Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3893/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X21 və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxsər Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ilkin torpaq ayırma sənədlərinin, icarə müqaviləsinin, çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxsər Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ilkin torpaq ayırma sənədlərinin, icarə müqaviləsinin, çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə X7 və İstismarı Birliyi arasında xx.xx.1999-cu il tarixdə bağlanmış 21590 nömrəli "Bağın icarəyə verilməsi haqqında" müqavilənin etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 888 C saylı bağ evinin tikintisi məqsədləri üçün xx.xx.2012-ci il tarixdə hazırlanmış, 31341 nömrə ilə uçota alınmış AN 403167 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab edilməsi, ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfındən xx.xx.2012-ci il tarixdə Göradil kəndində yerləşən 888 X saylı bağ sahəsi barədə mülkiyyət hüquqlarının qeydə alınmasını təsdiq edən və X9 adın verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2012- ci il tarixdə imzalanmış, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin və ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Göradil kəndində yerləşən 888 X saylı bağ sahəsi barədə mülkiyyət hüquqlarının qeydə alınmasını təsdiq edən və Cavabdeh2 adına verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi tərəfındən Göradil bağlar sahəsində yerləşən və 89 nömrəli X15 aid olan 1589 nömrəli, 0,12 ha torpaq sahəsi 1998-ci ildə 23 saylı orderlə ona ayrılmıs, bununla da, qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququ ilə ona məxsusluğu müəyyən olunmuşdur. Orderin verilməsinin hüquqi əsası kimi Bakı şəhər İH-nin xx.xx.1998-ci il tarixli, 253 saylı sərəncamı çıxış etmisdir. Həmin tarixdən xeyli vaxt keçməsinə baxmayaraq, bağ sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı hər hansı müraciət edilməmişdir. Buna baxmayaraq, daim bağ sahəsində müvafiq işlər görülmüş, orada ağaclar əkilmiş və onlara qulluq edilmişdir. Sonradan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə dəfələrlə müraciət edilsə də, hər dəfə torpaq sahəsinə başqa bir şəxsin mülkiyyət hüquqlarının rəsmiləşdirildiyi və bununla bağlı həmin şəxsə müvafiq dövlət reyestrindən çıxarışın verildiyi qeyd edilmişdir. Belə ki, 2008-ci il tarixdə verilmiş cavab məktublarında Göradil bağlar massivində yerləşən 1589 nömrəli bağın X4 və sonradan isə X6 adına rəsmiləşdirilməsi bildirilmisdir. Bundan sonra, dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi müraciətlər olunsa da, hər dəfə heç bir əsası olmayan cavablar verilməklə hüquqları pozulmuşdur. xx.xx.2008-ci il tarixli, xx/xx-14617 nömrəli məktubda torpaq sahəsinin heç bir əsas olmadan ikinci dəfə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1018 nömrəli sərəncamı ilə X8 verilməsi qeyd edilmişdir. Həmin sərəncam barədə heç bir xəbəri olmamışdır. Belə olan halda, tərəfındən Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət edilərək qeyd olunan 2000-ci il tarixli sərəncamın və buna əsas olmuş hər hansı bir hüquqi sənədin verilməsi xahiş edilsə də, bu barədə heç bir açıqlama verilməmişdir. Yəni, Bakı Şəhər Ərazi İdarəsi hər dəfə ona məxsus bağ sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsinin təqsirkarı kimi Bakı Şəhər İcra Hakimiyyətini göstərmiş və bu barədə 2000-ci il tarixli sərəncama istinad etmişdir. Bu münasibət və prosedurlar 2013-cü il tarixə qədər davam etmişdir. xx.xx.2013-cü il tarixdə təkrarən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə ərizələrlə müraciət edərək xx.xx.2000-ci il tarixli sərəncamın və ona səbəb olan digər sənədlərin verilməsi xahiş edilmiş, lakin yenə də Bakı Şəhər ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli, **********00 nömrəli məktubla torpaq sahəsinin ona ayrılması təsdiq