Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-925/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxslər Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilkin torpaq ayırma sənədlərinin, icarə müqaviləsinin, çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 2(103)-3893/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı İdarəsi Göradil bağlar sahəsindəki 89 saylı kooperativin 23 saylı orderinin surətinə əsasən, Bakı şəhər İH-nin xx.xx.1998-ci il tarixli, 253 nömrəli qərarı ilə bağlar sahəsində 89 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1589 saylı bağ İddiaçı ayrılmışdır. İddiaçı, həmin sahənin sonradan cavabdehlərin adına rəsmiləşdirildiyini bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, C avabdeh2 və Cavabdeh3, üçüncü şəxsər Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə X6 və İstismarı Birliyi arasında xx.xx.1999-cu il tarixdə bağlanmış 21.590 nömrəli "Bağın icarəyə verilməsi haqqında" müqavilənin etibarsız hesab edilməsi; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 888 C saylı bağ evinin tikintisi məqsədləri üçün xx.xx.2012-ci il tarixdə hazırlanmış, 31341 nömrə ilə uçota alınmış AN 403167 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab edilməsi; ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfındən xx.xx.2012-ci il tarixdə Göradil kəndində yerləşən 88 8 X saylı bağ sahəsi barədə mülkiyyət hüquqlarının qeydə alınmasını təsdiq edən və X8 adın verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi; Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2012ci il tarixdə imzalanmış, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin və ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Göradil kəndində yerləşən 888 X saylı bağ sahəsi barədə mülkiyyət hüquqlarının qeydə alınmasını təsdiq edən və Cavabdeh2 adına verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi; İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi tərəfındən Göradil bağlar sahəsində yerləşən və 89 nömrəli Bağ Tikinti Kooperativinə aid olan 1589 nömrəli, 0,12 ha torpaq sahəsi 1998-ci ildə 23 saylı orderlə ona ayrılmış, bununla da, qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququ ilə ona məxsusluğu müəyyən olunmuşdur. Orderin verilməsinin hüquqi əsası kimi Bakı şəhər İH-nin xx.xx.1998-ci il tarixli, 253 saylı sərəncamı çıxış etmişdir. Həmin tarixdən xeyli vaxt keçməsinə baxmayaraq, bağ sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı hər hansı müraciət edilməmişdir. Buna baxmayaraq, daim bağ sahəsində müvafiq işlər görülmüş, orada ağaclar əkilmiş və onlara qulluq edilmişdir. Sonradan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı Azərbaycan Respubli kası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə dəfələrlə müraciət edilsə də, hər dəfə torpaq sahəsinə başqa bir şəxsin mülkiyyət hüquqlarının rəsmiləşdirildiyi və bununla bağlı həmin şəxsə müvafiq dövlət reyestrindən çıxarışın verildiyi qeyd edilmişdir. Belə ki, 2008-ci il tarixdə verilmiş cavab məktublarında Göradil bağlar massivində yerləşən 1589 nömrəli bağın X3 və sonradan isə X5 adına rəsmiləşdirilməsi bildirilmişdir. Bundan sonra, dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi müraciətlər olunsa da, hər dəfə heç bir əsası olmayan cavablar verilməklə hüquqları pozulmuşdur. xx.xx.2008-ci il tarixli, xx/xx-14617 nömrəli məktubda torpaq sahəsinin heç bir əsas olmadan ikinci dəfə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1018 nömrəli sərəncamı ilə X7 verilməsi qeyd edilmişdir. Həmin sərəncam barədə heç bir xəbəri olmamışdır. Belə olan halda, tərəfındən Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət edilərək qeyd olunan 2000-ci il tarixli sərəncamın və buna əsas