Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-927/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5708/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(003)-708/2016 saylı qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli notarial alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1772 saylı bağ evinə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyat və onun əsasında verilmiş RX seriyalı, ******* saylı çıxarış ləğv edilmişdir.
2. Hazırkı mübahisə etibarsız sayılan müqavilənin bağlanmasına səbəb olmuş öhdəlik üzrə pul vəsaitinin geri qaytarılması ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ca vabdeh X1 120.000 manatın tutulmasını, həmin məbləğin cavabdehin mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1772 saylı bağ evi - 0,25 ha torpaq sahəsi və tikilisinə yönəldilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1772 saylı 0,25 ha torpaq sahəsi və tikilisi ilə birlikdə olan bağ evini Cavabdeh notariat qaydada bağlanmış xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının həmin bağ evinin boşaldılmasına dair iddiası təmin edilməmiş, bağ evinə dair bağlanmış yuxarıda göstərilən alqısatqı müqaviləsi X2 iddiası əsasında etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış və sonuncu qətnamə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçı həmin müqavilə üzrə cavabdehə 50.000 manat pul ödəmişdir. Eyni zamanda vurulmuş zərər 50.000 manat təşkil edir. Belə ki, artıq 5 ilə yaxındır ki, Cavabdeh həmin pulu iddiaçıya qaytarmır. Bu səbəbdən həmin pul məbləği cavabdehdən tutulmalıdır. Cavabdehdən 50.000 manat ödənilmiş pul, 50.000 manat əldən çıxmış fayda, həmçinin 20.000 manat mənəvi zərər tutulmalıdır. Həmin pul məbləği göstərilən bağ evinə yönəldilməlidir.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx xxx 2019-cu il tarixli, 2(006)2707/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmı şdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, müqavilə tərəfləri alqı-satqı müqaviləsini borc müqaviləsini pərdələmək məqsədi ilə bağlamışlar və Cavabdeh müqavilə bağlandıqdan sonra ilk iddiaçıya ödədiyi vəsait alqı-satqı müqaviləsi ilə pərdələnmiş borc müqaviləsi əsasında aldığı borcun geri qaytarılması üzrə ödənişlər olmuşdur. Həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1772 saylı bağ evinə dair Cavabdehla İddiaçı arasında bağlanmış və Bakı şəhər 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi yalan əqddir. İddiaçı tərəfindən mübahisələndirilən alqısatqı müqaviləsi üzrə Cavabdeh hər hansı məbləğdə pul ödənilməmişdir. Ona gö rə də müqavilə üzrə ödənilmiş 50.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi əsassızdır və təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11449/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və G.Quliyev) 2(102)-1455/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi ödədiyi pul vəsaitinin ona qaytarılması ilə bağlıdır. Yəni hansı qaydada əsaslandırılmasından asılı olmayaraq iddianın qaldırılmasında əsas məqsəd pulun geri alınmasından ibarət olmuşdur. Həm alqı-satqı müqaviləsinin etibarsız sayılması, həm də pulun qaytarılmasından imtina olunması son nəticədə onu həm təminat vasitəsi kimi əldə etdiyi bağ evindən və həm də ödədiyi pulu geri almasından faktiki olaraq məhrum etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsi yalan əqd hesab edilərkən Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə müvafiq olaraq borc müqaviləsinə aid qaydalar tətbiq olunmamışdır. Tərəflər arasında isə, işdən göründüyü kimi borc müqaviləsi bağlanmamışdır. Göstərilən vəziyyətdə Xəzər rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və həmin qətnamə ilə iddiaçı tərəfindən ödənilmiş pul məbləğinin ona qaytarılması təmin olunmamışdır. Hazırkı iş üzrə irəli sürdüyü iddia tələbi rədd olunduğundan iddiaçı yenə də cavabdehdə olan pul məbləğini geri ala bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbinin rədd olunmasını qanuni sayarkən işin bu hallar ını nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5708/20 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2707/19 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni 50.000 (əlli min) manat borcun alınmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməsi, Cavabdeh 50.000 (əlli min) manat alınaraq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxl anılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında borc münasibətlərinin mövcud olması təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya 55.000 manat borcunun olmasını Bakı şəhər Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-708/2016 saylı mülki iş üzrə verdiyi izahatında