edilsə də, torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə bildirilmisdir. Eyni zamanda, xx.xx.2013 tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilmiş və həmin müraciət xx.xx.2013 tarixdə İH tərəfindən rəsmi qaydada əldə edilmiş olsa da, heç bir cavab verilməmişdir. Yuxarıda qeyd edilən hallara aydınlıq gətirilməsini, bağ sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsini və s. hallara əsaslanaraq, xx.xx.2013-cü il tarixdə iddia ərizəsi ilə 1 saylı Bəkı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq Bakı şəhər İH-lin xx.xx.2000-ci il tarixli, 1018 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.İş üzrə məhkəmə prosesləri keçirilmiş, bağ sahələrinə dair sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmiş və iş üzrə ekspertiza təyin edilmişdir. Keçirilmiş ekspertizanın nəticəsi olaraq, vaxtı ilə cavabdeh təşkilatın qeyd etmiş olduğu bağ sahəsinin başqa şəxsin adına rəsmiləşdirildiyi və eləcə də, bağ sahəsinin başqa şəxsə ayrılması barədə fikirləri tamamilə düzgün çıxmamışdır. Belə ki, Ekspertiza Mətrkəzinin xx.xx.2015-ci il tarixli, 19321 nömrəli rəyi ilə eyni nömrə ilə reyestr orqanın qeydə alınmış bağ sahələrinin 34 metr bir-birindən aralıda yerləşdiyi və üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həqiqətən də, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ona ayrılmış torpaq sahəsi Bakı şəhər İH-nin xx.xx.1998-ci il tarixli, 253 nömrəli sərəncamı ilə Göradil ərazisində 89 nömrəli BTK-nin 1589 nömrəli bağı olmuş, digər şəxsə isə ilkin olaraq, Bakı şəhər İH Başçısının xx.xx.1992-ci il tarixli, 1694 nömrəli sərəncamı ilə Goradil ərazisində yerləşən 58 nömrəli BTK-nın 1589 nömrəli bağ sahəsi olduğu müəyyən olunmusdur. Yəni, ilkin torpaq ayırma sənədləri üzrə həmin bağ sahələri başqa-başqa Kooperativlərin ərazisində və nəzdində olmuşdur. Digər tərəfdən də, ekspertizanın rəyi ilə həmin torpaq sahələrinin 34 metr aralıda yerləşdiyi müəyyən olunmuşdur. Məhz bu səbəbdən də, məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)17/2016 nömrəli qərardadı ilə verilmiş iddia ərizəsi mümkünsüz sayılmışdır. Artıq bağ sahələrinin üst-üstə düşmədiyi və hətta birbirindən 34 metr kənarda olmasını təsdiq edən məhkəmənin qərardadı ilə yenidən cavabdeh orqana xx.xx.2016-cı il tarixdə rəsmi qaydada müraciət edilmiş, cavabdeh orqanın xx.xx.2016-cıil tarixli, **********6 nömrəli bildirişi ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin bildirişdə yenə də, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyini və bağ sahəsinin də mübahisə predmeti olduğunu qeyd etməklə, bağ sahəsinə texniki baxışın keçirilməsinin mümkün olmadığını qeyd etmişdir. Bu səbəbdən də, cavabdeh orqan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR-nın Qanununun 2.4-cü maddəsinə istinad etməklə mübahisə olması adı ilə işin məhkəmə qaydasında həll edilməli olduğunu qeyd etmişdir. Ancaq bildirişdə torpaq sahəsinin kimin adına rəsmiləşdirildiyini, hansı hüquqlar əsasında olması barədə heç nə qeyd edilməmişdir. Həmin məqamla müəyyən olunur ki, Bakı Şəhər Ərazi idarəsi trəfindən verilən cavablarda olan məlumatlar həqiqəti əks etdirməmişdir, yəni bağ sahələri 34 metr bir-birindən aralıda yerləşir, ancaq bu dəfə heç bir məlumat verilməmişdir. Bu isə onu bildirir ki, cavabdeh orqan üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və heç bir hüquqi əsas olmadan bağ sahəsinin qeydə alınmasından əsassız imtina etmişdir. Belə olan halda, yenidən inzibati icraat qaydasında xx.xx.2016-cı il tarixdə 1 saylı Baklı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan bağ sahəsi barədə müvafiq çıxarışın verilməsi və cavabdeh orqanın imtinasının qanunsuz olması barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə müvafıq ərizə də verilmişdir. Məhkəmə proseslərinin keçirildiyi vaxtlarda nə qədər tələb edilsə də, cavabdeh Bakı Şəhər Ərazi İdarəsi məhkəməyə gəlməmişdir. Həmçinin mübahisəli