olmuş hər hansı bir hüquqi sənədin verilməsi xahiş edilsə də, bu barədə heç bir açıqlama verilməmişdir. Yəni, Bakı Şəhər Ərazi İdarəsi hər dəfə ona məxsus bağ sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsinin təqsirkarı kimi Bakı Şəhər İcra Hakimiyyətini göstərmiş və bu barədə 2000-ci il tarixli sərəncama istinad etmişdir. Bu münasibət və prosedurlar 2013-cü il tarixə qədər davam etmişdir. xx.xx.2013-cü il tarixdə təkrarən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə ərizələrlə müraciət edərək xx.xx.2000ci il tarixli sərəncamın və ona səbəb olan digər sənədlərin verilməsi xahiş edilmiş, lakin yenə də Bakı Şəhər ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli, **********00 nömrəli məktubla torpaq sahəsinin ona ayrılması təsdiq edilsə də, torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə bildirilmisdir. Eyni zamanda, xx.xx.2013 tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilmiş və həmin müraciət xx.xx.2013 tarixdə İH tərəfindən rəsmi qaydada əldə edilmiş olsa da, heç bir cavab verilməmişdir. Yuxarıda qeyd edilən hallara aydın gətirilməsi, bağ sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsini və s. hallara əsaslanaraq, xx.xx.2013-cü il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq Bak ı şəhər İH-lin xx.xx.2000-ci il tarixli, 1018 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İş üzrə məhkəmə prosesləri keçirilmiş, bağ sahələrinə dair sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmiş və iş üzrə ekspertiza təyin edilmişdir. Keçirilmiş ekspertizanın nəticəsi olaraq, vaxtı ilə cavabdeh təşkilatın qeyd etmiş olduğu bağ sahəsinin başqa şəxsin adına rəsmiləşdirildiyi və eləcə də, bağ sahəsinin başqa şəxsə ayrılması barədə fikirləri tamamilə düzgün çıxmamışdır. Belə ki, Ekspertiza Mərkəzinin xx.xx.2015-ci il tarixli, 19321 nömrəli rəyi ilə eyni nömrə ilə reyestr orqanın qeydə alınmış bağ sahələrinin 34 metr bir-birindən aralıda yerləşdiyi və üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həqiqətən də, məhkəmə araşdırması zamanı müəyyən olu nur ki, ona ayrılmış torpaq sahəsi Bakı şəhər İH-nin xx.xx.1998-ci il tarixli, 253 nömrəli sərəncamı ilə Göradil ərazisində 89 nömrəli BTK-nin 1589 nömrəli bağı olmuş, digər şəxsə isə ilkin olaraq, Bakı şəhər İH Başçısının xx.xx.1992-ci il tarixli, 1694 nömrəli sərəncamı ilə Göradil ərazisində yerləşən 58 nömrəli BTK-nın 1589 nömrəli bağ sahəsi olduğu müəyyən olunmuşdur. Yəni, ilkin torpaq ayırma sənədləri üzrə həmin bağ sahələri başqa-başqa Kooperativlərin ərazisində və nəzdində olmuşdur. Digər tərəfdən də, ekspertizanın rəyi ilə həmin torpaq sahələrinin 34 metr aralıda yerləşdiyi müəyyən olunmuşdur. Məhz bu səbəbdən də, məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)17/2016 nömrəli qərardadı ilə verilmiş iddia ərizəsi mümkünsüz sayılmışdır. Artıq bağ sahələrinin üst-üstə düşmədiyi və hətta bir-birindən 34 metr kənarda olmasını təsdiq edən məhkəmənin qərardadı ilə yenidən cavabdeh orqana xx.xx.2016cı il tarixdə rəsmi qaydada müraciət edilmiş, cavabdeh orqanın xx.xx.2016-cıil tarixli, **********6 nömrəli bildirişi ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin bildirişdə yenə də, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyini və bağ sahəsinin də mübahisə predmeti olduğunu qeyd etməklə, bağ sahəsinə texniki baxışın keçirilməsinin mümkün olmadığını qeyd etmişdir. Bu səbəbdən də, cavabdeh orqan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR-nın Qanununun 2.4-cü maddəsinə istinad etməklə mübahisə olması adı ilə işin məhkəmə qaydasında həll edilməli olduğunu qeyd etmişdir. Ancaq bildirişdə torpaq sahəsinin kimin adına rəsmiləşdirildiyini, h ansı hüquqlar əsasında olması barədə heç nə qeyd