, 164.1, 165.1, 170.2-cı maddələrinə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğ v edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti ilkin iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3282/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev və G.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın “nəfəsliyin sökülməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia bu hissədə təmin edilmiş, Cavabdeh istifadəsində olan ünvan 2 ünvanı üzrə yerləşən evdən İddiaçı istifadəsində olan Ö. F. Nemanzadə küçəsi, ö/t 22 ünvanı üzrə yerləşən həyə tinə açılan nəfəsliyin Cavabdeh hesabına sökülməsi və əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin üzərində tikilmiş özbaşına tikililərin istifadəçiləridir. Həmin tikililərin hüquqi rejiminə görə özbaşına tikinti olması və cavabdehin yaşadığı evin pəncərələrinin qonşu sahənin tərəfinə - iddiaçının həyətinə açıldığı işin mübahisələndirilməyən halıdır. Qeyd edilən bu halın iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyani sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Lakin hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələ binə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir.
13. Məhkəməyə təqdim edilmiş ekspert rəyini nəzərə alaraq qeyd etmişdir ki, layihədə (plan sxemdə) nəzərdə tutulan pəncərənin bağlanması iddiaçının yaşayış otağı kimi istifadə etdiyi sahənin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərəcək. Bu da cavabdehin hüquqlarının həddən artıq məhrumiyyətə məruz qalmasına və beləliklə də iddiaçı nın hüququnu qorumaq üçün seçdiyi üsulun pozuntunun xarakterinə uyğun gəlməməsinə dəlalət edir. Belə ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Beləliklə birinci instansiya məhkəməsinin pəncərənin sökülməsi hissəsi ilə əlaqədar gəldiyi qənaət düzgün olmuşdur.
14. Cavabdehin yaşadığı evdən iddiaçının yaşadığı evin həyətinə açılan nəfəslik ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən nəfəsliyin açılması layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, bağlanılmasının texniki cəhətdən mümkün olduğu və nəfəsliyin bağlandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyi müəyyən edilir. Mübahisələndirilən nəfəslik iddiaçının istifadəsində olan yaşayış sahəsinin həy ətinə açıldığından, nəfəsliyin açılması müvafiq layihədə nəzərdə tutulmadığından, mövcudluğu da özü-özlüyündə iddiaçının yaşayış sahəsindən istədiyi kimi istifadəsinə maneə olduğundan, habelə nəfəsliyin bağlanmasının dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyindən mübahisələndirilən nəfəslik cavabdehin hesabına sökülməli və əvvəlki vəziyyətə qaytarılmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, Mülki Məcəllənin 5.3, 170.1, 170.2, 171.1, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin “Cavabdeh istifadəsində olan ünvan 3 ünvanı üzrə yerləşən evdən İddiaçı istifadəsində olan Ö.F.Nemanzadə küçəsi, ö/t 22 ünvanı üzrə yerləşən həyətinə açılan nəfəsliyin Cavabdeh hesabına sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” hissəsində təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəmələri Mülki Məcəllənin maddələrini ardıcıllıqla qətnamədə sadalasa da, iddia tələbi ilə əlaqəsini açıqlamamışdır. Belə bir iddia tələbinin təmin edilməsi gələcəkdə bu tip işlər üzrə mənfi tendensiyanın və məhkəmə təcrübəsinin yaranmasına səbəb ola bilər. Məhkəmə nəzərə almamışdır ki, hər iki tərəf qonşu təsirinə dözməlidir. Bundan əlavə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün su byektiv hüququ yoxdur. Bu tip iddialar üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələri iddiaçı qısmində çıxış edə bilərlər. İddiaçı tələbini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
18. Kassasiya şikayətində Mülki Məcəllənin 170.2, 171.1-ci maddələrinə, MPM-in 14.1, 77.1, 218.1, 218.3-cü maddələrinə istinad edilmişdir. b)
19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
22. Maddə 170.2. Qonşu torpa q sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
23. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
24. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
27. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin ist inad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 35. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:...392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir
39. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh kassasiya şikayəti əsasında ilkin iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahə lərinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.).
41. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi nəzərdə tutur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
42. Qanunun mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sa həsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz.
43. Beləliklə, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.
44. Baxılan iş üzrə (kassasiya baxışının predmetinə aid olan hissədə) iddiaçı cavabdehin yaşadığı evdən onun həyətinə açılmış pəncərənin (nəfəsliyin) bağlanmasını tələb edir və öz mövqeyini onunla ə saslandırır ki, cavabdeh tərəfindən quraşdırılmış pəncərə (nəfəslik) yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir.
45. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
46. İddiaçının apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi nəfəsliyin sökülməsi hissəsində mövqeyini mübahisələndirilən nəfəsliyin layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, bağla nılmasının texniki cəhətdən mümkün olduğu və nəfəsliyin bağlandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyi ilə əsaslandırmışdır.
47. Halbuki, yuxarıda da qeyd olunduğu kimi nəfəsliyin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin nəfəsliyin açılmasının iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyrimütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır.
48. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan fərqlənən hər hansı hal müəyyən etmədən və bununla bağlı gəldiyi nəticəni mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmadan, belə qənaətə gəl mişdir ki, nəfəsliyin mövcudluğu özü-özlüyündə iddiaçının yaşayış sahəsindən istədiyi kimi istifadəsinə mane olur.
49. Mülki prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin aktının ləğv edildiyi və yeni qərar qəbul edildiyi məhkəmə aktında da işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu işdə olan mümkün, aidiyyəti və mötəbər sübutlarla əsaslandırılmalıdır.
51. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyu n 2008-ci il tarixli qərarı).
52. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən mülki qanunvericiliyin bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddələrinin tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3282/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndiril ən hissədə – ilkin iddianın təmin olunmuş hissəsində ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.