bağ sahəsi barədə müvafiq sənədlərin təqdim edilməsi barədə məhkəmə bildirişləri hazırlanaraq cavabdehə göndərilmişdir. İlk olaraq, cavabdehin xx.xx.2016-cı il tarixli, **********02 nömrəli məktubu ilə 2007-ci il tarixdə X8 aid sənədlər qovluğunu təsdiq edərək məhkəməyə təqdim etmisdir. Ancaq, artıq Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)17/2016 nömrəli qərardadı ilə işin mümkünsüz hesab edilməsinin prosessual hüquqi əsası, elə mübahisəli torpaq sahəsi ilə X8 ayrılmış torpaq sahələrinin üst-üstə düşməməsi və hələ 34 metr kənarda yerləşməsinin olmasıdır. Bunun üçün məhkəmə tərəfindən yenidən müraciət edilmişdir. Dəfələrlə müraciət və tələbdən sonra, cavabdeh təşkilat tərəfindən yenidən xx.xx.2017-ci il tarixli, **********33 nömrəli məktubla məhkəməyə müraciət edilərək bildirilmişdir ki, mübahisəli torpaq sahəsi bu dəfə X11 məxsus olan bağ sahəsi ilə üst-üstə düşür ki, həmin torpaq sahəsi Binəqədi rayonu, Göradil kəndində yerləşən 888 X saylı bağ sahəsidir. Həmin bağ sahəsinin Cavabdeh1 tərəfindən əldə edilməsinin ilkin hüquqi sənədlərinin və sonradan bağ sahəsinin iş üzrə digər Cavabdeh2 xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi ilə satmasını özündə əks etdirən müvafıq sənədləri məhkəməyə təqdim etmişdir. Alqı satqı zamanı alıcının adından müvafiq etibarnaməyə əsasən Cavabdeh3 iştirak etmişdir. Bunun üçün məhkəmə tərəfındən yenidən ekspertiza təyin edilmiş və bu anlaşılmazlığın aradan qaldırılması üçün müvafiq ekspert rəyinin əldə edilməsinin vacibliyi yaranmışdır. İş üzrə təyin edilmiş ekspertiza neçə dəfə cəhd edilməsinə baxmayaraq, keçirilməmiş və hər dəfə də bir bəhanə gətirilmişdir. Məcbur olub ekspert və mütəxəssis mübahisəli əraziyə aparılmış və ekspertiza üçün müvafıq ölçmə işləri aparılmışdır. Bir müddət sonra, ekspert tərəfındən ekspertin işin icrasının icrasız qalması barədə xx.xx.2018-ci il tarixli yazılı məlumatla məhkəməyə biİdiriİmisdir. Belə olan halda, məhkəmə nə qədər cəhd göstərmiş olsa da, cavabdeh tərəf məhkəmədə iştirak etməmiş və mövcud mübahisənin aydınlaşdırıılması üçün yardım etməmişdir. Bunun üçün işə baxan məhkəmə bağlar massivində oian arxiv fondunda saxlanılan və bağların yerləşmə sxemləri istənilmiş və cavabdeh təşkilat tərəfındən xx.xx.2018-ci il tarixli, **********84 nömrəli məktubla mübahisəli bağ sahəsinin və eləcə də, mübahisə ilə bağlı suallar doğuracaq digər bağ sahələrinin sxematik planları təqdim edilmişdir. Ancaq həmin planlara nəzər salan zaman müəyyən oluna bilməmişdir ki, sxematik planlara uyğun müqayisəli bağ ilə digər şəxstərin adlarına rəsmiləşdirilmiş bağ sahələri ilə üşt-üstə düşmə məqamları var ya yox? Bunun üçün də yenidən cavabdeh orqana məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixli, 2- 1(81)-61/2018 nömrəli məktubla müraciət edilərək, vaxtı ilə mübahisəli torpaq sahəsinin X6 bağ sahəsi ilə üst-üstə düşməsi, daha sonra isə X11 aid torpaq sahəsi ilə üst-üstə düşməsi barədə bildirdikləri rəsmi müraciətlərin hansının dəqiq və doğru olmasına yekun bir qiymət verilməsinə rəsmi cavab verilməsi tələb olunmuşdur. Həmin müraciətə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********26 nömrəli məktubu ilə cavab verilərək bildirilmişdir ki, 1890 kv.m olan torpaq sahəsinin (1589 nömrəli bağ sahəsi) cənub tərəfdən 1200 kv.m hissəsi Göradil 888X saylı bağ kimi digər fıziki şəxsin adına qeydiyyata). Bu səbəbdən də, işə baxan məhkəmə iddia tələbinin ikinci dəfə mümkün sayılmaması barədə xx.xx.2018-ci il tarixli, 2-1(81)- 61/2018 nömrəli qərardad qəbul etmisdir. Beləliklə, 1 saylı Bakı Ərazi İdarəsi bir daha təsdiq etmişdir ki, ona məxsus olan bağ sahəsi Göradil bağ massivində yerləşən və 888 X saylı bağın tərkib hissəsi kimi müəyyən olunmuşdur. Bu isə onu bildirir ki, 888 X saylı bağın sahibi X18 və X22 ona məxsus torpaq sahəsini özlərinə aid olan bağ sahəsinə qatmaqla, həm onun torpaq sahəsini mənimsəmişlər, həm də qanunsuz olaraq