edilməmişdir. Həmin məqamla müəyyən olunur ki, Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilən cavablarda olan məlumatlar həqiqəti əks etdirməmişdir, yəni bağ sahələri 34 metr bir-birindən aralıda yerləşir, ancaq bu dəfə heç bir məlumat verilməmişdir. Bu isə onu bildirir ki, cavabdeh orqan üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və heç bir hüquqi əsas olmadan bağ sahəsinin qeydə alınmasından əsassız imtina etmişdir. Belə olan halda, yenidən inzibati icraat qaydasında xx.xx.2016-cı il tarixdə 1 saylı Baklı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan bağ sahəsi barədə müvafiq çıxarışın verilməsi və cavabdeh orqanın imtinasının qanunsuz olması barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2017-ci il t arixdə iddia tələbinin dəqiqləşməsi barədə müvafıq ərizə də verilmişdir. Məhkəmə proseslərinin keçirildiyi vaxtlarda nə qədər tələb edilsə də, cavabdeh Bakı Şəhər Ərazi İdarəsi məhkəməyə gəlməmişdir. Həmçinin mübahisəli bağ sahəsi barədə müvafiq sənədlərin təqdim edilməsi barədə məhkəmə bildirişləri hazırlanaraq cavabdehə göndərilmişdir. İlk olaraq, cavabdehin xx.xx.2016-cı il tarixli, **********02 nömrəli məktubu ilə 2007-ci il tarixdə X7 aid sənədlər qovluğunu təsdiq edərək məhkəməyə təqdim etmişdir. Ancaq, artıq Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)17/2016 nömrəli qərardadı ilə işin mümkünsüz hesab edilməsinin prosessual hüquqi əsası, elə mübahisəli torpaq sahəsi ilə X7 ayrılmış torpaq sahələrinin üst-üstə düşməməsi və hələ 34 metr kənarda yerləşməsinin olmasıdır. Bunun üçün məhk əmə tərəfindən yenidən müraciət edilmişdir. Dəfələrlə müraciət və tələbdən sonra, cavabdeh təşkilat tərəfindən yenidənxx.xx.2017-ci il tarixli, **********33 nömrəli məktubla məhkəməyə müraciət edilərək bildirilmişdir ki, mübahisəli torpaq sahəsi bu dəfə X10 məxsus olan bağ sahəsi ilə üst-üstə düşür ki, həmin torpaq sahəsi Binəqədi rayonu, Göradil kəndində yerləşən 888 X saylı bağ sahəsidir. Həmin bağ sahəsinin Cavabdeh1 tərəfindən əldə edilməsinin ilkin hüquqi sənədlərinin və sonradan bağ sahəsinin iş üzrə digər Cavabdeh2 xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi ilə satmasını özündə əks etdirən müvafıq sənədləri məhkəməyə təqdim etmişdir. Alqı satqı zamanı alıcının adından müvafiq etibarnaməyə əsasən Cavabdeh3 iştirak etmişdir. Bunun üçün məhkəmə tərəfındən yenidən ekspertiza təyin edilmiş və bu anlaşılmazlığın aradan qaldırılması üçün müvafiq ekspert rəyinin əldə edilməsinin vacibliyi yaranmışdır. İş üzrə təyin edilmiş ekspertiza neçə dəfə cəhd edilməsinə baxmayaraq, keçirilməmiş və hər dəfə də bir bəhanə gətirilmişdir. Məcbur olub ekspert və mütəxəssis mübahisəli əraziyə aparılmış və ekspertiza üçün müvafıq ölçmə işləri aparılmışdır. Bir müddət sonra, ekspert tərəfındən ekspertin işin icrasının icrasız qalması barədə xx.xx.2018-ci il tarixli yazılı məlumatla məhkəməyə bildirilmişdir. Belə olan halda, məhkəmə nə qədər cəhd göstərmiş olsa da, cavabdeh tərəf məhkəmədə iştirak etməmiş və mövcud mübahisənin aydınlaşdırılması üçün yardım etməmişdir. Bunun üçün işə baxan məhkəmə bağlar massivində olan arxiv fondunda saxlanılan və bağların yerləşmə sxemləri istənilmiş və cavabdeh təşkilat tərəfındən xx.xx.2018-ci il tarixli, **********84 nömrəli məktubla mübahisəli bağ sahəsinin və eləcə də, mübahisə ilə bağlı suallar doğuracaq digər bağ sahələrinin sxematik planları təqdim edilmişdir. Ancaq həmin planlara nəzər salan zaman müəyyən oluna bilməmişdir ki, sxematik planlara uyğun müqayisəli bağ ilə digər şəxslərin adlarına rəsmiləşdirilmiş bağ sahələri ilə üst-üstə düşmə məqamları var ya yox? Bunun üçün də yenidən cavabdeh orqana məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixli, 