Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-926/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4453/2023 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası A li Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-443/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim-Ramin Xəlilov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh iddiaçıların xeyrinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X3 Dəmir yolu küçəsi ev 368 ünvanında yerləşən həyətyanı sahədə inşa edilmiş fərdi tikilinin inşası və təmirinə çəkilmiş xərcin əvəzi 23740 manat məbləğində pulun tutulması qət edilmişdir.
2. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini çıxarılmasını xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4453/2023 nömrəli 23 sentyabr 2023-cü il tar ixli qətnaməsi ilə (hakimlər:Fuad Talışinski -sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. 4. xx.xx.2024-cü il tarixdə qətnamə e-kabinet vasitəsilə iddiaçıların nümayəndəsinə təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçı2 kassasiya şikayətini təqdim etmiş, verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024cü il tarixli qərardadı ilə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbi ilə geri qaytarılmışdır. 5. xx.xx.2024-cü il tarixdə İddiaçı2 kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilmişdir, hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixində verilmiş və həmin dövrdə qanunvericiliyin tələbinə uyğun 30 manat dövlət rüsumu ödənilmişdir. Məhz bu səbəbdən kassasiya şikayəti verilən zaman məhz həmin məbləğin 50 faizi məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla belə, əvvəl ödənilmiş rüsuma əlavə olaraq yeni qaydalara uyğun iddia tələbi nin həcmini (25000 manat) nəzərə alaraq hesablanmış dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilmiş və hər iki qəbz kassasiya şikayətinə əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Bu baxımdan iddiaçı tərəfindən ilk dəfə kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildiyindən və 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəalar"ını nəzərə alaraq ödənilən dövlət rüsumunun düzgün məbləğdə ödədiyi barədə əminlik yarandığından və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4453/2024 saylı qərardadının kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bitdikdən sonra (xx.xx.2024-cü il tarixindən sonra) qəbul edilməsi səbəbindən hazırkı mərhələdə kassasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər:Fuad Talışinski -sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) 2(103)-4453/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4453/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayətinin verilməsi üçün müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair ərizənin dəlilləri əsassızdı r.
8. Məhkəmə kollegiyasının mövqeyinə görə, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının alındığı müddətdən, yəni xx.xx.2024-cü il tarixdən təkrar olaraq kassasiya şikayətinin verildiyi - xx.xx.2024-cü il tarixədək kifayət qədər uzun zaman keçmişdir və ərizəçinin dəlilləri onların üzrlü hesab edilməsi üçün heç bir sübutla öz təsdiqini tapmır.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı ərizə üzrə ötürülmüş müddətin və ondan qabaq prosessual imkanların olduğu zamanda kassasiya şikayətinin təqdim etmək imkanın olmaması, hər ötürülmüş günün üzrlü səbəbləri barədə mötəbər və əsaslı dəlillər təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı2 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, qə rardadın ləğv edilməsi kassasiya şikayətin verilməsi ilə bağlı prosessual müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən kassasiya şikayəti onun verilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət (2 ay) çərçivəsində (xx.xx.2024-cü il tarixdə) verilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qanunsuz və əsassız qərardadı ilə kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmışdır.Qeyd olunan qərardaddan məlumat gec əldə edildiyindən, həmin qəraradaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən əvvəl ödənilmiş rüsuma əlavə olaraq yeni qaydalara uyğun iddia tələbinin həcmini (25000 manat) nəzərə alaraq hesablanmış dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilmiş və hər iki qəbz kassasiya şikayətinə əlavə edilmişdir. Eyni zamanda kassasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əlavə olaraq ərizə də təqdim edilmişdir.
12. Bundan başqa, birinci dəfə verilmiş kassasiya şikayətinin dövlət rüsumunun düzgün ödənilməməsi səbəbi ilə geri qaytarılması mümkünlüyü ehtimal edilməmişdir. Belə ki, dövlət rüsumu düzgün qaydada ödənilmiş və kassasiya şikayəti qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Məhz məhkəmənin qəbul etdiyi yanlış və əsassız qərardad nəticəsində iddiaçının məhkəmə müdafiəsi hüququ məhdudlaşır. Qərardadda xx.xx.2024cü il tarixdə n təkrar olaraq kassasiya şikayətinin verildiyi - xx.xx.2024-cü il tarixədək kifayət qədər uzun zaman keçdiyi göstərilsə də, bu müddət xx.xx.2024-cü il tarixindən nəzərə alınmalıdır və kassasiya şikayətinin dövlət rüsumunun düzgün ödənilməməsi səbəbi ilə geri qaytarılması mümkünlüyü ehtimal edilmədiyindən həmin qərardad barədə gec məlumat əldə edilmişdir və məlumat əldə edilən kimi məhkəmənin rüsumla bağlı qənaəti yanlış olsa belə əlavə olaraq rüsum ödənilmiş və yenidən kassasiya şikayəti təqdim edilmişdir.
13. İddiaçı tərəfindən verilən kassasiya şikayəti isə kassasiya şikayətinin verilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət (2 ay) çərçivəsində (xx.xx.2024-cü il tarixdə) verilməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmışdır.
14. Kassasiya şikayətində Mülki Proses sual Məcəllənin 133.1, 133.2, 133.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
17. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
18. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.
19. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyas iya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixli qətnamə elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş və kassasiya şikayətinin verilməsi üçün son müddət xx.xx.2024-cü il tarixi olmuşdur. İddiaçı tərəfindən isə həmin qətnamədən ilkin kassasiya şikayəti prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət (2 ay) çərçivəsində verilmişdir. (xx.xx.2024-cü il tarixdə)
26. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmışdır.
27. İddiaçı iddia tələbinin həcmini (25000 manat) nəzərə almaqla hesablanmış dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödəmiş və hər iki qəbz kassasiya şikayətinə əlavə edilmişdir. Eyni zamanda kassasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əlavə olaraq ərizə də təqdim edilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin müddətin bərpasından imtina barədə qəbul etdiyi qərardad nəticəsində iddiaçının məhkəmə müdafiəsi hüququ məhdudlaşmışdır. Belə ki, iddiaçı birinci dəfə rüsumu düzgün ödəmiş, lakin məhkəmənin rüsumla bağlı qənaəti yanlış olmuş və iddiaçı yenidən rüsmunu yeni qaydalara uyğun olaraq ödəmiş və prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Göründüyü kimi, iddiaçı ilk dəfə kassasiya şikayətini prosessual qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində və qaydalara uyğun vermişdir.
29. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilmişdir. Hazırkı iş üzrə isə iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixində verilmiş və həmin dövrdə qanunvericiliyin tələbinə uyğun 30 manat dövlət rüsumu ödənilmişdir.
30. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzi bati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair iddiaçının vəsatəti təmin edilməldir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4453/2024 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı2 kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilsin. İş üzrə sonrakı prosessual hərəkətlər edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.