özlərinə məxsus olan torpaq sahəsini heç bir hüquqi əsas olmadan genişləndirmişlər. Odur ki, ona məxsus olan 1589 nömrəli bağ sahəsi cavabdehlərin qanunsuz sahiblik və istifadəsindən alınaraq geri qaytarılmalı və hüquqları bərpa olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/200 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-57/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edilməsinin yeganə əsası kimi, ancaq iddia müddətinin tətbiq edilməsi olmuşdur (qətnamənin 13-cü səhifəsinin 2-ci abzası bütünlüklə). Ancaq işin hallarına nəzər yetirdikdə cavabdehlərin torpaq sahəsinin zəbt etməsini iddiaçı reyestr orqanının xx.xx.2018-ci il tarixli, **********26 nömrəli məktubundan sonra xəbər tutmuşdur. 2013-cü il tarixdən inzibati məhkəmədə məhkəmə prosesləri başlayan anda belə bu barədə reyestr orqanı nə məhkəməyə, nə də ki iddiaçıya bu barədə bildirməmiş, gizlətmişdir. Hər dəfə də torpaq sahəsinin hazırki cavabdehlər tərəfindən deyil, başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsini qeyd etmişdir. Əgər bu faktlar və hallar 2018-ci ilin iyul ayında iddiaçıya məlum olub və həmin ilin də oktyabr ayında iddia ilə məhkəməyə müraciət etmişsə iddia müddəti ötürülə bilməz. İddia müddətinin tətbiqi ilə bağlı qətnamədə istinad olunmuş konstitusiya məhkəməsinin qərarlarının hazırki işə heç bir aidiyyəti yoxdur. Çünki haqqında danışılan konstitusiya məhkəməsinin qərarlarını başqa-başqa hüquq münasibətlərinin tənzim etdiyi halda, hazırki mübahisəyə tətbiq edilə bilməz. İş üzrə vaxtilə mübahisəli torpaq sahəsinin bitişik qonşu torpaq sahələrinin məhkəməyə təqdim etmiş reyestr orqanının məktubunda və eləcə də ona əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən bir daha aydın olur ki, iddiaçıya məxsus olan torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin tərkibindədir və onlar tərəfindən də zəbt edilmişdir. Hətta bunu məhkəmə öz qətnaməsində dolayı yolla təsdiq etmişdir. Çünki qətnamədə zəbtin göz qabağında olması ilə bağlı istinad edilmiş ekspert rəyi və eləcə də bitişik torpaq sahələri barədə qeyd edilir. Nəticədə də məhkəmə bunu inkar etməmişdir. Həmçinin, məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edərkən, iddiaçı tərəfindən ekspert qarşısında qoyulacaq suallarla bağlı vəsatət məhkəmənin müvafiq qərardadı ilə tam təmin edilmişdir. Ancaq sonradan qərardada nəzər etdikdə görürük ki, verilmiş sualların hamısı qərardadda əks olunmamışdır. Nəticə etibarı isə, ekspert qarşısında qoyulmuş suallara ümumiyyətlə ekspert mahiyyəti üzrə cavab verməmişdir. Ancaq mütəxəssis rəyini olduğu kimi köçürmüş və hətta, rəydə ekspertizanın Göyçay rayonunda aparıldığını qeyd etmişdir. Bu səbəbdən tərəfimizdən bütün bu pozuntularla bağlı təkrar ekspertizanın keçirilməsi xahiş edilmiş olsa da, ancaq həmin vəsatətə ümumiyyətlə münasibət bildirilməmişdir (baxmayaraq ki, vəsatət rəsmi qaydada ornənin dəftərxanası vasitəsi ilə təqdim olunmuşdur). İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 13,29, Apellyasiya Məhləməsi Mülki Məcəlləsinin 152, Mülki Prosessual Məcəllənin 217, 14, 220.4, 386-cı maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili R.Qocayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili C.Cəbrayılov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 253 nömrəli sərəncamının surətindən görünür ki, 89 saylı BTK nəzdində Göradil bağlar sahəsindəki 1589 saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə sərəncam verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti X3 İnkişafı və İstismarı İdarəsi Göradil bağlar sahəsindəki 89 saylı kooperativin 23 saylı orderinin surətindən görünür ki, Bakı şəhər İH-nin xx.xx.1998-ci il tarixli, 253 nömrəli qərarı ilə bağlar sahəsində 89 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1589 saylı bağ İddiaçı ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1018 nömrəli sərəncamının surətindən görünür ki, 58 