21(81)-61/2018 nömrəli məktubla müraciət edilərək, vaxtı ilə mübahisəli torpaq sahəsinin X5 bağ sahəsi ilə üst-üstə düşməsi, daha sonra isə X10 aid torpaq sahəsi ilə üst-üstə düşməsi barədə bildirdikləri rəsmi müraciətlərin hansının dəqiq və doğru olmasına yekun bir qiymət verilməsinə rəsm i cavab verilməsi tələb olunmuşdur. Həmin müraciətə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********26 nömrəli məktubu ilə cavab verilərək bildirilmişdir ki, 1890 kv.m olan torpaq sahəsinin (1589 nömrəli bağ sahəsi) cənub tərəfdən 1200 kv.m hissəsi Göradil 888X saylı bağ kimi digər fıziki şəxsin adına qeydiyyata). Bu səbəbdən də, işə baxan məhkəmə iddia tələbinin ikinci dəfə mümkün sayılmaması barədə xx.xx.2018-ci il tarixli, 2-1(81)61/2018 nömrəli qərardad qəbul etmişdir. Beləliklə, 1 saylı Bakı Ərazi İdarəsi bir daha təsdiq etmişdir ki, ona məxsus olan bağ sahəsi Göradil bağ massivində yerləşən və 888 X saylı bağın tərkib hissəsi kimi müəyyən olunmuşdur. Bu isə onu bildirir ki, 888 X saylı bağın sahibi X13 və X18 ona məxsus torpaq sahəsini özlərinə aid olan bağ sahəsinə qatmaqla, həm onun torpaq sahəsini mənimsəmişlər, həm də qanunsuz olaraq özlərinə məxsus olan torpaq sahəsini heç bir hüquqi əsas olmadan genişləndirmişlər. Odur ki, ona məxsus olan 1589 nömrəli bağ sahəsi cavabdehlərin qanunsuz sahiblik və istifadəsindən alınaraq geri qaytarılmalı və hüquqları bərpa olunmalıdır.
4. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, bütün iddia tələblərinin kökündə duran və iddiaçının etibarsızlığı barədə iddia qaldırdığı cavabdeh X16 ilə X9 və İstismarı Birliyi arasında 21590 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilə xx.xx.1999-cu il tarixdə bağlanmışdır. Yəni, həmin müqavilənin bağlanmasından 20 il keçdikdən sonra iddiaçı qeyd olunan müqavilənin etibarsızılığı barədə məhkəmədə iddia qaldırmışdır. Həmçinin, 888X saylı bağ sahəsinin Cavabdeh1 ilə X14 arasında bağlanmış AN-İ ******* saylı xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından 7 il keçmişdir. Yəni, həmin iddia tələbləri ilə bağlı iddia müddəti keçmişdir. Buna görə də, iddia rədd olunmalıdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx xxxxxx 2020-ci il tarixli, 2(011)57/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, tələblərini əsaslandıra bilmədiyindən, həmçinin iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən hazırkı iddia ərizəsi təmin oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanr ıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-3893/20 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlilləri iddianın əsaslandığı dəlillərlə eynilik təşkil edir (§3). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qe ydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
15. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
17. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə
143. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və ya bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətç i bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza t əyin edə bilər.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
29. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 253 nömrəli sərəncamının surətindən görünür ki, 89 saylı BTK nəzdində Göradil bağlar sahəsindəki 1589 saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə sərəncam verilmişdir.
30. Bakı şəhəri İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı İdarəsi Göradil bağlar sahəsindəki 89 saylı kooperativin 23 saylı orderinin surətindən görünür ki, Bakı şəhər İH-nin xx.xx.1998-ci il tarixli, 253 nömrəli qərarı ilə bağlar sahəsində 89 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1589 saylı bağ İddiaçı ayrılmışdır.
31. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1018 nömrəli sərəncamının surətindən görünür ki, 58 saylı BTK nəzdində Göradil bağlar sahəsindəki 1589 saylı bağ sahəsinin X5 adına rəsmiləşdirilməsinə sərəncam verilmişdir. 32. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)17/2016 nömrəli qərardadı surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb edilməklə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19321 saylı, xx.xx.2015ci il tarixli ekspert rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə X4 mülkiyyətində olan torpaq sahələrinin faktiki olaraq bir-birindən 34 metr aralıda yerləşməklə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. 33. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)61/2018 nömrəli qərardadı surətindən görünür ki, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhər icra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 253 nömrəli orderlə ona ayrılmış Goradil bağlar sahəsində yerləşən 89 saylı BTK-nə aid olan 0,12 ha 1589 saylı torpaq sahəsi barədə cavabdeh inzibati orqan tərəfindən həmin bağa dair hüquqların qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2016-ci il tarixli, **********6 nömrəli bildirişin qanunsuz hesab edilməsi və həmin bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair müvafiq hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə tərəfindən sorğu ilə Reyestr Xidmətinə müraciət edilmiş və həmin müraciətə cavab olaraq Reyestr Xidməti xx.xx.2017-ci il tarixli məktubla bildirmişdir ki, mübahisə predmeti olan bağ sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış 888x saylı bağ sahəsi ilə üstüstə düşür. Cavabdeh tərəfindən məhkəmənin sorğularına müxtəlif tarixlərdə müxtəlif məzmunlu cavablar təqdim olunduğundan yenidən sorğu ilə Reyestr Xidmətinə müraciət edilmiş və məktublardakı uyğunsuzluqlara aydınlıq gətirilməsi xahiş olunmuşdur. Reyestr Xidməti tərəfindən həmin sorğuya xx.xx.2018-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1589 saylı bağın sahəsi 1890 kv.m təşkil edir. Üzərində 3 mərtəbəli, mansardlı ev və həyət tikililəri mövcuddur. 1 saylı Bakı Ərazi idarəsini n elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş 1890 kv.m olan torpaq sahəsinin cənub tərəfindən 1200 kv.m hissəsi Goradil 888x sayiı bağ kimi digər fiziki şəxsin adına qeydiyyata alınıb. Digər hissəsinin hüquq subyekti və hansı bağ sahəsinin ərazisi olması barədə məlumat yoxdur. Bu hissəyə giriş-çıxış qeydiyyata alınmış 888x saylı bağın daxilindədir. 34. xx.xx.1999-cu il tarixli, 21590 saylı “bağın icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Bakı şəhər icra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 598 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0.12 ha 888c saylı bağ sahəsi Cavabdeh1 icarəyə verilmişdir.
35. RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradi l bağ massivində yerləşən 0.12 ha 888x saylı bağ sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 394 nömrəli reyestr kitabının 37336 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
36. Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixdə, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0.12 ha 888x saylı bağ sahəsini alıcıya satmışdır.
37. RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0.12 ha 888x saylı bağ sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 14107 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyat a alınmışdır.
38. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********64 saylı arayışından görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 888e nömrəli bağ sahəsinin (0.12 hektar) icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə Cavabdeh1 arasında xx.xx.1999-cu il tarixli 21590 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında sözügedən bağ sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində bağ sahəsinin nömrəsi 888c kimi qeyd edilmişdır. Sözügedən bağ sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır və bağ sahəsinə yeni ünvan 888X ünvan verilmişdir. Bakı, şəhəri 15 saylı notariat kontorunda xx.xx.2012-ci il tarixdə 4Ə-3-831reyestr nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən 888X nömrəli bağ sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2017-ci il tarixdə Göradil kəndi, 888X nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 883.8 kv.m olan bağ evi vahid əmlak kimi Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
39. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********65 saylı arayışından görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı Şəhər icraiyyə Komitəsinin xx.xx.1993 -cü il tarixli 230 nömrəli qərarı ilə Binəqədi rayonu, Göradil qəsəbəsi, 888E nömrəli bağ sahəsinin (0.12 hektar) ayrılmasına dair X1 adına 43 nömrəli order verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4033/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh4 sözügedən bağ sahəsinə istifadə hüququnun tanınması qət edilmişdir. Daha sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi, 43 nömrəli order və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4033/2010 nömrəli, 30.11.201-cu il tarixli qətnaməsi əsasında Binəqədi rayonu, Göradil qəsəbəsi, 888E nömrəli bağ sahəsi ünvanında yerləşən 0.102126 hektar torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh4 adına daşınmaz əmlakın dö vlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
40. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli, **********96 saylı arayışından görünür ki, 89 nömrəli BTK nəzdində olan 1589 nömrəli bağ sahəsinə qonşu torpaq sahələrinin Binəqədi rayonu, Göradil qəsəbəsi 1588 nömrəli bağ sahəsi (reyestr nömrəsi **********49), 888s nömrəli bağ sahəsi (reyestr nömrəsi **********21) və 1604 nömrəli bağ sahəsi (reyestr nömrəsi **********21), 75 nömrəli BTK nəzdindəki 888e nömrəli bağ sahəsinə qonşu torpaq sahələrinin 888m nömrəli bağ sahəsi (reyestr nömrəsi **********13), 888h nömrəli bağ sahəsi (reyestr nömrəsi **********16), 888z nömrəli bağ sahəsi (reyestr nömrəsi **********15), eləcə də 888c və 888x nömrəli bağ sahələrinə qonşu ola n torpaq sahələrinin 1588 nömrəli bağ sahəsi (reyestr nömrəsi **********49), 1588k nömrəli bağ sahəsi (reyestr nömrəsi **********58) və 888s nömrəli bağ sahəsi (reyestr nömrəsi **********21) olduğu müəyyən edilmişdir.
41. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli, **********53 saylı arayışından görünür ki, keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən 1589 saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil. Vətəndaş Cavabdeh2 mülkiyyətındə olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 888x saylı bağ sahəsi ilə 1588k saylı bağ sahəsi qonşu bağ sahələridir. Belə ki, 1588k saylı bağ sahəsi 888x saylı bağ sahəsinin şimal hissəsində yerləşir və hasar qonşusudur. Cavabdeh2 məxsus 888x saylı bağ sahəsi əvvəllər Cavabdeh1 istifadəsinə verilərkən bağın nömrəsi 888c olmuşdur. Vətəndaş Cavabdeh1 bağ sahəsini dövlət reyestrində qeydiyyata alınması üçün müraciəti zamanı, daşınmaz əmlak obyektinə yeni ünvan verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, bu səbəbdən bağ sahəsinə 888x yeni ünvan verilmişdir.
42. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Göradil bağlar sahəsində yerləşən və 89 nömrəli Bağ Tikinti Kooperativinə aid olan 1589 nömrəli (0,12 ha olan) torpaq sahəsinin, 75 nömrəli Bağ Tikinti Kooperativinə aid olan 888E nömrəli torpaq sahəsinin, Cavabdeh2 məxsus 888X nömrəli bağ sahəsi naturada harada (koordinat və müvafiq sxemin tərtib edilməsi ilə) yerləşməsinin, 888X nömrəli bağ sahəsinin ilk əvvəlki mülkiyyətçi Cavabdeh1 mülkiyyətinə verilərkən, 888C nömrəli olanda naturada 888E torpaq sahəsi ilə üst-üstə düşməsinin, Cavabdeh1 ayrılmış Göradil bağlar sahəsində yerləşən və 75 nömrəli Bağ Tikinti Kooperativinə aid olan 888 E nömrəli torpaq sahəsi Göradil qəsəbəsi 58 saylı BTK yerləşən 888 E nömrəli bağ sahəsi ilə naturada üst-üstə düşməsinin, İddiaçı məxsus olan və 89 nömrəli BTK yerləşən 1589 nömrəli bağ (torpaq) sahəsi ilə Cavabdeh2 mülkiyyətində olan və Göradil qəsəbəsində yerləşən 888X nömrəli bağ sahəsi ilə naturada üst-üstə düşməsinin, ilkin torp aq ayırma sənədlərində 888E kimi göstərilmiş, sonradan digər hüquqi sənədlərdə həmin bağın nömrəsində “C” hərfinin və daha sonra “X” kimi qeyd edilmiş bağ sahəsinin naturada hal-hazırda 89 nömrəli BTK-nin hüdudları daxilində yerləşməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin olunmuşdur.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11797 saylı ekspert rəyi ilə: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Göradil bağlar sahəsində yerləşən vətəndaşlara keçmiş BTİ və İB tərəfindən torpaq (bağ) sahələri ayrılarkən koordinatlarda ayrılmadığından, həmçinin v ətəndaş tərəfindən ümumi bağ sahələrində hasarlanma işləri bağların bölgülərinə dair sxematik bölgüyə uyğun olaraq plan üzrə aparılmadığından 1589 saylı bağ sahəsinin naturada yerini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, İddiaçı 1589 saylı bağ sahəsi kimi iddia etdiyi ərazinin ümumi sahəsi 1890 m2 təşkil edir. Həmin sahədən 1200 m2 olan hissəsi Cavabdeh1 adına 888X saylı bağ sahəsi kimi qeydiyyatdan keçərək alqı-satqı əsasında Cavabdeh2 adına keçmişdir Qərardadın ikinci sualı üzrə: Göradil bağlar sahəsində yerləşən və 75 nömrəli Bağ Tikinti Kooperativinə aid olan 888E saylı bağ sahəsi arxiv məlumatlarına və elektron kadastr baza məlumatlarına əsasən faktiki 888X saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir. Qərardadın üçüncü sualı üzrə: Cavabdeh2 məxsus 888X nömrəli bağ sahəsinin koo rdinatları aşağıdakı kimi müəyyən olunur: X=402466.9800 