etiraf etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunduğu hissədə ləğv, həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı bu işdə vəkil tərəfindən hüquqi yardım al ıb, onun iddia ərizəsi, apellyasiya və kassasiya şikayətləri həmin vəkil tərəfindən tərtib olunub, iddiaçının tələbini isə məhkəmə iclaslarında elə həmin vəkil ifadə edərək, əsaslandırıb. Vəkil isə nə apellyasiya şikayətində, nə kassasiya şikayətində, nə də sonuncu apellyasiya icraatı zamanı məhkəmə iclasında iddia ərizəsində yazılmış iddianın faktiki və hüquqi əsaslandırmasından kənara çıxmayıb, yəni məhkəmə kollegiyasının qətnaməsində yazdığı məzmundakı iddiaçının "həqiqi niyyətini və istəyin”nin olduğunu bildirməyib. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində əsaslandırdığı iddiaçının "həqiqi niyyətini və istəyini" harda, necə müəyyən etdi? Birinci instansiya məhkəməsi iddiaçı tərəflə yalnız məhkəmə iclasında ünsiyyətdə olduğundan və həmin iclasda iddiaçının nüm ayəndəsinin izahatına əsaslandığından, iddiaçının iddiası üzrə həqiqi niyyətinin və istəyinin məhz onun iddia ərizəsində yazılmış və məhkəmə iclasında nümayəndəsinin elan etdiyi məzmunda olması barədə tamamilə düzgün və qanuni nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbindən qanunsuz kənara çıxaraq, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə, hazırkı işdə İddiaçı Cavabdeh etibarsız sayılmış xx.xx.2012-ci il tarixli alqı-salqı müqaviləsi üzrə ödədiyi 50.000 manat pulu geri tələb edir. İddiaçının bu günədək keçirilmiş məhkəmə iclaslarında, verdiyi apellyasiya və kassasiya şikayətlərində ifadə etdiyi həqiqi istəyi və niyyəti də məhz budur. Lakin iş materialları ilə - hazırda qüvvədə olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməs i ilə müəyyən olunur ki, həmin müqavilə üzrə İddiaçı Cavabdeh hər hansı məbləğdə pul verməmişdir. Belə olan halda, verilməyən pulun geri tələb olunması əsassızdır. Bu əsassız iddianı təmin edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə tamamilə əsassız və qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kol legiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiya sı məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etmişdir.
27. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ilə tərəflərin alqı-satqı müqaviləsini borc müqaviləsini pərdələmək məqsədi ilə bağladıqları və Cavabdeh müqavilə bağlandıqdan sonra iddiaçıya ödədiyi vəsait alqı-satqı müqaviləsi ilə pərdələnmiş borc müqaviləsi əsasında aldığı borcun geri qaytarılması üzrə ödənişlər olduğu, buna görə də alqısatqı müqaviləsinin yalan əqd olduğu, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə Cavabdeh hər hansı məbləğdə pul ödənilmədiyi, alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan yalan əqd olduğu müəyyən edilmişdir. Lakin həmin iş üzrə məhkəmə Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə müvafiq olaraq borc müqaviləsinə aid q aydaları tətbiq etməmişdir.
28. İşdən, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında borc münasibətlərinin mövcud olması təsdiq olunur və bu işin mübahisəsiz halıdır.
29. Cavabdeh iddiaçıya 55.000 manat borcunun olmasını Bakı şəhər Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-708/2016 saylı mülki iş üzrə verdiyi izahatında etiraf etmişdir.
30. İddiaçı iddia tələbində alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh ödədiyi pul məbləğini tələb etmişdir. Göründüyü kimi İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə məqsədi ödədiyi pul vəsaitinin ona qaytarılması ilə bağlıdır. Hansı qaydada əsaslandırılmasından asılı olmayaraq, iddianın qaldırılmasında əsas məqsəd pulun geri alınmasından ibarət olmuşdur.
31. İddiaçının iddia ərizəsinin təsviri hissəsində “həmin müqavilə üzrə cavabdehə 50000 manat pul ödəmişəm sözlərinin qeyd olunması iddianın bu hissəsinin rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməli idi. Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
32. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaların rədd olunması isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıqaşkar prosessual qənaət prinsipinə ziddir.
33. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının cavabdehdən 50.000 manat alacağının olması iş materialları ilə təsdiq edildiyindən, pul tələbinin həmin həcmdə təmin olunması yuxarıda göstərilən maddi hüquq normasına uyğundur (§ 20). Çünki, tələbin hüquqi ə sasını məhkəmə müəyyən edərək mübahisəni düzgün şəkildə həll etməlidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır. Bu baxımdan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 2(103)-5708/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.