saylı BTK nəzdində Göradil bağlar sahəsindəki 1589 saylı bağ sahəsinin X6 adına rəsmiləşdirilməsinə sərəncam verilmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)17/2016 nömrəli qərardadı surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb edilməklə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19321 saylı, xx.xx.2015- ci il tarixli ekspert rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə X5 mülkiyyətində olan torpaq sahələrinin faktiki olaraq bir-birindən 34 metr aralıda yerləşməklə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 1 saylı Bəkı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)61/2018 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhər icra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 253 nömrəli orderlə ona ayrılmış Goradil bağlar sahəsində yerləşən 89 saylı BTKnə aid olan 0,12 ha 1589 saylı torpaq sahəsi barədə cavabdeh inzibati orqan tərəfindən həmin bağa dair hüquqların qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2016ci il tarixli, **********6 nömrəli bildirişin qanunsuz hesab edilməsi və həmin bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair müvafiq hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının, mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə tərəfindən sorğu ilə Reyestr Xidmətinə müraciət edilmiş və həmin müraciətə cavab olaraq Reyestr Xidməti xx.xx.2017-ci il tarixli məktubla bildirmişdir ki, mübahisə predmeti olan bağ sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış 888x saylı bağ sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən məhkəmənin sorğularına müxtəlif tarixlərdə müxtəlif məzmunlu cavablar təqdim olunduğundan yenidən sorğu ilə Reyestr Xidmətinə müraciət edilmiş və məktublardakı uyğunsuzluqlara aydınlıq gətirilməsi xahiş olunmşudur. Reyestr Xidməti tərəfindən həmin sorğuya xx.xx.2018-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1589 saylı bağın sahəsi 1890 kv.m təşkil edir. Üzərində 3 mərtəbəli, mansardlı ev və həyət tikililəri mövcuddur. 1 saylı Bakı Ərazi idarəsinin elektron kadastr baza məlumatlaına əsasən istinad koordinatı verilmiş 1890 kv.m olan torpaq sahəsinin cənub tərəfindən 1200 kv.m hissəsi Goradil 888x saylı bağ kimi digər fiziki şəxsin adına qeydiyyata alınıb. Digər hissəsinin hüquq subyekti və hansı bağ sahəsinin ərazisi olması barədə malıımat yoxdur. Bu hissəyə giriş-çıxış qeydiyyata alınmış 888x saylı bağın daxilindədir. İş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il tarixli, 21590 saylı “bağın icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Bakı şəhər icra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 598 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.12 ha 888c saylı bağ sahəsi Cavabdeh1 icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.12 ha 888x saylı bağ sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 394 nömrəli reyestr kitabının 37336 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixdə, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.12 ha 888x saylı bağ sahəsini alıcıya satmışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.12 ha 888x saylı bağ sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 14107 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********64 saylı arayışından görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Biıləqədi rayonu, Göradil qəsəbəsində yerləşən 888e nömrəli bağ sahəsinin (0.12 hektar) icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə Cavabdeh1 arasında xx.xx.1999-cu il tärixli 21590 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında sözügedən bağ sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində bağ sahəsinin nömrəsi 888c kimi qeyd edilmişdır. Sözügedən bağ sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır və bağ sahəsinə yeni 888X ünvanı verilmişdir. Bakı, şəhəri 15 saylı notariat kontorunda xx.xx.2012-ci il tarixdə 