Y=4490797.2900 X=402463.3982 Y=4490829.0212 X=402461.7712 Y=4490847,5034 X=402498.9711 Y=4490850.3803 X=402506.6073 Y=4490804.0128 Qərardadın dördüncü suali üzrə: Arxiv məlumatlarına əsasən bağ sahəsinin əvvəlki nömrəsi 888E olmuşdur, sonradan həmin nömrə 888C kimi oxunmuşdur. Qeydiyyatdan keçərkən həmin bağ sahəsinə 888X nömrəsi ilə ünvan verilərək qeydiyyata alınmışdır. Qərardadın beşinci sualı üzrə: İdarənin arxiv məlumatlarına və elektron baza məlumatlarına əsasən 58 saylı Bağ Tikinti Kooperativində yerləşən 888E saylı bağ sahəsi digər vətəndaşın adına digər sahədə qeydiyyatdan keçmişdir. Qərardadın altıncı sualı üzrə: Mübahisəli sahənin ümumi sahəsi 1890 m2 təşkil edir. Həmin sahədən 1200 m2 olan hissəsi 888X saylı bağ sahəsi kim i qeydiyyatdan keçmişdir, lakin həmin ərazinin İddiaçı 1589 saylı bağ sahəsi olduğunu iddia edir. Qərardadın yeddinci sualı üzrə: idarənin arxivində 89 nömrəli Bağ Tikinti Kooperativinin ayrıc aktı olmadığından, 888X saylı bağ sahəsinin 89 nömrəli Bağ Tikinti Kooperativinin hüdudları daxilində yerləşib-yerləşmədiyini dəqiqləşdirmək mümkün olmamışdır.
44. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 ilə X9 və İstismarı Birliyi arasında 21590 saylı bağın icarəyə verilməsinə dair müqavilə xx.xx.1999-cu il tarixində bağlanmışdır. xx.xx.2012-ci il tarixində isə Cavabdeh1 həmin bağ sahəsini AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satmışdır. Belə olan halda, iddiaçı qeyd olunan ilk müqavilənin bağlanmasından 20 il, ikinci müqavilənin bağlanmasından isə 7 il sonra iddia qaldı rmışdır.
45. Apellyasiya məhkəməsi hesab etmişdir ki, istər ilk müqavilənin bağlandığı 1999-cu ildə qüvvədə olan Mülki Məcəllənin, istər hazırda qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən, iddiaçı iddia müddətlərini ötürmüşdür.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər.
47. Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.
48. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən hallarını və maddi hüquq normalarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı, ərizəsində mübahisələndirdiy i müqavilələrin etibarsızlığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən onun dəlilləri əsassızdır.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
50. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının tələbinin əsasının ilkin şərti istinad etdiyi sənədlərdə göstərilən bağ sahəsinin sərhədləri ilə cavabdehin adına qeydə alınmış sahənin sərhədlərinin üst-üstə düşməsidir. Qanunvericiliyə əsasən, torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (§ 15). İddiaçı isə özünə məxsus olduğunu iddia etdiyi sahənin sərhədlərinin müəyyənliyinə və mübahisəli sahə ilə üst-üstə düşdüyünə dair adı çəkilən reyestrin məlumatları ilə dəstəklənən sübutu təqdim edə bilməmişdir. Halbuki, bu hal, hər hansı dəlillə deyil, məhz daşınmaz əmlakın dövlət reyestri məlumatları əsasında aparılmış tədqiqatla (ekspertizanın rəyi ilə) müəyyən oluna bilər (§ 22-23). Bu xüsusatı isə məhkəmənin keçirdiyi ekspertiza ilə müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, özünə aid sənədlərdəki torpaq sahəsinin koordinatlarını rəsmiləşdirmədən iddiaçının hazırkı tələbi əsaslı sayıla bilməz.
51. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3893/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.