4Ə-3-831reyestr nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən 888X nömrəli bağ sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2017-ci il tarixdə Göradil kəndi, 888X nömrəli bağ sahəşi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 883.8 kv.m olan bağ evi vahid əmlak kimi Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********65 saylı arayışından görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı Şəhər icraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 230 nömrəli qərarı ilə Binəqədi rayonu, Göradil qəsəbəsi, 888E nömrəli bağ sahəsinin (0.12 hektar) ayrılmasına dair X2 adına 43 nömrəli order verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4033/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh4 sözügedən bağ sahəsinə istifadə hüququnun tanınması qət edilmişdir. Daha sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi, 43 nömrəli order və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4033/2010 nömrəli, 30.11.201-cu il tarixli qətnaməsi əsasında Binəqədi rayonu, Göradil qəsəbəsi, 888E nömrəli bağ sahəsi ünvanında yerləşən 0.102126 hektar torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********96 saylı arayışından görünür ki, 89 nömrəli BTK nəzdində olan 1589 nömrəli bağ sahəsinə qonşu torpaq sahələrinin Binəqədi rayonu, Göradil qəsəbəsi 1588 nömrəli bağ sahəsi (reyestr nömrəsi **********49), 888s nömrəli bağ sahəsi (reyestr nömrəsi **********21) və 1604 nömrəli bağ sahəsi (reyestr nömrəsi **********21), 75 nömrəli BTK nəzdindəki 888e nömrəli bağ sahəsinə qonşu torpaq sahələrinin 888m nömrəli bağ sahəsi (reyestr nömrəsi **********13), 888h nömrəli bağ sahəsi (reyestr nömrəsi **********16), 888z nömrəli bağ sahəsi (reyestr nömrəsi **********15), eləcə də 888c və 888x nömrəli bağ sahələrinə qonşu olan torpaq sahələrinin 1588 nömrəli bağ sahəsi (reyestr nömrəsi **********49), 1588k nömrəli bağ sahəsi (reyestr nömrəsi **********58) və 888s nömrəli bağ sahəsi (reyestr nömrəsi **********21) olduğu müəyyən edilmişdir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********53 saylı arayışından görünür ki, keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən 1589 saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil. Vətəndaş Cavabdeh2 mülkiyyətındə olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 888x saylı bağ sahəsi ilə 1588k saylı bağ sahəsi qonşu bağ sahələridir. Belə ki, 1588k saylı bağ sahəsi 888x saylı bağ sahəsinin şimal hissəsində yerləşir və hasar qonşusudur. Cavabdeh2 məxsus 888x saylı bağ sahəsi əvvəllər Cavabdeh1 istifadəsinə verilərkən bağın nömrəsi 888c olmuşdur. Vətəndaş Cavabdeh1 bağ sahəsini dövlət reyestrində qeydiyyata alınması üçün müraciəti zamanı, daşınmaz əmlak obyektinə yeni ünvan verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, bu səbəbdən bağ sahəsinə yeni 888x ünvanı verilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Göradil bağlar sahəsində yerləşən və 89 nömrəli X15 aid olan 1589 nömrəli (0,12 ha olan) torpaq sahəsinin, 75 nömrəli X15 aid olan 888E nömrəli torpaq sahəsinin, Cavabdeh2 məxsus 888X nömrəli bağ sahəsi naturada harada (koordinat və müvafiq sxemin tərtib edilməsi ilə) yerləşməsinin, 888X nömrəli bağ sahəsinin ilk əvvəlki mülkiyyətçi Cavabdeh1 mülkiyyətinə verilərkən, 888C nömrəli olanda naturada 888E torpaq sahəsi ilə üst-üstə düşməsinin, Cavabdeh1 ayrılmış Göradil bağlar sahəsində yerləşən və 75 nömrəli X15 aid olan 888 E nömrəli torpaq sahəsi Göradil qəsəbəsi 58 saylı BTK yerləşən 888 E nömrəli bağ sahəsi ilə naturada üst-üstə düşməsinin, İddiaçı məxsus olan və 89 nömrəli BTK yerləşən 1589 nömrəli bağ (torpaq) sahəsi ilə Cavabdeh2 mülkiyyətində olan və Göradil qəsəbəsində yerləşən 888X nömrəli bağ sahəsi ilə naturada üst-üstə düşməsinin, ilkin torpaq ayırma sənədlərində 888E kimi göstərilmiş, sonradan digər hüquqi sənədlərdə həmin bağın nömrəsində “C” hərfinin və daha sonra “X” kimi qeyd edilmiş bağ sahəsinin naturada hal-hazırda 89 nömrəli BTK-nin hüdudları daxilində yerləşməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11797 saylı ekspert rəyi ilə: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Göradil bağlar sahəsində yerləşən vətəndaşlara keçmiş BTİ və İB tərəfindən torpaq (bağ) sahələri ayrılarkən koordinatlarda ayrılmadığından, həmçinin vətəndaş tərəfindən ümumi bağ sahəiərində hasarlanma işləri bağların bölgülərinə dair sxematik bölgüyə uyğun olaraq plan üzrə aparılmadığından 1589 saylı bağ sahəsinin naturada yerini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, İddiaçı 1589 saylı bağ sahəsi kimi iddia etdiyi ərazinin ümumi sahəsi 1890 m2 təşkil edir. Həmin sahədən 1200 m2 olan hissəsi Cavabdeh1 adına 888X saylı bağ sahəsi kimi qeydiyyatdan keçərək alqısatqı əsasında Cavabdeh2 adına keçmişdir Qərardadın ikinci sualı üzrə: Göradii bağlar sahəsində yerləşən və 75 nömrəli X15 aid olan 888E saylı bağ sahəsi arxiv məlumatlarına və elektron kadastr baza məlumatlarına əsasən faktiki 888X saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir. Qərardadın üçüncü sualı üzrə: Cavabdeh2 məxsus 888X nömrəli bağ sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olunur: X=402466.9800 Y=4490797.2900 X=402463.3982 Y=4490829.0212 X=402461.7712 Y=4490847,5034 X=402498.9711 Y=4490850.3803 X=402506.6073 Y=4490804.0128 Qərardadın dördünci suali üzrə: Arxiv məlumatlarına əsasən bağ sahəsinin əvvəlki nömrəsi 888E olmuşdur, sonradan həmin nömrə 888C kimi oxunmuşdur. Qeydiyyatdan keçərkən həmin bağ sahəsinə 888X nömrəsi ilə ünvan verilərək qeydiyyata alınmışdır. Qərardadın beşinci sualı üzrə: İdarənin arxiv məlumatlarına və elektron baza məlumatlarına əsasən 58 saylı X12 yerləşən 888E saylı bağ sahəsi digər vətəndaşın adına digər sahədə qeydiyyatdan keçmişdir. Qərardadın altıncı suaiı üzrə: Mübahisəli sahənin ümumi sahəsi 1890 m2 təşkil edir. Həmin sahədən 1200 m2 olan hissəsi 888X saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir, lakin həmin ərazinin İddiaçı 1589 saylı bağ sahəsi olduğunu iddia edir. Qərardadın yeddinci sualı üzrə: idarənin arxivində 89 nömrəli X13 ayrıc aktı olmadığından, 888X saylı bağ sahəsinin 89 nömrəli X13 hüdudları daxilində yerləşib-yerləşmədiyini dəqiqləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Cavabdeh1 ilə X7 və İstismarı Birliyi arasında 21590 nömrəli "Bağın icarəyə verilməsi haqqında" müqavilənin bağlandığı xx.xx.1999-cu il tarixdə qüvvədə olmuş) 143-cü-ci maddəsinə əsasən əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və ya bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İş materiallarına, tərəflərin izahatlarına əsasən müəyyən edilir ki, Cavabdeh1 ilə X10 və İstismarı Birliyi arasında 21590 saylı bağın icarəyə verilməsinə dair müqavilə xx.xx.1999-cu il tarixində bağlanmışdır. xx.xx.2012-ci il tarixində isə Cavabdeh1 həmin bağ sahəsini AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satmışdır. Belə olan halda, iddiaçı qeyd olunan ilk müqavilənin bağlanmasından 20 il, ikinci müqavilənin bağlanmasından isə 7 il sonra iddia qaldırmışdır. Kollegiya hesab edir ki, istər ilk müqavilənin bağlandığı 1999-cu ildə qüvvədə olan Mülki Məcəllənin, istər hazırda qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən, iddiaçı iddia müddətlərini ötürmüşdür. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Bundan əlavə, kollegiya yuxarıda qeyd olunan maddələrin tələbinə əsasən qeyd edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində mübahisələndirdiyi müqavilələrin etibarsızlığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikyəti iddia müddətinin ötürülməsi və əqdin etibarsızlığına səbəb olan halların sübuta yetirilməməsi səbəbindən təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3893/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3893/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver